Allah Təala Orucluq ayını başqa aylar arasında mədh edir. Belə ki, O, Ramazan ayını əzəmətli Quranı nazil etmək üçün seçdi və bununla onu digər aylardan fərqli etdi. İlahi kitabların məhz bu ayda Peyğəmbərlərə endiyi barədə hədis vardır.
İmam Əhməd İbn Hənbəl, Allah ona rəhmət etsin, demişdir: Bizə Haşim oğullarının mövlası Əbu Səid, o da İmran Əbu Əvvamdan, o da Qatadədən, o da Əbu Məlihdən, o da Vasilə İbn Əsqadan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “İbrahimin səhifələri Ramazanın ilk gecəsində nazil edildi. Tövrat Ramazanın altıncı gecəsində nazil oldu. İncil Ramazanın on üçüncü gecəsində nazil oldu. Allah, Quranı Ramazanın iyirmi dördüncü gecəsində nazil etdi.”
Cabir İbn Abdullahdan da nəql olunan hədisdə bu cür deyilmişdir: Zəbur Ramazanın on ikinci gecəsində, İncil isə on səkkizinci gecəsində nazil olmuşdur. Qalanlar isə, qeyd olunan hədisdəki kimidir. Bunu İbn Mərdəveyh rəvayət etmişdir.
Səhifələr, Tövrat, Zəbur və İncil, hər biri Peyğəmbərlərinə tam şəkildə bir dəfəya endirildi. Quran isə Beytul-İzzəya dünya səmasından tam şəkildə bir dəfəya endirildi. Bu da Ramazan ayının Qədr gecəsində idi. Necə ki, Allah Təala buyurur: “Həqiqətən biz onu Qədr gecəsi nazil etdik” (Qədr, 1), “Biz onu Mubarak bir gecədə nazil etdik” (Duxan, 3). Sonra Allah Rəsuluna (salləllahu aleyhi və səlləm)baş verənlərə münasib olaraq hissə-hissə endirildi. Bu, İbn Abbasdan bir neçə yollarla rəvayət edilmişdi. Necə ki, İsrail Suddidən, o da Muhammad İbn Əbu Mucaliddən, o da Miqsamdan rəvayət etmişdir ki, Atiyyə İbn Əsvəd İbn Abbasdan soruşmuşdu: “Qəlbimə bir şübhə düşüb. Allah Təala bir yerdə, “Quran Ramazan ayında nazil edilmişdi”, başqa bir yerdə ”Biz onu Mubarak bir gecədə nazil etdik” və digər bir yerdə “Həqiqətən biz onu Qədr gecəsi nazil etdik” buyurur. Halbuki onu Şəvval, Zülqadə, Zülhiccə, Məhərrəm, Səfər və Rabi aylarında da endirdi. İbn Abbas cavab olaraq dedi: Şübhəsiz ki, o, Ramazanda qədr gecəsində və Mubarak bir gecədə tam bir şəkildə endirildi. Sonra isə digər aylarda və günlərdə baş verən hadisələrin axınına görə hissə-hissə nazil edildi. Bunu İbn Əbu Hatim və İbn Mərduvə rəvayət etmişlər, sözləri sonuncunundur.
Səid İbn Cubeyrin rəvayətində İbn Abbas demişdir: Quran Ramazanın on beşində dünya səmasına endirildi və Beytul-İzzədə yerləşdirildi. Sonra da iyirmi il ərzində Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) insanların kəlmələrinə cavab olaraq endirildi.
İkrimənin rəvayətinə əsasən İbn Abbas demişdir: Quran Ramazan ayında qədr gecəsində bu dünya səmasına tam bir şəkildə endi. Allah, Peyğəmbərinə onun dilədiyi hər şeyi bildirirdi. Müşriklərin bütün misallarına qarşı Allahdan Rəsuluna mütləq cavab endirilirdi. Allah buyurur: “Kafirlər dedilər: ‘Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?’ Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə izah etdik. Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, Biz sənə haqqı və ən yaxşı yozumu verməyak.” (Furqan, 32,33).
