İmam Əhməd demişdir: bizə Süleyman İbn Davud əl-Həşimi, o da İbrahim İbn Səddən, o da Zuhridən, o da Ürvədən, rəvayət etmişdir ki, o bir gün Aişəya dedi: “Bax Allah Təala necə buyurur: “Səfa və Mərva Allahın Nisənələrdəndir. Kim Evə həcc və ya ümrə edərsə, bu ikisini təvaf etməsində ona heç bir günah yoxdur.” Allaha and olsun ki, bu o deməkdir ki, onları təvaf etməməkdə günah yoxdur.” Aişə (radiyAllahu ənhə) dedi: “Necə də pis dedin, ey bacım oğlu, yozumu sən dediyin kimi olsaydı, “o ikisini təvaf etməməsində ona günah yoxdur” deyilərdi. Amma bu ayə ənsarlar haqqında nazil olmuşdur. Onlar müsəlman olmadan öncə, əl-Müşəlləl bölgəsindəki ibadətgahları, azğın Mənat bütünün yanından ehrama girərdilər. Bunu edənlər Səfa və Mərva arasında təvaf etməkdən çəkinərdilər. İslamı qəbul etdikdən sonra Rəsulullahdan (salləllahu aleyhi və səlləm)bu barədə soruşaraq dedilər: “Ey Allahın Rəsulu biz cahilliya dönəmində Səfa və Mərva arasında təvaf etməkdən çəkinərdik.” Allah Təala bu ayəni nazil etdi: “Səfa və Mərva Allahın Nisənələrdəndir. Kim Evə həcc və ya ümrə edərsə, bu ikisini təvaf etməsində ona heç bir günah yoxdur.” Aişə (radiyAllahu ənhə) davam edərək dedi: “Sonra Rəsulullah (salləllahu aleyhi və səlləm), Səfa və Mərva arasında təvaf etməyi sünnə etdi. Artıq heç kəsin bu əməli tərk etməsi doğru deyil.” Buxari və Muslim onu “Səhih” adlı əsərlərində rəvayət etmişdir.
Zuhri rəvayətində demişdir: Bu hədisi Əbu Bəkr İbn Əbdurrəhman İbn əl-Haris İbn Hişama rəvayət etdim. O dedi: Həqiqətən də bu elmi mən eşitməmişdim. Mən, elm əhli olan adamlardan belə dediklərini eşitdim: “İnsanlar — Aişənin (radiyAllahu ənhə) zikr etdiyi xaric – belə deyirdi: “Bizim bu iki dağ arasını təvaf etməyimiz cahilliya dönəminin əməlidir.” Ənsarlardan olan digər qrup isə: “Biz yalnız Evi təvaf etməyə əmr olunduq. Bizə Səfa və Mərva arasında təvaf etmək əmr olunmadı” — dedilər. Allah Təala da “Səfa və Mərva Allahın Nisənələrdəndir” ayəsini nazil etdi. Əbu Bakr İbn Əbdurrəhman, bu ayənin insanların hər iki qisminə nazil olduğunu demişdir.
Buxari bu hədisi Məlikdən, o da Hişam İbn Ürvədən, o da atasından, o da Aişədən keçdiyi şəkildə rəvayət etmişdir. Sonra Buxari demişdir: Bizə Muhəmməd İbn yusuf, o da Sufyandan, rəvayət etmişdir ki, Asim İbn Süleyman belə demişdir: Ənəsdən Səfa və Mərva barəsində soruşdum, dedi ki, “biz onları cahillikdən sayərdıq, İslam gələndə onları tərk etdik.” Bununla əlaqədar olaraq Allah Təala “Səfa və Mərva Allahın Nisənələrdəndir” ayəsini nazil etdi.
Qurtubi təfsirində İbn Abbasın belə dediyini rəvayət etmişdir: Şeytanlar Səfa və Mərva arasında səs salardılar. Bu bütün gecə davam edərdi. İkisinin arasında bütlər var idi. İslam dini gələndə, Rəsulullahdan (salləlahu aleyhi və səlləm) onlar arasında təvaf etmək barədə soruşdular və “Səfa və Mərva Allahın Nisənələrdəndir” ayəsi nazil oldu.
