Əlif, Ləm, Mim

Bəqərə surəsinin fəziləti

İmam Əhməd belə demişdir: Bizə Arim o da Mutəmirdən o da atasından o da Maqil ibn Yəssardan, Rəsulullah (salləllahu aleyhi və səlləm): Bəqərə sürəsi Quranın hörgüçü və zirvəsidir. Hər ayəsi ilə birlikdə səksən mələk endi. Ayətul kursi (Bəqərə, 255) Ərşin altından çıxarıldı, Bəqərə surəsinə bağlandı. Yasin də Quranın qəlbidir. Bir adam onu Allah və axirət niyyəti ilə oxuyarsa mütləq bağışlanar. Onu ölülərinizə oxuyun” demişdir. Bunu yalnız İmam Əhməd rəvayət etmişdir. İmam Əhməd onu Arimdən o da Abdullah ibn Mubarəkdə o da Süleyman ət-Teymidən o da Əbu Osmandan (bu Ən-Nəhdi deyil) o da atasından o da Maqil ibn Yəssardan da rəvayət etmiş, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Onu yəni Yasini ölülərinizə oxuyun. Bu rəvayətlə birinci rəvayətdə gizli qalan ravini açığa çıxarmış olduq. Bu hədisi ikinci rəvayətdəki forması ilə Əbu Davud və Nəsai də Sünnənlərinə qeyd etmişdilər. Tirmizi bunu Həkim ibn Cubeyrdən də rəvayət etmişdir ki, Həkim zəif bir ravidir, o da Əbu Hureyrədən Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Hər şeyin bir zirvəsi vardır, Quranın zirvəsi də Bəqərə sürəsidir. Onda bir ayə vardır ki, o Quran ayələrinin seyididir. O da ayətul-kursidir.

İmam Əhmədin Müsnədində, Səhih Muslim, Tirmizi və Nəsai də Suheyl ibn Əbi Salihdən o da atasından o da Əbu Hureyrədən, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Evlərinizi qəbirlərə (qəbiristanlığa) çevirməyin. İçində Bəqərə sürəsi oxunan evə şeytan girməz. Tirmizi, hədis həsən səhihdir demişdir. Əbu Ubeyd Əl-Qasım ibn Salam belə demişdir: Mənə İbn Məryəm o da İbn Ləhiyadan o da Yəzid ibn Həbibdən o da Sinan ibn Saaddan o da Ənəs ibn Malikdən Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Şeytan içində Bəqərə sürəsi oxunduğunu eşitdiyi vaxt o evdən çıxar. Ravi üçün Sinan ibn Saad də tərsi (Saad ibn Sinan) də deyilir. İbn Main onu etibarlı saymış, İmam Əhməd və digərləri də hədisini bəyənməmişlərdir. Əbu Ubeyd belə demişdir: Bizə Muhəmməd ibn Cəfər o da Şöbədən o da Sələmə ibn Kuheyldən o da Əbul Əhvasdan o da Abdullah yəni İbn Məsuddan rəvayət etdi: Şeytan içində Bəqərə sürəsi eşidilən evdən qaçar. Bunu Nəsai Əl-“Yavm və lleyl” kitabında rəvayət etmiş, sonra da Hakim: Sənədi səhihdir, Buxari ilə Muslim kitablarında rəvayət etməmişdilər” demişdir.

İbn Mərduveyh belə demişdir: Bizə Əhməd ibn Kamil o da Əbu İsmayıl ət-Tirmizi o da Əyyub ibn Süleyman ibn Bilal o da Əbu Bəkr ibn Əbu Uveys o da Süleyman ibn Bilaldan o da Məhəmməd ibn Əclandan, o da Əbu Ishaqdan o da Əbul Əhvasdan o da Abdullah ibn Məsuddan rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Heç birinizi ayağı ayağının üstünə ataraq nəğmə söyləyərək Bəqərə surəsini tərk edərkən görməyim. Çünki şeytan içində Bəqərə surəsinin oxunduğu evdən qaçar. Ən boş ev içində Allahın kitabı olmayan evdir. Bunu Nəsai də “Əl Yəvm və Lleyl” də Muhəmməd ibn Nəsrdən o da Əyyub ibn Süleymandan bu sənədlə rəvayət etmişdir. Darimi də Müsnədində İbn Məsuddan belə dediyini rəvayət etmişdir: “İçində Bəqərə sürəsi oxunan evdən şeytan yel çıxararaq qaçar. Və belə demişdir: Hər şeyin bir zirvəsi vardır, Quranın da zirvəsi Bəqərə sürəsidir. Hər şeyin bir özəyi vardır, Quranın da özəyi sonundakı qısa surələrdir. Yenə bunu Darimi, Şabi yolu ilə rəvayət etmişdir. Abdullah ibn Məsud belə demişdir: “Kim bir gecədə Bəqərə surəsindən on ayə oxuyarsa şeytan o evə o gecə girməz: Dördü əvvəlindən, ayətul kursi və arxasından iki ayə, üç ayə də sonundan. Bir rəvayət də belədir: Nə ona nə ailəsinə nə şeytan nə də xoşuna gəlməyən bir şey yaxınlaşmaz. Dəliyə oxunarsa ağıllanar. Səhl ibn Saad belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: ”Hər şeyin bir zirvəsi vardır, Quranın da zirvəsi də Bəqərə sürəsidir. Kim onu gecə evində oxuyarsa ora üç gecə şeytan girməz. Kim onu gündüz oxuyarsa ora şeytan üç gün girməz. Bunu Əbul Qasım Ət-Təbərani və Əbu Hatim və ibn Hibban Səhihində İbn Mərduveyh Əzraq ibn Əlidən, o da Həsən ibn İbrahimdən o da Xalid ibn Səid Əl-Mədənidən o da Əbu Həzmdən o da Səhldən eyni sənədlə rəvayət etmişdir. İbn Hibban da Xalid İbn Səid Əl-Mədənidən rəvayət etmişdir.

