Allah Təala bu ümmətin möminlərinə xitab edərək onlara oruc tutmalarını əmr edir. Oruc, izzət və cəlal sahibi Allahın üzü üçün xalis niyyat edərək yeməkdən, içməkdən və cinsi münasibətdən özünü saxlamaqdır. Çünki onda nəfsin pis qarışıqlardan və alçaq əxlaqi davranışlardan təmizlənməsi, paklanması və saflaşması vardır. Allah Təala orucu möminlərə fərz qıldığı kimi onlardan əvvəlkilərə də fərz qıldığını zikr etmişdir. Onlara bu xüsusda örnək vardır. Bununla da onlar həmin fərzi öncəkilərdən daha kamil etməyə səy göstərsinlər. Necə ki, uca Allah buyurur: “Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. yaxşı işlər görməkdə bir-birinizlə yarışın” (Maidə, 48). Buna görə də burada da: “Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə çəkinəsiniz” demişdir. Çünki orucda bədəni təmizləmə və şeytanın yollarını daraltma xüsusiyyatləri vardır. İki Səhihdə öz təsdiqini tapmış hədisdə buyurulur: “Ey gənclər toplusu! İçinizdən kim evlənə bilirsə, evlənsin! Əgər kim də bacarmayırsa, oruc tutsun! Şübhəsiz ki, oruc onun şəhvətinə maneədir.”
Sonra orucun miqdarını izah etdi. O hər gün deyildi. Əgər elə olsaydı, nəfslərə ağır gələr, onun hökmünə və icrasına zəiflik göstərərdilər. O, müəyyən sayda olan günlərdir. Bu, İslamın əvvəlində belə idi. Onlar hər ayda üç gün oruc tutardılar. Sonra bu, Ramazan ayının orucu ilə nəsx edildi. Necə ki, bunun açıqlaması irəlidə qeyd olunacaq. Rəvayətə görə oruc ilk vaxtlarda bizdən əvvəlki ümmətlərdə olduğu kimi hər aydan üç gün idi. Bu, Muazdan, İbn Məsuddan, İbn Abbasdan, Ətadan, Qatadədən, Dəhhaq İbn Muzəhimdən nəql edilir. O bunu əlavə etmişdir: Bu, Nuhun zamanından bəri belə buyurulmuşdu. Sonda Allah onu Ramazan ayının orucu ilə nəsx etdi.
Abbad İbn Mansur Həsən Bəsridən nəql edərək onun: “Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə çəkinəsiniz.” ayəsi haqqında: “Bəli. Allaha and içirəm ki, oruc bizə fərz edildiyi kimi, bütün keçmiş ümmətlərdə də tam bir ay və müəyyən saylı günlər yəni, bəlli saylı günlər olaraq fərz edildi” — demişdir. Suddidən də eynisi rəvayət edilir.
İbn Əbi Hatim, Əbu Əbdurrəhman Əl-Muqrinin hədis yolu ilə belə rəvayət etmişdir: Mənə Səid İbn Əbu Əyyub o da Abdullah İbn Vəliddən o da Mədinəli Əbur-Rəbiədən, o da Abdullah İbn Ömərdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah, Ramazan orucunu sizdən əvvəlki ümmətlərə də fərz etmişdi”. Bu uzun hədisin bir hissəsidir.
Əbu Cəfər ər-Razi, Rabi İbn Ənəsdən, o da İbn Ömərdən rəvayət edən birindən, İbn Ömərin belə dediyini nəql edir: “Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə çəkinəsiniz.” ayəsi nazil oldu. Onlara fərz edilmişdi ki, hər hansı biri İşa namazını qılıb yatdığı zaman Allah ona yeməyi, içməyi və qadınları ertəsi axşama qədər haram buyururdu.”
İbn Əbi Hatim demişdir: İbn Abbas, Əbu Aliyə, Abdurrahmən İbn Əbi Leyla, Mucahid, Səid İbn Cubeyr, Muqatil İbn Həyyan, Rəbi İbn Ənəs və Əta əl-Xorasanidən də eynisi rəvayət edilmişdi.
Əta Əl-Xorasani, İbn Abbasdan belə rəvayət etmişdir: “Sizdən əvvəlkilərə vacib edildiyi kimi…” bununla Əhli kitabı qəsd edir.
Şabi, Suddi, Əta Əl-Xorasanidən də eynisi rəvayət edilmişdi.
