Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın.

Allah təala mömin qullarına Ondan qorxmağı əmr edərək və onlara Onun qəzəbini yaxınlaşdıracaq və razılığını uzaqlaşdıracaq şeyləri qadağan edərək buyurur: “Ey iman edənlər, Allahdan qorxun” yəni, Allahdan xoflanın və əməl edəndə Onu göz önünüzə alın. “Sələmdən qalanı buraxın” yəni, tərk edin insanların sizə verməli olduqlarını o, malın mayəsına edilən əlavədir. Bu xəbərdarlıqdan sonra “Əgər iman gətirənlərsinizsə” —  yəni, Allahın alış-verişi halal, sələm və bənzərini isə haram etməsini sizə qayda-qanun etdiyinə iman gətirənlərsinizsə.

Zeyd İbn Əsləm, İbn Cureyc, Muqatil İbn Həyyan və Suddi bu ayənin Səqif qəbiləsindən olan Amr İbn Umeyr tayfası ilə Məxzum qəbiləsindən olan Muğira tayfası arasında baş verən hadisəya görə nazil olduğunu demişlər. Aralarında cahiliyya dövründən qalan sələm məsələsi var idi. İslam gələndən sonra onlar İslama daxil oldular. Səqiflilər onun qaytarılmasını tələb etdi. Onlar məşvərət etdilər. Muğira oğulları dedi: «Biz İslamda sələmi ödəməyacəyik.» Məkkə valisi Əttab İbn Useyd bu barədə Rəsulullaha (salləllahu aleyhi və səlləm) məktub yazdı. Buna görə həmin ayə nazil oldu. Rəsulullah (salləllahu aleyhi və səlləm) da ona bu ayəni cavab yazdı: “Ey iman edənlər, Allahdan qorxun və əgər iman edənlərsinizsə, sələmdən qalanı buraxın. Bunu etməsəniz, Allah və Rəsulunun hərbindən xəbərdar olun”. Bunu eşidən Səqiflilər dedi: «Allaha tövbə edirik və sələmdən qalanı tərk edirik.» Bununla da onların hamısı onu tərk etdi.

Bu, xəbərdarlıqdan sonra sələmçiliya yenə də davam edənlər üçün çox şiddətli təhdid və təkid edilmiş əzab bidirişidir. İbn Cureyc dedi: İbn Abbas “hərbindən xəbərdar olun” ayəsi barəsində demişdi: «Allah və Rəsulunun hərbindən yaqin olun.» yuxarıda ötən rəvayətdə Rabia İbn Külsümdən, o da atasından, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun belə dediyini nəql etmişdir: «Sələm yeyanə qiyamət günü deyiləcək: «Döyüş üçün silahını götür”, sonra o, bu ayəni oxudu: “Bunu etməsəniz, Allah və Rəsulunun hərbindən xəbərdar olun”.

Əli İbn əbu Talha demişdir: İbn Abbasdan belə nəql edilir: ”Bunu etməsəniz, Allah və Rəsulunun hərbindən xəbərdar olun.” Kim sələmdən əl çəkməyib ona davam edərsə, müsəlmanların imamının üzərində haqq budur ki, onu tövbəya çağırsın, əgər tərk etməsə boynunu vursun.

İbn Əbu Hatim demişdir: Bizə Əli İbn Huseyn danışdı, bizə Muhəmməd İbn Bəşşar danışdı, bizə Abdul-Əla danışdı, bizə Hişam İbn Həssən danışdı, o da Həsən ilə İbn Sirindən, onların ikisi də demişlər: «Allaha and içirik ki, bu sərraflar sələm yeyanlərdir. Onlara Allah və Rəsulundan hərb elan edilib. Əgər müsəlmanların üstündə ədalətli bir rəhbər olsa, onlara tövbə etdirər. Tövbə etməsələr, onlara silah qaldırar.»

Qatadə demişdir: «Eşitdiyiniz kimi Allah onları ölümlə hədələmiş və getdikləri yerdən asılı olmayəraq ifşa etmişdir. Qətiyyan alış-verişə sələmi qatmayın. Çünki Allah halalı genişlətmiş və xoş etmişdir. Ehtiyac sizi günaha aparmasın.» Bunu İbn Əbu Hatim rəvayət etmişdir.

