Suddi təfsirində Əbu Malikdən, o da Əbu Salehdən o da ibni Abbasdan həmçinin Mürrədən, o da İbni Məsuddan o da bir qrup sahabədən, onların belə dediyini rəvayət etmişdir: Allah münafiqlər üçün, “Onların misalı od qalayan kimidir”(Bəqərə, 17) ilə “və ya yağış kimidir” (Bəqərə, 19) misallarını gətirərkən, Münafiqlər: Allah bu misalları gətirməkdən ucadır dedilər. Buna görə də Allah bu ayəni endirdi. Sonda isə “ziyan edən onlardır” dedi.
Əbdurrazzak Mamərdən rəvayət edir ki, Qatadə belə demişdir: Allah Təala hörümçək və milçəkdən bəhs edən kimi, müşriklər: Bu hörümçəyə və milçəyə nə olub ki, zikr edilirlər? dedilər. Buna görə də Allah: “Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz.” dedi. Saidin rəvayətində isə Qatadə belə demişdir: Allah az olsun çox olsun haqq olan bir şeyi zikr etməkdən çəkinməz. Allah kitabında milçək və hörmçəkdən bəhs edən kimi, yolunu azmışlar: “Allah bununla nə demək istədi?” dedilər. Buna görə Allah “Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz.” dedi.
Mən də deyirəm ki, Qatadənin ilk ifadəsində bu ayənin Məkkədə enməsini xatırladan bir şey olsa da belə deyildir. Səidin Qatadədən rəvayəti ağla daha yaxındır. Allah daha yaxşı bilir. İbni Cüreyc də Mücahiddən Suddi və Qatadənin fikirlərinin bənzərini rəvayət etmişdirlər. İbni əbu Hatim belə demişdir: Həsəndən və İsmayıl ibn əbu Xaliddən də Suddi və Qatadənin fikirlərinin bənzərləri rəvayət edilmişdir. Əbu Cəfər ər Razi rəvayət edir ki, Rəbi ibn Ənəs bu ayədə belə demişdir: Allahın dünya üçün gətirdiyi bir misaldır. Çünki ağcaqanad ac qaldığı müddətdə yaşayar. Qarnı şişəndə isə ölər. Allahın haqlarında misal verdiyi qövm də belədir: dünyadan doyduqları vaxt Allah onları ələ keçirər. Sonra da “Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq.” (Ənam 44)ayətini oxudu. İbni Cərir də belə rəvayət etmişdir. Bunu ibn əbu
Hatim əbu Cəfərdən, o da Rəbi ibn Ənəsdən, o da Əbul Aliyədən oxşar şəkildə rəvayət etmişdir. Allah daha yaxşı bilir.
Ayənin eniş səbəbindəki ixtilaflar bunlardır. İbn Cərir Suddinin nəql etdiyini üstün hesab etmişdir. Çünki o surə ilə daha çox əlaqədar və daha münasibdir. Ayənin mənası da belədir: Allah hər hansı bir misal verməkdən çəkinməz. O şey istərsə böyük istər sə də kiçik olsun. “Mə” ədatı burada azlığı bildirir. “Bəudətən” sözü isə bədəl olaraq təsirlik halında olur. Necə ki, “Ləədribənnə dərbən mə” (səni bir yolla necə olursa olsun vuracam) desən ən kiçik bir şeylə yerinə yetər.
Və yaxud qeyri müəyyəndir, “Bəuda” ilə sifətlənmişdir. İbn Cərir mə-nin bağlayıcı olmasını, “bəudanın” da onun son hərəkələrə görə təhlil ilə təhlil edilməsini üstün hesab etmişdir. Bunu ərəb dilində icazəli olduğunu demişdir. Çünki Ərəblər “mə” ilə “mən”-nin əlaqəsini öz son hərəkələrə görə təhlil ilə təhlil edirlər. Çünki bu iki söz bəzən müəyyən bəzən də qeyri-müəyyən olur. Necə ki, Həsən ibn Sabit belə demişdir:
Kifayətdir hamıdan üstün etsin ki bizi
Peyğəmbər Muhammmədin bizə olan sevgisi
Bəudətənin hərfi cərin düşməsi ilə də təsirlik halda olması icazəlidir. Kəlamın təqdiri də belədir: “İnnallahə lə yəstəhyi ən yədribə məsələn mə beynə bəudətin ila ma fovqahə”. Kisai ilə Fərra da bunu üstün rəy hesab etmişlər. Dəhhak ilə İbrahim ibn Ablə adlıq halda bəudətun oxumuşdurlar. İbn Cinni də belə demişdir: “Mə”-yə bağlanır, aid əvəzliyi də düşürülür, eynilə: “Təmamən aləlləzi ahsənə” (Ənam, 154) ayəsində olduğu kimi ki, aləlləzi huvə ahsanə deməkdir. Sibəveyh də belə nəql etmişdir: “Mə ənə billəzi qailun ləkə şeyən” (mən sənə nəsə deyəcək deyiləm), yəni billəzi huvə qailun, deməkdir.