Şabi demişdir: İsaf Səfanın üzərində, Nailə isə Mərvanin üzərində idi. Onlara salam deyərdilər. İslam gələndən sonra onları təvaf etməkdən çəkindilər. Bununla əlaqədar olaraqə “Səfa və Mərva Allahın Nisənələrdəndir” ayəsi endi.
Mən də deyirəm ki, Muhəmməd İbn İshaq “əs-Sira” kitabında demişdir: İsaf və Nailə iki insan idilər. Kəbənin içində zina edib daşa döndülər. Camaat ibrət alsın deya, Qureyş onları Kəbənin qarşısına çıxartdı. Qureyş insanların ibrət almaları üçün onları Kəbənin qarşısına yerləşdirmişdi. Uzun müddət keçdikdən sonra onlara ibadət edildi. Daha sonra Səfa və Mərvayə çevrilərək elə orada da qaldılar. Kim, Səfa və Mərvanı təvaf edərdisə onları salamlayərdı. Bu barədə Əbu Talib məşhur şerində demişdir:
“Sellər aparmış İsaf və Nailə bütlərin boş yerində, saçları qırxılmayan Hacılar dəvələrini çökdürdülər.”
Səhih Müslimdə Cabirdən nəql olunan uzun hədisdə deyilir: Rəsulullah (salləlahu aleyhi və səlləm) Evi təvaf etdikdən sonra, Həcərul-Əsvəd küncünə gəldi və onu salamladı. Sonra Səfa qapısından çıxarkən “Səfa və Mərva Allahın Nisənələrdəndir” ayəsini oxudu. Sonra dedi: “Məndə Allahın başladığından başlayıram.” Nəsainin rəvayətində, “sizdə Allahın başladığından başlayın” deyilmişdir.
İmam Əhməd demişdir: bizə Şureyh, o da Abdullah İbn Muəmməldən, o da Əta İbn Əbu Rəbahdan, o da Səfiya bint Şeybədən, o da Həbibə bint Əbu Təcrahdan rəvayət etmişdir ki, o belə demişdir: Rəsulullahı (salləlahu aleyhi və səlləm) Səfa və Mərva arasında təvaf edərkən gördüm, qarşısında insanlar var idi. Allahın Rəsulu (salləlahu aleyhi və səlləm) onların arxasınca elə bərk qaçırdı ki, izarının dolanması səbəbindən dizlərini görürdüm. O: “Səy edin, çünki Allah səy etməyi sizə əmr etdi” — deyirdi.
Sonra İmam Əhməd, Əbdurrəzzaqdan, o da Mamərdən, o da Əbu Ueynənin azad etdiyi Vəsildən, o da Musa İbn Ubeydədən, o da Səfiya bint Şeybədən, o da bir qadından, rəvayət etmişdir ki, Rəsulullah (salləlahu aleyhi və səlləm) Səfa və Mərva arasında səy edərkən dedi: “Səy etmək sizə yazıldı siz də səy edin.” Səfa və Mərva arasındakı səy, Həccin rüknüdür deyanlər, dəlil olaraq bu hədisi gətirirlər. Necə ki, Şəfii məzhəbi və ona müvafiq olanlar bu cür deyirlər. Həmçinin bir rəvayətdə imam Əhmədin rəyi kimi nəql edilibdir. İmam Məlikdən çatdırılan məşhur görüşdür.
Bunun rükn deyil, vacib olduğu da deyilmişdir. Əgər kimsə bu əməli qəsdən yaxud da səhvən tərk edərsə, bir qurban kəsməlidir. Bu, bir rəvayətdə imam Əhmədin rəyi kimi nəql edilibdir. Bir qisim alimlər də bu cür demişdir.
