İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.

Suddi demişdir: Bu ayələr əl-Axnəs İbn Şəriq əs-Səqafi haqqında enmişdir. O, Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gələrək üzdə müsəlmanlıq nümayiş etdirmişdi. Lakin daxilində bunun əksi idi. İbn Abbas demişdir: “Bu ayələr bir qrup münafiqlər haqqında enmişdir. Onlar Rəcidə öldürülən Xübeyb və yoldaşları haqqında danışıb onları qınadılar. Allah Təala da münafiqləri qınama və Xübeyb ilə dostlarını mədh etmə məqsədi ilə  “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. “ ayəsini endirdi.”

Belə də deyilmişdir: “Əksinə bu bütün münafiq və mömünlər üçün ümumi mənadadı.” Bu Qatadə, Mucahid, Rəbi İbn Ənəs və bir çoxlarının ortaq rəyidir və səhih rəydir.

İbn Cərir demişdir: Mənə yunus, o da İbn Vəhbdən, o da Leys İbn Saddan, o da Xalid İbn yəziddən, Səid İbn əbi Hilaldan, o da Qurazidən rəvayət edir ki, keçmiş kitabları oxuyan Nəvf əl-Bikəli demişdir: “Mən, bu ümmətdən bir qisim insanların sifətlərini Allahın nazil etdiyi Kitabda görürəm. Bunlar dünyanı əldə etmək üçün dindən istifadə edirlər. Dilləri baldan şirin, qəlbləri isə aloe bitkisindən daha acıdır. İnsanlara qarşı quzu dərisinə girərlər, qəlbləri isə qurd qəlbidir. Allah Təala deyir ki, mənə qarşı cürət edirlər, mənim adımla aldanırlar? Nəfsimə and içdim ki, onlara mütləq elə bir fitnə göndərəcəm ki, ağıllı insanı dəliya döndərər”.

Qurazi demişdir: Bu ayələri Quranda araşdırdım, onların münafiqlər olduğunu gördüm, onlar eyniylə bu ayəyə uyğun gəlirlər: “İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər.”

Mənə Muhamməd İbn əbi Maşər, o da atası Əbu Maşər Nəcihdən rəvayət edir ki,  Səid əl-Məqburi, Muhamməd İbn Kəb əl-Qurazi ilə müzakirə edərək deyirdi: “Kitablardan birində belə deyilir: “Allahın elə qulları vardır ki, dilləri baldan şirin, qəlbləri isə aloe bitkisindən daha acıdır. İnsanara qarşı yumşaq quzu dərisi geyinərlər, dini dünya ilə çəkərlər. Allah təalə buyurar: “Mənə qarşı cürət edirsiniz? Mənim adımla aldanırsınız? İzzətimə and olsun ki, onlara mütləq elə bir fitnə göndərəcəm ki, ağıllını dəliya döndərəcək”. Muhamməd İbn Kəb demişdir: “Bu, Allahın Kitabında vardır.” Səid də: “Allahın Kitabında hardadı?” – deya soruşdu. O da: Allahın “İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər..” kəlamıdır” – dedi. Səid də: “Mən bu ayənin kimin haqqında endiyini bilirəm” – dedi. Muhamməd İbn Kəb dedi: “Ayə bir adam haqqında enər, sonra isə ümumiləşər.” Qurazinin bu sözü gözəl və doğrudur.

O, qəlbində olana Allahı şahid göstərər” İbn Muheysin bunu “ya”si fəthəli və ləfzi cəlalı damməli “və yaşhədullahu” şəklində oxumuşdur.

“Qəlbindəkinə” kəlamının mənası belədir: O nə qədər sizə hiylə göstərsə də, ancaq Allah onun qəlbindəki çirkinliyi bilir. Eyniylə bu ayə kimi: ”Münafiqlər sənin yanına gəldikləri zaman: ‘Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!’– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.” (Münafiqun 1)

Cumhur isə “ya”ni dammalı və ləfzi cəlalı isə “nəsb” ilə “və yuşhidullahə ala mə fi qalbihi” şəklində oxumuşdur. Mənası da belədir: O insanlara müsəlmanlıq göstərər, qəlbindəki küfr və münafiqlik ilə də Allaha qarşı müharibə elan edər. Bu ayədə olduğu kimi: “Onlar (öz günahlarını )insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər).” (Nisə, 108) İbn İshaqın Muhamməd İbn Əbi Muhamməddən, onun da İkrimədən, onun da Səid İbn Cubeyrdən,  onun da İbn Abbasdan etdiyi rəvayətin mənası da belədir.