Fəxrəddin: “Onun hər Qədr gecəsindən gələn ilin Qədr gecəsinə qədər insanların ehtiyacları duyduğu qədər Lövhul-məhfuzdan dünya səmasına enməsi ehtimalı vardır” demiş və dayənmışdır. Bunun yaxud birincinin daha doğru olduğu barəsində tərəddüd etmişdir. Onun ehtimal etdiyini Qurtubi, Muqatil İbn Həyyandan rəvayət etmiş və Quranın Lövhul-Məhfuzdan dünya səmasındakı Beytul-İzzəya tam bir şəkildə endiyində icma olduğunu demişdir. Razi, Sufyan İbn Ueynə və digərlərindən “Quran Ramazan ayında nazil edilmişdir” ayəsindəki məqsəd barəsində: “yəni, onun fəziləti və orucun fərz edilməsi” sözlərini nəql etmişdir. Bu da həqiqətdən çox uzaqdır.
“İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin” Bu, Quranın mədhidir. Çünki Allah Quranı, ona iman edən, onu təsdiq edən və ona tabe olan qullarının qəlbləri üçün hidayət mənbəyi olaraq endirdi. “Açıq-aydın dəlilləri olan” yəni, onu anlayən və yaxşı düşünən üçün açıq aydın dəlil və sübut olaraq endirdi. Bunlar zəlalətin əksi olan hidayətin və azğınlığın əksi olan doğru yolun haqq olduğunu göstərən və haqla batili, halal və haramı biri birindən ayırd edən dəlillərdir.
Sələflərdən bəziləri “Ramazan” deməyi məkruh saymışlar və “Ramazan ayı” deməyi təklif etmişlər. İbn Əbi Hatim demişdir: Mənə atam, o da Muhəmməd İbn Bəkkər İbn Rəyyandan, o da Əbu Maşərdən, o da Muhəmməd İbn Kəb Əl-Qurazi ilə Səid Əl-Məqburidən, Əbu Hureyrənin bu cür dediyini rəvayət etmişdir: Ramazan deməyin, çünki Ramazan uca Allahın adlarından biridir. yalnız Ramazan ayı deyin.
İbn Əbu Hatim demişdir: Mucahid ilə Muhəmməd İbn Kəbdən də eynisi rəvayət edilmişdi. İbn Abbas ilə Zeyd İbn Səbit buna icazə vermişlər.
Mən də deyirəm ki, Əbu Maşərin adı Nəcih İbn Əbdurrəhman Əl-Mədənidir, Məğazi və Siyar imamıdır, lakin zəif ravidir. Bu hədisi oğlu Muhəmməd ondan rəvayət etmiş və Əbu Hureyrədən götürərək onu mərfu etmişdir. Lakin Hafiz İbn Ədiy bunu inkar etmişdir. Həqiqətən bu, inkar ediləcək bir məsələdir. Çünki o mətruk ravidir. Bu rəvayətin mərfu olduğunu güman etmişdir. Buxari, Allah ona rəhmət etsin öz kitabında bunu müdafiə edərək “Ramazan deyiləcəyinə dair bab” adlı bir bölüm açıb hədislər rəvayət etmişdir. Onlardan biri də: “Kim Ramazanı inanaraq və savabını Allahdan umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar” hədisidir. Başqa hədislər də mövcuddur.
