Allah Təala, mömin qullarına onlara ruzi olaraq verdiyi pak qidalardan yemələrini və buna görə Allaha şükür etmələrini əmr edərək buyurur. Əgər onlar Allahın qullarıdırsa, belə etməlidirlər. Halal yemək duanın və ibadətin qəbul olunmasına səbəbdir. Necə ki, haram yemək dua və ibadətin qəbul olunmasına maneədir. İmam Əhmədin rəvayət etdiyi hədisdə bucür deyilir: Bizə Əbun-Nadr, o da Fudeyl İbn Mərzuqdan, o da Adiy İbn Sabitdən, o da Əbu Həzimdən, o da Əbu-Hureyrədən rəvayət etmişdir ki, Rəsulullah (salləlahu aleyhi və səlləm) demişdir: Ey insanlar, Həqiqətən Allah Ət-Tayyibdir (Pakdır) və yalnız pak olanı qəbul edər. Allah möminlərə, Peyğəmbərlərə əmr etdiyini əmr etmişdir. O buyurur: “Ey Peyğəmbərlər təmiz nemətlərdən yeyin və yaxşı işlər görün, həqiqətən Mən nə etdiklərinizi yaxşı bilirəm”(Əl-Muminun, 51), və “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərdən halalından yeyin”. Sonra o uzun müddət səfərdə olan saçı dağınıq üstü toz torpaqlı bir kişini xatırlatdı. Həmin kişi əllərini göyə açaraq: “Ey Rəbbim, Ey Rəbbim” deyirdi. Onun yediyi də haramdır, içdiyi də haramdır, geyindiyi də haramdır. O, haramla bəslənibdir. Belə adamın duası necə qəbul olunsun? Bu hədisi Muslim “Səhih” əsərində və Tirmizi, Fudeyl İbn Mərzuqdan rəvayət etmişlər.
Allah möminlərə ruzisini lütf edincə və onları pak olanından yeməya yönəldincə,bundan yalnız leşi yeməyi haram etdiyini xatırlatdı. yəni, boğazlanmadan öz ölümü ilə öləni, istər boğulmuş, vurulmuş, yüksəklikdən atılmış yaxud canavar parçalamış olsun.
Cumhur alimlər bunların içindən dəniz ölüsünü istisna etmişdir. Çünki Allah Təala buyurur: “Həm sizin, həm də səfərdə olanların faydalanması üçün dəniz ovu və onu yemək sizə halal edildi.”( Əl-Maidə, 96). Bu da irəlidə gələcəkdir. “Səhih”, “Musnəd”, “Muvatta” və “Sünən” əsərlərində balina haqqında hədisdə, Rəsulullah (salləllahu aleyhi və səlləm)dəniz barədə buyurur: “Onun suyu təmizlənməya yararlıdır və ölüsü də halaldır.”Şəfii, Əhməd, İbn Macə və Daraqutni, İbn Ömərdən mərfu olaraq:“Bizə iki ölü və iki qan halal edilmişdir: Balıq ilə çəyirtkə və qara ciyarlə dalaq” hədisini rəvayət etmişlər. Hədisin açıqlaması Maidə surəsində gələcək.
Şəfii və qeyrilərinin rəyinə görə leşin cəsədindəki süd və yumurta nəcisdir. Çünki ondan bir hissə sayılır. Məlik bir rəvayətdə: Təmizdir, cəsəddən ayrılmamış olsa nəcisdir, demişdir. Eyni şəkildə leşin pendir mayəsı barəsində alimlər ixtilaf etmişlər. Onlara görə nəcis olması daha məşhur rəydir. Səhabələr tərəfindən məcusilərin pendirinin yeyilməsi onların əleyhinə dəlildir. Qurtubi təfsirində demişdir: Südə pendir mayəsından az bir qismi qarışır, az bir nəcasət çoxlu miqdarda maye ilə qarışarsa, bu bağışlanandır. İbn Macə demişdir: Bizə Seyf İbn Harun, o da Suleyman Teymidən, o da Əbu Osman Nəhdidən, o da Salman Farisidən rəvayət etmişdir: Rəsulullahdan (salləlahu aleyhi və səlləm) kərə yağı, pendir və kürk haqqında soruşdular. O da dedi:“Halal, Allahın Öz Kitabında halal etdiyidir və haram, Allahın Öz Kitabında haram etdiyidir, susub demədiyi isə, Onun əfvindəndir.”
Eyni şəkildə Allah Təala onlara donuz ətini də haram etmişdir, istər boğazlansın, istər öz ölümü ilə ölsün. Donuzun yağı ətinin hökmünə daxildir. Bu ya çoxluq, ya da ətin onu da əhatə etməsinə görədir. Bir rəya görə bu, qiyas yolu ilə haram hökmünə düşür. Həmçinin Allah onlara Allahdan başqası üçün kəsiləni haram etmişdir. Bu da Allah təalədən başqasının, tikili daşların, ortaq tutulanların, fal oxlarının və digər bu kimilərinin adına kəsilən heyvanlardır. Onlar cahiliyya dövründə belə edərdilər. Qurtubi İbn Ətiydən, o da Həsən Bəsridən rəvayət etmişdir ki, ondan, əyləncə xatirinə toy edən və toyunda dəvə kəsən bir qadın barədə soruşdular. O: «yeyilməz, çünki bütə (sənəmə) kəsilib» — dedi. Qurtubi rəvayət edir ki, Aişə, əcəmilərin bayramlarında kəsdikləri və müsəlmanlara hədiyya etdikləri ət barəsində soruşuldu. O da: «O gün üçün kəsiləndən yeməyin, meyvələrindən yeyin» dedi.
