Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir!

Allah Təala şükür etmək barəsində əmrini bəyan edib qurtardıqdan sonra, səbri bəyan etməyə və səbir və namazla kömək istənilməsinə yönələtməya başladı. Həqiqətən də, qul ya nemət içindədir və buna görə Allaha şükür edər, ya da bəlalar içindədir və bu hala səbir edər. Necə ki, hədisdə deyilir: «Möminin halı təəccüblüdür. Allah onun haqqında nə hökm versə, onun üçün xeyirli olur. Əgər firavanlıqdadırsa şükür edər, özünə xeyir qazanar, sıxıntıdadırsa səbir edər və yenə də xeyir qazanmış olar.»

Allah Təala müsibətlərə tab gətirməyin ən yaxşı yolunun, səbir edib namaz qılmaqla kömək diləmək olduğunu bəyan etmişdir. Necə ki yuxarıda demişdir: “Səbr etmək və namaz qılmaqla kömək diləyin! Həqiqətən, bu, yalnız itaət edənlərə ağır gəlməz” (Bəqərə, 45). Hədisdə bu cür deyilmişdir: Rəsulullah (salləlahu aleyhi və səlləm) çətinliya düşdükdə namaz qılardı.

Səbir iki qismə bölünür. Birincisi, haram və günahları tərk edərkən edilən səbirdir. İkincisi, Allaha itaətdə və Ona yaxın olmaq üçün edilən işlərdə göstərilən səbirdir. İkincisinin savabı daha çoxdur. Çünki Allah qullarlından məhz bunu istəyir. Bəla və müsibətlərə qarşı səbir etmək – səbrin üçüncü qismidir. Bu da, günahların bağışlanmasını diləmək kimi vacibdir. Necə ki, Əbdurrəhman İbn Zeyd İbn Əsləm demişdir: “Səbir iki hissədən ibarətdir. Birinci — nəfsə və bədənə nə qədər ağır gəlsə də, sevdiyi şeylərə qarşı Allah üçün səbir etməkdir. İkinci – nəfsə nə qədər ağır gəlsə də, xoşlamadığı şeylərə qarşı Allah üçün səbir etməkdir. Kim belə olarsa, o, salam verilən səbir edənlərdən olar. İnşə Allah.”

Əli İbn Hüseyn Zeynul-abidin demişdir: Allah əvvəlkiləri və sonrakıları topladığı zaman, bir carçı: “Səbir edənlər haradadır, haqq-hesabdan öncə Cənnətə girsinlər?” – deya səslənəcək. İnsanlardan bir hissəsi qalxar və mələklər onların qarşısını kəsib soruşarlar: “Ey Adəm oğulları, hara?” Onlar: “Cənnətə” — deyarlər. Mələklər soruşarlar: “Haqq-hesabdan öncə?” Onlar: “Bəli” – deya cavab verərlər. Mələklər soruşarlar: “Siz kimsiniz?” Onlar: “Biz səbir edənlərik” – deyarlər. Mələklər soruşarlar: “Nəyə səbir etdiniz?” Onlar: “Ruhumuzu təslim verənə qədər Allahın itaətində dayənmağa və Allaha asilik etməməya səbir etdik” — dedilər. Mələklər: “Siz dediyiniz kimisiniz, daxil olun cənnətə. Əməl edənlərin mükafatı necə də gözəldir” — dedilər.”

Mən də deyirəm: “yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir” (Zumər, 10) ayəsi buna dəlalət edir. Səid İbn Cubeyr demişdir: “Səbir — başına gələn müsibəti Allah üçün qəbul edib savabını Allahdan ummaqdır. Bəzən insan təlaşa düşür. Lakin bu əsnada özünü topadığına görə, yalnız səbir etdiyi müşahidə olunur.”

“Allah yolunda öldürülənlərə “ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.” Allah təala şəhidlərin bərzəx aləmlərində diri olduqlarını və ruziləndirildiklərini xəbər verir. Necə ki, “Səhih Müslim” də keçən hədisdə deyilmişdir: “Şəhidlərin ruhları yaşıl quşların çinədanlarında olur. Həmin quşlar Cənnətdə istədikləri yerdə dolaşar və Ərşin altından asılan çıraqlara qayıdarlar. Rəbbin onlara baxar və: “Nə istəyirsiz?” – deya buyurar. Onlar: “Ey Rəbbimiz, daha nə istəyacəyik, Sən bizə yaratdıqlarından heç birinə vermədiyini verdin” – deya cavab verərlər. Sonra Allah sualı bir daha təkrarlayər. Onlar, bir şey istəməyincə sualın davam edəcəyini anlayəraq deyarlər: “Bizi dünyayə təkrar qaytarmanı istəyirik ki, Sənin yolunda döyüşüb bir daha şəhid olaq.” Çünki şəhidliyin necə savab olduğunu görürlər. Uca Allah buyurur: “Heç kimsənin ora qayıtmayəcağını yazdım.”

İmam Əhməd belə rəvayət etmişdir: Bizə imam Şafii, o da imam Məlikdən, o da Zuhridən, o da Əbdurrəhman İbn Kəb İbn Məlikdən, o da atasından rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)demişdir: “Möminin ruhu Cənnət ağacına qonan bir quşdur. Allah, Qiyamət günü onun ruhunu cəsədinə qaytarana qədər, o cür qalacaqdır.” Bu hədisdə bunun bütün möminlər üçün ümumi olduğuna da işarə vardır. Baxmayəraq ki, şəhidlər Quranda şərəflə, dəyarlə və hörmətlə ilə zikr olunaraq xüsusi vurğulanır.