Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Əl-Əvfi, İbn Abbasdan “Hər kəsin üz tutduğu bir qibləsi vardır” kəlamı haqqında: “Burada din sahibləri qəsd edilmişdir” — dediyini rəvayət etmişdir. O, davam edərək demişdir: “Hər kəsin razı olduğu bir qibləsi vardır. Allahın yönü isə möminlərin üz tutduqları yerdədir.” Əbu-Aliyə demişdir: “yəhudilərin bir istiqaməti vardır, ora tərəf üz tutarlar, xristianların da bir istiqaməti vardır, onlar da ora tərəf üz tutarlar. Ey ümmət, sizi də olduğunuz qibləya sarı döndərmişdir.” Mucahid, Əta, Dəhhaq, Rabi İbn Ənəs və Suddidən də belə rəvayət edilmişdir. Mucahid başqa rəvayətində və Həsən Bəsri: “Hər qövmə (bu əmrdən sonra) yalnız Kəbəya üz tutaraq namaz qılmalarını əmr etmişdir” -demişdilər. İbn Abbas, Əbu Cəfər əl-Baqir və İbn Amir, “va Likullin vichətun huvə muvalləhə”( Hər kəsin yönəldildiyi bir qibləsi vardır) şəklində oxumuşdurlar.

Bu, “Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq(Maidə 48) ayəsinə bənzəməkdədir. Burada isə, “Harada olursunuz olun Allah sizin hamınızı (bir yerə) toplayəcaqdır. Şübhəsiz ki, Allah hər şeya qadirdir”  demişdir.yəni, bədənləriniz dağılsa, cəsədləriniz çürüsə də sizi (yenidən) torpaqdan toplamağa qadirdir, deməkdir.