Rəbi İbn Ənəs demişdir: «Allah sələm yeyəni ölümlə hədələmişdir.» Bunu İbn Cərir rəvayət etmişdir.

Suheyl demişdir: «Buna görə Aişə, Ummu Muhibbəya, Zeyd İbn Ərqamın mövlasına, əl-eynə alış-verişi məsələsində bu sözləri demişdir: «Zeydə xəbər verin ki, onun Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə etdiyi cihad batil oldu. Əgər tövbə edərsə, bu müstəsnadır.» Burada cihadı xüsusiləşdirdi. Çünki o, “Allah və Rəsulunun hərbindən xəbərdar olun” ayəsinə ziddir. Deyir ki, bu mənanı çoxları qeyd etmişlər. O demişdir: Lakin bunun Aişəya isnadında zəiflik vardır.

Sonra Allah təala buyurur: “əgər tövbə etsəniz, malınızın mayəsı sizindir, nə siz zülm edərsiniz”. yəni, artığını almaqla. “Nə də sizə zülm olunar” yəni, sizin də malınızın mayəsını almaqla. Belə ki, xərclədiyiniz artıqsız və əskiksiz sizindir.

İbn Əbu Hatim demişdir: Bizə Muhəmməd İbn əl-Huseyn İşkəb danışdı, bizə Ubeydullah İbn Musa danışdı, o da Şeybandan, o da Şəbib İbn Ğarqadəh əl-Bəriqidən, o da Suleyman İbn əl-Əhvasdan, o da atasından demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) vida həccində xütbə verərək dedi: «Bilin ki, cahilliyadən qalmış bütün sələmlər qaldırılmışdır. Mallarınızın mayəsı sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar. İlk qaldırılan sələm Abbas İbn Abdulmutallibindir. Onun hamısı qaldırılmışdır.» Onu belə tapdım: Suleyman İbn əl-Əhvas.

İbn Mərdəveyh demişdir: Bizə Şəfii danışdı, bizə Muaz İbn əl-Musənnə danışdı, bizə Musəddəd xəbər verdi, bizə Əbu-Əhvas xəbər verdi, bizə Şəbib İbn Ğarqadəh danışdı, o da Suleyman İbn Amrdan, o da atasından dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: «Bilin ki, cahilliyadən qalmış bütün sələmlər qaldırılmışdır. Mallarınızın mayəsı sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.»

Eyni zamanda bunu Həmməd İbn Sələmədən, o da Əli İbn Zeyddən, o da Əbu Hurrə (Əbu Həmzə) ər-Rəqqaşidən, o da Amrdan – o, İbn Xaricədir — rəvayət etmişdir.

Əgər çətinlik içində olandırsa, gözləmə asanlığa qədərdir. Amma sədəqə verməyiniz sizin üçün daha xeyirlidir, əgər bilsəydiniz”. Allah təala ödəmə imkanı tapa bilməyib, çətinliya düşənə qarşı səbirli olmağı əmr edir. O buyurur: “Əgər çətinlik içində olandırsa, gözləmə asanlığa qədərdir”. Borcunun vaxtı yetişən borclulara cahilliya dövründə deyildiyi kimi deyilməmişdir: «ya ödəyirsən, ya da artırılır.» Sonra da Allah borcu tamam silməya təşviq etdi. Bunun müqabilində xeyir və böyük savab vəd etmişdir. O buyurur: “Amma sədəqə verməyiniz sizin üçün daha xeyirlidir, əgər siz bilənlərdən olsaydız” yəni, malın mayəsını borcluya tamamilə bağışlamaq deməkdir. Bu mövzuda Rəsulullahdan (salləllahu aleyhi və səlləm) çoxlu yollarla hədislər varid olmuşdur.