Tirmizi, Nəsəi və İbn Macə Əbdülhəmiddən o da Səid Əl-Məqburidən o da Əbu Əhmədin azad edilmiş köləsi Ətadan o da Əbu Hureyrədən nəql edir ki,: Rəsulullah (salləllahu aleyhi və səlləm) çoxsaylı bir heyət göndərdi, onlara Quran oxutdu. Hər kəs bildiyini oxudu. Ən gənc birinə yaxınlaşdı, ona: “Qurandan nə bilirsən?” dedi. O da bunu həm də Bəqərə surəsini, dedi. O da, “Demək Bəqərə surəsini bilirsən?” dedi. O da :”Bəli” deyincə Get, sən onların rəhbərisən, dedi. Onların hörmətlilərindən bir adam: «Allaha and olsun ki, mən Bəqərə surəsini haqqını ödəyə bilməyəcəyimdən dolayı öyrənmədim” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də belə dedi: «Quranı öyrənin və onu oxuyun. Quranın məsəli onu öyrənən, oxuyan və əməl edən üçün müşk torbasına bənzəyər, hara getsə ətri yayılar. Onu öyrənib yatan və daxilində saxlayan kimsə də ağzı bağlı müşk torbasına bənzəyər. Bu Tirmizinin ləfzidir. Bu həsən bir hədisdir demişdir. Sonra onu Leysdən o da Səiddən o da Əbu Əhmədin azad edilmiş köləsi Ata yolu ilə mürsəl olaraq (isnadda sahabə yoxdur) rəvayət etmişdir. Allah daha yaxşı bilir.

Buxari belə demişdir: «Mənə Yəzid ibn Əl-Həd o da Muhəmməd ibn İbrahimdən rəvayət edir ki, Useyd ibn Hudayr gecə Bəqərə surəsini oxuyurdu. Atı da yanında bağlı idi. At birdən şahə qalxdı, özü susanda o da dayandı. Yenə oxudu at da şahə qalxdı. Sonra susdu at da dayandı. Sonra oxudu at da yenə şahə qalxdı. Özü çəkilib getdi. Oğlu Yahya da yanında idi. Atın onu əzməsindən qorxdu. Onu alınca başını göyə qaldırdı bir şey görmədi. Səhər bunu Rəsulullaha (salləllahu aleyhi və səlləm) anlatdı, o da: “Ey İbn Hudayr oxu” dedi. O da: «Yəhyanı əzəcəyindən qorxdum, ona yaxın idi” dedi. Başımı qaldırdım, ona tərəf getdim, başımı göyə qaldırdım, kölgə kimi bir şey gördüm, sanki içində çıraq yanırdı. Çıxdım, sonra da onları görmədim” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): ”Onların nə olduğunu bilirsən?” dedi. O da: «Xeyr” dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): ”Onlar mələklərdir. Səsinə gəldilər. Əgər oxusaydın səhər insanlar onları görəcəklərdi, gözdən itməzdilər” dedi. İmam alim Əbu Ubeyd Qasım ibn Səlam da Fədailul Quran kitabında bunu Abdullah ibn Salehdən o da Yahya ibn Bukeyrdən o da Leysdən bu sənədlə rəvayət etmişdir. Yuxarıda qeyd olunduğu kimi Useyd ibn Hudeyrdən başqa bir sənədlə də rəvayət edilmişdir. Allah daha yaxşı bilir. Bunun bir oxşarı da Sabit ibn Qeys ibn Şəmmasın başına gəlmişdir. Bunu da Əbu Ubeyd Abbad ibn Abbaddan o da Cərir ibn Həzimdən o da əmisi Cərir ibn Zeyddən rəvayət etmişdir. Mədinənin yaşlıları ona nəql etmişdir, Rəsulullaha (salləllahu aleyhi və səlləm): ”Sabiti görmədinmi? Dünən gecə evində çıraqlar yanırdı?” dedilər. O da: «Hər halda Bəqərə surəsini oxumuşdur” dedi. O da deyir ki: «Sabitdən soruşdum, o da :”Bəqərə surəsini oxudum” dedi. Bu yaxşı bir isnaddır, ancaq onda bir az qaranlıq (naməlum ravi) vardır. Sonra o mürsəldir. Allah daha yaxşı bilir.

Ali İmranla birlikdə fəziləti

İmam Əhməd belə demişdir: «Bizə Əbu Nuaym o da Bəşir ibn Əl-Muhacirdən o da Abdullah ibn Bureydədən o da atasından rəvayət edir ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında oturmuşdum. Belə dediyini eşitdim:” Bəqərə surəsini öyrənin; çünki onu götürmək bərəkət, onu tərk etmək isə peşmanlıqdır. Sehrbazların ona gücü çatmaz. Sonra bir müddət durdu, sonra da belə dedi: «Bəqərə və Ali İmran surələrini öyrənin. O ikisi parlaq surələrdir. Qiyamət günündə sahibini iki bulud və ya iki quş qanadı kimi kölgələndirərlər. Qiyamət günündə adam qəbrindən çıxanda Quran üzü solmuş bir kimsə kimi ona gələr: «Məni tanıyırsanmı?” deyər. O da səni tanımıram deyər. O da :”Mən sənin dostun Quranam, o səni isti günlərdə susuz və gecə də yuxusuz buraxmışdı. Hər tacir ticarətinin arxasındadır. Sən də bu gün bütün ticarətlərin arxasındasan” deyər. Sağ əlinə mülk sol əlinə ölümsüzlük verilər. Başına izzət tacı keçirilər. Valideynlərinə elə bir geyim geydirilər ki, dünya sakinləri ona qiymət verə bilməz. Onlar: «Bizə bu nə səbəblə geydirildi?” deyərlər. Onlara:” Övladınızın Quran oxuması ilə.” Deyilər. Sonra da :”Oxu və cənnət pillələrində və onun otaqlarında yüksəl” deyilər. O da sürətli və ya aram oxuduğuna görə yüksəkliklərə çıxar. İbn Macə Bəşir ibn Əl-Muhacirdən bir qismini rəvayət etmişdir. Bu yaxşı bir isnaddır. Muslimin şərtinə uyğun ravidir. Çünki Muslim Bəşirin hədisini götürmüş İbn Məin də onu sağlam hesab etmişdir. Nəsəi də belə demişdir: ”Eyb etməz, ancaq İmam Əhməd onun üçün: Hədisi münkərdir, mən hədislərini götürürəm fəqət əcaib şeylər söyləyir” demişdir. Buxari də :bəzi hədislərində ziddiyyətə yol verir demişdir. Əbu Hatim Ər-Razi də :Hədisi yazılır, dəlil olmaz” demişdir. İbn Ədiy də dəstəklənməyən şeylər rəvayət edər demişdir. Darakutni də: Qüvvətli bir ravi deyildir demişdir.

