Allah Təala göylərin, yerin, onların içində və aralarında olanların Ona aid olduğunu, onlarda olanlardan xəbərdar olduğunu, nə qədər incə və gizli olursa olsun, aşkar, sirli və örtülü şeylərin Ona gizli qalmadığını xəbər verir. Həmçinin qullarını etdikləri və qəlblərində gizli saxladıqları şeylər barəsində hesaba çəkəcəyini bildirir. Necə ki, başqa bir ayədə buyurur: “De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeya qadirdir” (Ali İmran, 29), “…sirri də, daha gizli olanı da bilir.” (Taha, 7). Bu mənada ayələr həddən artıq çoxdur. Allah bu ayədə əlavə bilik verərək xəbərdar edir. Bu, həmin işə görə hesaba çəkilməkdir. Ona görə də, bu ayə nazil olduqda səhabələrə ağır gəldi. Allah onlardan razı olsun. Onlar bu ayədən xoflandılar və Allahın onları böyük və kiçik əməllər barəsində sorğu-sual edəcəyindən qorxdular. Bu da onların güclü imanlarından və yaqinliklərindən irəli gəlirdi.
İmam Əhməd demişdir: Bizə Əfvan danışdı, bizə Abdurrəhman İbn İbrahim danışdı, mənə Əbu Əbdurrəhman yəni, əl-Alə danışdı, o da atasından, o da Əbu Hureyrədən dedi: Rəsulullaha (salləllahu aleyhi və səlləm) “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz nəfsinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayər, istədiyinə də əzab verər. Allah hər şeya qadirdir” ayəsi nazil olanda, bu onun səhabələrinə ağır gəldi. Onun yanına gəlib diz üstə oturaraq dedilər: “Ey Allahın Rəsulu biz namaz, oruc, cihad və sədəqə kimi gücümüz çatan əməllərə mükəlləf olduq, indi isə sənə bu ayə nazil oldu, ona gücümüz çatmır.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: «Sizdən əvvəlki iki kitab əhlinin söylədiyi kimi “Eşitdik və asi olduq” deyacəksiniz? Xeyr, əksinə deyin ki, “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Onlar bunu iqrar etdikdə və dillərində oxuyub itaət göstərdikdə, Allah onun ardınca bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” (Əl-Bəqərə, 285). Onlar buna əməl edincə, Allah təala onu nəsx etdi və növbəti ayəni “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı onun özünə, qazandığı öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” (Əl-Bəqərə, 286) sona qədər nazil etdi.
Bunu Muslim də tək başına yəzid İbn Zureydən, o da Rəhv İbn Qasımdan, o da Əl-Alədən, o da atasından, o da Əbu Hureyrədən bənzər şəkildə rəvayət etmişdir. Onun mətni belədir: Onlar bunu edincə, Allah onu nəsx etdi. Sonra bu cür nazil etdi: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı onun özünə, qazandığı öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” Allah dedi: «Bəli.» “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!” O: “Bəli” – buyurdu. “Ey Rəbbimiz, gücümüz çatmayən şeyi daşımağa bizi vadar etmə!” Allah: “Bəli” – dedi. “Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et” O buyurdu: “Bəli.”
İbn Abbasdan rəvayət edilən hədis də bu mənadadı. İmam Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Adəm İbn Suleymandan, eşitdim Səid İbn Cubeyrdən, o da İbn Abbasdan, dedi: Bu ayə nazil olanda “Siz nəfsinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək”, o dedi: Onların qəlbinə heç vaxt daxil olmayan bir şey daxil oldu. O dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: Siz: «Eşitdik, itaət etdik və təslim olduq» – deyin. Allah onların qəlblərinə iman yerləşdirdi. Sonra Allah bu ayəni nazil etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!” Sonda dedi: “Kafirləri məğlub etməkdə bizə yardım et”.
Bunu Muslim də, Əbubəkr İbn əbu Şeybə, Əbu Kureyb və İshaq İbn İbrahimdən, onların üçü də Vəkidən bu şəkildə rəvayət etmişdi. O əlavə etmişdi: “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!” Allah dedi: “Artıq etdim”. “Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə!” O dedi: “Artıq etdim”. “Ey Rəbbimiz, gücümüz çatmayən şeyi daşımağa bizi vadar etmə!” O buyurdu: “Artıq etdim”. “Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et”. O da dedi: “Artıq etdim”.
