Allah təala mömin qullarına, ruzi olaraq verdiyi və onların da qazandıqları bu mal-dövlətdən yaxşı olanlarını xərcləmələrini əmr edir. Burada həmin sözlə nəzərdə tutulan sədəqədir. Bunu İbn Abbas demişdir. Mucahid də: “Sizi müvəffəq etdiyi ticarət mallarından” demişdir. Əli ilə Suddi də: “qazandığınızın yaxşılarından” yəni, qızıl və gümüşdən, yerdə bitirdiyi meyvələrdən və əkinlərdən» – demişlər. İbn Abbas demişdir: «Onlara malın ən təmizi, ən yaxşısı və nəfisindən xərcləmələrini əmr etdi. Onları malın xarab və aşağısından yəni, pisindən sədəqə verməyi qadağan etdi. Çünki Allah təmizdir və yalnız təmiz olanı qəbul edər. Buna görə də demişdir: “Qəsd etməyin” yəni, niyyat etməyin. “pisi ki, ondan xərcləyasiniz. Siz onu götürməzsiniz.” yəni, sizə verildiyi təqdirdə buna göz yummanız müstəsnadır. Allah ona sizdən də ehtiyacsızdır. Xoşunuza gəlməyan bir şeyi Allah üçün etməyin.
Bunun mənası haqqında deyilmişdir: “Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz.” yəni, halal maldan üz çevirib harama getməyin. Sonra da xərciniz ondan olsun.”
Burada imam Əhmədin rəvayət etdiyi bir hədis zikr edilir: Bizə Muhamməd İbn Ubeyd danışdı, bizə Əban İbn İshaq danışdı, o da Sabbah İbn Muhamməddən, o da Mürrə əl-Həmadənidən, o da Abdullah İbn Məsuddan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah ruzilərinizi aranızda bölüşdürdüyü kimi, əxlaqlarınızı da aranızda bölüşdürmüşdü. Allah dünyanı sevdiyinə də, sevmədiyinə də verər, dini isə ancaq sevdiyinə verər. Deməli, kimə din verilmişsə onu sevmişdir. Ruhumu əlində tutan Allaha and içirəm ki, bir qulun qəlbi və dili müsəlman olmadıqca onun özü müsəlman olmaz. Qonşusu da onun əziyyat verməyacəyinə əmin olmadıqca, o, mömin ola bilməz.“ Dedilər: “Ey Allahın elçisi, əziyyat nədir?” O da: “Aldatması və zülm etməsi” – buyurdu. Sonra buyurdu: “Bir kimsə haramdan mal qazanarsa və onu Allah yolunda xərcləyarsə bərəkətini görməz; sədəqə edərsə qəbul olmaz, saxlayərsa o mal onu Cəhənnəmə sürükləyar. Allah pisliyi pisliklə silməz, lakin pisliyi yaxşılıqla silər. Pis pisi silməz.”
Birinci rəy daha düzgündü.
İbn Cərir (rəhmətullahi aleyh) demişdir: Bizə Hüseyn İbn Amr əl-Ənqaziy danışdı, mənə atam danışdı, o da Əsbatdan, o da Suddidən, o da Adiy İbn Sabitdən rəvayət etdi ki, Bəra İbn Azıb (radiyAllahu anh), Allahın bu kəlamı “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından xərcləyin. Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz. Siz onu götürməzsiniz, yalnız göz yumaraq bunu etməniz müstəsnadır” haqqında: “Bu ayə, Ənsarlar barədə idi. Ənsarlar xurma budaqlarının kəsim günlərində bağlarından kal budaqları kəsib gətirər, onu Rəsulullahın (salləllahu aleyhi və səlləm) məscidində iki sütun arasında ipə asardılar. Mühacirlərin kasıbları da gəlib ondan yeyardilər. Bəzən kimsə kal xurma ilə birlikdə pis cinsdən olan xurma da gətirərdi, bunun icazəli olduğunu zənn edərdi. Buna görə də Allah belə iş görənlər barədə: “Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz.” buyurdu.” – demişdi.
Sonra bunu İbn Cərir, İbn Macə, İbn Mərdəveyh və Hakim də Müstədrəkində Suddidən, o da Adiy İbn Sabitdən, o da Bəra İbn Azibdən oxşar şəkildə rəvayət etmişlər. Hakim: “Səhihdir, Muslimin şərtinə uyğundur, onların ikisi təxric etməmişlər.” – demişdir.