Mən də deyirəm ki, hədisin bəzi hissələrinin şahidləri vardır. Bunlardan biri də Əbu Umamə Əl-Bəhili hədisidir. İmam Əhməd belə demişdir: “Bizə Abdülməlik ibn Ömər o da Hişamdan o da Yahya ibn Əbi Kəsirdən o da Əbu Səlamdan o da Əbu Umamədən rəvayət edir ki:” Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Quran oxuyun çünki o qiyamət günündə sahiblərinə şəfaət edər. İki parlaq sürəni-Bəqərə ilə Ali İmranı oxuyun. O ikisi qiyamət günündə sanki iki bulud və ya quşun iki qanadı kimi gələr, sahiblərini müdafiə edərlər. Sonra da belə dedi: «Bəqərəni oxuyun. Çünki onu götürmək bərəkət onu tərk etmək isə peşmanlıqdır. Sehrbazların ona gücü çatmaz. Bunu Muslim Namaz kitabında Muaviyyə ibn Sələmdən o da qardaşı Zeyd ibn Sələmdən o da babası Əbu Sələm Mamtur Əl-Həbşidən o da Əbu Umamə Sudey ibn Əclan Əl-Bəhilidən rəvayət etmişdir. Hədisdə zikr olunan Zəhrəvan parlaq deməkdir. Qayaya yuxarıdan hər şey, firq isə bir şeyin bir hissəsidir, savaf isə sıx tutulmuş səf mənasınadır. Batələ də sehrbazlardır. Gücü çatmazlar demək onu əzbərləyə bilməzlər. Onu oxuyana təsir edə bilməzlər də deyilmişdir. Allah ən doğrusunu biləndir.

Bunlardan biri də Nəvas ibn Səman hədisidir. İmam Əhməd belə demişdir: Bizə Yezid ibn Abdirabbih o da Vəlid ibn Muslimdən o da Muhəmməd ibn Muhacirdən o da Vəlid ibn Abdurrahman Əl-Curəşidən o da Cubeyr ibn Nufeyrdən rəvayət edir ki, Nəvvas ibn Səman Əl-Kilabidən eşitdim, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: «Quranı və onun əhlini (hansılar ki, ona əməl edərlər) qiyamət günü gətirərlər. Qabaqlarına Bəqərə və Ali-İmran surələri düşər. Rəsulullah (salləllahu aleyhi və səlləm) o ikisi üçün elə üç misal gətirdi ki, onları bir daha yaddan çıxartmadım: Onlar iki bulud və ya iki kölgə və iki qanadlı quş kimi gələr və sahiblərini qoruyarlar. Bunu Muslim də İshaq ibn Mansurdan o da Yəzid ibn Abdirabbihdən; Tirmizi də Vəlid ibn Əbdürrəhman Əl-Curəşidən bu isnadla rəvayət etmişlər. Tirmizi həsən gəribdir demişdir.

Əbu Ubeyd belə demişdir: Bizə Həccac, Hammad ibn Sələmədən o da Abdülməlik ibn Umeyrdən düşünürəm o da əmisi Əbu Munibdən rəvayət edir ki: «Bir adam Bəqərə və Ali-İmran surələrini oxudu. Namazı qurtaranda Kab ona :”Bəqərə və Ali-İmran surələrini mi oxudun?” dedi. O da :”Bəli” dedi. O da belə dedi: «Ruhumu əlində tutan Allaha and içirəm ki, onlarda Allahın elə bir adı var ki, onunla edilən dua qəbul olunur. O da: Onu mənə de. O da :Əgər onu desəm bəlkə kiməsə bəddua edərsən, mən də sən də həlak olarıq, dedi. Bizə Abdullah ibn Salih o da Muaviyyə ibn Salihdən o da Suleym ibn Amirdən o da Əbu Umamədən belə dediyini eşitdim: “Bir qardaşınız yuxusunda insanların hündür bır dağ yarığından yuxarı çıxdıqlarını gördü. Dağın başında yaşıl iki ağac vardır. “İçinizdə Bəqərə surəsini oxuyan varmı? İçinizdə Ali-İmran surəsini oxuyan varmı? deyə çağırırlar. Adam: Bəli, dediyi vaxt ona budaqları ilə yaxınlaşarlar, o da onlardan sallanaraq, onu dağın təpəsinə çıxararlar.

Bizə Abdullah ibn Salih o da Muaviyyə ibn Salihdən o da Əbu İmrandan, Ummmudərda belə demişdir: Quran oxuyan bir adam qonşusuna hücum etdi, onu öldürdü. Qisas olaraq onu da öldürdülər. Quran ondan surə sızdı. Bəqərə ilə Ali-İmran bir həftə qaldı. Sonra Ali-İmran da sızdı, Bəqərə bir həftə çox qaldı. Ona: «Mənim sözüm dəyişdirilməz, mən qullarıma heç vaxt zülm etmərəm” (Kəhf, 29) deyildi. O da böyük bir bulud kimi çıxdı. Əbu Ubeyd belə demişdir: «Düşünürəm o iki sürə onunla birlikdə qəbrində idilər, onu qoruyur və onu müdafiə edirdilər. Qurandan çıxan ən son bu iki sürə oldu. Yenə belə demişdir: Bizə Əbu Mishər Əl-Qassani o da Said ibn Əbdüləziz Ət-Tənnuhidən o da Yəzid ibn Əl-Əsvəd Əl-Curəşidən belə rəvayət etmişdir: «Kim Bəqərə və Ali-İmran surələrini oxusa, axşama qədər müvafiqlikdən uzaq olur. Deyir ki: O da günlük cüzündən başqa hər gün onları oxuyardı.