“Fəma fevqahə (ondan da üstün)” sözündə də iki rəy vardır. Birincisi : kiçiklik və dəyərsizlikdə ondan aşağıda olan deməkdir. Necə ki bir adam alçaqlıq və paxıllıqla vəsf edildiyi zaman, qulaq asan: Bəli o bundan dabetırdir (üstündür), deyər. Yəni vəsf edildiyindən. Bu Kisai ilə Əbu Ubeydin rəyidir. Bunu Razi və əksər tədqiqatçılar demişdir. Tirmizinın rəvayətində belə gəlir: Əgər dünya Allah qatında ağcaqanadın qanadı dəyərində olsa idi, Allah ondan kafirə bir qurtum su da verməzdi.
İkinci rəy: Ondan üstün olan, ondan böyük deməkdir. Çünki ağcaqanaddan daha dəyərsiz və kiçik bir şey yoxdur. Bu Qatadə ibn Diamənin rəyi və ibn Cəririn üstün hesab etdiyidir. Çünki Müslimin (2572) Aişə (radiyallahu anhə) rəvayət etdiyi bu hədis bu rəyi təsdiqləməkdədir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: “Müsəlmana bir tikan batar və ya daha üstün bir şey olarsa Allah ona bir dərəcə yazar, onun bir günahını bağışlayar”. Allah bunu xəbər verir ki, o misal vermək üçün heç bir şeyi kiçik görməz, istərsə ağcaqanad kimi dəyərsiz və kiçik bir şey olsun. Necəki onu yaratmaqdan çəkinmir eləcə də onu misal verməkdən də çəkinməz. Necəki, ağcaqanad və hörümçəyi misal gətirmişidir: Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də! (Həcc, 73) Və belə demişdir: Allahdan başqasını özlərinə dost tutanların aqibəti özünə yuva qurmuş hörümçəyin məsəlinə bənzəyir. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! (Ənkəbut, 41). Belə demişdir: Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları azdırar. Allah istədiyini edər. (İbrahim, 24-27) Və belə demişdir: “Allah kölə və heç bir şeyə gücü çatmayan qulu misal gətirdi..” Sonra da belə dedi: “Allah iki adamı misal gətirdi Biri dilsizdir heç bir şeyə gücü çatmaz sahibinin çiynində yükdür. Onu hansı tərəfə göndərsə xeyir gətirməz. Onunla ədaləti əmr edən eyni ola bilərmi?” (Nəhl 75-76) Necəki belə demişdir: “Sizə öz nəfslərinizdən bir misal verdi: Sağ əllərinizin sahib olduğu kölələrinizdən sizə ruzi verdiyimiz şeylərdə ortaqlarınız vardırmı?” və belə demişdir: “Allah yola getməz adamın ortaq olduğu bir köləni misal verdi” Və belə demişdir: Bu misalları insanlar üçün çəkirik, bunu ancaq alimlər anlayar (Ənkəbut, 43). Quranda misallar çoxdur.
Bəzi sələflər də belə demişdirlər: Quranda bir misal görər onu başa düşməsəm öz halıma ağlayaram. Çünki Allah Təala Bu misalları insanlar üçün çəkirik, bunu ancaq alimlər anlayar” demişdir. Mücahid də: Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz.” ayəsində belə demişdir: Misallar kiçik olsun böyük olsun, möminlər onlara iman edər və onun Rəbblərindən bir haqq olduğunu bilərlər. Rəbləri onları bu sayədə hidayət edər.