“Sizlərdən bu ayə çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar” Bu da Ramazan ayının gəldiyini göstərən ayə şahid olan üçün qəti əmrdir. yəni, Ramazan ayı girdiyi zaman yaşadığı yerdə məskunlaşan və sağlam olan hər kəs Ramazan orucunu tutmalıdır. Bu ayə sağlam və məskunlaşmış kimsələrin oruc tutmayıb hər bir günə bir fidyə verməyi mübah edən ayəni nəsx etdi. yuxarıda bunun izahı verildi. Oruc əmri gəlincə xəstə və səfərdə olanların qəza şərti təkrarlandı: “Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda (oruc tutmalıdır.)”. Mənası belədir: Xəstə olana xəstəliyi əziyyat verirsə və bu halda orucunu tutmaq çətin olursa yaxud səfərdə olarsa, onun üçün orucu tutmamaq icazəlidir. Səfərdə tutmadığı halda hər bir günün müqabilində bir gün qəza tutmalıdır. Buna görə Allah Təala “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” buyurur. yəni, sağlam və məskunlaşmış halda tutulması vacib olan orucu, xəstəlik və səfərdə olan hallarda orucu tutmamağa rüsxət verilmişdi. Bu da Allah tərəfdən sizə asanlıq və mərhəmətdir.
Bu ayəyə aid məsələlər:
Birincisi: Sələflərdən bəziləri: “Kim ayın əvvəlində məskunlaşmış olar, sonra həmin əsnada səfərə çıxarsa, ona səfər üzrünə görə orucu pozmaq icazəsi yoxdur” — demişlər. Çünki Allah Təala buyurur: “Sizlərdən bu ayə çatan şəxslər (həmin ayı) oruc tutmalıdır”. Tutmamaq icazəsi yalnız səfərdə ikən hilalı görənlərə aiddir. Bu qəribə rəydir. Bunu Əbu Muhammad İbn Həzm “Əl-Muhalla” kitabında bir dəstə səhabə və təbiindən nəql etmişdir. Onlardan danışdığı bu rəvayətlərdə şübhə var. Allah ən doğrusunu biləndir. Çünki sünnəyə görə sabitdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)Məkkənin fəthi üçün səfərə Ramazan ayı çıxdı, Kədid ərazisinə çatanda orucunu pozdu, camaata da pozmağı əmr etdi. Bunu Buxari və Müslim rəvayət etmişlər.
İkincisi: Digər səhabə və təbiinlər səfərdə orucu pozmağı vacib görmüşlər, çünki “başqa günlərdə eyni sayda (oruc tutmalıdır)” deyilmişdir. Doğrusu cumhurun görüşüdür ki, bu əmrdə vaciblik deyil, seçim var. Çünki onlar Rəsulullahla (salləllahu aleyhi və səlləm)birgə Ramazan ayında səfərə çıxardılar. O deyir: “Bizdən bəzilərimiz oruc tutar, bəzilərimiz isə tutmazdı. Nə tutan tutmayənı, nə də tutmayən tutanı qınamazdı.” Əgər orucu pozmaq vacib olsaydı, onlara oruca görə etiraz edilərdi. Əksinə Rəsulullahın (salləllahu aleyhi və səlləm)əməlində öz təsdiqini tapmışdır ki, o, bu cür hallarda oruclu olardı. Çünki iki Səhihdə Əbu Zərdən sabit rəvayət var. O demişdir: Rəsulullahla (salləllahu aleyhi və səlləm)birgə Ramazan ayında səfərə çıxdıq. O qədər isti idi ki, bəziləri əllərini başlarının üstünə qoyurdular. İçimizdən oruc tutan yalnız Rəsulullah (salləllahu aleyhi və səlləm)və Abdullah İbn Rəvaha idi.
Üçüncü: Aralarında Şəfiinin də olduğu bir qrup bu cür demişdi:
Səfərdə oruc tutmaq, onu pozmaqdan daha fəzilətlidir. Çünki yuxarıda deyildiyi kimi Rəsulullah (salləllahu aleyhi və səlləm)da bu cür edərdi. Bəziləri isə: Rüsxətdən istifadə üçün tutmamaq daha fəzilətlidir, demişlər. Belə ki, Rəsulullahdan (salləllahu aleyhi və səlləm)səfərdə oruc tutmaq barəsində soruşdular, o da: “Kim tutmazsa gözəldir, kim tutarsa ona da günah yoxdur” — demişdir. Başqa bir hədisdə demişdir: “Allahın sizə verdiyi rüsxəti alın.”