Birinci hədis, Əbu Umamə Əsəd İbn Zurarədəndir. Təbərani demişdir: Bizə Abdullah İbn Muhammad İbn Şueyb ər-Rəccani danışdı, bizə yəhya İbn Hakim əl-Muqavvim danışdı, bizə Muhəmməd İbn Bəkr əl-Birsani danışdı, bizə Abdullah İbn əbu Ziyad danışdı, mənə Asim İbn Ubeydullah danışdı, o da Əbu Umamə Əşad İbn Zurarədən onun belə dediyini nəql etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Kim Allahın kölgəsindən başqa kölgənin olmadığı gündə kölgələnmək istəyirsə, çətinlikdə olana asanlaşdırsın, yaxud bağışlasın.»

Başqa bir hədis Bureydədəndir. İmam Əhməd demişdir: Bizə Əffan danışdı, bizə Abdul-Varis danışdı, bizə Muhammad İbn Cuhadəh danışdı, o da Suleyman İbn Bureydədən, o da atasından dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: «Kim çətinlikdə olanı gözləsə, ona hər günə onun mislində sədəqə yazılar.» O dedi: Sonra onun bu cür buyurduğunu eşitdim: «Kim çətinlikdə olanı gözləsə, hər günə onun iki mislində sədəqə yazılar.» Mən dedim: «Ey Allahın Rəsulu, öncə bir misli dediyini, sonra iki misli sədəqə vardır, dediyini eşitdim?» O dedi: «Bir misli borcun vaxtı gəlmədən əvvəldir, vaxtı gələndən sonra gözləsə iki mislində sədəqə vardır.»

Başqa bir hədis Əbu Qatadə əl-Haris İbn Ribi əl-Ənsaridəndir. İmam Əhməd demişdir: Bizə Əffan danışdı, bizə Həmməd İbn Sələmə danışdı, bizə Əbu Cəfər əl-Xatmi xəbər verdi, o da Muhəmməd İbn əl-Kəb əl-Qurazidən dedi: Bir adamın Əbu Qatadəya borcu var idi. Gəlib borcunu istəyandə, o ondan gizlənərdi. Bir gün gələndə, qarşısına uşaq çıxıb dedi: «Bəli, evdədir, xaşlama yeyir.» O həmin adamı haraylayıb dedi: «Ey filankəs çıx, burda olduğunu xəbər verdilər.» Kişi çıxdı. Əbu Qatadə dedi: «Məndən niyə gizlənirsən?» Adam cavab verdi: «Çətinlikdəyam, yoxumdu.» O da dedi: «Allaha xətrinə, həqiqətən çətinlikdəsən?» O da: «Bəli» — dedi. Əbu Qatadə ağladı, sonra dedi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitdim: «Kim borcluya möhlət versə və yaxud onu silsə, Qiyamət günü Ərşin kölgəsi altında olar.» Bunu Muslim də Səhihində rəvayət etmişdir.

Başqa bir hədis, Huzeyfə İbn əl-yaməndəndir. Hafiz Əbu yalə əl-Məvsuli demişdir: Bizə Əxnəs Əhməd İbn İmran danışdı, bizə Muhəmməd İbn Fudeyl danışdı, bizə Əbu Malik əl-Əscai danışdı, o da Ribi İbn Hiraşdan, o da Huzeyfədən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Qiyamət günü Allah Öz qullarından birini gətirər və deyar: «Dünyada Mənim üçün nə əməl etdin?» O deyar: «Ey Rəbbim, Dünyada Sənin üçün zərrə çəkisində belə bir əməl etmədim ki, onu Sənin hüzurunda arzulayım.» O üç dəfə təkrarladı.  Sonuncuda qul dedi: «Ey Rəbbim Sən mənə dünyada çoxlu mal verdin, mən insanlarla alış-veriş etdim. İcazə vermək kimi bir xasiyyatim var idi. Varlıya asanlaşdırardım, kasıbı isə gözləyardim.» O dedi: Əziz və Cəlil olan Allah buyurdu: «Asanlaşdıranların ən haqlısı Mənəm, Cənnətə daxil ol.»