Qatadə: “İman edənlər onun rəbblərindən haqq olduğunu bilirlər” sözündə Onun Rəhmanın kəlamı və onun qatından olduğunu bilirlər, demişdir. Mücahid, Həsən, Rəbi ibn Ənəsdən də belə rəvayət edilmişdir: Əbul Aliyə bu ayə haqqında, möminlər bu misalın haqq olduğunu bilərlər, demişdir. Kafirlər də : “Bu məsəllə Allah nə (demək) istədi? ” deyərlər. Necə ki, Müdəssir surəsində belə demişdir: Biz cəhənnəmin xidmətçilərini ancaq mələklərdən etdik. Saylarını da Kafirlər üçün fitnə etdik. Bir də özlərinə kitab verlənlər yaxşıca inansınlar, iman gətirənlərin də imanı artsın. Özlərinə kitab verilənlərlə möminlər şübhə etməsinlər. Qəlblərində xəstəlik olanlarla kafirlər isə: Bu məsəllə Allah nə (demək) istədi? desinlər. Allah istədiyini belə azdırar istədiyini də belə hidayət edər. Rəbbinin əsgərlərini ancaq O bilər” (Müdəssir, 31) Burada da : “Onunla çoxlarını azdırar və çoxlarına hidayət verər, və onunla ancaq fasiqləri azdırar.” demişdir.
Suddi təfsirində belə demişdir: Bizə Əbu Malik, o da Əbu Salehdən, o da İbni Abbasdan həmçinin Mürrə o da İbni Məsud və bir qrup sahabədən belə dediyini rəvayət etdi: “Onunla çoxlarını azdırır” sözündə qəsd münafiqlərdir. “Onunla çoxlarını hidayət edər” sözündə isə qəsd möminlərdir. Onların azmışlığına azmışlıq əlavə edər. Çünki Allahın onlara verdiyi misalın haqq və vəziyyətlərinə uyğun olduğunu bildiyi halda inanmazlar. Məhz buna görə onları azdırması belədir. “Onunla hidayət edər” yəni o misalla iman və təsdiq əhlindən çoxlarını hidayət edər. Onların hidayətlərinə hidayət qatar və imanlarına iman qatar. Çünki onlarda onun haqq olduğunu və verdiyi misalın vəziyyətlərinə uyğun olduğunu bilərlər. Bunu iqrar edərlər. Onların hidayətini artırması da məhz budur. “Allah bununla yalnız fasiqləri azdırar ” sözündə isə Suddi bunlarin münafiqlər olduğunu demişdir. Əbul Aliyə də “Allah bununla yalnız fasiqləri azdırar” sözündə: Onlar münafiqlərdir demişdir. Rəbi ibn Ənəs də belə demişdir. İbn Cüreyc və Mücahid rəvayətində İbni Abbas da: Fasiqlər kafirlərdir, onu inkar edərlər, demişdir.
Qatadə belə demişdir: “Onunla ancaq fasiqləri azdırar” yəni, onlar fasiqlik etdilər, Allah da onları fasiqliklərinə görə azdırdı. İbni Əbi Hatim belə demişdir: Mənə İshaq ibn Suleyman o da Əbu Sinandan, o da Amr ibn Mürrədən, o da Musab ibn Saddan rəvayət etdi ki, Saad ibn Əbu Vaqqas (radiyallahu anh) : “Onunla çoxlarını azdırar” sözündə qəsd edilənlər xəvariclərdir, demişdir.
