Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun!

İsrail oğullarına İslama girmələrini, Muhəmməd (salləllahu aleyhi və səlləm)ə tabe olmalarını əmr edir. Ataları İsraili yəni Yaqub (əleyhi salam)  zikr edərək də onları həYacanlandırır. Belə demək istəyir: Ey Yaxşı və Allaha itaət edən qulun oğulları, siz də haqqa tabe olmada atanız kimi olun . Necə ki belə deyilir: Ey Kərəm sahibi kimsənin oğlu, sən də elə eylə. Ey qəhramanın oğlu, igidlərlə birgə qəhramanliq göstər. Ey alimin oğlu, sən də elm öyrən. Bu da belədir: “Ey Nuhla bərabər gəmidə daşıdıqlarımızın zürriyatləri. Şübhəsiz Nuh, çox şükür edən bir qul idi” (İsra, 3). İsrail, Yaqubdur. Dəlili də Əbu Davud Təyalisinin bu hədisidir: “Bizə Abdulhəmid İbn Bəhram o da Şəhr İbn Həvşşəbdən nəql edir ki,  Abdullah İbn Abbas belə dedi: Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında bir dəstə yəhudi ilə bir yerdəydim. Onlara “İsrailin Yaqub olduğunu bilirsinizmi?” dedi. Onlar da : Bəli, dedilər. : Peyğəmbər (salləllahu aleyhi və səlləm) də: Allahım , şahid ol, dedi. Aməş İsmayıl İbn Rəcadan o da İbn Abbasın azad edilmiş köləsi Umeyrdən nəql edir ki, İbn Abbas belə demişdir: İsrail sözü Abdullah sözü qarşılığıdır.

Allah Təala belə demişdir: “Sizə lütf etdiyim nemətimi xatırlayın”. Mucahid belə demişdir: Allahın onlara lütf etdiyi nemətlər bu adları keçən nemətlərdir: Daşdan onlara su fışqırtdı, onlara qüdrət halvası və bildirçin əti endirdi və onları Fironun köləliyindən azad etdi. Əbu Aliyə belə demişdir: Onun neməti onlardan peyğəmbərlər və rəsullar göndərməsi və onlara kitablar endirməsidir. Mən də deyirəm ki: Bu, Musa (aleyhi salam) bu sözü kimidir: “Ey qövmüm, Allahın sizə verdiyi neməti xatırlayın; necə ki sizə peyğəmbərlər verdi və sizi hökmdarlar etdi. Aləmlərdən kimsəyə vermədiyini sizə verdi” (Maidə, 20). Yəni öz vaxtlarında deməkdir. Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn əbu Əhməd o da İkrimədən vəya Səid İbn Cubeyrdən nəql etdi ki, İbn Abbas belə demişdir: “Burada qeyd edilən nemət onları və atalarını sınamasıdır” demişdir. Çünki onları Firon və qövmündən xilas etdi. Və belə dedi: Sözümü yerinə yetirin, mən də sizin sözünüzü yerinə yetirim”. Deyir ki: Muhəmməd (salləllahu aleyhi və səlləm) sizin vaxtınızda gəldiyi zaman ona tabe olma sözümü yerinə yetirin. Mən də sizin sözünüzü yerinə yetirim, yəni onu təsdiq edib ona tabe olduğunuz təqdirdə sizə vəd etdiyim kimi öz əməlləriniz səbəbi ilə boynunuzda olan dəmir buxovları və belinizdəki ağırlıqları götürüm. Həsən Bəsri, bu o ayədə qeyd edilmişdir demişdir: “And olsun ki. Allah İsrail oğullarından düzgün söz aldı. Onlardan on iki dəstə seçdik. Allah: mən sizinləyəm, dedi. Əgər namazı qılar, zəkatı verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir mükafat versəniz, əlbəttə günahlarınızı silər və sizi altlarından çaylar axan cənnətlərə salaram” (Maidə, 12).

