Onlar öz Rəbbindən olan doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.

Allah təala “məhz onlar” demişdir, yəni yuxarıda qeyd edilən qeybə iman etmək, namaz qılmaq, özlərinə ruzi verilənlərdən Allah yolunda xərcləmək, Allahın Peyğəmbərə və özündən əvvəlki peyğəmbərlərə nazil etdiyinə və yaxşı əməllər edərək, haramları tərk edərək hazırlaşmağı məcburi edən axirət yurduna şübhəsiz inam kimi sifətləri haiz kimsələr, deməkdir. “doğru yoldadırlar”: yəni Allah Təaladan bir nur, bir açıqalama və bəsirət üzərindədirlər. “Həqiqətən də qurtuluşa çatanlar onlardır” yəni dünyada və axirətdə. Muhəmməd İbn İshaq belə demişdir: o da Muhəmməd İbn Muhəmməddən, o da İkrimədən vəya Səid İbn Müseyyindən rəvayət edir ki, İbn Abbas:” Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar.” sözündə: Rəbblərindən bir nur və özlərinə gələn şeydə doğruluq üzərindədirlər, demişdir. “Məhz onlar nicat tapanlardır.” yəni axtardıqlarını tapanlar və qaçdıqlarının şərrindən xilas olanlar, deməkdir. “Onlar öz Rəbbindən doğru yoldadırlar” sözünün mənası: Rəbblərindən bir nur, bir dəlil, bir istiqamət və onları doğrultması və onları müvəffəq etməsi ilə doğruluq üzərindədirlər, deməkdir. “Məhz onlar nicat tapanlardır” sözünün təvili də; əməlləri və Allaha, kitablarına və peyğəmbərlərinə iman sayəsində savab qazanmaq, cənnətlərdə ölümsüzlük və Allahın düşmənlərinə hazırladığı əzablardan xilas olmaq kimi istədiyi şeyləri əldə edənlər və bunu bacaranlar, deməkdir. İbn Cərir birilərinin yuxarıda qeyd edildiyi kimi, belə bir rəyini nəql etmişdir: “Ulaikə alə hudən min Rabbihim” (Bəqərə, 4) sözündə yenidən “sənə nazil olana iman edərlər” deyə vəsf olunan əhli-kitabın möminlərinə işarət edilmişdir. Buna görə:”Vəlləzinə yumininə bima unzilə ileykə” sözü  yuxarıya bağlı olmamış və mübtəda olaraq mərfu olmuş olur. Xəbəri də: ”Ulaikə alə hudən min Rəbbihim və ulaikə humul muflihun” sözüdür. İbn Cərir isə bunun yuxarıda zikr edilən ərəb və əhli-kitab möminlərinə aid olmasını tərcih etmişdir. Çünki Suddi Əbu Malikdən o da Əbu Salihdən o da İbn Abbasdan bir də Murrə Əl-Həmədanidən o da İbn Məsuddan rəvayətə görə Rəsulullahın (salləllahu aleyhi və səlləm) bir qrup sahabəsi belə demişlərdir: Qeybə iman edənlər, ərəb möminləridir. Sənə nazil olana və səndən əvvəl nazil olana iman edənlər də əhli-kitabın möminləridir. Sonra da Allah Təala hər iki tərəfə birləşdirmiş və “Həqiqətən onlar Rəbblərindən bir hidayət üzərindədirlər və xilas olanlar da bunlardır” demişdir. Tərcihə münasib olanın bunun ümumi möminlərin sifəti olduğu və işarətin də onlara dönük olduğu da isə yuxarıda qeyd edilmişdir. Allah daha yaxşı bilir. Bu da Mücahid, Əbul Aliyə, Rəbi İbn Ənəs və Qatadədən nəql etmişdir. Allah onlara rəhmət etsin.

İbn Əbi Hatim belə demişdir: Mənə atam o da Yəhya İbn Osman İbn Salih Əl-Misridən o da atasından o da İbn Lehiadan, o da Ubeydullah İbn Əl-Muğirədən o da adı Suleyman İbn Amr olan Əbul Heysəmdən rəvayət etdi ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm): Ya Rəsulullah, biz qurandan bir şeylər oxuyuruq, ümidə qapılırıq. Elə şeylər də oxuyuruq ki, ümidimiz qırılır, dedilər vəya buna oxşar bir ifadə işlətdilər. O:”Sizə cənnət xalqından və cəhənnəm xalqından xəbər verimmi?” dedi. Onlar da: Bəli, ya Rəsulullah, dedilər. O da: “Əlif lam mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır”(Bəqərə1-5) ayələrini oxudu: Həqiqətən cənnətliklər bunlardır, dedi. Onlar da: Onların biz olmasını umuruq, dedilər. Sonra da: Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.” sözünə qədər oxudu. Elə cəhənnəm xalqı da bunlardır, dedi. Onlar da: Biz onlardan deyilik, elə deyil mi, ya Rəsulullah?” dedilər. O da: Bəli dedi.