Sonra orucun İslamın ilk illərində olduğu hökmünü bəyan edib buyurdu: “Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda” yəni, xəstə ilə müsafir, xəstəlik və səfər zamanı oruc tutmazlar. Çünki bunda onlara çətinlik vardır. Onlar oruc tutmazlar, onun miqdarında qəzasını başqa günlərdə əda edərlər. Amma oruc tutmağa taqəti olan sağlam və muqim (yəni, müsafir deyil, yerli) adam isə, orucla fidyə arasında seçim etməkdə azad idi. İstəsə oruc tutar və ya yeyarək hər günün müqabilində bir yoxsula yeyacək verərdi. Əgər hər gün üçün bir yoxsuldan daha çoxuna yeyacək verərdisə, bu onun üçün daha xeyirli olardı. Oruc tutduğu halda isə, bu ona fidyədən də xeyirli idi. Bunu İbn Məsud, İbn Abbas, Mucahid, Tavus, Muqatil İbn Həyyan və digər sələflər demişlər. Buna görə də Allah Təala: “Buna taqəti olanlar isə bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir” buyurmuşdu.
İmam Əhməd demişdir: “Bizə Əbu Nadr, o da Məsudidən, o da Amr İbn Murrədən, o da Abdurrahmən İbn Əbi Leyladan nəql edir ki, Muaz İbn Cəbəl radıyAllahu anhu demişdir: Namaz da, oruc da üç mərhələ keçirmişdir. Namazın üç mərhələsi bunlardır: Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldi və on yeddi ay Beytül-məqdisə dönərək namaz qıldı. Sonra əziz və cəlil olan Allah “üzünü göyə yönəltdiyini görürük, səni razı qalacaöın qibləya yönəldəcəyik” (Bəqərə, 144) ayəsini endirdi. Beləcə Allah onun üzünü Məkkəya çevirdi. Birinci mərhələsi bu idi. Deyilir ki, onlar namaz üçün toplanıb bir-birilərinə xəbər verirdilər. Sonunda zəng çaldılar və yaxud az qalmışdılar ki, çalsınlar. Sonra ənsarlardan Abdullah İbn Zeyd İbn Sələbə İbn Abdurabbih kimi tanınan bir kişi, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: “Ey Allahın Rəsulu! Mən yuxumda, əgər yuxuya getmədim desəm daha doğru söyləmiş olaram, yuxu ilə oyanıqlıq arasında ikən bir şəxsi gördüm. Üzərində iki hissədən ibarət yaşıl geyim vardı. Qibləya dönərək: Allahu Əkbər Allahu Əkbər, — iki dəfə — Əşhədu ən lə iləhə illəllah — dedi. Sonra azanı bitirdi. Sonra bir az duraraq, yenə də azanda dediyi kimi dedi. Ancaq bunda iki dəfə “qad qamətis-saləh” cümləsini əlavə etdi.” Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Bunu Bilala öyrət, onunla azan oxusun” dedi. Beləcə Bilal o kəlmələrlə ilk azan oxuyan oldu. O dedi: Sonra Ömər (Allah ondan razı olsun) gəlib dedi: Ey Allahın Rəsulu! Eyni şeyi mən də yuxumda gördüm, ancaq o məni qabaqladı.” Bu, iki mərhələdir. Onlar namaza gələrdilər. Bu zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) artıq bir neçə rükət qılmış olurdu. Adamlardan biri digərinə: “Neçə rükət qıldı?” — deya işarə edərdi. O da: “Bir və ya iki” – deyərdi. Həmin adam da onları qıldıqdan sonra camaata qoşulardı. O dedi: Muaz gəlib: “Mən, Rəsulullahı hansı halda görsəm ona tabe olaram, sonra nəyə yetişmədim onu qəza edərəm” — dedi. O dedi: Muaz gəldikdə Rəsulullah (salləllahu aleyhi və səlləm) artıq bir neçə rükətlə onu qabaqlamışdı. O dedi: Muaz Ona qoşuldu. Rəsulullah (salləllahu aleyhi və səlləm) qılıb qurtardıqdan sonra Muaz qalxıb qalan rükətlərini qıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) də buyurdu: “Muaz sizə bir sünnə qoydu, siz də elə edin”. Bu, namazın üç mərhələsidir.