Şöbə Amr İbn Mürrədən nəql edir ki, Musab İbn Sad belə demişdir: atama “Allahla əhd bağladıqdan sonra onu pozanlar” soruşdum, o da Harurilərdir dedi. Bu sənəd Sad İbn Əbi Vaqqasdan səhih olaraq rəvayət edilməsinə baxmayaraq, bu mənaya görə təfsirdir, yoxsa həqiqətən Əli (radiyallahu anh)-a Nəhrəvanda qarşı çıxanlar qəsd edilməmişdir. Çünki onlar ayə endiyi zaman yox idilər. Onlar buna sifətləri ilə daxildirlər, çünki onlar imamın itaətindən çıxdıqları və şəriətin əmrlərini yerinə yetirmək istəmədikləri üçün onlara Xaricilər (çıxanlar) deyildi. Fasiq də lüğətdə itaətdən çıxan deməkdir. “Fəsəqatər-ratbətu” deyilir ki, təzə xurma qabığından çıxdı deməkdir. Bunun üçün siçana da fuveysika deyilir, o da dəliyindən çıxıb ətrafa zərər verdiyi üçündür. İki səhihdə Aişə (radiyallahu anhə) rəvayətində Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Beş heyvan haramda da, haram xaricində də öldürülür. Qarğa, çaylaq, əqrəb, siçan və quduz köpək. Fasiq kəliməsi içinə kafiri də asini də alır. Ancaq kafirin fasiqliyi daha pis və daha çirkindir. Ayədən isə kafir fasiq qəsd edilmişdir. Allah daha yaxşı bilir. Dəlili də : “Allahla əhdi pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi qoparanlar və yer üzündə fəsad törədənlər, məhz onlar ziyan edənlərdir” sözüdür. Bu sifətlər möminlərin sifətlərinə tərs düşən kafir sifətləridir. Necə ki, Allah Təala Rad surəsində belə demişdir: “Sənə Rəbbindən endirilənin haqq olduğunu bilən kor kimidirmi? Ancaq saf ağıl sahibləri ibrət alır. Onlar ki, Allahın sözünü yerinə yetirir və əhd pozmazlar. Onlar Allahın birləşdirilməsini əmr etdiyi şeyi birləşdirir, Rəbblərindən çəkinirlər və pis hesabdan da qorxarlar” Axırda belə demişdir: “Allahla əhd bağladıqdan sonra pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsənlər və yer üzündə fəsad törədənlər, məhz onlar üçün lənət vardır və onlar üçün pis yurd vardır” Təfsirçilər fasiqlərin pozduğu əhd üzərində ixtilaf etmişdirlər. Bəziləri: O Allahın kitablarında və elçilərinin dili ilə xalqına tövsiyə və itaət olaraq əmr etdiyi və qadağan etdiyi şeylərdir. Bunları pozmaları və onları əməl etməmələridir, demişlər.
Başqaları da belə demişlər: Xeyir, bunlar əhli-kitab kafirləri və münafiqləridir. Pozduqları söz də Allahın onlardan Tövratda olan şeylərlə əməl edəcəklərinə, Muhamməd (salləllahu aleyhi və səlləm) göndərildiyi zaman ona tabe olacaqlarına və Rəbblərindən gətirdiyi şeylərə tabe olacaqlarına dair verdikləri sözləridir. Bunu pozmaları da bunların həqiqi olduğunu bildikdən sonra onları rədd və inkar etmələri, onu xalqdan gizlətmələridir. Halbuki Allah onlardan bunu insanlara açıqlayacaqlarına, gizlətməyəcəklərinə dair əhd almışdı. Allah bu əhdi arxalarına atdıqlarını və bunu ucuz qiymətə satdıqlarını xəbər vermişdir. İbn Cəririn üstün tutduğu rəy də budur. Muqatil İbn Həyyan da bu rəydədir.
Başqaları da belə demişlər: Xeyir, bu ayədən bütün kafirlər, müşriklər və münafiqlər qəsd edilmişdir. Tövhidlə əlaqəli olaraq onlardan aldığı əhd də Rəbbliyini göstərən dəlillərdir. Onlardan əmr və qadağa xüsusunda əhd də elçilərinə verdiyi və heç kimin bir bənzərini gətirəməyəcəyi və onların doğruluqlarını göstərən möcüzələrdir. Bunu pozmaları da doğru olduğu dəlillərlə sabit olan şeyi iqrar etməyib elçilərin və kitabların haqq olduğunu bildikləri halda onlara inanmamalarıdır. Muqatil İbn Həyyandan da eynisi rəvayət edilmişdir ki, bu da gözəldir. Zəməxşari də buna tərəfdar olmuş və belə demişdir: “Əgər: “Allahın əhdindən məqsəd nədir?” desən, mən də belə deyərəm: Ağıllarına yerləşdirilən və Allahın birliyini göstərən dəlillərdir. Sanki onları əmr etmiş və onları tövsiyə etmişdir. Onlardan təminat almışdır. Məhz “Onları özlərinə şahid tutdu və: “Mən sizin Rəbbiniz deyiləmmi?(Əraf 172) dediyi budur. Çünki Allah onlara endirdiyi kitablarda onlardan söz almışdır. Misal üçün “əhdinizi yerinə gətirin, mən də sizə olan əhdimi yerinə gətirim” (Bəqərə 40) sözü kimi.