Onun müstəhəbolduğunu söyləyanlər də vardır. Bunu Əbu Hənifə, Sufyan əs-Səvri, əş-Şabi və İbn Sirin demişlər. Ənəs, İbn Ömər və İbn Abbasdan da bu cür rəvayət olmuşdur. “əl-Utbiyya” əsərində imam Məlikdən də eynisi rəvayət edilmişdi.
Qurtubu demişdir: Bunlar dəlil olaraq Allah Təalanın “Kim könüllü olaraq yaxşı bir iş görərsə” ayəsini göstərmişlər. Birinci görüş tərcih ediləndir. Çünki Rəsulullah (salləlahu aleyhi və səlləm) Səfa və Mərva arasında təvaf etmiş və Həcc ibadətlərini məndən götürün demişdir. Onun Həcdə etdiyi hər şeyin, mütləq şəkildə Həcc zaman yerinə yetirilməsi vacibdir. yalnız dəlillə nəyisə bundan müstəsna etmək olar. Allah ən doğrusunu biləndir.
Rəsulullahın (salləlahu aleyhi və səlləm) dediyi “Səy edin, çünki Allah sizə yazdı”, yuxarıda keçmişdir.
Allah Təala Səfa və Mərvə arasında təvaf etməyi Allahın Nisənələrindən yəni, Allah təalənin həcc mərasimi zamanı İbrahimə buyurduğu şəriət əməllərindən olduğunu bəyan etmişdir. İbn Abbasın yuxarıda keçən hədisində deyilmişdir ki, bunun əsası Həcərin təvafından, onun uşağı üçün su axtararkən Səfa və Mərva arasında gediş-gəlişindən götürülmüşdir. Çünki İbrahim (aleyhissələm) onları qoyub getdikdən sonra onları suları tükənmiş və azuqələri bitmişdir. Ətraflarında heç kəs yox idi. Həcər uşağının ölməsindən qorxduqda, belə ki, yanlarında olan azuqələri qurtarmışdı, izzət və cəlal sahibi Allahdan kömək istəmək üçün ayəğa qalxdı. O şərəfli bölgədə, Səfa və Mərva arasında gedib-gəlməya başladı. Üzülmüş, qorxu içində titrəyan, sıxılan və əziz və cəlil olan Allaha möhtac olan bir qul vəziyyətində bunu davam etdi. Nəticədə Allah onun qəm-qüssəsini götürdü, sıxıntısını dəf etdi və qürbətdə onu tək qoymadı. Allah Təala ac üçün yemək və xəstə üçün şəfa olan zəm — zəm suyunu onun üçün çıxartdı. Həmin iki təpə arasında səy edən, Allahın qarşısında fəqirliyini, acizliyini və ehtiyacını gözünün önünə gətirməlidir. Qəlbinin hidayəti, əməllərinin islahı və günahların bağışlanması üçün cəhd etməlidir. Qüsur və nöqsanların azalması üçün Allaha sığınmalı, doğru yola yönəlməsini istəməli və ölənə qədər bu yolda sabit qalmasına qərar verməlidir. Günah və asilikdən ibarət olan hallarını- kamillik, bağışlanma və doğruluğa çevirməsini diləməlidir. Necə ki, bunu Həcərə etdi.
“Kim könüllü olaraq yaxşı bir iş görərsə” yəni,təvafda vacib olandan daha artığını, səkkizinci, doqquzuncu və digər sayda edərsə, deyanlər olmuşdur. Nafilə həcc və ümrə zamanı ikisinin arasında səy edərsə, deyanlər də olmuşdur. Bəziləri də: “Digər ibadətlərdə könüllü yaxşı iş görərsə” mənasında olduğunu demişlər. Bunu Razi nəql etmişdir və üçüncü rəyi Həsən Bəsriya nisbət etmişdir. Allah ən doğrusunu biləndir.
“Allah əvəzini verəndir, Biləndir” yəni, az əmələ çox savab verir, mükafatın miqdarını yaxşı bilir və heç kimin savabını azaltmaz deməkdir. Çünki “Həqiqətən Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər.”(Nisə, 40)