İbn Abbasdan başqa bir yol: İmam Əhməd demişdir: Bizə Abdurrəzzaq danışdı, bizə Mamər xəbər verdi, o da Humeyd əl-Əracdan, o da Mucahiddən onun belə dediyini rəvayət etdi: İbn Abbasın yanına gəldim və dedim: “Ey İbn Abbas, İbn Ömərin yanında idim, bu ayəni oxuyub ağladı”. O dedi: “Hansı ayə idi?” Mən dedim: “Siz nəfsinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də” ayəsi idi. İbn Abbas dedi: Bu ayə nazil olduğu zaman Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri kədərləndilər və nə edəcəklərini bilmədilər. Dedilər: “Ey Allahın Rəsulu həlak olduq, indiya qədər danışdığımıza və etdiyimizə görə sorumlu olurduq, amma qəlblərimiz əlimizdə deyil”. Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Eşitdik və itaət etdik deyin.” Onlar da dedilər: «Eşitdik və itaət etdik.» Onu bu ayə nəsx etdi: “Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də. Hamısı Allaha, iman gətirdilər…» «Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı onun özünə, qazandığı öz əleyhinədir.” Nəfslərində keçənlər bağışlandı, əməllərə görə sorumlu oldular.
Ondan gələn başqa bir yol; İbn Cərir demişdir: Mənə yunus danışdı, bizə İbn Vəhb xəbər verdi, mənə yunus İbn yəzid xəbər verdi, o da İbn Şihabdan, o da Səid İbn Mərcanədən onun belə danışdığını eşitdi ki, o, Abdullah İbn Ömər ilə oturmuşdu. “Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayər, istədiyinə də əzab verər. Allah hər şeya qadirdir” ayəsini oxuyub dedi: “VAllahi, əgər Allah bizi bununla sorğu-sual etsə, həlak olduq.” Sonra İbn Ömər elə ağladı ki, hıçqırığını eşitdim. İbn Mərcanə dedi: Qalxdım, İbn Abbasın yanına getdim. İbn Ömərin dediyini və bunu oxuduğu zaman nə etdiyini danışdım. Abdullah İbn Abbas dedi: Allah, Əbu Əbdürrəhmanı bağışlasın. Allaha and olsun ki, müsəlmanlar bu ayə nazil olanda İbn Ömərin keçirtdiyi hissləri yaşadılar. Bunda sonra Allah “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər” ayəsini surənin sonuna kimi nazil etdi. İbn Abbas dedi: Bu vəsvəsə, müsəlmanların gücü çatmayən şeylərdən idi. İş o yerə gəldi ki, Allah əzzə və cəllə hər kəsin nəfsi qazancına görə deyil, söz və əməlinə görə cavabdeh olmasına hökm verdi.
Başqa bir yol; İbn Cərir demişdir: Mənə əl-Musənnə danışdı, bizə İshaq danışdı, bizə yəzid İbn Harun danışdı, o da Sufyan İbn Hüseyndən, o da Zuhridən, o da Səlimdən, onun atası “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək” ayəsini oxuduqda gözləri yaşardı. Etdiyi iş İbn Abbasa çatdı. O dedi: Allah Əbu Əbdürrəhmana rəhmət etsin, o da bu ayə endiyi zaman Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələri etdiyi kimi etdi. Ondan sonra gələn ayə “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər” onu nəsx etdi. Bunlar İbn Abbasdan gələn səhih yollardır. İbn Abbasdan olduğu kimi İbn Ömərdən də sabitdir. Buxari demişdir: Bizə İshaq danışdı, bizə Rəhv danışdı, bizə Şubə danışdı, o da Xalid əl-Hazzəidən, o da Mərvan əl-Asqardan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrinin birindən — güman edirəm ki, İbn Ömərdən — “Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək” ayəsi barədə dedi: “Sonra gələn ayə onu nəsx etdi.”
Əli, İbn Məsud, Kəb əl-Əhbər, Şəbi, Nəxai, Muhəmməd İbn Kəb əl-Qurazi, İkrimə, Səid İbn Cubeyr və Qatadədən də bunun sonrakı ayə ilə nəsx edildiyi rəvayət edilmişdi. Bir dəstə alimin “Kutubu Sittə”də Qatadə yolu ilə Zurarə İbn Əbu Əvfadan, o da Əbu Hureyrədən belə dediyi sabit olmuşdur: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah mənim xətrim üçün ümmətimin danışmadığı və etmədiyi təqdirdə, nəfsindən keçəni bağışlamışdır.”
İki Səhihdə Sufyan İbn Uyeynədən, o da Əbuzzənaddan, o da Əl-Ərəcdən, o da Əbu Hureyrədən onun belə dediyi rəvayət edilmişdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdi: “Allah təala buyurdu: Bir qulum pisliya niyyat edərsə, onu yazmayın, onu edərsə onu bir pislik kimi yazın. Bir yaxşılıq niyyat edib onu etməsə, bir yaxşılıq kimi yazın. Əgər etsə on yaxşılıq kimi yazın.” Muslimin tək başına İsmayıl İbn Cəfərdən, o da Əl-Əladan, o da atasından, o da Əbu Hureyrədən rəvayəti belədir: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allah təala buyurdu: Qulum bir yaxşılıq niyyat edib onu etməsə ona bir yaxşılıq yazaram. Əgər onu etsə on yaxşılıq yazaram və yeddi yüzə qədər artıraram. Əgər bir pisliya niyyat edib onu etməsə onu yazmaram. Əgər etsə onu bir pislik kimi yazaram.”