İbn Əbi Hatim demişdir: Bizə Əbu Səid əl-Əşəc danışdı, bizə Ubeydullah danışdı, o da İsraildən, o da Suddidən, o da Əbu Malikdən rəvayət edir ki, Bəra İbn Azib (radiyAllahu anh) “Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz. Siz onu götürməzsiniz. yalnız göz yumaraq bunu etməniz müstəsnadır.” ayəsi bizim haqqımızda endi. Bizim xurma ağaclarımız var idi. Bir adam xurmasının azlığına və çoxluğuna görə bağından xurma gətirərdi. Bir adam bir salxım gətirər və onu məsciddə asardı. Suffədə yaşayənların isə ərzaqları yox idi. Onlardan biri acdığı zaman gələr, onu dəyanəyi ilə vurar və düşən dəymiş və ya kal xurmalardan yeyardi. Xeyrə az rəğbət göstərənlər isə aşağı keyfiyyatli və dəyməmiş, qırılmış bir salxım gətirib asardılar. Buna görə də “Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz. Siz onu götürməzsiniz. yalnız göz yumaraq bunu etməniz müstəsnadır.” ayəsi endi. Dedi ki, əgər birinizə bu verdiyiniz kimi bir şey hədiyya edilsəydi, onu yalnız gözünü yumaraq və utanaraq alardınız. Bundan sonra hər hansı birimiz bir şey gətirəndə keyfiyyatli olanını gətirirdik.
Bunu Tirmizi də, Abdullah İbn Əbdurrəhman əd-Darimidən, o da Ubeydullahdan – o, İbn Musa əl-Absiydir -, o da İsraildən, o da Suddidən – o, İsmayıl İbn Əbdurrəhmandır -, o da Əbu Malik əl-Ğifaridən — onun adı Gazvandır -, o da Bəradan oxşar şəkildə rəvayət etmişdir. Sonra da: “Bu, həsən qərib hədisdir” — demişdir.
İbn Əbi Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu-Vəlid danışdı, bizə Süleyman İbn Kəsir danışdı, o da Zuhridən, o da Əbu Ümamə İbn Səhl İbn Hüneyfdən, o da atasından rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) iki növ xurmanı qadağan etdi: əl-Curur və əl-Hubeyq. İnsanlar yararsız meyvələrini seçib ayırar, sonra da onu sədəqə çıxarardılar. Buna görə “Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz.” ayəsi endi.
Bunu Əbu Davud da, Sufyan İbn Hüseyndən, o da Zuhridən rəvayət etmiş, sonra da: “Bunu Əbu-Vəlid, o da Süleyman İbn Kəsirdən, o da Zuhridən rəvayət etmişdir” — demişdir. Sözləri: “Rəsulullah (salləllahu aleyhi və səlləm) iki növ xurmanı qadağan etdi: əl-Curur və əl-Hubeyq. Onların ikisindən sədəqə götürülməsini də qadağan etdi.” şəklindədir.
Nəsai bu hədisi Abdul-Cəlil İbn Humeyd əl-yahsubidən, o da Zuhridən, o da Əbu Ümamədən rəvayət etmiş, lakin “o da atasından” deməmişdi. O da buna bənzər şəkildə zikr etmişdir. Habelə, bunu İbn Vəhb də Abdul-Cəlildən rəvayət etmişdir.
İbn Əbi Hatim demişdir: Bizə atam danışdı, bizə yəhya İbn Muğirə danışdı, bizə Cərir danışdı, o da Əta İbn Saibdən, o da Abdullah İbn Məqildən “Qəsd etməyin pisi ki, ondan xərcləyasiniz.” ayəsi haqqında dedi: “Müsəlmanın qazancı pis olmaz, ancaq o, keyfiyyatsiz xurma, saxta dirhəm, və xeyirsiz bir şeyi sədəqə etməz.”
İmam Əhməd demişdir: Bizə Əbu Səid danışdı, bizə Həmmad İbn Sələmə danışdı, o da Həmmaddan – o, İbn Süleymandır -, o da İbrahimdən, o da Əsvəddən rəvayət etdi ki, Aişə (radiyAllahu anhə) dedi: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) bir kərtənkələ gətirildi. Özü ondan yemədi və onu qadağan da etmədi.” Mən: “Ey Allahın Rəsulu, onu kasıblara verək yesinlər?” — dedim. O da: “Onlara özünüzün yemədiyinizi yedirtməyin” — buyurdu.”
Sonra Əhməd bunu Affandan, o da Həmmad İbn Sələmə yolu ilə rəvayət etmişdir ki, mən dedim: “Ey Allahın Rəsulu, onu yoxsullara verim yesinlər?” O da: “Onlara özünüzün yemədiyinizi yedirtməyin” — buyurdu.”
Səvri dedi: Suddidən, o da Əbu Malikdən rəvayət edir ki, Bəra “Siz onu götürməzsiniz. yalnız göz yumaraq bunu etməniz müstəsnadır.” ayəsi haqqında demişdir: “Bir adamın başqa bir adamdan alacağı olarsa, o da ona bunu verərsə, götürməz; haqqını kəsdiyini iddia edər.” Bunu İbn Cərir rəvayət etmişdir.
