Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın.

Bu ayəyə bənzər olanı surənin əvvəlində qeyd edilmişdir. Burada da təkid və oxuyub yaza bilməyən Peyğəmbərə tabe olmağa təşviq etmək məqsədi ilə təkrar edilmişdir. O Peyğəmbər ki, Onlar onun vəsfini, adını, vəziyyətini və ümmətini öz kitablarında görürlər. Bu səbəblə bunu və onlara verdiyi neməti gizlətməkdən onları çəkindirdi. Və onlara vediyi dini və dünyavi nemətləri yad etmələrini buyurdu.  Son Peyğəmbərini özlərinin  əmisioğulları olan ərəblərə  göndərdiyi nemətə görə həsəd etməmələrini bildirdi. Bu həsəd onlara müxaliflik etmək, onu təkzib etmək, onun yolundan üz çevirməya sövq etməməlidir. Allahın salamı cəza günü qiyamətə qədər kəsilmədən onun üzərinə olsun.