Bizə Yəzid o da Vakka ibn İyasdan o da Səid ibn Cubeyrdən belə demişdir: «Ömər ibn Əl-Xəttab belə demişdir: «Kim Bəqərə və Ali-İmran surələrini gecə oxuyarsa, Allahın hüzurunda uzun müddət duranlardan olur və ya yazılır. Sənəddə qopuqluq vardır, ancaq Səhihdə: ”Rəsulullahın (salləllahu aleyhi və səlləm) onları bir rükatda oxuduğu sabit olmuşdur”

Yeddi uzun surənin Fəzilətləri

Əbu Ubadə (Qasim ibn Səlləm) rəvayət edir ki, Bizə Hişam ibn İsmayıl əd-Dəməşqi, Muhəmməd ibn Şuaybdan, o da Said ibn Ebu Beşir, o da Qatadədən, o da Əbul Məlikdən, o da Vəsilə ibn Əskadan rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Mənə Tövratın yerinə yeddi uzun surə verildi. İncilin yerinə yüzlük (yüz ayəli) surələr verildi. Zəburun yerinə məsani (təkrarlanan)  verildi. Müfəssəl surələrlə üstün edildim. Bu qərib hədisdir. Said ibn Bəşirdə xəfif zəiflik vardır. Bunu Əbu Ubeyd Abdullah ibn Saiddən, o da Leysdən rəvayət edir ki, Said ibn Əbi Hilal demişdir: Bizə gəlib çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) yuxarıdakı kimi demişdir. Allah daha yaxşı bilir. Sonra da belə demişdir: Bizə İsmayıl İbn Cəfər rəvayət etdi, Abdulmutallib ibn Abdullah ibn Hantabın azad edilmiş köləsi Amr ibn Əbu Amrdan, o da Həbib ibn Hind-əl Əsləmidən, o da Urvədən, o da Aişədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: Kim bu yeddi surəni götürərsə (öyrənərsə) o dəryadır. Bu hədis də Qərib dir. Həbib ibn Hind ibn Əsma ibn Hind ibn Harisə əl Əsləmidən ondan da Amr ibn Əbu Amr ilə Abdullah ibn Əbu Bəkirə rəvayət etmişdilər. Bunu da Əbu Hatim Ər Razi qeyd etmiş onda tənqid ediləcək bir cəhətdən bəhs etməmişdir. Allah daha yaxşı bilir.

Bunu imam Əhməd Süleyman ibn Davud ilə Hüseyndən rəvayət etmişdir. İkisi də İsmayıl ibn Cəfərdən bu sənədlə rəvayət etmişdir. Yenə imam Əhməd bunu Əbu Saiddən, o da Süleyman ibn Bilaldan, o da Həbib ibn Hinddən, o da Urvədən, o da Aişədən rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir : Kim ilk yeddi surəni öyrənərsə o dəryadır.

İmam Əhməd belə demişdir. Bizə Hüseyn o da, İbn Əbbi Zənatdan, o da Arəcdən, o da Əbu Hureyrədən, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eynisini rəvayət etmişdir. Əhməd ibn Hənbəlin oğlu Abdullah belə demişdir: Məncə bu rəvayət atasından, o da Arəcdən, olmalı idı. Ancaq kitabda belə idi. Bilmirəm atam oranı boş qoydu yoxsa mürsəl idi mi? Tirmizi də Əbu Hureyrədən rəvayət etmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) böyük bir heyət göndərdi onlara Bəqərə surəsini əzbərlədiyi üçün ən gənc olanını başçı təyin etdi və ona :Get, sən onların rəhbərisən dedi. Tirmizi səhih olduğunu demişdir. Əbu Ubeyd belə demişdir: Bizə Hüşeym rəvayət etdi ki Əbu Hişr Səid ibn Cübeyrdən : “Sənə təkrarlanan yeddi surə verdik” (Hicr, 87) ayətində: Onlar uzun yeddi surədir, demişdir. Bunlar əl-Bəqərə, əl İmran, Əl Nisə, Əl Maidə, Əl Ənam, Əl Əraf, Yunis surələridir. Mekhul, Atiyyı ibn Qeys, Əbu Muhəmməd Əl Farisi, Şəddad ibn Ubeydullah, və Yəhya ibn Əl Haris əz-Zimari də ayətin təfsirində və sayında belə demiş və yeddincisinin də Yunis surəsi olduğunu qeyd etmişlər.

Bəqərə surəsinin hamısı Mədinədə nazil olmuşdur. Bunda ixtilaf yoxdur. O Mədinədə enən ilk surələrdəndir. Ancaq “Allaha qaytarılacağınız o gündən qorxun” (Bəqərə, 281) ayəsinin Qurandan son enən ayə olduğunu demişdirlər. Ondan olması da ehtimal edilir. Faiz ayəsi də son nazil olanlardandır. Xalid ibn Madan : Bəqərə Surəsi Quranın çadırıdır deyərdi. Bəzi alimlər də belə demişdilər: Bu surədə min xəbər, min əmr və min qadağa vardır. Ayələrinin sayı iki yüz səksən yeddi dir. Kəlmələrinin sayı altı min yüz iyirmi bir dir. Hərflərinin sayı iyirmi beş min beş yüz dür. Allah ən doğrusunu bilir.

İbn Cüreyc, Ata rəvayətində ibn Abbas: Bəqərə surəsi Mədinədə enmişdir, demişdir. Huseyf də Mucahiddən o da Abdullah ibn Zubeyrdən rəvayət etmişdir ki, Bəqərə surəsi Mədinə enmişdir demişdir. Vakidi deyir ki, mənə Osman Əbuzzənaddan rəvayət etdi, o da Xaricə ibn Zeyd ibn Sabitdən rəvayət etdi ki, atası elə demişdir: Bəqərə surəsi Mədinədə nazil olmuşdur: Bir çox imam, uləma və təfsirçilər belə demişdirlər. Bunda da ixtilaf yoxdur. İbn Mərduveyh belə demişdir: Bizə Məhəmməd ibn Mamər, o da Həsən Əli ibn Vəlid əl Farisidən, o da Xələf ibn Hişamdan, o da İsa ibn Meymundan, o da Musa ibn Ənəs ibn Malikdən o da atasından rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Bəqərə surəsi, Əli İmran surəsi və Nisa surəsi deməyin; bütün Quran üçün də belə deməyin; Ancaq içində Bəqaradan bəhs edilən surə deyin, Əli İmrandan bəhs edilən surə deyin. Bütün Quran üçün də belə deyin. Bu qərib hədisdir. Mərfu olması səhih deyildi. Bu İsa ibn Meymun, Əbu Sələmə əl Həvvasdır ki, rəvayəti zəifdir. Dəlil göstərilə bilməz.

