Qarilərin bir qismi «Məəliki» şəklində oxumuş, bir qisimi də «Məliki» şəklində oxumuşdur. İkisidə sağlamdır və yeddi qiraət içində mütəvatirdir. “Ləm” kəsrəli və sükunlu da deyilmişdir, məlik və məlk şəklində. “Məliiki” də oxunardı. Nəfi kəsrəni uzadaraq “Məlikii” oxuyardı. Məna baxımdan hər iki qiraət doğru və gözəldir. Zəməxşəri “məliki”- ni tərcih etmişdir, çünki iki haram əhli belə oxumuşlar. Ayrıca Allah Təala “Limənul mulkul yəum” (Ğafir,16) və “Qauluhul haqqu və ləhul mulku” (Ənam, 73) buyurmuşdur. Əbu Hənifədən fel, fail və məful tərzində: “mələkə yəuməddin” oxunduğu nəql edilmişdir ki, bu da şaz bir rəydir. Əbubəkr İbn Əbu Davud da qərib bir şey nəql edərək demişdir: Biz Əbdürrəhman əl-Əzrami danışdı, bizə Abdulvəhhab ibn Adiy ibn əl-Fədl danışdı, o da Abul Muttarifdən, İbn Şihabın dediyini rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə Abubakr, Ömər, Osman, Muaviyyə və oğlu Yəzid “məəliki yəumiddin” oxuyardılar. İbn Şihab demişdir: “Məlik” ilk deyən Mərvandır. Məndə deyirəm ki, Mərvanın doğru oxuduğuna dair İbn Şihabdan daha çox bilgisi var idi. İbn Mərduvey Rəsulullahın (salləllahu aleyhi və səlləm) «Məəliki yəumiddin» şəklində oxuduğunu nəql etmişdir. Buradakı məlik milk sözündən alınmışdır. Necə ki, Allah Təala belə buyurur: «Şübhə yox ki, bütün yer üzünə və üzərində olanlara biz varis olacağıq. Və onlar bizə qaytarılacaqdır» (Məryəm, 40).
«De ki: «İnsanların Rəbbinə sığınaram. İnsanların Məlikinə» (Nas, 1-2). Məlik sözü isə, mülk sözündən alınmışdır. Necə ki, Allah Təala belə buyurur: «O gün onlar ortaya çıxarlar. Heç bir şeyləri Allaha gizli qalmaz. «Kimindir bu gün mülk? Vahid, Qahhar olan Allahındır» (Ğafir, 16). “Onun sözü haqdır və mülk Onundur” (Ənam, 73). “O gün haqq mülk Rəhmana məxsusdur. Kafirlər üçün çətin bir gün olacaqdır” (Furqan, 26). Mülkün qiyamət gününə aid olması, digərlərinə zərər verməz.Çünki daha öncə onun Aləmlərin Rəbbi olduğu keçmişdir. Bu isə həm dünya həm də axirətə şamil olunur. Mülkün qiyamət gününə izafə edilməsinin səbəbi o gün heç bir kimsənin bir iddiası olmayacaq və Allahın izin olmadan kimsə danışmayacaq. Necə ki Allah Təala belə buyurur: « Ruh və mələklər səf-səf duracağı gün, Mərhəmətli izin verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq» (Nəba, 38). «O gün insanlar heç bir yana meyl etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha, 108). «O gün gəlincə Allahın izni olmadan kimsə danışa bilməz. Onlardan kimisi bədbəxt, kimisi də xoşbəxtdir» (Hud, 105). Dahhaq İbn Abbasdan «Məliki yaumiddin» haqqında belə dediyini rəvayət etmişdir: o gündə Allahın qarşısında heç kim dünyadakı hökmdarlar kimi hökm edə bilməyəcək. Din günü məxluqatın hesab verdiyi gündür ki, bu da qiyamət günüdür. Onlara əməllərinə görə cəza verilir, xeyirdisə xeyir, şərdirsə şər. Ancaq Allahın o gün bağışladıqları istisnadır. Ondan əvvəldə səhabə, tabiin və sələf də belə demişlər, əsli olan elə budur.
İbn Cərir bəzilərindən nəql edir ki, onlar «Məliki yaumiddin» ifadəsini təfsir edərkən qiyamət gününü gətirməyə qadirdir şəklində təfsir etmişlər. Sonra da bunun zəyif olduğunu ortaya qoymuşdur. Görünən odur ki, bu sözdə öncə deyilənlərlə bir ziddiyyət yoxdur. Hər iki görüş bir-birini qəbul və etiraf edir. Ancaq birinci ifadə bundan daha çox həqiqətə dəlalət etməkdədir. Necə ki Allah Təala belə buyurur:
“O gün haqq mülk Rəhmana məxsusdur. Kafirlər üçün çətin bir gün olacaqdır” (Furqan, 26). İkinci görüş isə bu ayəyə daha yaxındır: “O: “Ol!”– dediyi gün, olar» (Ənam, 73). Allah ən doğrusunu biləndir. Məlik həqiqətən Allah əzzə və cəllədir. Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, təsdiq edən, müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır.”(Həşr, 23). İki səhihdə Əbu Hureyrədən bu mərfu hədis rəvayət edilmişdir: Allah qatında ən rəzil isim məlikul əmlakdır. Allahdan başqa mülk sahibi yoxdur. Yenə Peyğəmbərimiz demişdir: Allah yeri ovcuna alar, göyü də sağ əlinə alar və deyər: Məlik mənəm, dünya məlikləri harada? Hökmdarlar harada? Təkəbbürlük edənlər harada? Quranda da belə deyilmişdir: “Bu gün mülk kimindir? Tək Qahhar Allahındır” (Ğafir,16). Dünyada Allahdan başqasına məlik deyilməsi məcazdır, necə ki, Allah buyurur: “Şübhəsiz ki, Allah sizə Talutu məlik göndərdi” (Bəqərə, 247). “Arxalarında bir məlik vardır” (Kəhf, 79). “İçinizdən peyğəmbərlər və məliklər təyin seçdi” (Maidə, 20). İki Səhihdə taxtlar üzərində məliklər kimi deyilmişdir.
Din cəza və hesabdır, bu xüsusda Allah buyurur: “O gün Allah onlara gərçək cəzalarını verəcəkdir” (Nur, 25). Və buyurur: “Bizlər cəzalanacayıq?” (Saffat, 53). Yəni cəzalanıb hesaba çəkiləcəyik? Hədisdə də belə deyilir: Ağıl sahibi özünü hesaba çəkər və ölümdən sonrası üçün çalışar. Yəni özü üçün nəfsini hesaba çəkər, deməkdir. Ömər bu xüsusda demişdir: Hesaba çəkilmədən öncə özünüzü hesaba çəkin. Ən kiçik əməlinizi bilən Allahın qarşısına çıxmağa hazırlaşın. “O gün siz gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir” (Həqqa,18).