Allah Təala özündən başqa məbud olmadığını, tək yaradıcı özü olduğunu bəyan etdikdən sonra özünün bütün məxluqatın ruzi verəni olduğunu bəyan etməyə başladı. O bu məqamda, onlara Allah tərəfindən verilən halal və pak, yəni,özlüyündə təmiz olmaqla yanaşı bədənlərə və ağıllara zərər verməyan, yer üzündəki hər şeydən yemələrini bildirdi. Onlara şeytanın addımlarını izləməyi qadağan etdi. Bu addımlar şeytanın metod və yollarıdır. Beləcə o, özünə tabe olanları azdırdı; bahirə, saibə, vasilə və başqa batil şeyləri uydurdu. Cahiliyya dövründə bunları onlar üçün bəzəmişdi. Necə ki,Səhih Müslimdəki İyad İbn Himarın hədisində, Rəsulullah (salləllahualeyhivəsəlləm) demişdir: Allah Təala deyir:“Qullarıma verdiyim hər şey onlar üçün halaldır. Mən qullarımı hənif olaraq yaratdım. Şeytanlar onlara yanaşaraq, onları dinlərindən döndərdilər və mənim onlara halal etdiklərimi haram etdilər.”
Hafiz İbn Mərdəveyh demişdir: Bizə Süleyman İbn Əhməd, o da Muhamməd İbn İsa İbn Şeybə əl Misridən, o da Həsən İbn Əbdurrəhman əl İhtiyatidən, o da İbrahim İbn Ədhəmin dostu Əbu Abdulla əl-Cəvzəcanidən o da İbn Cureycdən, o da Ətadan rəvayət edir ki, İbn Abbas demişdir: Peyğəmbərin (salləllahu aleyhi və səlləm)yanında “ Ey insanlar! yerdə olan halal və təmiz ruzilərdən yeyin “ ayəsi oxundu, Sad İbn Əbi Vəqqas ayəğa qalxdı: Ey Allahın Rəsulu, Allaha dua et ki, məni duası məqbul olan qullarından etsin, dedi. O da: Ey Sad, yediyin təmiz olsun, duan qəbul olunar. Ruhumu əlində tutan Allaha and olsun ki, insan haram loğmanı qarnına tıxarsa, o loğma onun bədənində ikən duası qırx gün qəbul olmaz. Hansı qulun əti haramdan və faizdən bəslənərsə, oda daha layiqdir.”
O, sizin açıq-aşkar düşməninizdir.Bu da ona nifrət etdirmək və ondan çəkindirməkdir. Necə ki, belə demişdir: Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir 6) Başqa ayədə Allah Təala belə demişdir: Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! (Kəhf 50)
Qatadə ilə Suddi “şeytanın addım izləri ilə getməyin!” kəlamı haqqında “Allaha hər asilik şeytanın addımlarındandır”demişdilər. İkrimə də “onlar şeytanın yoldan çıxartmalarıdır” demişdir. Mucahid də: “Addımlarıdır və ya səhvləridir” — demişdir. Əbu Micləs də “onlar günah olan nəzirlərdir” demişdir. Şabi isə demişdir: “Bir adam oğlunu kəsməya and içdi,Məsruq isə, ona bunun yerinə bir qoç kəsməsini fətva verdi və bu şeytanın addımlarındandır” dedi. Əbud-Duha da Məsruqdanbelə rəvayət edir: İbn Məsuda (radiyAllahu anh) heyvan döşü (yelin) və duz gətirdilər, o da yeməya başladı. Adamlardan biri digərlərindən aralandı. İbn Məsud: “Dostunuza da bir az verin” dedi. O da: “Mən istəmirəm” dedi. İbn Məsud: “Oruclusan?” soruşdu. O da: “Xeyr” dedi. “Bəs onda niyə yemirsən?” soruşdu. O da: “Heyvan döşünü heç vaxt yeməmək üçün onu özümə haram etdim” dedi. İbn Məsud isə: “Bax, bu şeytanın addımlarındandır, ye və andının kəffarəsini ver” dedi. Bunu İbn Əbi Hatim rəvayət etmişdir. İbn Əbi Hatim digər bir rəvayətdə demişdir: Bizə atam, o da Hassan İbn Abdullah əl Misridən, o da Süleyman ət Teymidən rəvayət edir ki, Əbu Rafi dedi: Bir gün zövcəmə qəzəbləndim, o da: Bir gün yəhudi, bir gün xristian olmağa və zövcəni boşamasa bütün kölələrini azad etməyə and içdi. Mən də Abdullah İbn Ömərin yanına gəldim, o da: “Bu şeytanın addımlarıdır”- dedi. Zeynəb bint Ummu Sələmə də belə demişdir. O, həmin dövrdə Mədinədə ən fəqih qadın idi. Mən də Asim ilə İbn Ömərin yanına getdim, onlar da eynisini dedilər. Abd İbn Hümeyd belə demişdir: Bizə Əbu Nüaym, o da Şərikdən, o da Abdulkərimdən, o da İkrimədən rəvayət etdi ki, İbn Abbas demişdir: Qəzəbli halda içilən hər bir and və ya nəzir, şeytanın addımlarındandır, kəffarəsi də and kəffarəsidir. Səid İbn Davud da təfsirində belə demişdir: BizəUbadə İbn Abbad əl-Muhalləbi, o da Asim əl Əhvəldən, o da İkrimədən rəvayət edir ki, o demişdir: Bir adam öz köləsinə: “Əgər sənə yüz şallaq vurmasam, zövcəm boşanmışdır” deyarsə, köləsinə şallaq vurmaz, zövcəsini də boşamaz; çünki, bu şeytanın addımlarındandır.
“O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir.” yəni düşməniniz şeytan ancaq pis şeyləri əmr edər. Bunlarında ən ağırı zina və ona bənzər çirkin işlərdir. Bunlardan da ağırı, Allaha qarşı bilmədiyi şeyi danışmaqdır. Bura bütün kafirlər və bütün bidətçilər daxildir.