İki Səhihdə belə deyilmişdir: İbn Məsud Bətnul-Vadidə dayanıb şeytanı daşladı, Beytullahı soluna Minanı isə sağına aldı, sonra isə : Baxın bura Bəqərə surəsinin nazil olduğu yerdir, dedi. (Məkkədə də nazil olsa Hicrətdən sonra olduğu üçün Mədinə surəsi sayılır). Bunu Buxari ilə Muslim rəvayət etmişdir. İbn Mərduveyh Şöbədən, o da Akil ibn Təlhadan rəvayət edir ki, Utbə ibn Fərqad belə demişdir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) əshabından bir geriləmə gördü: Ey Bəqərə surəsinin sahibləri, dedi. Hesab edirəm ki, bunu Hüneyn döyüşündə əshabının düşmənə arxa çevirmələri zamanı demişdir. İbn Abbasa səslənməsini əmr etdi, o da: Ey ağacın altında toplananlar! Deyə səsləndi. Bundan da Ridvan beyətini qəsd etdi. Bir rəvayətdə isə Ey Bəqərə surəsinin sahibləri, deyə səslənmişdir. Onları bununla hərəkətə gətirmək istədi. Onlarda hər tərəfdən dönüb gəldilər. Yəmmamə döyüşündə də Müsəyləmətül Kəzzabın adamları ilə də belə bir vəziyyət olmuşdu. Sahabələr, Hənifə oğullarının güclü hücumu qarşısında qaçdılar. Mühacirlərlə Ənsar bir birilərini: Ey Bəqərə surəsinin sahibləri, deyə çağırdılar. Nəticədə Allah onlara Fəth nəsib etdi. Allah hamısından razı olsun.

 

ƏLİF, LƏM, MİM

Təfsirçilər surələrin başındakı Muqatta hərfləri haqqında ixtilaf etmişdilər. Bəziləri bunlar Allahın özü üçün ayırdığı məlumatdır deyib onu Allaha həvalə edərək təfsir etməmişdilər. Bunu da Qurtubi Təfsirində Əbu Bəkir, Ömər, Osman, Əli və ibn Məsuddan nəql etmişdir. Allah hamısından razı olsun. Bunu Amr əş-Şabi, Sufyan Sevri, Rəbi ibn Hasyəm də demiş; bunu Əbu Hatim ibn Hibban da üstün saymışdır. Bəziləri də onu təfsir etmişdilər. Bunlar da mənasında ixtilaf etmişdilər. Abdurrahman ibn Zeyd ibn Əsləm: Bunlar surələrin adlarıdır demişdir.

Əllamə ibn Qasım Mahmud ibn Ömər Əz-Zəməxşəri, təfsirində: Çoxlarının fikri buna müvafiqdir demişdir. Sibaveyhdən bunu açıq şəkildə dediyi nəql edilmişdir. Bunu iki səhih kitabda qeyd edilən Əbu Hureyrə hədisi də dəstəkləyir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cümə günü sübh namazında əlif ləm mim, səcdə və insan surələrini oxuyardı. Sufyan, ibn Əbi Nəcihdən rəvayət edir ki, Mücahid belə demişdir: “Əlif ləm mim”, “ha mim”, “əlif ləm mim sad” bunlar Allah Təalanın Quran surələrinə başladığı hərflərdir. Başqası da Mücahiddən eynisini rəvayət etmişdir. Mücahid, Əbu Hüzeyfə Musa ibn Məsud, Şibl, İbn Əbi Nacih rəvayətində belə demişdir. “Əlif Ləm Mim” Quranın adlarından biridir. Qatadə və Zeyd ibn Əsləm də belə demişdir. Bəlkə bu Abdurrahman ibn Zeyd ibn Əsləmin: Bu surənin adlarından bir addir, sözünə qayıdır. Çünki hər surəyə Quran ismi verilir. Bir də “Əlif Ləm Mim” Sadın bütün Quranın ismi olması həqiqətdən uzaqdır. Çünki əgər kimsə : Mən “əlif ləm mim sad” oxudum dediyi zaman, bunu eşidən adamın ağlına ilk dəfə bunun Əraf surəsindən ibarət olduğu, bütün Quran olmadığı gəlir. Allah ən doğrusunu biləndir.

Belə də deyilmişdir. Bunlar Allah Təalanın adlarındandır. Şabi: Surələrin başındakı hədrflər Allah Təalanın isimlərindəndir, demişdir. Şabi: Surələrin əvvəlindəki hərflər Allah Təalanın adlarındandır, demişdir. Salih ibn Abdullah ilə İsmayıl ibn Abdurrahman əs-Suddi əl Kəbir də belə demişdirlər. Şabi Suddidən belə nəql etmişdir: Mənə çatan məlumata görə İbn Abbas: “Əlif ləm Mim” Allahın isimlərindən böyük bir isimdir, demişdir. İbn Əbu Hatim də Şubədən eynisini rəvayət etmişdir. Ibn Cərir də Bündardan, o da Mehdidən, o da Şubədən belə dediyini rəvayət etmişdir: Suddiyə “ha mim”, “ta sin” və “əlif ləm mim” haqqında soruşdum, Ibn Abbasın: bunlar Allahın əzəmətli adıdır, dediyini söylədi. Bizə Muhəmməd ibn Əl Musənna rəvayət etdi o da Əbu Nümandan, o da Şübədən, o da İsmayıl Əs Suddidən, o da Mürrə əl Həmədanidən,o da Abdullah Ibn Məsud da belə dedi demiş və eynisini zikr etmişdir. Eynisi Əli ilə İbn Abbasdan rəvayət edilmişdir. Əli ibn Əbu Təlha, ibn Abbasdan: Bu Allahın  and içdiyi bir anddır. O Allahın adlarındandır. İbn Əbi Hatim və ibn Cərir rəvayət edirlər ki,  İbn Uleyyə o da Halid əl Həzzadan rəvayət edir ki, İkrimə demişdir: Əlif Ləm mim anddır. Şərik ibn Abdullah, Ata ibn əbu Saib, Əbudduhadan, belə rəvayət edir ki, Ibn Abbas: “Əlif ləm mim”: Ənə Allahu aləmu (Mən Allaham, daha yaxşı bilərəm) mənasındadır, demişdir. Said ibn Cübeyr də belə demişdir. Suddi də Əbu Malikdən belə rəvayət etmişdir.