Əli İbn Əbi Təlhadan, o da İbn Abbasdan, onun “Siz onu götürməzsiniz. yalnız göz yumaraq bunu etməniz müstəsnadır.” kəlamı haqqında belə dediyini nəql etmişdi: “Bir nəfərdə haqqınız olsa, o da sizin haqqınızı daha ucuz bir şeylə gətirsə, həmin şeydə endirim etmədən onu yaxşı hesab edib götürməzsiniz.” O dedi: “Məhz “yalnız göz yumaraq bunu etməniz müstəsnadır.” dediyi budur. Özünüz üçün razı olmadığınız şeya mənim üçün necə razı olursunuz? Mənim sizdəki haqqım, mallarınız ən təmizi və ən gözəlindəndi!!”
Bunu İbn əbi Hatim, İbn Cərir rəvayət etmiş və “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayəcaqsınız“ (Ali İmran, 92) kəlamını əlavə etmişdir. Sonra bunu əl-Avfi və digərindən, o da İbn Abbasdan bu cür rəvayət etmişdir. Bir neçə nəfər də belə demişdi.
“Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir” yəni, hər nə qədər sizə sədəqələri və onların təmizindən verməyi əmr etsə də, Onun buna ehtiyacı yoxdur. Bu da varlı ilə kasıbın eyni tutulmasından başqa bir şey deyildir. Eyni ilə “Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar.” (Əl-Həcc, 37) kəlamı da belədir. O bütün xəlq etdiklərindən zəngindir və bütün xəlq etdikləri də ona möhtacdır. Onun lütfü genişdir, mülkü tükənməzdir. Kim təmiz bir qazancdan sədəqə verərsə, bilsin ki, Allah zəngindir, geniş əta edəndir, kərimdir, comərddir. Buna görə onun mükafatını verəcək. Onu bir çox dəfə, qat-qat artırar. yoxsul olmayan və haqq yeməyan varlığa kim borc verməz? O, “Tərifəlayiqdir”, yəni bütün fellərində, sözlərində, şəriət və qədərində həmd ediləndir. Ondan başqa Rəbb yoxdur.
“Şeytan sizə yoxsulluq vəd edir və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və fəzilət vəd edir. Allah Əhatə edəndir, Biləndir.”
İbn Əbi Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə Hənnad İbn əs-Səriy danışdı, bizə Əbu Ahvas danışdı, o da Əta İbn Saibdən, o da Mürrə əl-Həmədanidən, o da Abdulla İbn Məsuddan rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) : “Adəm oğluna şeytanın bir yoxlaması və mələyin bir yoxlaması vardır. Şeytanın yoxlaması pisliyi vəd etmək və haqqı yalan saymaqdı. Mələyin yoxlaması isə xeyri vəd etmək və haqqı təsdiqləməkdi. Kim bunu taparsa bilsin ki, o, Allahdandır. Allaha həmd etsin. Kim də o birindən taparsa, şeytandan Allaha sığınsın” — buyurmuş və sonra da “Şeytan sizə yoxsulluq vəd edir və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və fəzilət vəd edir. Allah Əhatə edəndir, Biləndir.” ayəsini oxumuşdu.
Bunu “Tirmizi və Nəsəi “Sünən” əsərlərinin təfsir fəslində Hənnad İbn əs-Səriydən rəvayət etmişlər.
İbn Hibban da bunu Səhihində, Əbu yala əl-Məvsilidən, o da Hənnaddan bu cür rəvayət etmişdir. Tirmizi demişdir: “həsən qəribdir. Bu, Əbu-Ahvasın — yəni, Səlləm İbn Süleymin — hədisidir. Onu ancaq onun hədisindən mərfu olaraq tanıyırıq.” Belə demişdir. Bunu Əbubəkr İbn Mərdəveyh öz təfsirində Muhamməd İbn Əhməddən, o da Muhəmməd İbn Abdullah İbn Rustəhdən, o da Harun əl-Farviydən, o da Əbu Damradan, o da İbn Şihəbdən, o da Ubeydullah İbn Abdullahdan, o da İbn Məsuddan mərfu olaraq oxşar şəkildə nəql etmişdir. Lakin onu Misar, o da Əta İbn Saibdən, o da Əbu-Əhvas Avf İbn Məlik İbn Nadədən, o da İbn Məsuddan onun sözləri kimi rəvayət etmişdi. Allah daha biliklidir.