Başqaları da belə demişlər: Allah onlardan Tövratda söz aldı: O, İsmayıl oğullarından böyük bir peyğəmbər olaraq  göndəriləcəkdir. Bütün millətlər ona itaət edəcəkdir. O sözündən məqsəd də Muhəmməddir (salləllahu aleyhi və səlləm). Kim ona tabe olarsa Allah onun günahını bağışlayar, onu cənnətə daxil edər və ona iki savab verər. Razi, Digər Peyğəmbərlərin Muhəmməd (salləllahu aleyhi və səlləm) haqqında bir çox müjdələrini zikr etmişdir. Əbu Aliyə də belə demişdir: “Əhdə sadiq olun” Onun qullarına olan əhdi — İslam dini, və ona tabe olmalarıdır. Dəhhaqdan, İbn Abbas belə demişdir: “Mən də sizə verdiyim əhdi yerinə yetirim” Sizdən razı olub sizi cənnətə qoyum. Suddi, Dəhhaq, Əbu Aliyə və Rəbi İbn Ənəs də belə demişlər. İbn Abbas: “ Yalnız məndən qorxun” sözündə belə demişdir: Sonra sizdən əvvəlki atalarınızın başına gətirib onları meymuna və digər heyvanlara çevirdiyim kimi sizi də çevirərəm. Burada Allah Təala təşviqdən qorxutma üslubuna keçmiş, onları təşviq və qorxu ilə dəvət etmişdir, bəlkə haqqa dönərlər, Peyğəmbər (salləllahu aleyhi və səlləm)ə tabe olarlar, Qurandan və çəkindirdiklərindən öyüd alarlar, əmrini yerinə yetirər, xəbərlərini təsdiq edərlər. Allah dilədiyini doğru yola yönəldir. Bunun üçündür ki, belə demişdir: “Yanındakını təsdiq etmək üçün endirdiyim şeylərə iman edin” yəni yazmaq oxumaq bilməyən ərəblərdən olan peyğəmbər Muhəmmədə (salləllahu aleyhi və səlləm) endirilən Qurana deməkdir. O peyğəmbər ki, Allah onu müjdələyici, çəkindirici, parlaq nurlu bir çıraq olaraq göndərmişdir.  Quran da Allahdan gələn haqqı əhatə edir, özündən əvvəlki Tövrat və İncili təsdiq edir. Əbu Aliyə (rahmətullahi aleyh): “Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin” ayəsi barədə belə demişdir: Demək istəyir ki: Ey əhli-kitab, sizdə olan (əlinizdəki) təsdiq  edənə iman edin. Çünki onlar Muhəmməd (salləllahu aleyhi və səlləm)i onlarda olan Tövrat və İncildə görürdülər. Mucahid, Rəbi ibn Ənəs və Qatadədən də belə rəvayət edilmişdir. “Onu inkar edənlərin ən birincisi olmayın ilk inanmayanlar siz olmayın” ayəsi barədə bəzi dilçilər: Onu ilk inkar edən firqə siz olmayın və sair kimi mənalar vermişdilər. İbn Abbas da belə demişdir: Sizdə başqalarında olmayan elm olduğu halda onu ilk inkar edən siz olmayın. Əbu Aliyə də belə demişdir: “Muhəmmədin (salləllahu aleyhi və səlləm) göndərildiyini eşitdikdən sonra onu inkar edən ilk əhli-kitab siz olmayın. Həsən, Suddi və Rəbi ibn Ənəs də belə demişlər. İbn Cərir də “bihi” dəki qoşmanın daha yuxarıda qeyd olunduğu kimi Qurana qayıtmasını üstün saymışdır. Hər iki rəy də doğrudur, çünki bir-birinə bağlıdır. Necə ki, Quranı inkar edən, Muhəmməd (salləllahu aleyhi və səlləm)i də inkar edər.  Muhamməd (salləllahu aleyhi və səlləm)i də inkar edən Quranı inkar edər. “Onu ilk inkar edən” sözünə gəldikdə isə, İsrail oğullarından ilk inkar edən, deməkdir. Çünki özlərindən əvvəl inkar edən Qureyş və Ərəb kafirləri vardır. Necə ki, Mədinə Yəhudiləri Quranla xitab olunan olan ilk israil oğullarıdır. Onların küfrləri onların xalqından onu ilk inkar edənin özləri olmaları mənasını verir”