Əbu Saleh ibn Abbasdan, Mürrə əl Həmədani Ibn Məsuddan və bir çox Əshabdan rəvayət edir ki: “Əlif ləm mim” Allahın adlarını təşkil edən heca hərflərindən ibarət, surələrinin əvvəlindəki hərflərdir, demişdirlər.

Əbu Cəfər ər-Razi, Rəbi ibn Ənəsdən rəvayət edir ki, Əbul Aliyə ”əlif ləm mim” sözünə çatanda belə demişdi: İyirmi doqquz hərfdən bu üçü dillərdə dolaşmaqdadır. Bunlardan hər biri Onun adlarından bir adın ilk hərfidir. Onlardan hər hərf nemət və bəlalardan birini göstərir. Onlardan hər hərf bir qövmün ömrünü və əcəllərini göstərir. İsa İbn Məryəm təəccüb etmiş və belə demişdir: Heyrət edirəm onlar adını tələffüz edərlər, ruzisi ilə yaşayarlar, amma Onu necə küfr edərlər? — Əlif Allah adının, Ləm də Lətif adının, mim də Məcid adının  baş hərfidir. Əlif Allahın  “ala” nemətini, “ləm” Allahın lütfünü, “mim” də Allahın məcdini göstərir. Əlif bir il, ləm 30 il, mim də 40 ildir.

Ibn Əbi Hatimin ləfzi budur. Ibn Cərir də bənzərini rəvayət etmiş, sonra bu görüşlərin hər birini yozmağa və onları uzlaşdırmağa çalışmışdır. Əslində aralarında ciddi bir ziddiyyət yoxdur. Cəm etmək mümkündür. Onlar surələrin adlarıdır və Allah Təalanın da adlarındandır. Surələrin əvvəlində yerləşməkdədir. Onlardan hər hərf isimlərindən və sifətlərindən birini göstərməkdədir. Necə ki, bir çox surələr onun həmdi, təsbihi və təzimi ilə başlamışdır. Bu hərflərin Allahın adlarından, sifətlərindən birinə və bir ümmətin ömrünə dəlalət etməsi də maneəsizdir.  Belə ki, onu Rəbi ibn Ənəs, Əbul Aliyədən nəql etmişdir. Çünki bir kəlimə bir çox mənalarda istifadə olunur. Məsələn ümmət sözü kimi, müxtəlif mənada istifadə edilir və ondan din qəsd edilir, məsələn “biz atalarımızı bir ümmət içində gördük” (Zuhruf, 22) sözü kimi. Ondan Allaha itaət edən kəs də nəzərdə tutulur, əslən: “İbrahim Allaha itaət edən bir ümmət idi. Müşriklərdən deyildi” (Nəhl, 120) kimi. Ondan bir qrup insan  mənası da qəsd edilir, məsələn: “Quyunun başında heyvanlarını sulayan bir ümmətə rast gəldi” (Qəssas, 23) və “hər ümmətə bir elçi göndərdik” (Nəhl, 36) kimi. Ondan zamanın bir hissəsi də nəzərdə tutulur, məsələn: “O ikisindən qurtulan biri bir ümmət sonra xatırladı” (Yusif 45) ayəti kimi ki, bir müddət sonra deməkdir. İki fikirdən ən doğrusu budur. Bax bunlar da belədir.

Onun yozum gətirməyə çalışdığı sözlərin xülasəsi budur. Ancaq bu Əbul Aliyənin dediyi kimi deyildir. Necəki, Əbul Aliyə bir hərf həm o mənaya, həm də bu mənaya dəlalət edir, demişdir. Ümmət və bənzəri ləfzlər terminologiyada müştərək kəlimələrdəndir. Quranda ancaq bir yerdə bir mənaya dəlalət edər, sözün gəlişi də ona kömək edər. Ancaq onu ehtimal edilən yerlərdə bütün mənalara yozmaq üsul alimləri arasında ixtilaflıdır. Bura onu təhlil etmə yeri deyildir. Allah ən doğrusunu biləndir.

Sonra ümmət ləfzi sözün axışına görə bütün mənalarda istifadə edilir. Kəlmənin yeri buna uyğundur. Amma bir hərfin digərindən təqdir və ya əvəzetmənə qoyuluş baxımından, nə də başqa bir şeylə dəstəklənmədən bir ada dəlalət, sahibi tərəfindən izah edilmədikcə mümkün deyildir. Bu baxımdan məsələ ixtilaflıdır. Onda belə hökm verilməsi üçün fikir birliyi yoxdur. Bir hərfin kəlmənin qalan qisminə dəlalət etməsinin doğruluğuna gətirdikləri şahidlər isə cümlə tərzindən və əvvəldəki məzmuna görə başa düşüldüyü təqdirdə mümkündür. Necə ki şair belə demişdir:

“Dayan!” demişdik qadına

Cavabında o Qaf dedi

At və dəvə qovduğumuz

Yadından çıxdı, ya nədi?

Qadın qaf deməklə vaqaftu (durdum) demişdir. Bir başqası da belə demişdir:

Erkək dəvəquşuna nə oldu, döndü

Nece etmesinki, edərsə derisi deşilər

İbni Cerir : İzə Yefalu kəza və kəza demişdir. Yefalu yerinə yə hərfi ilə kifayətlənmişdir. Başqası da belə demişdir:

Xeyir verersense bil evezinde,xeyirdir -meh kimi üzünə əsən

Mən şər istəmərəm, bu yer üzündə, o şəri ilk öncə sən istəməsən

İnşərrən fə şərun vəla uriiduşşərrə illə ən tə şəə. Bu beytdə şair “Fə” və “Tə” hərfləri ilə  kəlimələrin digər hərflərinə ehtiyac duymamışdır. Lakin sözün axışından mənanı rahat anlamaq olur. Allah ən doğrusunu biləndir.

