Ey iman gətirənlər! Siz-lərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki kişi aranızda şahidlik etsin. Əgər şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Biz bu lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günah-karlardan olarıq” and içsinlər.