Bir toplum isə bu cür demişdir: Bunların ikisi də eynidir. Çünki Aişədən nəql olunan hədisdə Həmzə İbn Amr Əl-Əsləmi Rəsulullahdan (salləllahu aleyhi və səlləm)soruşdu: Ey Allahın Rəsulu! Mən çox oruc tutanam, bəs səfərdə necə, oruc tutum? Rəsulullah (salləllahu aleyhi və səlləm): “İstəyirsən tut, istəyirsən tutma” – deya cavab verdi. Hədis iki Səhihdədir. Bu cür də deyilmişdir: Əgər səfərdə oruc tutmaq çətin gəlirsə, tutmamaq daha fəzilətlidir. Çünki Cabirdən nəql olunan hədisdə deyilmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm)üstünə kölgə salınmış bir adamı gördü və: “Bu nədir?” – deya soruşdu. Onlar da: “Orucludur” — cavab verdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Səfərdə oruc tutmaq yaxşı işdən deyil” — buyurdu. Buxari və Müslim rəvayət etmişlər.
Amma sünnədən üz çevirib tutmamağın pis əməl olduğunu sayərsa, bu halda gərək tutmasın, tutmaq ona haram olur. Çünki imam Əhmədin “Müsnəd” əsərində və digər yerlərdə İbn Ömər, Cabir və digərlərinin bu cür demələri rəvayət olunmuşdu: “Kim Allahın verdiyi rüsxəti qəbul etməsə, günahı Arafa dağları boyda olar.”
Dördüncü: Qəzaları dayənmadan tutmaq vacibdir yoxsa ayrı günlərdə tutula bilər? Burda iki görüş var:
Birinci: Dayənmadan tutmaq vacibdir, çünki qəza əda edilənin eynisidir.
İkinci: Dayənmadan tutmaq vacib deyil, istərsə dayənmadan tutar, istərsə də ayrı günlərdə tutar. Sələf və xələf cumhurunun rəyi budur. Dəlillər də onu sübut edir. Çünki dayənmadan tutmaq Ramazan ayında tutulan oruca aiddir. Ramazan ayı bitdikdə tutmadığı günlər sayında tutmaq lazımdır. Buna görə Allah Təala: “başqa günlərdə eyni sayda” buyurur. Sonra isə Allah: “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir” buyurur.
İmam Əhməd demişdir: Bizə Əbu Sələmə Xuzai, o da Əbu Hilaldan, o da Hümeyd İbn Hilal Əl-Ədəvidən, o da Əbu Qatadədən, o da bir bədəvidən rəvayət etmişdir ki, o Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini eşitmişdir: “Dininizin ən xeyirlisi ən asan olanıdır, dininizin ən xeyirlisi ən asanı olanıdır.”
İmam Əhməd demişdir: Bizə yəzid İbn Harun, o da Asim İbn Hilaldan, o da Ğadirə İbn Ürvə Əl-Fuqaymidən, o da Əbu Urvədən bu cür dediyini rəvayət etmişdir: Biz Rəsulullahı (salləllahu aleyhi və səlləm)gözləyirdik. Dəstəmaz yaxud qüsl səbəbi ilə başından su damcıları tökülərək gəldi. Namaz qıldı, namaz bitəndən sonra insanlar sorğu suala başlayıb dedilər: “Filan-filan işdə bizə bir problem var?” Rəsulullah (salləllahu aleyhi və səlləm) üç dəfə: “Həqiqətən də, Allahın dinində asanlıq var” təkrar etdi. Bunu İmam Əbu Bəkir İbn Mərdəveyh bu ayənin təfsirində Muslim İbn İbrahimin hədisi olaraq, o da Asim İbn Hilaldan rəvayət etmişdir.