Qurtubi belə demişdir. Hədisdə Kim bir adamın ölümünə yarım kəlimə ilə kömək edərsə, deyilmişdir. Sufyan bunu belə izah etmişdir: Uktul (öldür) yerinə, “uk” deməsi kimi. Xüseyf də Mücahiddən belə dediyini rəvayət etmişdir: Surələrin əvvəlindəki “qaf sad hə mim ta sin mim əlif ləm ra” və sair kimi hərflər heca hərfləridir.  Bəzi dilçilər belə demişdirlər: bunlar əlifba hərfləridir, surələrin başında qeyd edilməklə iyirmi səkkiz hərfdən digərlərini saymağa ehtiyac qalmamışdır. Məsələn: Hər hansı bir adam: oğlum “əlif bə tə sə” yazır deyər və iyirmi səkkiz hərfdən bunları qeyd edərək digərlərini saymağa ehtiyac duymaz.

Məndə deyirəm ki, Surələrin başındakı hərflər təkrarları çıxsaq on dörd ədəddir. Bunlar əlif ləm mim sad ra kəf hə yə ayn ta sin hə qaf nun -dur. Hamısı bu cümlədə cəmlənir: Nassu həkimun qatıun ləhu sirrun. (Hikmət sahibi dəlili kəsicidir onun çünki sirləri var) Bunlar əlifba hərflərinin yarısıdır. Bu qeyd edilən həriflər qeyd edilməyənlərdən daha şərəflidir. Bunun izah edilmə yeri də sərf (morfologiya) elmidir.

Zaməxşəri belə demişdir: Bu on dörd hərf, hərf cinslərinin bütün siniflərini ehtiva etməkdədir. Yəni bunlar məhmus, məchur, yumşaq, sərt, dilin damağa dəyən, ağzın açıq olduğu, dilin üst damağa dəydiyi, və ya bunun əksi olduğu, qalqalə hərflərindən ibarətdir. Bunları aydın bir şəkildə izah etmiş və sonra da: Hər şeydə incə hikməti olan Allah nöqsandan uzaqdır demişdir. Bu sayılan cinslərlə kifayətlənmişdir. Bildin ki, əksər (çoxluq) üçün ümumi qayda vardır. Bu baxımdan bəziləri burada belə qısa izah vermişdirlər: Şübhə yoxdur ki, bu hərfləri Allah Təala boş yerə endirməmişdir. Bəzi cahillər Qurandakılar olduğu kimi götürülür, onların ümumi mənaları yoxdur, deyirlər ki buda böyük xətadır. Əslidə isə bunların birbaşa mənaları vardır. Əgər bu mövzuda günahsız peyğəmbərdən bizə  bir şey gəlsəydi, biz də onu deyərdik. Əks halda olduğumuz yerdə qalaraq : Ona iman etdik, hər şey Allah qatındandır” (Əli İmran, 7) deyərik. Alimlər bunlardan hər hansı birinin üzərində icma etməmişlər, fərqli fikirlər bəyan etmişdirlər. Kim bəzi görüşləri dəlillərlə isbat edərsə ona tabe olmaq lazımdır. Əks halda məna aydınlaşana qədər gözləmək lazımdır.

Mənalarını diqqətə almadığımız təqdirdə surələrin əvvəlindəki bu hərfləri gətirməkdə hikmət nədir? Bəziləri: Surənin əvvəli bilinsin deyə gətirilmişdir, demişdirlər. Bunu ibn Cərir qeyd etmiş və zəif olduğunu bildirmişdir. Çünki surələrin ayrılması bunlar olmasa da mümkündür. Bəsmələnin yazılıb və ya oxunması bunu asanlıqla təmin edir. Başqaları isə belə demişdirlər: Bunlar müşriklərin diqqətini çəkmək üçün gətirilmişdir. Çünki onlar Qurandan üz çevirirdilər. Axırda bu hərfləri eşidəndə diqqətlə dinlədilər. Bunu da ibn Cərir rəvayət etmişdir ki, bu da zəif rəydir. Çünki əgər belə olsaydı bütün surələr bu kimi hərflərlə başlayardı. Halbuki, çoxunda bunlar yoxdur. Əgər belə olsaydı onlarla (müşriklərlə) sözə belə başlamaq istəməzdik, istər surənin əvvəli olsun istərsə də başqa hissəsi. Bundan başqa, bu surə ilə onun ardınca gələn Ali-İmran surəsi, ikisi də Mədinədə enmişdir. Orada müşriklərlə xitab yoxdur. Ona görə də deyilənlər əsassızdır.

Başqaları isə belə demişdirlər: Surələrin belə başlaması Quranın möcüzəsi və xalqın ona oxşarını gətirməkdə aciz olduqlarını göstərmək üçün gətirilmişdir. Halbuki, Quran bu hərflərdən ibarətdir. Razi bu rəyi təfsirində Mübarrad ilə bir qrup tədqiqatçıdan rəvayət etmişdir. Qurtubu də Fərra ilə Qutrubdan belə rəvayət etmişdir. Zəməxşəri bunu Kəşşaf əsərində təsdiqləmiş və şiddətlə müdafiə etmişdir. Şeyx imam Əlləmə Əbul Abbas İbn Teymiyyə ilə şeyximiz Hafiz Müctəhid Əbul Həccac əl Mizzi də bu fikri dəstəkləmişdirlər. Bunu mənə İbn Teymiyyədən özü (Mizzi) nəql etmişdir.

Zəməxşəri belə demişdir: Bu hərflərin hamısı surələrin əvvəlində gəlməmişdir. Təkrar edilmələri də daha təsirli olmaları və qəlbə toxundurucu olsun. Necə ki bir çox qissələr və meydan oxumalar da bu məqsədlə müxtəlif yerlərdə təkrar edilmişdir. Bəzən bir hərf gəlmişdir, məsələn “sad nun qaf” kimi. Bəzən iki hərf gəlmişdir məsələn ha mim kimi. Bəzən üç hərf gəlmişdir, əlif ləm mim kimi. Bəzən də dörd hərf gəlmişdir “əlif ləm mim ra” və ya “əlif ləm mim sad” kimi. Bəzən beş gəlmişdir, məsələn “Kəf hə yə ayn sad” və “ya hə mim ayn sin qaf” kimi. Çünki ərəblərin danışıq tərzi bir hərf, iki hərf, üç hərf, dörd hərf və beş hərf şəklindədir. Bundan daha çox deyildir.