Sonra Allah Təala zərurət halında və ehtiyac duyduqda bunları yeməyi mübah etdi. Bu, başqa yeməklər olmadıqda edilir. Allah: “Hər kəs meyl etmədən və həddi aşmadan” buyurdu. yəni, meylsiz və həddi keçmədən deməkdir. “Ona günah hesab edilməz” yəni, onu yeməkdə günah olmaz. “Həqiqətən, Allah Bağışlayəndır, Rəhmlidir.”
Mucahid demişdir: Hər kəs meyl etmədən və həddi aşmadan məcbur olarsa, yəni, kiminsə yolunu kəsmədən və ya rəhbərlərə qarşı çıxmadan yaxud Allaha asilik etmədən, ona rüsxət vardır. Kim ki, meyl edərsə və ya həddini aşarsa yaxud da Allaha asilik edərsə, məcbur edilsə belə, ona rüsxət yoxdur. Səid İbn Cubeyrdən də bu cür rəvayət edilmişdir.
Səid İbn Cubeyr, ondan nəql olunan bir rəvayətdə və Muqatil İbn Həyyan demişlər: Meyl etmədən sözü, halal saymadan mənasındadır.
Suddi demişdir: meyl etmədən, yəni, şəhvətinin tələbini istəyarək.
Adəm İbn Əbu İyas demişdir: Bizə Dəmrə, o da Osman İbn Əta əl-Xorasanidən, o da atasından rəvayət etmişdir ki, o, “meyl etmədən” sözü barədə, «nəfsi çəkdiyi üçün leşi qızartmaz və bişirməz, yalnız ölməyacəyi qədər yeyar. Halal tapana qədər özü ilə daşıyar, halalı tapan kimi onu tullayər. “Həddi aşmadan” sözü, məhz elə bu deməkdir. Deyir ki, onunla halal sərhədini aşmaz. İbn Abbas: ondan doymaz, demişdir. Suddi onu həddi aşmaqla təfsir etmişdir. İbn Abbas “Hər kəs meyl etmədən və həddi aşmadan” ayəsi barəsində: Leşə meyl etmədən və yeməsində həddi aşmadan, demişdir. Qatadə isə, “Hər kəs meyl etmədən və həddi aşmadan məcbur olarsa” ayəsi barəsində: Leş əti yeməya meyl etməmək, yəni, ondan çox yeyib halal sərhədindən harama keçməmək, demişdir. Çünki artıq təhlükə sovuşmuşdur. Qurtubi Mucahiddən “kim məcbur olarsa” yəni, istəmədən yeməya məcbur olarsa demişdir.
Məsələ: Qurtubi demişdir: «Çətinliya düşən leş ilə bərabər başqasının yeməyini yol kəsmədən və əziyyat vermədən taparsa, leş əti yemək halal olmaz. O, başqasının yeməyini yeməlidir və bunda ixtilaf yoxdur.» Sonra Qurtubi demişdir: Bu halda yesə, yediyini təzmin etməlidirmi? Bu barədə İmam Məlikin iki görüşü vardır. Sonra İbn Macənin “Sunən” əsərindən hədis varid etmişdir: Şöbə, Əbu İyas Cəfər İbn Əbu Vəhşiynin belə dediyini rəvayət etmişdir: Abbad İbn Şurahbilin Əl-Ənəzidən bu cür dediyini eşitdim: “Bir il aclıq oldu. Mədinəyə gəldim, bir bostana girib, arpa sünbülünü əzib yedim. Ondan az miqdarda boğçama qoydum”. Bostan sahibi gəldi məni döyüb paltarımı əlimdən aldı. Mən də gəlib Rəsulullaha (salləllahu aleyhi və səlləm)xəbər verdim. Rəsulullah (salləllahu aleyhi və səlləm)o adama: Ac olanı və xəbər gətirəni yedizdirmədin, cahili də öyrətmədin, dedi və paltarımı geri qaytarmasını əmr etdi. Bir yaxud yarım yük yemək verməsini buyurdu. Hədisin sənədi sağlamdır və çox güclüdür. Çoxlu şahidləri var, onlardan biri də: Amr İbn Şueyb, atasından, o da babasından rəvayət etmişdir ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm), budaqdan sallanan meyvə haqqında soruşulduqda, o dedi: Kimin ehtiyacı olarsa ondan yesin, özü ilə aparmasın, bu halda ona günah yoxdur.
Muqatil İbn Həyyan “ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayəndır, Rəhmlidir” ayəsi barəsində demişdir: məcburiyyatdən yeyarsə, bizə çatdığına görə, üç loğmadan artıq yeməz, Allah ən doğrusunu biləndir.
Səid İbn Cubeyr demişdir: Allah Bağışlayəndır haram yeməyi, Mərhəmətlidir, çünki məcburiyyat zamanı haram yeməyi halal edər.
Vəki İbn Cərrah demişdir: Bizə Aməş, o da Əbud-Duhadan, o da Məsruqdan. Onun belə dediyini rəvayət etmişdir: Kim çətinliya düşüb, yeməyib-içməyib ölərsə, oda daxil olar.
Bu da çətinliya düşənin leş əti yeməsinin rüsxət deyil, vacib olduğunu bildirir.
Qəzalinin dostu Kəyal-Hərrasi kimi tanınan Əbu-Həsən Ət-Təbəri “əl-İştiğal” əsərində demişdir: Bizə görə doğrusu budur. Bu, xəstə və onun kimilərin Ramazanda orucu açmalarına bənzəyir.