Allah Təala Ona iman gətirmiş və Rəsulunu təsdiq etmiş qullarına, İslamın bütün hökmlərinə və şəriət qaydalarına sarılmalarını və bacardıqları qədər Onun əmirləri ilə əməl etmələrini və qadağalarını tərk etmələrini əmr edərək buyurur. Avfi demişdir: “İbn Abbas, Mucahid, Tavus, Dəhhak, İkrimə, Qatadə, Suddi və İbn Zeydin “sülhə daxil olun” ayəsinə yəni, “İslama daxil olun” demişlər.”
Dəhhak da, İbn Abbasdan, həmçinin Əbu Əliya və Rəbi İbn Ənəs “sülhə daxil olun” yəni, “itaətə qapılın” demişlər. Qatadə də, barışmaq demişdir.
“Bütövlüklə” yəni, cəm şəklində. Bunu İbn Abbas, Mucahid, Əbu-Əliya, İkrimə, Rəbi İbn Ənəs, Suddi, Muqatil İbn Həyyan, Qatadə və Dəhhak demişlər. Mucahid də: “Bütün yaxşı əməlləri və xeyir işləri görün” — demişdir.
İkrimə bu ayənin Abdullah İbn Salam, Əsəd İbn Ubeyd, Sələbə və başqa qrup yəhudilər və digərləri haqqında nazil olduğunu iddia etmişdi. Bunlar müsəlman olduqdan sonra altıncı gün tətil etmək və gecələr Tövratı tətbiq etmək barəsində Rəsulullahdan (salləllahu aleyhi və səlləm) icazə istədilər. Allah da onlara İslamın bütün əmrlərinə itaət edib digərlərini tərk etmələrini əmr etdi. Abdullah İbn Salamın bunlarla birlikdə zikr edilməsi şübhə doğurur. Onun altıncı gün tətil etmək istəyi heç ağıla sığan deyil. Çünki o tam iman gətirmişdir və bunun nəsx edildiyinə, ləğv olduğuna və yerinə İslamın bayramlarının verilməsinə dair imanı kamildir.
Bəzi təfsirçilər “kəffətən” sözünü daxil olan kimsələrə “hal” edir. yəni, “hamınız İslama daxil olun” mənası daşıyır. Birincisi daha doğrudur. O da hamılıqla imanın bütün mərtəbələrinə və İslamın qayda-qanunlarına əməl etmələridir. Onlar olduqca çoxdur. Bunu bacardıqları qədər etsinlər. Necə ki, İbn Əbu Hatim demişdir: Bizə Əli İbn Hüseyn, o da Əhməd İbn Sabbahdan, o da Heysəm İbn yaməndən, o da İsmayıl İbn Zəkəriyyadən, o da Muhamməd İbn Avndan, o da İkrimədən, İbn Abbasın bu sözü “nəsb” ilə oxuduğunu və burada əhli kitabdan olan möminlərin qəsd edildiyini demişdir. Çünki onlar Allaha iman etməklə bərabər, özlərinə nazil olan Tövrata və bəzi dini qaydalara hələ də riayət edirdilər. Buna görə Allah Təala “bütövlüklə islama daxil olun” dedi. yəni, Muhəmmədin (salləllahu aleyhi və səlləm) dini qayda-qanunlarına bütövlüklə daxil olun və ondan heç nəyi tərk etməyin. Tövrata və onda olanlara iman gətirməyiniz sizə yetər.
“Şeytanın addımları ilə getməyin” yəni, itaətləri edin, şeytanın sizə əmr etdiklərindən qaçın. Çünki şeytan sizə “pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir” (Bəqərə, 169). “Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (Fatir, 6). Buna görə “Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir” demişdir. Mutarrif demişdir: Allahın qulları arasında onun qullarını ən çox aldadan şeytandır.
“Sizə açıq-aydın dəlillər gəldikdən sonra azsanız” yəni, üzərinizə hüccətlər qalxdıqdan sonra haqdan dönsəniz, bilin ki, Allah da qüvvətlidir, yəni intiqamında. Qaçan onun əlindən qurtarmaz, Qələbə çalan Onu məğlub edə bilməz. O, hökmlərində, pozmasında və bağlamasında hikmət sahibidir. Buna görə Əbu Aliyə, Qatadə, Rəbi İbn Ənəs: “İntiqamında qüvvətlidir, işində hikmət sahibidir” — demişlər.
Muhammad İbn İshaq demişdir: “Dilədiyi təqdirdə Onu inkar edəndən intiqam almaqda qüdrətlidir. Qullarına qarşı üzr və hüccətdə də hikmət sahibidir.