Dədə babalarına və keçmişlərinə olan nemətlərini və onlardan peyğəmbərlər göndərmək, onlara və zamanlarındakı digər ümmətlərə kitablar endirməklə onlara olan lütfünü xatırladır. Necə ki, belə demişdir: “Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.” (Duhan, 32)»O zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər göndərdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi» (Maidə, 20).
Əbu Cəfər ər Razi, o da Rəbi ibn Ənəs rəvayət edir ki, Əbu Aliyə : “mən sizi aləmlərdən üstün etdim” kəlamı haqqında,: Özlərinə verilən mülk, peyğəmbərlik və kitab nəticəsində o zamankı aləmlərə üstün etmişdir. Çünki hər zamanın bir aləmi vardır. Mucahid, Rəbi ibn Ənəsdən o da Qatadədən o da İsamayıl ibn əbu Xaliddən də eynisini rəvayət etmişdir. Bunu belə anlamaq lazımdır; çünki bu ümmət onlardan üsütündür. Belə ki, «Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı» (Ali İmran, 110) demişdir. Müsnəd və Sünnənlərdə Muaviya ibn Haydə əl Quşeyridən rə, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Sizlər yetmiş millətə bərabərsiniz. Siz onların ən xeyirlisi və Allah yanında ən qiymətlisisiniz. Bu haqda hədislər çoxdur. «Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz» (Ali İmran, 110) ayəsinin təfsirində bunlar zikr ediləcəkdir.
Belə də deyilmişdir: Bunda məqsəd bəzi xüsusiyyatlərdə digər insanlardan üstün edilmələridir. Bundan da mütləq olaraq üstünlük nəzərdə tutulmayıb. Bunu Razi nəql etmişdirsə də etiraz yeri vadır. Belə də deyilmişdir. Onlar içərilərindən peyğəmbərlər çıxmasıyla başqa millətlərdən üstün edilmişlər. Bunu da Qurtubi təfsirində qeyd etmişdir. Bunda da etiraz yeri vardır.Çünki aləmlər genişdir, onlardan əvvəlki və sonrakı peyğəmbərləri də ehtiva edir. Məslən İbrahim Xəlil onlardan öncədir, O onların bütün peyğəmbərlərindən üstündür. Muhamməd də onlardan sonradır, oda bütün məxluqatdan üstündür. Adəm oğullarının dünya və axirətdə rəhbəridir. Allahın salamı Onun üzərinə olsun.