Mən də deyirəm ki, bu hərflərlə başlayan bütün surələrdə Quranın müdafiə edilməsi, möcüzəviliyi və böyüklüyünün  vurğulanması lazımdır. Bu da tədqiq edildiyi zaman ortaya çıxır və məlum olur ki, iyirmi doqquz surədə öz təsdiqini tapmışdır. Buna görə də Allah Təala “Əlif, ləm, mim. Bu kitabda şübhə yoxdur” (Bəqərə 1-2) buyurur. “Əlif, Ləm, Mim. Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur. O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi” (Ali Imran 1-3). “Əlif, Ləm, Mim, Sad. Bu, insanları qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. Ona görə qəlbin heç narahat olmasın” (Əraf, 1-2). “Əlif, Ləm, Ra. Bu, insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır” (İbrahim 1). “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir” (Səcdə1-2) “Hə, Mim. Bu, Mərhəmətli və Rəhmli Allah tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, anlaya bilən camaat üçün nəzərdə tutulmuş bir Kitabdır” (Fussilət 1-2). “Hə, Mim, Ayn, Sin, Qaf. Qüdrətli və Müdrik olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir” (Şura, 1-3). Daha bir çox ayələr vardır ki, onlara diqqətlə baxanlar dediklərimizin doğruluğunun fərqinə vararlar. Allah ən doğrusunu biləndir.

Amma kim bu hərflərin millətlərin ömrünü göstərdiyini və bunlardan hadisələrin, fitnələrin və müharibələrin vaxtlarını təyin edəcəyini irəli sürərsə, haqqı olmayan bir şeyi iddia etmiş və girmə haqqı olmayan sahəyə girmiş olar. Bu haqda zəif bir hədis rəvayət edilmişdir. O bununla bu sənədin səhhətindən çox, mənaca çürük olduğunu göstərir. Belə ki, Mağazi kitabının müəllifi Muhəmməd ibn İshaq ibn Yesar mənə rəvayət etdi, o da Kəlbidən, o da Əbu Salehdən, o da İbn Abbasdan rəvayət etdi ki, Cabir ibn Abdullah ibn Riyab dedi ki, Əbu Yasir ibn Ahtab, bir neçə yahidi ilə birlikdə Rasulullahın (salləllahu aleyhi və səlləm) yanından keçirdilər. O da Bəqərə surəsinin baş hissəsi olan “Əlif Ləm Mim. Bu kitabda şübhə yoxdur” (Bəqərə, 1-2) ayəsini oxuyurdu. Qardaşı Hüyey ibn Ahtab, bir neçə yəhudi ilə birlikdə onun yanına gəldi: Bilirsinizmi, Allaha and içirəm ki, Məhəmməddən ona enən “əlif ləm mim. Zəlikəl kitab” ayəsini oxuduğunu eşiddim, dedi. O da : Bəli, deyincə Hüyey ibn Ahtab o yəhudilərlə bir yerdə Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına getdi “Ya Muhəmməd xatırlayırsanmı sən Allahın sənə endirdiklərindən “Əlif ləm mim,zəlikəl kitab” oxumuşdun”, dedi. O da :”Bəli” dedi. Onlarda :”Bunu sənə Allahdan Cəbrayılmı gətirdi?” deyə soruşdular. O da :”Bəli” dedi. Onlar da : And içirik ki, səndən əvvəl və səndən başqa mülkünü və ümmətinin müddətini bildiyimiz bir peyğəmbər göndərmədi, dedilər. Bundan sonra Huyey ibn Ahtab qalxdı yanındakılara çevrilib dedi: “Əlif bir, Lam otuz, Mim də qırxdır, cəmi yetmiş bir il edər. Mülkünün müddəti və ümmətinin əcəli yetmiş bir il olan peyğəmbərin dininə girəcəksiniz?” Sonra da üzünü Rəsulullaha (salləllahu aleyhi və səlləm) tutub “Ya Muhəmməd bundan başqa var mı? Dedi. O da :”Bəli” dedi. O da :”Nədir o?” soruşdu. O da “Əlif lam mim sad” dedi. O da “ Bu daha ağır və uzundur” dedi. Əlif bir, lam otuz, mim qırx, sad da yetmişdir. Cəmi yüz otuz bir il edir. Yanında bundan başqa var mı? dedi. O da :”Bəli” dedi O da :”Nədir o?” soruşdu. O da “Əlif lam ra” dedi. O da “ Bu daha ağır və uzundur” dedi. Əlif bir, ləm otuz, ra ikiyüzdür. Toplamı 231 il edər. Ya Məhəmməd , yanında bundan başqa var mı? dedi. O da :”Bəli” dedi O da :”Nədir ?” soruşdu. O da “Əlif lam mim ra” dedi. O da “ Bu daha ağır və uzundur” dedi. Əlif bir, lam otuz, mim qırx, ra ikiyüzdür. Cəmi iki yüz yetmiş bir edər, dedi. Sonra Ya Məhəmməd sənin vəziyyətin bizə qarışıq gəldi, sənə verilən azdırmı, çoxdurmu , bilmirik, dedi. Sonra da qalxın gedək, dedi. Sonra Əbu Yasir, qardaşı Hüyey ibn Ahtaba və yanındakı hahamlara: Nə bilirsiz bəlkə, Məhəmmədə hamısının cəmi qədər, yəni yetmiş bir, yüz otuz bir, iki yüz otuz bir,  iki yüz yetmiş bir qədər verilmişdir ki, cəmi yeddi yüz dörd edər, dedi. Onlar da “Onun vəziyyəti biz görə qarışıqdır” dedilər. Bu ayələrin onlar haqqında endiyini iddia etdilər. “O elə Allahdır ki, kitabı sənə endirdi. Onlardan bəzi ayələr möhkəmdir, onlar kitabın anasıdır. Digər bəziləri isə mütəşabehdir”( Ali İmran 7).

Bu hədis Muhəmməd ibn Saib əl Kəlbiyə istinad edir, onun isə tək rəvayət etdiyi hədislər dəlil olmaz. Bundan başqa əgər bu məslək (hərflər bağlı elmi) doğrudursa qeyd etdiyimiz 14 hərflə hesab edilməlidir. O zaman daha çox şey ifadə edər. Əgər təkrarları ilə birlikdə hesablanarsa ortaya daha böyük və daha mükəmməl bir rəqəm çıxar. Allah daha yaxşı bilir.