Onu ucuz satmayın” : Demək istəyir ki, ayələrimə imanın və peyğəmbərlərimi təsdiqin yerinə dünyanı və dünya zövqlərini almayın. Çünki o az və fanidir. Necə ki, Abdullah İbn Mübarək belə demişdir: Bizə Əbdurrəhman İbn Zeyd İbn Cabir xəbər verdi, Harun İbn Zeyd belə demişdir: Həsənə yəni Həsən Bəsriyə “ucuzu” soruşdular, o da: Ucuz, hər şeyi ilə dünyadır, dedi. Mənə Ata İbn Dinar rəvayət edir ki, Səid İbn Cubeyr bu ayədə belə demişdir: Onun ayələri onlara endirdiyi kitabıdır, ucuz da dünya və zövqləridir. Suddi də: (Ayələrimi) “Ucuz” (az istəklə) almayın, Allahın adını gizləməyin. Məhz istək əvəzdir, demişdir. Əbu Cəfər, Rəbi İbn Ənəsdən, Əbu Aliyə “ayələrimi ucuz satmayın” sözündə: Onun üçün qarşılıq almayın, demişdir. Onların ilk kitablarında belə Yazılıdır: Ey Adəm oğlu, elmi sən qarşılıqsız öyrəndiyin kimi qarşılıqsız da öyrət. Belə də deyilmişdir: Bunun mənası: Açıqlama, izah etmə və elmi Yayma əvəzində gizlətmə, qarışdırma kimi şeylər edib bu Yalançı, heç bir qiyməti olmayın və tez zamanda əldən çıxacaq olan dünyada idarəçiliyinizi sürdürmək üçün əvəzini almayın. Əbu Davudun Sünnənində, Əbu Hureyrədən belə rəvayət edilmişdir, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Kim Allah rizasının axtarıldığı bir elmi dünyəvi mənfəət təmin etmək üçün öyrənirsə, qiyamət günündə cənnətin qoxusunu duymaz. Elmi qarşılıq müqabilində öyrətməyə gəldikdə isə əgər təyin edilmiş biridirsə, bundan qazanc alması icazəli deyildir. Dövlət xəzinəsindən öz və ailəsinin vəziyyətini düzəldəcək qədər bir şey alması icazəlidir. Əgər belə bir şey olmaz və öyrətmək onun qazanc təmin etməsinə mane olursa, bu vəziyyət onu sıradan biri edər. O zaman da İmam Malik, Şafi, İmam Əhməd və Cumhura görə ödəniş alması icazəlidir. Necə ki, Səhih Buxaridə ilan sancma hədisində Əbu Səid hədisində belə deyilmişdir: Aldığınız ödənişin ən halalı Allahın kitabına görə aldığınızdır. Mehir verəcək birinə də: Bildiyin Quran surəsini mehir olaraq qəbul etdim, deyilmişdir. Ubadə İbn Samit hədisinə gəlincə, bir adam Suffə camaatından birinə Quran öyrətmiş, o da ona bir Yay hədiyyə etmişdir. Bunu Rəsulullah (salləllahu aleyhi və səlləm)ə soruşdu, o da: Əgər o Yayın əvəzində boynuna bir oddan bir halqa keçməsinə razı olsan onun qəbul et, dedi. O isə onu tərk etdi. Bunu Əbu Davud rəvayət etmişdir.(3416). Eynisi Ubey İbn Kəbdən birbaşa olaraq rəvayət edilmişdir. Əgər bunun sənədi sağlamdırsa bir çox alimə görə hansı ki,  Əbu Amr ibn Abdulbər də onlardan biridir- onu Allah üçün öyrətdiyinə görə daha sonra Allahın savabının əvəzinə qazanc əldə etməsi icazəli olmamışdır. Amma işin başında qazancla öyrədəcəyini demişsə ilan sancma və mehir hədislərində olduğu kimi icazəlidir. Allah ən doğrusunu biləndir.

“Yalnız məndə qorxun”: İbn əbu Hatim belə demişdir: Bizə Əbu Amr Əd-Duri o da Əbu İsmayıl Əl-Müəddibdən o da Əbu Aliyədən nəql edir ki, Talk İbn Həbib belə demişdir: Təqva-Allahdan gələn bir nurla Allahın rəhmətini ümid edərək Allaha itaət etməkdir. Təqva Allahdan gələn bir nurla Allah qorxusu ilə Allaha üsYanı tərk etməkdir. “Yalnız məndən qorxun” sözünün mənası, haqqı gizlətmələri, onun əksini açıqlamaları və Rəsulullah (salləllahu aleyhi və səlləm) müxaliflliklərinə görə Allahın onları təhdid etməsidir.