“Şeytan sizə yoxsulluq vəd edir” kəlamının mənası budur: Sizi kasıblıqla qorxudur ki, əlinizdə olanları bərk tutub onları Allahın razılığı üçün xərcləməyasiniz. “və yaramaz işlər görməyi əmr edir.” yəni, sizi kasıblıq qorxusu ilə xərcləməkdən çəkindirdiyi kimi, sizə asilikləri, günahları, haramları və əxlaqa zidd şeyləri əmr edər. Allah təala buyurur: “Allah isə sizə Öz tərəfindən bağışlanma vəd edir” yəni, şeytanın çirkin əmrlərinə qarşı bağışlanma vəd edər “və fəzilət vəd edir” yəni, şeytanın kasıblıqla qorxutduğuna müqabil. “Allah Əhatə edəndir, Biləndir.”
“(Allah) istədiyi kəsə hikmət bəxş edir.” Əli İbn Əbi Talhadan, o da İbn Abbasdan demişdir: “yəni, Quran barədə bilgini, onun nəsx mənsuxunu, möhkəm və mütəşabehini, əvvəl və sonra enənini, halal və haramını və digərlərini.”
Cüveybir də Dəhhakdan, o da İbn Abbasdan mərfu olaraq demişdir: “Hikmət, Qurandır.” yəni, onun təfsiridir. İbn Abbas demişdir: “Çünki onu yaxşı da, pis də oxuyur.” Bunu İbn Mərdəveyh rəvayət etmişdir. İbn Əbi Nəcih demişdir: Mucahiddən: “Hikmətlə məqsəd, sözdə isabətdir.”
Leys İbn əbu Suleym demişdi: Mucahiddən “(Allah) istədiyi kəsə hikmət bəxş edir.” kəlamı haqqında: “O Peyğəmbərlik deyil. Lakin o, elm, fiqh və Qurandır.” – dediyi nəql edilir.
Əbu Aliyə demişdir: “Hikmət, Allah qorxusudur. Çünki Allah qorxusu hər hikmətin başıdır.”
İbn Mərduveyh də, Bəqiyya vasitəsi ilə, o da Osman İbn Züfər əl-Cuhənidən, o da Əbu Əmmar əl-Əsədidən, o da İbn Məsuddan mərfu olaraq demişdir: “Hikmətin başı, Allah qorxusudur”.
Əbu Aliyə də ondan nəql edilən bir rəvayətdə demişdir: “Hikmət kitab və fəhmdir.” İbrahim ən-Nəxai demişdir: “Hikmət fəhmdir.” Əbu Malik demişdir: “Hikmət sünnədir.” İbn Vəhb də Malikdən rəvayət edir ki, Zeyd İbn Əsləm demişdir: “Hikmət ağıldır.” Malik isə, demişdir: “Mənim qəlbimə bu gəlir: “Hikmət, Allahın dinini yaxşı başa düşməkdir. O, Allahın qəlblərə verdiyi mərhəmət və lütfdür. Onun açıqlaması budur ki, bəzən bir adam görürsən, dünya işində ağıllı olur. Başqa biri isə dünya işində zəif olur, amma dini ilə bağlı işlərdə bilikli və bəsirətli olur. Allah ona bunu verər, o birisindən məhrum edər. Belə olduğu təqdirdə hikmət, Allahın dinini başa düşməkdir.”
Suddi də: “Hikmət, Peyğəmbərlikdir.” — demişdir.
Doğrusu budur ki, hikmət – cumhurun dediyi kimi – Peyğəmbərliklə xüsusiləşmir, əksinə ondan daha ümumidir. Ən yüksəyi Peyğəmbərlikdir. Risalət isə daha xüsusidir. Lakin Peyğəmbərlərə tabe olanların tabeçilik yolunu tutduqlarına görə xeyirdən payları vardır. Necə ki, bəzi hədislərdə gəlmişdir: “Kim Quranı əzbərləyarsə, bu o deməkdir ki, Peyğəmbərlik onun qəlbinə girmişdir, lakin ona vəhy gəlmir.” Bunu Vəki İbn Cərrah öz təfsirində İsmayıl İbn Rafidən, o da adını çəkmədiyi bir şəxsdən, o da Abdullah İbn Ömərdən onun sözü olaraq rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Vəki ilə Zeyd danışdı: Bizə İsmayıl yəni, İbn Əbi Xalid – danışdı, o da Qeysdən – o, İbn Əbi Hazimdir –, o da İbn Məsuddan rəvayət etdi ki, Rəsulullahdan (salləllahu aıeyhi və səlləm) onun belə dediyini eşitdim: “Ancaq iki kimsəya qibtə edilər: Allahın verdiyi malı haqq yolda bitirən kimsə və Allahın verdiyi hikmətlə hökm edən və onu başqalarına öyrədən kimsə.”
Bunu Buxari, Müslim, Nəsai və İbn Macə müxtəlif yollarla İsmayıl İbn əbi Xaliddən bu şəkildə rəvayət etmişlər.
“Bunu isə ancaq düşüncəli insanlar anlayər.” yəni, öyüd və nəsihətdən ancaq xitab və kəlamı anlayən düşüncə və ağlı sahibləri fayda götürə bilər.