Abdurrəzzaq demişdir: Bizə Mamər xəbər verdi, o da Həmmam İbn Munəbbihdən, dedi ki, bu, Əbu Hureyrənin bizə Rəsulullahdan (salləllahu aleyhi və səlləm) danışdığı xəbərdir. O dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Allah buyurdu: Qulum bir yaxşılıq etməyi niyyat edərsə, onu etdiyinə qədər bir yaxşılıq yazaram. Əgər etsə onun on mislini yazaram. Əgər nəfsindən bir pislik etmək keçirsə, onu etməsə onu bağışlayəram. Əgər etsə onun bir mislini yazaram.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Mələklər dedilər: Ey Rəbbimiz, sənin qulun bir pislik etmək istəyir. Halbuki, O, bunu daha yaxşı görür. O buyurur: Onu gözləyin, əgər etsə ona bir misli qədər yazın, əgər etməsə ona bir yaxşılıq olaraq yazın, çünki onu Mənə görə tərk etmişdir.” Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: “Bir nəfər gözəl müsəlman olarsa, etdiyi hər yaxşılıq onun üçün on ilə yeddi yüz mislinə qədər yazılar. Hər pisliyi isə əziz və cəlil olan Allahla qarşılaşana qədər bir misli miqdarında yazılar.” Bunu Muslim tək başına Muhəmməd İbn Rafidən, o da Abdurrəzaqdan, bu yolla rəvayət etmişdir, mətn onundur. Bəzisi də səhih Buxaridədir.
yenə Muslim demişdir: Bizə Əbu Kureyb danışdı, bizə Xalid əl-Əhmər danışdı, o da Hişamdan, o da İbn Sirindən, o da Əbu Hureyrədən dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim bir yaxşılıq etməyi niyyat edərsə, onu etməsə ona bir yaxşılıq yazılar. Kim bir yaxşılıq etməyi niyyat edib onu icra etsə ona onla yeddi yüz arası yaxşılıq yazılar. Kim bir pislik etməyi nəfsindən keçirsə, onu etməsə ona yazılmaz. Əgər etsə ona yazılar.” Bunu Kutubu Sittə sahiblərindən yalnız Muslim rəvayət etmişdir.
yenə Muslim demişdir: Bizə Şeyban İbn Fərrux danışdı, bizə Abdulvaris danışdı, o da Cad Əbu Osmandan, bizə Əbu Rəca əl-Utaridi danışdı, o da İbn Abbasdan, o da Rəsulullah (salləllahu aleyhi və səlləm) , o da uca Rəbbindən rəvayət etdi ki, O buyurdu: “Allah yaxşılıq və pislikləri yazdı, sonra bunu açıqladı: Kim bir yaxşılıq etməyi niyyat edərsə, onu etməzsə, Allah ona Öz dərgahında kamil bir yaxşılıq yazar. Kim bir yaxşılıq etməyi niyyat edib onu etsə, Allah ona Öz dərgahında onla yeddi yüz arası qədər və daha artıq yaxşılıq yazar. Kim bir pislik etməyi nəfsindən keçirərsə, onu etməsə, Allah ona kamil bir yaxşılıq yazar. Əgər niyyat edib onu etsə, Allah ona onun bir mislini yazar.” Sonra bunu Muslim, o da yəhya İbn yəhyadan, o da Cəfər İbn Süleymandan, o da Cad əbu Osmandan bu sənədlə Abdul-Varisin hədisi ilə eyni mənada rəvayət etmiş və bunu əlavə etmişdir: “Allah onu silər. Allah isə yalnız həlaka layiq olanı həlak edər.”
Suheylin atasından, onun da Əbu Hureyrədən rəvayət etdiyi hədisdə deyilir: Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrindən ibarət bir dəstə insan onun yanına gəlib dedilər: “Bizim nəfsimizdən elə şeylər keçir ki, onu danışmaqdan çəkinirik.” O dedi: “Həqiqətən o cür hissləriniz var?” Onlar dedilər: “Bəli”. O dedi: “Bu, aşkar bir imandır.” Sözləri Muslimindi. O, yenə Muslimdə Aməş yolu ilə, o da Əbu Salihdən, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu şəkildə rəvayət etmişdir. Bunu yenə Muslim, Muğiradan, o da İbrahimdən, o da Əlqamədən, o da Abdullahdan demişdir: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) vəsvəsə barəsində soruşdular, o da dedi: “O aşkar imandır.”
