Hara çıxsan, üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.

Bu ayə, yer üzünün hər tərəfindən Məscidul-Harama tərəf yönəlməya dair uca Allahın üçüncü əmri idi. Bunun üç dəfə təkrar olmasının hikməti barədə ixtilaf etmişlər. Deyilmişdir: Bu təkiddir, çünki İbn Abbas və digərlərinin açıq ifadə etdiyinə görə bu, İslamda ilk nəsx sayılırdı. Həmçinin deyilmişdir: Bu fərqli vəziyyətlərə görə nazil olmuşdur. Birinci əmr, Kəbəni görənlər üçün, ikincisi Məkkədə olub Kəbəni görməyanlər üçündür. Üçüncü əmr isə digər şəhərlərdə olanlar üçün nazil olmuşdur. Fəxrəddin Razi məhz bu cür şərh etmişdir. Qurtubi demişdir: Birinci Məkkədə olanlar üçündür. İkinci digər şəhərlərdə olanlar üçündür. Üçüncü isə səfərə çıxanlar üçündür. Qurtubi bu rəyi üstün saymışdır. Deyilmişdir: Bu cür deyilməsi, ahəngə əsasən, özündən əvvəlki və ya sonrakı ayələrlə əlaqəli olmasına görədir. İlk olaraq Allah buyurur: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidul-Harama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil.” (Bəqərə, 144). Bu məqamda onun bu istəyini qəbul etdiyini zikr etmiş və ona çox sevdiyi və razı qaldığı qibləya yönəlməsini əmr etmişdir. İkinci əmrdə isə, belə buyurur: “Hara çıxsan, üzünü Məscidul-Harama tərəf çevir! Çünki bu, sənin Rəbbindən haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.” Qeyd etdi ki, bu, Allahdan haqdır. Bununla da birinci məqamdan yüksəya qalxdı. Belə ki, o (yəni, birinci əmr), Rəsulullahın (salləllahu aleyhi və səlləm) razılığına uyğun idi. Burada isə, Allahın da sevdiyi və razı qaldığı bir haqq olduğu bəyan edilmişdir. Üçüncü əmrdə isə, müxalif yəhudilərin sübutlarının puç edilməsi hikmətini zikr etmişdir. Hansılar ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) onların qiblələrinə üz tutmasını onun əleyhinə istifadə edirdilər. Kitablarından isə, onun İbrahimin (əleyhis-salam) qibləsinə, Kəbəya tərəf yönəldiləcəyini bilirdilər. Eyni zamanda Rəsulullahın (salləlahu aleyhi və səlləm) yəhudilərin qibləsindən daha şərəfli olan İbrahimin qibləsinə yönəldildiyi vaxt ərəb müşriklərinin dəlilləri də boşa çıxdı. Onlar Kəbəni üstün hesab edirdilər və Rəsulullahın (salləlahu aleyhi və səlləm) ona (Kəbəya) yönəlməsi onların xoşuna gəldi. Təkrarın hikmətləri barədə bundan başqa fikirlər də söylənilmişdir. Fəxrəddin və digərləri buna geniş izah vermişlər. Allah subhanəhu və təalə daha yaxşı bilir.

“…heç kəsin sizə qarşı bir dəlili olmasın” yəni, Əhli kitabın. Çünki onlar Kəbəya yönəlməyin bu ümmətin əlaməti olduğunu bilirdilər. Əgər yəhudilər bu əlaməti itirsələr, onu müsəlmanlara qarşı dəlil olaraq istifadə edə bilərdilər. yaxud da müsəlmanların onların qibləsinə yönəlməsini dəlil gətirə bilərdilər. Bu da daha aşkardır.

Əbil Aliyə demişdir: “…heç kəsin sizə qarşı bir dəlili olmasın” bununla Əhli kitab qəsd olunur. Onlar: “Muhəmməd Kəbəya döndərildi. Adam atasının evi və qövmünün dininin həsrətində idi.” — demişdilər. Peyğəmbərə (salləllahu aleyhi və səlləm)qarşı gətirdikləri dəlil onun Beytul-Harama dönməsi idi. Onlar: “O, bizim qibləmizə yönəldiyi kimi dinimizə də dönəcək” — dedilər.

İbn Əbu Hatim demişdir: Mucahid, Əta, Dəhhak, Rəbi İbn Ənəs, Qatadə və Suddidən də bu cür rəvayət edilmişdir. Onlar “zalımlardan başqa” ayəsinə, yəni, Qureyş müşriklərindən” demişlər.

Bəziləri zalımların mənasız dəlillərini bu cür ifadə edirdilər: “Bu adam, İbrahimin dinində olduğunu iddia edirsə və onun Beytul-müqəddəsə dönməsi İbrahimin millətinə əsasən edilibsə, o zaman nə üçün ondan döndü?” Cavab belədir: Allah təalə öncə onun üçün Beytul-müqəddəsə yönəlməsini seçdi, çünki bunda Onun məxsusi bir hikmət var idi. O da bu məsələdə uca Rəbbinə itaət etdi. Sonra Onu İbrahimin qibləsinə, Kəbəya yönəltdi və O yenə də Allahın əmrini yerinə yetirdi. O salləlahu aleyhi və səlləm, bütün hallarında Allaha itaətkardır və heç göz qırpımı belə Allahın əmrindən kənara çıxmayır. Ümməti də Ona tabedir.

“Onlardan qorxmayın, Məndən qorxun” yəni, tərs və höcət zalımların şübhələrindən qorxmayın. Qorxunu təkcə Mənə aid edin. Çünki Allah təalə Ondan qorxmağa layiq olandır.

“…Mən də sizə olan nemətimi tamamlayım” ayəsi “…heç kəsin sizə qarşı bir dəlili olmasın” ayəsinə bağlıdır. yəni, Kəbəya yönəlməyi sizə əmr etməyimlə nemətimi tamamlayım və sizin üçün şəriəti hər yöndən kamil edim. “Və bəlkə, siz doğru yola yönələsiniz” yəni, ümmətlərin azdığı işlərdə sizi doğru yola yönəltdik və bunu sizə məxsus etdik. Həmin səbəbdən də, bu ümmət bütün ümmətlərdən daha şərəfli və fəzilətli olmuşdur.