Allah Təala İsrail oğullarından xəbər verərək deyir ki, onlar Musa ilə birlikdə nə qədər aydın ayətlərə yəni, onlara gətirdiyinin doğru olmasını bildirən qəti sübutlara şahid oldular. Misal üçün əli, əsası, dənizi ayırması, daşa vurması, şiddətli istidə buludun onları kölgələndirməsi, qüdrət halvası və bildirçin ətinin nazil olması və digər aydın ayətlər, istədiyini edənin varlığına və bu möcüzələri göstərənin doğruluğuna sübutdur. Bununla bərabər çoxları onlardan üz çevirdilər, Allahın nemətlərini küfrə dəyişdirdilər, yəni, bunlara iman edəcəkləri halda onları küfrə dəyişdilər və onlardan üz çevirdilər.
“Kim Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirərsə, həqiqətən də Allah şiddətli cəza verəndir.” Necə ki, Qureyş kafirləri haqqında xəbər verərək buyurur: “Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sürükləyanləri görmürsənmi? Onlar Cəhənnəmə girəcəklər. Ora necə də pis yaşayış yerdir. (İbrahim, 28-29).
Sonra Allah Təala kafirlərə dünya həyatını gözəlləşdirdiyini, dünyanı bəyənib ona bel bağladıqlarını, mallar toplayıb onları Allahı razı edəcək əmr olunan yerlərə sərf etmədiklərini və möminlərlə məsxərə etdiklərini xəbər verdi. O möminlər ki, dünyadan üz çevirmişlər və dünyadan qazandıqlarını Rəblərinə itaətdə xərcləmişlər. Onlar bunu Allahın üzünü diləyarək sərf etmişlər. Bu səbəbdən də ən xoşbəxt məqamı və qiyamət günündə ən böyük payı qazandılar. Onlar məşhərdə də, səpələndikdə də, getdikdə də və qaldıqda da digərlərdən üstün oldular. Belə şəxslər ən yüksək məqamlarda qərar tutdular. O birilər isə, ən alçaq dərəcələrdə əbədi qaldılar. Buna görə də Allah Təala “istədiyi kəsə hesabsız ruzi verər” demişdir. yəni, məxluqatından dilədiyi kəsə ruzi verər. Ona dünya və axirətdə məhdudiyyatsiz və saysız-hesabsız çoxlu bol nemətlər bəxş edər. Necə ki, hədisdə belə zikr edilmişdir: “Ey adəm oğlu, Allah yolunda xərclə ki, sənə də verilsin.” Peyğəmbər (salləllahu aleyhi və səlləm) : “Ey Bilal xərclə, Ərş sahibinin az verəcəyindən qorxma” — demişdir. Allah Təala belə demişdir: “Nə xərcləsəniz Allah onun əvəzini verər” (Səba, 39). Səhihdə deyilmişdir: “Hər səhər göydən iki mələk enir. Biri: “Allahım, xərcləyanə sən də ver”, digəri isə: “Allahım xəsisin malını tələf et” – deyir. yenə Səhihdə buyurulur: “Ey Adəm oğlu, malım, malım deyirsən. Sənin yeyib bitirdiyin, geyinib köhnəltdiyin və sədəqə edib irəliya göndərdiyin maldan başqa malın varmı? Bunun xaricində olanlar gedəcək və sən də onu insanlara tərk edəcəksən”. İmam Əhmədin Müsnədində Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Dünya, yurdu olmayanların yurdu və malı olmayanların malıdır. Ancaq ağlı olmayan onun üçün mal toplayər.”