Bunu Buxari, Muslim və İbn Macə də müxtəlif yollarla Ribi İbn Hiraşdan, o da Huzeyfədən rəvayət etmişlər. Muslim əlavə etmişdir: Uqbə İbn Amir və Əbu Məsud əl-Bədri, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bənzərini rəvayət etmişlər. Buxarinin sözləri belədir: Bizə Hişam İbn Ammar danışdı, bizə yəhya İbn Həmzə danışdı, bizə Zuhri danışdı, o da Abdullah İbn Abdullahdan, o da Əbu Hureyrədən (radiyAllahu ənh) eşitmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: «Bir tacir insanlara borc verərdi, çətinlikdə olanı gördükdə uşaqlarına deyərdi: «Ona keçin, bəlkə Allah da bizə keçər. Allah da ona keçdi.»

Başqa bir hədis də, Səhl İbn Huneyfdəndir. Hakim Mustədrəkində demişdir: Bizə Əbu Abdullah Muhəmməd İbn yaqub danışdı, bizə yəhya İbn Muhəmməd İbn yəhya danışdı, bizə Əbu Vəlid Hişam İbn Abdulmalik danışdı, bizə Amr İbn Sabit danışdı, bizə Abdullah İbn Muhəmməd İbn Aqil danışdı, o da Abdullah İbn Səhl İbn Huneyfdən, ona da Səhl danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim Allah yolunda bir Mucahidə, yaxud qaziya, yaxud çətinlikdə olan borcluya, yaxud azadlığı üçün pul ödəyan köləya yardım edərsə, Allah Onun kölgəsindən başqa kölgə olmayan gün, onu kölgələndirər.» Sonra Hakim dedi: «İsnadı səhihdir, onların ikisi də təxric etməmişlər.»

Başqa bir hədis də, Abdullah İbn Ömərdəndir. İmam Əhməd demişdir: Bizə Muhəmməd İbn Ubeyd danışdı, o da yusif İbn Suheybdən, o da Zeyd əl-Ammidən, o da İbn Ömərdən onun belə dediyini nəql etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Kim duasının qəbul olunmasını və sıxıntısının getməsini istəyirsə,  çətinlikdə olan üçün yüngülləşdirsin.» Bunu yalnız İmam Əhməd rəvayət etmişdir.

Başqa bir hədis də, Əbu Məsud Uqbə İbn Amrdandı. İmam Əhməd dedi: Bizə yezid İbn Harun danışdı, bizə Əbu Malik xəbər verdi, o da Ribi İbn Hiraşdan, o da Huzeyfədən dedi ki, İzzət və cəlal sahibi Allahın hüzuruna bir adam gətirildi. O dedi: «Dünyada nə əməl etdin?» Adam Ona dedi: «Ey Rəbbim, dünyada zərrə çəkisində belə bir əməl etmədim ki, onu Sənin hüzurunda diləyim.» O üç dəfə təkrarladı. Üçüncüdə qul dedi: «Ey Rəbbim Sən mənə dünyada çoxlu mal verdin. Mən insanlarla alış-veriş edirdim. Varlıya asanlaşdırardım, çətinlikdə olanı isə gözləyardim.» Əziz və Cəlil olan Allah buyurdu: «Biz buna səndən daha layiqik, quluma keçin.» Onu bağışladı.» Əbu Məsud dedi: «Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu cür eşitdim.» Muslim də Əbu Malik Sad İbn Tariqdən bənzərini rəvayət etmişdir.

Başqa bir hədis İmran İbn Hüseyndəndir. İmam Əhməd dedi: Bizə Əsvəd İbn Amir danışdı, bizə Əbubəkr xəbər verdi, o da Aməşdən, o da Əbu Davuddan, o da İmran İbn Hüseyndən onun belə dediyini nəql etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Kimin bir kişi üzərində haqqı olarsa və ona möhlət verərsə, hər günü üçün sədəqə sayılar.» Hədis bu yöndən qəribdir. yuxarıda Bureydədən bənzəri qeyd olunmuşdu.

