Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı yaymasında, küləklərin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır.

“Həqiqətən də, göylərin və yerin yaradılmasında” Göyün lətafətində, yüksəkliyində, genişliyində, hərəkət edən və sabit dayənan göy cisimlərində, fələyinin (səmasının) dövr etməsində və bu yerin kəsifliyində, çökək yerlərində, dağlarında, dənizlərində, çöllərində, düzənlik sahələrində, üzərində əkilənlərində və onların faydalarında.

“gecə ilə gündüzün bir-birilə əvəz olunmasında” Bu gəlir sonra gedir, o birisi onun ardınca gəlib yerini alır. Ondan bir an belə gec qalmaz.  Necə ki, Allah buyurur: “Nə günəş ayə çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz )orbiti( ilə) üzüb gedir” (yasin, 40). Bəzən biri uzanar, o biri qısalar, bəzən də biri digərindən götürər və beləliklə qarşılıqlı borc verərlər. Allah buyurur: “Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəya qatır. Allah Eşidəndir, Görəndir” (Həcc, 61). yəni bundan ona, ondan da buna artırar.

İnsanlara fayda verən şeylərlə dənizdə üzən gəmilərdə” yəni, gəmilərlə bir bölgədən digər bölgəya malları daşımaq üçün dənizi ram etdi. Bu, insanların dolanışığı və həmin ərazi sakinlərinin mənfəəti üçün edildi. Bununla da, bir bölgədən digərlərinə, onların da bunlara mal daşıması mümkün olur.

Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı yaymasında” necə ki, Allah Təala buyurur: “Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər? yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)” (yasin, 33-36).

Bütün heyvanatı yaymasında” yəni, görünüşləri, rəngləri, faydaları, kiçiklikləri və böyüklükləri fərqli olan canlıları. Allah bunların hamısını bilir və onları ruziləndirir. Bunlardan heç bir şey Allaha gizli qalmaz. Necə ki, buyurur: “yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Hamısı açıq-aydın yəzidadır” (Hud, 6).

Küləklərin dəyişdirilməsində” Bəzən rəhmət gətirər, bəzən də əzab. Bəzən buludun qarşısında müjdə gətirər. Bəzən onu aparar, bəzən toplayər, bəzən dağıdar və istiqamətini dəyişər. Sonra hərdən cənubdan, bu Şam tərəfdən əsir. Bəzən də yamən və bəzən də Səba tərəfdən əsər ki, bu da şərq küləyidir.  O, Kəbənin üzünə döyan küləkdir. Hərdən də Kəbənin arxa tərəfindən döyan dəbur əsir ki, bu da qərb küləyidir. Küləklərin hamısı Kəbənin yanından keçməsinə uyğun adlanmışlar. Alimlər küləklər, yağmurlar, ulduzlar haqqında kifayət qədər yazıb onların ad və xüsusiyyatlərini açıqlamışlar. Burada danışsaq uzun çəkər. Allah ən doğrusunu biləndir.

Göylə yer arasında ram edilmiş buludlarda” yəni, göylə yer arasında dolaşan, Allahın əmrinə hazır olan, Onun istədiyi məkana gedən buludlarda.

başa düşən insanlar üçün dəlillər vardır” bu əlamətlərdə uca Allahın təkliyini göstərən açıq-aydın dəlillər vardır. Necə ki, Allah Təala başqa ayədə buyurur: “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayəq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür: ‘Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran, 190, 191).

Hafiz Əbu Bəkr İbn Mərduvə demişdir: Bizə Muhəmməd İbn Əhməd İbn İbrahim, o da Əbu Səid əd-Dəştəkidən, o da atasından, o da atasından, o da Əşas İbn İshaqdan, o da Cəfər İbn Əbu Muğirədən, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan rəvayət etmişdir ki, Qureyş Muhəmmədin (salləllahu aleyhi və səlləm)yanına gəlib dedi: Ey Muhəmməd, biz istəyirik ki, sən Rəbbinə dua edəsən, O da Səfa dağını qızıla çevirsin. Bizdə onunla atlar və silahlar alaq, sənə iman edib səninlə birgə döyüşək. Rəsulullah (salləllahu aleyhi və səlləm)dedi: “Mənə ciddi şəkildə söz verin, əgər Rəbbimə dua etsəm və O da, Səfanı qızıla çevirsə, Allaha iman edərsizmi?” Onlar ciddi şəkildə söz verdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm)Rəbbinə dua etdi. Dərhal Cəbrayıl gəldi: “Rəbbin onlar üçün Səfanı qızıla çevirmək barəsındə duanı qəbul etdi. Bundan sonra iman gətirməsələr, Allah, aləmlərdən heç kimə vermədiyi əzabı onlara verəcək.” Rəsulullah (salləllahu aleyhi və səlləm)dedi: Ey Rəbbim, xeyr, mənim qövmümü mənə burax, onları günbəgün dəvət edim. Allah Təala cavab olaraq bu ayəni endirdi: “Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında…”.

Bu hədisi İbn Əbu Hatim başqa bir yolla Cəfər İbn Əbu Muğirədən bu cür rəvayət etmişdir. Hədisin sonunda isə, bunu əlavə etmişdir: “Səndən Səfa dağının qızıla çevrilməyini necə istəyirlər? Halbuki onlar Səfadan da daha böyük əlamətləri görürlər.”

İbn Əbu Hatim demişdir: Mənə atam, o da Əbu Huzeyfədən, o da Şibldən, o da İbn əbu Nəcihdən, o da Ətadan rəvayət etmişdir ki, Rəsulullaha Mədinədə (salləllahu aleyhi və səlləm)“Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir” ayəsi nazil oldu. Məkkədəki Qureyşli kafirlər dedi: “İnsanlara bir ilah necə bəs edər?” Bunun üzərinə Allah Təala “Həqiqətən də, göylərin və yerin yaradılmasında…. başa düşən insanlar üçün dəlillər vardır” ayəsini endirdi.

Bununla onlar Allah Təalanın tək İlah olduğunu və hər şeyin İlahı  və Xaliqi olduğunu bildilər.

Vəki İbn Cərrah demişdir: Bizə Sufyan, o da atasından, o da Əbu əd-Duhadan rəvayət etmişdir ki, “Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir” ayəsi nazil olanda müşriklər dedilər: “Elədirsə, bizə bir nişanə göstər.” Əziz və Cəlil olan Allah da, “Həqiqətən də, göylərin və yerin yaradılmasında…. başa düşən insanlar üçün dəlillər vardır” ayəsini endirdi. Bunu Adəm İbn Əbu İyas, Əbu Cəfər ər-Razidən, o da Sufyanın atası Səid İbn Məsruqdan, o da Əbu əd-Duhadan rəvayət etmişdir.