Lakin belə bir məna verənlər də olmuşdur: O insanlara zahirən müsəlmanlıq göstərdiyi zaman and içər və qəlbində olanın dili ilə dediyinə uyğun olduğuna Allahı şahid tutar. Bu məna da doğrudur. Bunu Əbdurrahman İbn Zeyd İbn Əsləm demişdir. İbn Cərir də bunu üstün rəy hesab edərək İbn Abbasın dəlilinə bağlamışdı. Onu isə Mucahiddən rəvayət etmişdir. Allah doğrusunu bilir.

“Əslində o, ən əyri düşməndir.” “Və huvə ələddul xisam” əl-Ələddu sözü lüğətdə əyri deməkdir. “…və əyri bir camaatı qorxudasan.” “Və tunzirə bihi qavmən ludda” (Məryam, 97) ayəsində də əyri deməkdir. Münafiq də düşmənçilik edərkən yalan söyləyar, haqdan üz döndərər və onun üzərində möhkəm dayənmaz. Əksinə iftira yaxar və pis davranar. Necə ki, Səhih əsərində Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Münafiqin əlaməti üçdür: Danışdığı zaman yalan daNisər, söz verdiyi zaman sözünün üzərində dayənmaz, düşmənlik etdiyi zaman isə pislik edər.”

Buxari demişdir: Bizə Qabisə, o da Sufyandan, o da İbn Cureycdən, o da İbn əbi Muleykədən, o da Aişədən mərfu olaraq rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın ən sevmədiyi adam əyri düşməndir.” Əlavə edib demişdir: “Bizə Abdullah İbn yəzid, o da Sufyandan, o da İbn Cureycdən, o da İbn əbi Muleykədən, o da Aişədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Allahın ən sevmədiyi adam əyri düşməndir.”

Əbdurrəzzaq bu ayənin təfsirində İbn Cureycdən, o da İbn əbi Muleykədən, o da Aişədən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın ən sevmədiyi adam əyri düşmənlik edəndir.”

 

 

 

 

“O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməya, əkinləri və nəsilləri məhv etməyə tələsər. Allah isə fitnə-fəsadı sevmir.”

yəni, onun danışığı əyri, işləri pisdir. O biri (yəni, yuxarıdakı ayədə) onun sözü, bu da əməlidir. Sözü yalan, etiqadı pozulmuş, işləri çirkindir.

“Tələsmək” burada qəsd etmək mənası daşıyır. Allah Təalanın Firondan xəbər verdiyi bu ayədə olduğu kimi: “Sonra da üz döndərib (fəsad törətməya) tələsdi. O, (camaatını) toplayıb harayladı: “Sizin ən uca rəbbiniz mənəm!” Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı. Həqiqətən, bunda qorxanlar üçün ibrət var.” (Nəziət, 22-26). Allah təalə buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin…” (Cumə, 9). yəni, cümə namazına niyyatlənərək qəsd edin deməkdir. Çünki namaza fiziki olaraq tələsmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsində qadağan edilmişdir: “Namaza gəldiyiniz zaman ona tələsərək gəlməyin. Ona təmkinli və vüqarla gəlin.” Bu münafiqin isə, yer üzündə fəsad çıxartmaqdan və əkini məhv etməkdən başqa bir cəhdləri yoxdur. “Əkin” dənli bitkilərin və məhsulun inkişaf etdiyi yerdir. “Nəsil” də heyvan yetişdirmək deməkdir ki, insanların dolanışığı ancaq bu ikisi ilə mümkündür.

Mucahid demişdir: “yer üzündə fəsad çıxartmaq üçün qaçıldığı zaman, Allah yağışı kəsər və bununla da əkin və nəsil məhv olar.”

Allah isə fitnə-fəsadı sevmir” yəni, bu sifətdə olanları və bu əməlləri törədənləri sevməz.

“Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyar.”  yəni, o pozulmuş insana xəbərdarlıq üçün danışığında və əməllərində nəsihət verildiyi zaman və: “Allahdan qorx, bu sözünü və davranışını  tərk et, haqqa dön” – deyildiyi zaman, qəbul etməz, özündən çıxar, qəzəblənər və günah işləyar. yəni, günahlarına görə belə qəzəblənər. Bu ayə: “Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: ‘Sizə bundan daha pisini xəbər verimmi? (Bu, )Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. O nə pis qayıdış yeridir!” (Həcc 72) kəlamına bənzəyar. Buna görə də bu ayədə “Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” demişdir. yəni, o cəza ona kifayət edər deməkdir.

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər.” Allah münafiqlərin pis sifətlərini xəbər verdikdə, möminlərin təriflənən sifətlərini zikr edib “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər.”  dedi. İbn Abbas, Ənəs, Səid İbn Musəyyib, Əbu Osman ən Nəhdi, İkrimə və bir qrup elm əhli belə demişlər: Bu ayə Suheyb İbn Sinan ər-Rumi haqqında enmişdi. Belə ki, o Məkkədə müsəlman olub hicrət etmək istədikdə, insanlar onun malı ilə hicrət etməsinə mane oldular və: “İstəyirsə malı qoyub hicrət edə bilər” — dedilər. O da malını verərək onlardan qurtuldu. Allah da bu ayəni endirdi. Ömər İbn əl-Xəttab və bir qrup insan onu qarşılayəraq: “Alış-verişin qazanclı oldu” — dedilər. O da: “Allah sizin dı alış-verişinizi qazanclı etsin, bu nə deməkdir?” — dedi. Onlar da Allahın onun haqqında bu ayəni endirdiyini xəbər verdilər. Rəvayətə görə Rəsulullah ((salləllahu aleyhi və səlləm) ): “Ey Suhayb, alış-verişin qazanclı olsun. Ey Suhayb, alış-verişin qazanclı olsun” — buyurmuşdu.

İbn Mərdəveyh demişdir: Bizə Muhamməd İbn İbrahim, o da Muhamməd İbn Abdullah İbn Rustəhdən, o da Süleyman İbn Davuddan, o da Cəfər İbn Suleyman əd-Dabaidən, o da Avfdan, o da Əbu Osman ən Nəhdidən rəvayət edir ki, Suheyb demişdir: “Mən Məkkədən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına hicrət etmək istədiyim zaman Qureyş mənə: “Ey Suheyb, sən bizim yanımıza gələndə malın yox idi, indi isə malınla çıxıb getmək istəyirsən, vAllahi bu əsla olmaz” — dedilər. Mən də onlara: “Malımı sizə versəm məni buraxarsız?” — dedim. Onlar da: ”Bəli” — dedilər. Mən də malımı onlara verdim, onlar da məni buraxdılar. Mən də çıxıb Mədinəyə gəldim.”  Bu xəbər Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatdı. O da iki dəfə: “Suheyb qazandı, Suheyb qazandı” — dedi.

Həmmad İbn Sələmdən, o da Əli İbn Zeyddən rəvayət edilir ki, Səid İbn Museyyib demişdir: Suheyb, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) tərəfinə hicrət etmək üçün çıxdı. Qüreyşdən bir neçə nəfər onu təqib etdilər. O da miniyindən endi, ox qabındakı oxları yerə tökdü, sonra da: “Ey Qureyş camaatı, mənim ən sərrast ox atanlardan olduğumu bilirsiniz. Allaha and içirəm ki, ox qabımdakı bütün oxları bitirməmiş mənə yaxınlaşa bilməyacəksiniz. Sonra isə imkanım qədər qılıncım ilə vuracam. Sonra istədiyinizi edin. İstəyirsinizsə sizə Məkkədəki malımın və saxlancımın yerini deyim, siz də məni buraxın.” – dedi. Onlar da: “Oldu” — dedilər. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldikdə o buyurdu: “Alış-veriş qazanclı oldu. Alış-veriş qazanclı oldu.” O dedi: “Sonra isə bu ayə endi:  “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarının halına acıyandır.”

Çoxluq bu ayənin Allah yolunda cihad edən hər kəs üçün endiyi qənaətindədir. Necə ki, Allah Təala buyurmuşdur: “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur” (Tövbə, 111).

Hişam İbn Amr iki düşmən səfinin arasına girərək həmlə etdikdə, bəzi kimsələr bunu bəyanmədilər. Ömər İbn əl-Xəttab, Əbu Hureyrə və digərləri də onları rədd edərək: “İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər.” ayəsini oxudular.