Başqa bir hədis isə, Əbu yasər Kəb İbn Amrdandı. İmam Əhməd demişdir: Bizə Muaviyya İbn Amr danışdı, bizə Zaidə danışdı, o da Abdulmalik İbn Umeyrdən, o da Ribidən, o dedi: Mənə Əbu-yasər danışdı ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim çətinlikdə olanı gözləyarsə, yaxud onun üçün keçərsə, Əziz və Cəlil olan Allah, Onun kölgəsindən başqa kölgə olmayan gün, onu kölgələndirər.»

Bunu Muslim də Səhihində başqa yöndən təxric etmişdir. Ubadə İbn Valid İbn Ubadəh İbn Samitdən rəvayət etmişdir. O demişdir: «Elm öyrənmək üçün mən və atam, ənsarların yanına getdik. Onlar ölməmiş bunu etməyimizə qərar verdik, İlk qarşılaşdığımız Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabəsi Əbu yasər oldu. Əlində bükülü kağız olan köləsi də onunla birgə idi. Əbu yasərin əynində bir üst paltarı və məarif libası var idi. Köləsinin də əynində bir üst paltarı və məarif var idi. Atam ona dedi: «Əmi, üzündən əsəbi olduğun görsənir.» O da dedi: «Bəli, mənim, oğru filankəs oğlu filankəsdən alacağım var idi, evinə getdim salam verdim və dedim: «O burdadır?» Onlar: «yoxdur» — dedilər. Gombul oğlu çıxdı, ondan soruşdum: «Atan hardadır?» O dedi: «Sənin adını eşidib anamın taxtının altına girdi.» Mən də səsləndim: «Çıx bayıra, artıq harada olduğunu bilirəm.» O çıxdı. Mən ona dedim: «Məndən niyə gizlənirsən?» O dedi: «Allaha and olsun ki, sənə yalan danışmıram. VAllahi sənə yalan vəd verməkdən qorxuram. Axı sən Rəsulullahın (salləllahu aleyhi və səlləm) sahəbəsisən. Allaha and olsun ki, çətinlikdəyam.» Mən dedim: «Allah xatirinə düz deyirsən?» O dedi: «VAllahi düz deyirəm.» Mən dedim: «Allah xatirinə düz deyirsən?» O dedi: «VAllahi düz deyirəm.»  Sonra Əbu yasər kağızını gətirib onun borcunu əli ilə sildi və dedi: «Əgər imkanın varsa ödə, yoxdursa sənə halal etdim. Şahidlik edirəm ki, bu iki gözüm gördü və iki barmağını gözünə uzatdı. İki qulağım eşitdi və bu qəlbim anladı. O, qəlbinə işarə etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: «Kim çətinlikdə olanı gözləyarsə, yaxud onun üçün keçərsə, Allah onu kölgəsi ilə kölgələndirər.» Əbu yasər hədisin qalan hissəsini də zikr etdi.

Başqa bir hədis də, möminlərin əmiri Osman İbn Əfvandandır. Abdullah İbn imam Əhməd (atasının Musnədində) demişdir: Mənə Əbu yəhya əl-Bəzzar Muhəmməd İbn Abdurrəhim danışdı, bizə Həsən İbn Bişr İbn Səlm əl-Kufi danışdı, bizə Abbas İbn Fadl əl-Ənsari danışdı, o da Hişam İbn Ziyad əl-Quraşidən, o da atasından, o da Osmanın mövlası Mihcəndən, o da Osmandan onun belə dediyini nəql etdi: Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür buyurduğunu eşitdim:  «Allah çətinlikdə olanı gözləyəni, yaxud borcu bağışlayənı, Onun kölgəsindən başqa kölgə olmayan gündə kölgələndirər.»

