Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən xərcləyin! Kafirlər isə zalımdırlar.

Allah Təala qullarına verdiyi ruzidən Onun yolunda, yəni xeyir yolunda xərcləməyi əmr edir. Onun savabını Rəbləri və sahibləri yanında yığsınlar və dünya həyatında ona can atsınlar. “Gün gəlməmişdən öncə” yəni, qiyamət günü gəlmədən öncə. “Alış-verişin, dostluğun və şəfayətin olmayəcağı” yəni, heç kəs dünya dolusu qədər qızıl gətirsə belə, nəfsini satın ala bilməz və nə qədər çox olsa da malından fidyə verə bilməz. Ona heç kimin dostluğu da fayda verməz, yəni, yoldaşlığı və hətta əsl-nəcabəti də faydasızdır. Necə ki, Allah buyurur: “Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayəcaq və onlar bir-birindən hal-əhval tutmayəcaqlar” (Muminun, 101). “Və şəfayəti olmayəcaq” yəni, onlara şəfayət edənin şəfayəti də fayda verməyacək.

“Kafirlər isə zalımdırlar.” Xəbəri ilə məhdudlaşmış mübtədadır, yəni, Allahın hüzuruna kafir olaraq gələndən daha zalımı yoxdur. İbn əbu Hatim, Əta İbn Dinardan onun belə dediyini rəvayət etmişdir: Həmd olsun o Allaha ki, “kafirlər isə zalımdırlar” buyurdu, “zalımlar isə kafirdirlər” buyurmadı.