İmam Əhməd demişdir: Bizə Muhəmməd İbn Cəfər, o da Şubədən, o da Əbu Təyyahdan, o da Ənəs İbn Məlikdən Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Asanlaşdırın, çətinləşdirməyin, sakitləşdirin, nifrət etdirməyin.” Bunu Buxari və Muslim rəvayət etmişlər.
yenə demişlər: Rəsulullah (salləllahu aleyhi və səlləm)Muaz ilə Əbu Musanı yamənə göndərərkən onlara demişdir: “Müjdələyin, nifrət etdirməyin, asanlaşdırın, çətinləşdirməyin, anlaşın, ixtilafa düşməyin.” Sünənlərdə və Müsnədlərdə Rəsulullah (salləllahu aleyhi və səlləm): “Mən ən doğru və mülayim bir dinlə göndərildim” — demişdir.
Hafiz Əbu Bəkir İbn Mərdəveyh təfsirində demişdir: Bizə Abdullah İbn İshaq İbn İbrahim, o da yəhya İbn Əbu Talibdən, o da Abdulvəhhab İbn Ətadan, o da Əbu Məsud Əl-Cureyridən, o da Abdullah İbn Şəqiqdən, o da Mihcən İbn Əl-Ədradan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm)namaz qılan bir adam görüb bir saata yaxın ona baxdı. Sonra dedi: “Onun gerçək namaz qıldığını görürsənmi? ” Mən də dedim: Ey Allahın Rəsulu, bu Mədinənin ən çox namaz qılanıdır. Rəsulullah (salləllahu aleyhi və səlləm): “Eşitməsin, onu həlak edərsən”, dedi və davam edərək: “Allah bu ümmətə asanlıq istədi, çətinlik istəmədi” — dedi.
“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayəsınız” ayəsini mənası budur: Xəstəlik, səfər və buna bənzərləri baş verdikdə oruc tutmamaq rüsxəti Allahın sizə asanlıq istəməyidir. Qəza oruclarının əmri də ayın sayını tamamlamaq üçündür.
“Onu uca tutasınız” yəni, ibadətiniz sona çatdığı zaman Allahı zikr etməyiniz, deməkdir. Necə ki, Allah Təala buyurur: “mərasiminizi bitirdikdə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: ‘Ey Rəbbimiz! Bizə elə bu dünyada ver!’– deyanlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur” (Bəqərə, 200). O buyurur: “Namazı bitirdikdən sonra ayəq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir” (Nisə, 103). “Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız” (Cümə, 10) O deyir: “Artıq onların dediklərinə səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de! Gecənin bir vaxtında və səcdələrdən sonra da” (Qaf, 39-40). Buna görə sünnədə, fərz namazlardan sonra edilən təsbih, təhmid, və təkbir müstəhəbdir.
İbn Abbas demişdir: Biz Rəsulullahın namazının bitməyini yalnız təkbirdən bilərdik. Buna görə bir çox alimlər bu ayəyə əsaslanaraq “siz müddəti tamamlayəsınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız” Ramazan bayramında təkbir etməyin şəriətə müvafiq olduğunu hesab etmişlər. Hətta Davud İbn Əli əl-Əsbəhəni Əz-Zahiri təkbir əmrinə əsaslanaraq Ramazan bayramında təkbir gətirmənin vacib olduğunu bildirmişdir. Bunun əksi olaraq İmam Əbu Hənifə, Allah ona rəhmət etsin: Ramazan bayramında təkbir gətirmək düzgün deyil, demişdir. Digərləri isə mustəhəb olduğunu demişlər. Baxmayəraq ki, bu məsələnin bəzi təfsilatlarında ixtilaf etmişlər.
“Bəlkə şükür edəsiniz” yəni, Allahın əmr etdiyi fərz ibadətləri yerinə yetirərək Ona itaət etsəniz, haramlardan əl çəksəniz və Onun hüdudlarını qorusanız, bəlkə bununla şükür edən bəndələrdən olasınız.