Orucun mərhələlərinə gəlincə, Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gələrək hər aydan üç gün oruc tutmağa başladı və Aşura orucunu da tutdu. Sonra Allah ona orucu vacib etdi və: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə çəkinəsiniz… Buna taqəti olanlar isə, bir kasıba yemək verməklə fidyə ödəməlidir.” ayələrini nazil etdi. Buna görə də istəyan oruc tutdu, istəyan də bir kasıba yemək verdi. Bu, ona yetərli idi. Sonra izzət və cəlal sahibi Allah digər ayəni “…..Quran Ramazan ayında nazil edilmişdi… Sizlərdən bu ayə çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.” (Bəqərə, 185) nazil etdi. Allah, muqim və sağlam olanlara onu vacib etdi. Xəstə və səfərdə olanlar üçün isə, rüsxət verdi. Orucu tuta bilməyən yaşlılara isə yemək vermələri təsdiqləndi. Bu, iki haldır. O dedi: Onlar yatmadıqları müddət ərzində yeyar, içər və qadınlarla yaxınlıq edərdilər. yatdıqları zaman bunları etməzdilər. Ənsarlardan Sırma adlı bir kişi oruclu halında ikən axşama kimi işləyardi. O, evinə gəldikdə İşa namazını qılıb yatdı. Bir şey yeməyib içməyarək sabahı açdı. Gündüzünü orucla başladı. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu çox yorğun görüb: “Sənə nə olub? Səni çox yorğun görürəm” deya soruşdu. O da: “Ey Allahın Rəsulu, mən dünən işlədim. Evə gəlincə də yorğunluqdan yatdım. Oruclu olaraq sabahı açdım” — dedi. Ömər də yatdıqdan sonra yoldaşı ilə yaxınlıq etmişdi və bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) ərz etmişdir. Buna görə əziz və cəlil olan Allah: “Orucluq gecəsi zövcələriniz ilə yaxınlıq etmək sizə halal edildi… Sonra gecəyadək orucunuzu tamamlayın” (Bəqərə, 187) ayəsini nazil etdi.
Bunu Əbu Davud “Sünən” əsərində, Hakim də “Müstədrək” əsərində Məsudidən bu şəkildə rəvayət etmişlər. Buxari və Müslim də, Zuhridən o da Urvədən o da Aişədən onun belə dediyini rəvayət etmişlər: “Aşura orucu tutulurdu. Ramazanın fərz edildiyi ayə nazil olduqda, istəyan tutdu istəməyan də tutmadı”. Buxari bunu İbn Ömərlə İbn Məsuddan da eyni şəkildə rəvayət etmişdir.
“Buna taqəti olanlar isə bir kasıba yemək verməklə fidyə ödəməlidir.” Muazın radıyAllahu anhu dediyi kimi: İşin başında belə idi, istəyan tuturdu, istəməyan də orucunu açıb hər günə bir yoxsula yemək verirdi. Buxari də, Sələmə İbn Əkvadan onun belə dediyini rəvayət etmişdir: “Buna taqəti olanlar isə bir kasıba yemək verməklə fidyə ödəməlidir” ayəsi nazil olandan sonra oruc tutmaq istəməyan fidyə verirdi. Sonradan onun arxasınca olan ayə nazil oldu və onu nəsx etdi. Həmçinin Ubeydullah, o da Nafi, o da İbn Ömər yolu ilə rəvayət edilmişdi. O: “mənsuxdu” demişdir. Suddi də Mürrədən rəvayət etmiş ki, Abdullah İbn Məsud demişdir: “Buna taqəti olanlar isə bir kasıba yemək verməklə fidyə ödəməlidir” ayəsi nazil olduqda, “Buna taqəti olanlar” yəni, “bunun ağırlığını öz üzərinə götürənlər” deyildi”. Abdullah deyir: “İstəyan oruc tutardı, istəməyan də tutmazdı və buna müqabil bir yoxsula yemək verərdi”.
“Kim könüllü olaraq yaxşılıq etsə” yəni, başqa bir yoxsula yemək versə, bu onun üçün daha xeyirlidir. “oruc tutmaq sizə daha xeyirlidir”. Onlar belə edirdilər. Sonra bunu “bu ayə çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar” (Bəqərə, 185) ayəsi nəsx etdi.
Yenə Buxari belə buyurur: Bizə İshaq o da Rəvhdən o da Zəkəriyya İbn İshaqdan o da Amr İbn Dinardan o da Ətadan nəql edir ki, İbn Abbasdan: “Buna taqəti olanlar isə bir kasıba yemək verməklə fidyə ödəməlidir” ayəsini oxuduğunu eşitmişdir. İbn Abbas: “Ayə mənsux deyil. O adam, oruc tuta bilməyən yaşlı kişi və qadındır. Bunlar hər günün əvəzinə bir yoxsula yemək verirlər” demişdir. Bir çoxları da Səid İbn Cubeyrdən o da İbn Abbasdan belə rəvayət etmişlər.