Başqa bir hədis İbn Abbasdandır. İmam Əhməd demişdir: Bizə Abdullah İbn yəzid danışdı, bizə Nuh İbn Cavanə əs-Suləmi əl-Xorasani danışdı, o da Muqatil İbn Həyyandan, o da Ətadan, o da İbn Abbasdan onun belə dediyini nəql etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) məscidə çıxdı. Əli ilə işarə edərək – Abdurrəhman əli ilə yerə işarə etdi – buyurdu: «Kim çətinlikdə olanı gözləyarsə yaxud bağışlayərsa, Allah onu cəhənnəmin iyindən qoruyar. Bilin ki, cənnət əməli kələ kötürlü təpədir — bunu üç dəfə təkrar etdi. Bilin ki, cəhənnəm əməli asan və düzdür. Fitnələrdən qorunan xoşbəxtdir. Allahın sevdiyi udum, bir nəfərin, qəzəbini udub dəf etməsidir. Allahın qulu qəzəbini dəf edərsə, Allah da onun daxilini imanla doldurar.» Bunu yalnız İmam Əhməd rəvayət etmişdir.

Başqa bir yol, Təbərani demişdir: Bizə Rabiə diyarından əl-Hədisə qazısı Əhməd İbn Muhəmməd əl-Burani danışdı, bizə Həsən İbn Əli əs-Sudai danışdı, bizə Həkəm İbn Carud danışdı, bizə İbn Ueynənin dayısı İbn əbu Muttəid danışdı, o da atasından, o da Ətadan, o da İbn Abbasdan nəql etdi ki o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: «Kim çətinlikdə olanı asanlığa çıxana qədər gözləyarsə, Allah da onun günahına görə tövbəsini gözləyar.»

Sonra Allah təala qullarına nəsihət edərək, onlara dünya və içindəkilərin keçici olduğunu, axirətin yaxınlaşdığını, Ona dönəcəklərini və qullarını əməllərinə görə hesaba çəkərək xeyir və şər qazanclarının əvəzini verəcəyini xatırlatmış və onları əzabı ilə qorxudaraq buyurmuşdu: “Allaha qaytarılacağınız gündən qorxun! Sonra hər nəfsə qazandığı veriləcək və onlara zülm olunmayəcaq.” Rəvayətə görə bu ayə, əzəmətli Qurandan nazil olan ən son ayədir.

İbn Lehya demişdir: Mənə Əta İbn Dinar danışdı, o da Səid İbn Cubeyrdən dedi: «Bütün Qurandan ən son nazil olan bu ayədir “Allaha qaytarılacağınız gündən qorxun! Sonra hər nəfsə qazandığı veriləcək və onlara zülm olunmayəcaqdır”. Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayə nazil olandan sonra doqquz gecə yaşadı və Rabiul-əvvəl ayının ikisi, birinci gün vəfat etdi. Bunu İbn əbu Hatim rəvayət etmişdir.

Bunu İbn Mərdəveyh də Məsudidən, o da Həbib İbn Əbu Sabitdən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan onun belə dediyini rəvayət etmişdir: «Ən son nazil olan bu ayədir “Allaha qaytarılacağınız gündən qorxun! Sonra hər nəfsə qazandığı veriləcək və onlara zülm olunmayəcaqdır”. Bunu Nəsai də yəzid ən-Nəhvidən, o da İkrimədən, o da Abdullah İbn Abbasdan rəvayət etmişdir. O demişdir: «Qurandan ən son nazil olan bu ayədir “Allaha qaytarılacağınız gündən qorxun!”. Bunu Dəhhak ilə əl-Əvfi də, İbn Abbasdan bu şəkildə rəvayət etmişlər. Səvri də Kəlbidən, o da Əbu Salihdən, o da İbn Abbasdan belə demişdir: «Bu ayənin “Allaha qaytarılacağınız gündən qorxun!” nazil olması ilə Rəsulullahın (salləllahu aleyhi və səlləm) ölümü arasında, otuz bir gün oldu.

İbn Cureyc dedi: İbn Abbas demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) bu ayənin  “Allaha qaytarılacağınız gündən qorxun!” nazil olmasından sonra doqquz gün yaşadı. Altıncı gün xəstələndi və birinci gün öldü.» Bunu İbn Cərir rəvayət etmişdir.

Bunu Atiyyə də, Əbu Səiddən rəvayət etmişdir və ən son nazil olan “Allaha qaytarılacağınız gündən qorxun!” ayəsidir, demişdir.