Əli İbn Əbu Talha dedi: İbn Abbasdan: “Siz nəfsinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək” ayəsi nəsx edilmədi. Lakin Allah məxluqatı qiyamət günündə topladığı zaman buyurar: Sizə nəfsinizdə gizli saxladığınız işlər barədə xəbər verəcəyam. O şeylərdən ki, mələklərimin də xəbəri yox idi. Möminlərə bunlar xəbər verilər və onlara nəfslərində keçirdikləri bağışlanar. Bu, “Allah buna görə sizi hesaba çəkəcək” kəlamıdır. O buyurur: “Sizə xəbər verəcək.” İçlərində şübhə və tərəddüd olanlara gizlədikləri yalan barəsində xəbər verər və bu da “O, istədiyini bağışlayər, istədiyinə də əzab verər” kəlamıdır. Allah təalanın “O, sizi qəlbinizin qazancına görə cəzalandıracaqdır” (Bəqərə, 225) ayəsi də bu mənadadır. yəni, şübhə və nifaqdan. Avfi ilə Dəhhakdan da buna yaxın məna rəvayət edilmişdir.
İbn Cərir, Mucahid ilə Dəhhakdan bənzər şəkildə rəvayət etmişdir. Həsən Bəsridən də: “Bu ayə möhkəmdir, nəsx edilməyib” — dediyi rəvayət edilmişdi. İbn Cərir də bunu tərcih etmişdir. O, hesaba çəkilmənin cəzanı zəruri etmədiyi fikrini irəli sürmüşdü. Çünki Allah təala bəzən hesaba çəkib bağışlayər və bəzən də hesaba çəkib əzab verər. Çünki burada bu ayənin təfsirində belə bir hədis vardır: Bizə İbn Bəşşar danışdı, bizə İbn Adiy danışdı, o da Səid və Hişamdan, başqa sənədlə mənə yaqub İbn İbrahim danışdı, bizə İbn Uleyya danışdı, bizə Hişam danışdı, ikisi də danışıqlarında dedilər: Qatadədən, o da Safvan İbn Muhrizdən, o dedi: Biz Abdullah İbn Ömər ilə bərabər Kəbəni təvaf edirdik. Qarşısına bir adam çıxıb dedi: “Ey İbn Ömər Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Allahın gizli danışması barəsində nəsə eşitmisən?” O da dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Mömin əziz və cəlil olan Rəbbinə yaxınlaşar, hətta Allah onun üzərinə örtük çəkər, ona bütün günahlarını iqrar etdirər və: “Bunu bilirsənmi?” buyurar. O da iki dəfə deyar: “Bilirəm, ey Rəbbim!” Çoxlu şeyləri etiraf etdirdikdən sonra Allah buyurur: “Mən onların üstünü dünyada örtdüm, bu gün də sənin üçün bağışlayıram. Ona əməl dəftəri sağından verilir. Kafir və münafiqlərə isə şahidlər qarşısında səslənir “Rəblərinə qarşı yalan daNisənlar bunlardır. Allahın lənəti olsun zalımlara” (Hud, 18). Bu hədis İki səhihdə və digərlərində müxtəlif yollarla Qatadədən bu şəkildə rəvayət edilmişdir.
İbn Əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Suleyman İbn Harb danışdı, bizə Hammad İbn Sələmə danışdı, o da Əli İbn Zeyddən, o da atasından, deyir ki, Aişəya “Siz nəfsinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək” ayəsi barəsində sual verdim. O dedi: “Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduğum vaxtdan bəri heç kəs məndən bu ayə barəsində soruşmayıb.” Sonra dedi: “Bu, Allahın qul ilə alış-verişidir, qulun tutulduğu qızdırma və sıxıntı kimidir. Sərmayəsini paltarının qoluna qoyar, sonra onu itirər. Bundan təlaşa düşər, sonra onu qoltuğunun altında tapar. Sonda mömin filizdən ayrılan xalis qızıl kimi günahından azad olar.” Bunu Tirmizi və İbn Cərir də eyni şəkildə Həmmad İbn Sələmədən rəvayət etmişlər. Tirmizi demişdir: Qəribdir. Bunu yalnız onun hədisindən bilirik.
Mən də deyirəm ki, onun şeyxi Əli İbn Zeyd İbn Cədan da zəifdir. Onun rəvayətlərində qəribəlik vardır. O, bu hədisi atasının arvadından, yəni ögey anası Ummu Muhəmməd Uməyya bint Abdullahdan, o da Aişədən rəvayət edir. Kitablarda isə, həmin qadının Aişədən bundan başqa hədisi yoxdur.