Əbu Bəkr İbn əbu Şeybə demişdir: “Bizə Abdurrahim İbn Süleyman o da Əşas İbn Səvvardan o da İkrimədən nəql edir ki, İbn Abbas: ““Buna taqəti olanlar isə bir kasıba yemək verməklə fidyə ödəməlidir” ayəsi, oruca taqəti olmayan yaşlı insan haqqında nazil oldu. Ona zəifliyinə görə hər günün əvəzinə bir yoxsula yemək verməya rüsxət verildi.”
Hafiz Əbu Bəkr İbn Mərdəveyh demişdir: “Bizə Muhəmməd İbn Əhməd o da Hüseyn İbn Bəhram Əl-Maxzumidən o da Vəhb İbn Baqiyyadən o da Xalid İbn Abdullahdan o da İbn Əbi Leyladan onun belə dediyini nəql edir: Ramazanda Ətanın yanına getdim. yemək yeyirdi. O dedi: İbn Abbas: ““Buna taqəti olanlar isə bir kasıba yemək verməklə fidyə ödəməlidir” ayəsi nazil oldu. İstəyan oruc tutdu, istəməyan də orucunu açıb yoxsula yemək verdi. Sonra ilk ayə nəsx edildi. Ancaq yaşlı ixtiyar sahibi bundan istisna edildi; istəyarsə hər gün üçün bir yoxsul yedirdər və oruc tutmazdı” — demişdi.
Xülasə sağlam və muqim üçün nəsx yerində durur, onun oruc tutması vacibdir. Çünki Allah Təala: “bu ayə çatan şəxslər oruc tutmalıdırlar” buyurur. Orucu tuta bilməyən yaşlı ixtiyar sahibinə gəlincə, o, yeyar və ona qəza da yoxdur. Çünki o, bir daha qəza edəcək vəziyyətə qayıtmaz. Ancaq yediyi təqdirdə imkanı olarsa, hər gün üçün bir yoxsul yedizdirməyi vacibdirmi? Bunda da alimlərin iki rəyi vardır:
Birincisi — yemək yedirtmək vacib deyildir, çünki o, yaşına görə zəifdir. Uşaq kimi ona da fidyə vacib deyildir. Necə ki, Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər mükəlləf edər. Şafinin iki rəyindən biri də belədir.
İkincisi- doğru olan və alimlərin çoxunun rəyi olan- ona hər gün üçün bir fidyə vermək lazımdır. Necə ki, İbn Abbas və sələfdən olan digərləri “və aləlləzinə yutiqunəhu” qiraətinə görə “bunun ağırlığını öz üzərinə götürənlər” mənasında təfsir etmişlər. İbn Məsud ilə başqaları da belə demişdir. Buxarinin üstün hesab etdiyi rəy də budur. Çünki o belə demişdir: “Əgər yaşlı ixtiyar sahibinin oruca taqəti çatmazsa, Ənəs kimi edər. O, yaşa dolduqdan bir və ya iki il sonra hər gün üçün bir yoxsul yedizdirərdi. Ət və çörək verərdi. Amma özü oruc tutmazdı. Buxarinin bütöv isnadsız varid etdiyi bu hədisi Hafiz Əbu yala Əl-Məvsuli “Müsnəd” əsərində bütöv isnad ilə nəql edərək demişdir: “Bizə Abdullah İbn Muaz o da atasından o da İmrandan o da Əyyub İbn Əbi Təmimdən onun belə dediyini rəvayət etmişdir: “Ənəs taqətdən düşüb, oruc tuta bilməyacək hala gəldi. Bir boşqab sərid (ətli yemək) bişirdi, sonra otuz yoxsulu çağırıb bunu onlara yedirtdi. Bunu Abd İbn Humeyd, Rəvh İbn Ubadədən o da İmran İbn Hudeyrdən o da Əyyubdan bu şəkildə rəvayət etmişdir. yenə Abd bunu Ənəsin altı dostundan, onlar da Ənəsdən bu məna ilə rəvayət etmişlər. Bu növə, özünə və ya uşaqlarına görə qorxan hamilə və uşaq əmizdirən qadınlar da qoşulur. Onlar barədə alimlər arasında çoxlu ixtilaflar vardır. Bəziləri: “yeyarlər, fidyə verərlər və sonra da qəza edərlər” demişdir. Digərləri isə: “yalnız fidyə verərlər, qəza etməzlər” — demişdir. “Fidyasiz qəza vacib olur” deyanlər də olmuşdur. Bir başqaları da: “yeyarlər, nə fidyə verərlər, nə də qəza edərlər.” – demişlər. Biz də bu məsələni müstəqil olaraq oruc bəhsində ətraflı şəkildə izah etmişik. Həmd və minnət Allahadır.