Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Allah Təala, İbrahimin əl-Haram sakinləri üçün son duası olaraq onlara öz aralarından yəni, İbrahimin soyundan bir Peyğəmbər göndəriləcəyini xəbər verərək belə buyurur. Qəbul edilmiş bu dua, Allahın sabiq qədərinə müvafiq olmuşdur. Belə ki, yazıb oxumaq bilməyən onların özlərinə və insan və cinlərdən olan qeyri-ərəblərə Muhamməd salləllahu aleyhi vəsəlləm, rəsul təyin edilmişdir. Necə ki, İmam Əhməd İbn Hənbəl belə demişdir: Bizə Əbdurrəhman İbn Mehdi, o da Muaviya İbn Salehdən, o da Səid İbn Süveyd əl-Kəlbidən, o da Abdul-Əla İbn Hilal əs-Suləmidən, o da İrbad İbn Sariyadən rəvayət edir ki, Rəsulullah salləllahu alleyhi vəsəlləm belə demisdir: “Mən, Allah qatında Peyğəmbərlərin sonuncu idim. Həmin vaxtlar Adəm hələ palçığındadolaşırdı. Sizə bunun əvvəlini xəbər verəcəm. Atam İbrahimin duası olmuşdur. İsanınmənim barəmdə müjdəsi vardı.Anam bir yuxu görmüşdü. Bütün Peyğəmbərlərin anaları da belə görürlər.” Bunu eyni şəkildə İbn Vəhb, Leys və onun dediklərini yazan Abdullah İbn Saleh, Müaviya İbn Salehdən rəvayət etmişdirlər. Əbubəkr İbn Əbu Məryam də ona tabe olaraq Səid İbn Süveyddən belə nəql etmişdir. yenə imam Əhməd belə demişdir: Bizə Əbun-Nadr, o da Fərəcdən rəvayət edir ki,  Loğman İbn Amir demişdir: Əbu Ümamədən onun belə dediyini eşitdim: Mən dedim: “Ey Allahın Rəsulu, sənin bu Peyğəmbərlik işin necə başladı?” O da belə dedi: Atam İbrahimin duası olmuşdur. İsanın mənim barəmdə müjdəsi vardı. Anam özündən bir nur çıxdığını və Şam saraylarını işıqlandırdığını gördü.”

Burada qəsd edilən odur ki, onu ilk dilə gətirən və insanlar arasında məşhur edən İbrahimdir(əleyhissalam). O, zikri insanların dilində dolaşan məşhur bir adam idi. Hətta israil oğullarının nəsəb baxımından son Peyğəmbəri olan Məryam oğlu İsa onun adını çəkmişdir.Belə ki, o, İsrail oğullarına xütbə vermək üçün ayəğa qalxıb belə demişdir:”Mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyan və məndən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyan bir elçisiyam!”(Saff, 6).

Buna görə də bu hədisdə: “Atam ibrahimin duası olmuşdur. Məryam oğlu İsanın müjdəsi vardı.”- demişdir. “Anam özündən bir nur çıxdığını, Şamın saraylarını işıqlandırdığını görməsi”sözləri belə izah edilir ki, anası onahamilə ikən bir yuxu gördü və onu öz qövmünə danışdı və bu yuxu onlar arasında yayıldı. Bu da bir hazırlıq oldu. Nurunun xüsusi ilə Şamdan görüləcəyinin zikr edilməsi, dinin və Peyğəmbərliyinin Şam diyarında yerləşəcəyinə işarədir. Bunun üçün də Şam, axır zamanda İslamın və müsəlmanların sığınacağı olacaqdır. İsa (əleyhissalam) ora, xüsusi ilə Dəməşqin şərq tərəfindəki  ağ minarəya enəcəkdir.Bunun üçün də “Səhih” adlı iki əsərdə belə rəvayət edilmişdir:“Ümmətimdən bir qrup açıq-aşkar haqqüzərində olacaq, nə onlara qatılmayən, nə də onlara qarşı mübarizə aparan, onlara zərər verə bilməyacəkdir. Allahın əmri gələnə qədəronlar bucür olacaqlar.” Buxarinin “Səhih” əsərində: “Onlar Şamda olacaqlar” – deyilir.

Əbu Cəfər ər- Razi demişdir: Mənə Rabi İbn Ənəs, Əbu-Aliyədən rəvayət etdi ki, o, ”Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər” kəlamı haqqında belə demişdir: Bundan, Muhamməd ümməti qəsd edilir və İbrahimə (əleyhissalam): “Duan qəbul edildi. Bu da axır zamanda baş verəcəkdir.” — cavabı verilmişdir.əs-Suddi ilə Qatadə də belədemişdilər.Allah Təalənin “Kitabı  onlara öyrətsin” kəlamına gəlincə, yəni, Quranı, “hikməti” kəlamına gəlincə, yəni, sünnəti deməkdir. Bunu Həsən, Qatadə, Muqatil İbn Həyyan, Əbu Malik və digərləridemişdilər. Hikmət sözünə “dini başa düşmək” də deyilmişdir ki, bu digərlərinə zidd deyildir.“Onları (günahlardan) təmizləsin!” kəlamı barəsində Əli İbn Əbu Talha rəvayət edir ki, İbn Abbas demişdir: “Təmizləmək, Allaha itaət və ixlasdır.” Muhamməd İbn İshaq da, “Kitabı və hikməti onlara öyrətsin” kəlamı barədə demişdir: “Onlara xeyri öyrədir ki, onu etsinlər və şəri də bildirir ki, ondan çəkinsinlər. Ona itaət etdikləri və bunu çoxaltdıqları zaman onlardan razı qalacağını bildirmişdir. Həmçinin Onu qəzəbləndirəcək asiliklərdən çəkindiləri zaman da onlardan razı qalacağını xəbər vermişdir.

Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!‘ kəlamına gəlincə,əl-Əziz o kəsdir ki, heç bir şey onu aciz etməz, onun hər şeya gücü çatar. əl-Həkim isə, özəməllərində və sözlərində hikmətli olandır.O, hər şeyi öz yerinə qoyar. Bunu Öz hikmətivə ədaləti ilə edər.