Başqaları da belə demişlərdir: Allahın zikr etdiyi əhd, onları Adəmin belindən çıxardığı zaman aldığı əhddir: “Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər (Əraf, 172-173). Bunu pozmaları da bunu yerinə yetirməmələridir. Yenə Muqatil İbn Həyyandan da belə rəvayət edilmişdir. İbn Cərir bu rəyləri təfsirində zikr etmişdir.
Əbu Cəfər Ər-Razi Rəbi İbn Ənəsdən nəql edir ki, Əbul Aliyə “Allaha verdikləri əhdi pozanlar….məhz onlardır ziyan edənlər” ayəsində belə demişdir: Burada münafiqlərin altı pis əlamətləri zikr edilmişdir. Özləri üstün olduqları zaman bu xislətləri göstərirlər: Danışarlarsa yalan danışarlar, söz verirlərsə sözlərində durmazlar, özlərinə bir şey əmanət edildiyi zaman xəyanət edərlər, Allaha verdikləri əhdi pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi qoparırlar və yer üzündə fəsad çıxarırlar. Əgər özləri məğlub olarlarsa, o zaman da bu üç xisləti göstərirlər: danışarlarsa yalan danışarlar, söz verirlərsə üzərində durmazlar və əmanətə xəyanət edərlər. Rəbi İbn Ənəs də belə demişdir. Suddi də sənədi ilə belə demişdir: pozduqları əhd Quranda onlardan istənəndir. Onu iqrar etdilər, sonra da inkar edib onu pozdular.
“Allahın birləşdirilməsini əmr etdiyi şeyi pozarlar” :Bu xüsusda belə deyilmişdir: Bundan məqsəd qohumluq əlaqələri bağlarıdır. Necə ki, Qatədə belə təfsir etmişdir. Misal üçün bu ayədə olduğu kimi: “Əgər haqdan üz çevirsəniz ola bilsin ki, yer üzündə fəsad çıxaracaq və qohumluq əlaqələrini tərk edəcəksiniz” (Muhamməd, 22). İbn Cərir də bunu tərcih etmişdir. Belə də deyilmişdir: Bundan məqsəd Allahın birləşdirilməsini və edilməsini əmr etdiyi hər şeydir. Onlar isə bunu qopardılar və onu tərk etdilər. Muqatil İbn Həyyan da “Onlar ziyan edənlərdir” sözü üzərində: Axirətdə ziyan edənlərdir, demişdir. Necə ki: “Məhz onlar üçün lənət vardır və onlar üçün yurdun ən pisi vardır” (Rad 25) ayəsi kimi. Dahhaqdan nəql olunur ki, İbn Abbas belə demişdir: Ziyan etmə kimi hər şey, Allah Təala onu İslam əhli xaricindəkilərə nisbət edər, ondan küfr qəsd edilir. İslam əhlinə nisbət etdiyindən də günah qəsd edilir.
İbn Cərir: “Ulaikə humul xasirun” sözündə belə demişdir. Xasirun, xasirin cəm formasıdır. Onlar da Allaha üsyan etməklə rəhmət şanslarını azaldanlardır. Necə ki, bir adam ticarətində ziyan eləyir, o zaman sərmayəsi azalır. Münafiq ilə kafir də belədir, Onlar qiyamətdə qulların ən möhtac olduqları zamanda, Allahın onları rəhmətindən məhrum etməsi ilə ziyandadırlar. Xasirər raculu, yəhsəru, həsrən və husranən və həsərən deyə misal çəkilir. Necə ki, Cərir İbn Atiyyə belə demişdir:
Səlit ziyandadır, çünki o kölə olaraq yaradılmış bir qövmün övladıdır.