Allah Təala mömin qullarını əhli kitabdan olan kafirlərin yolları ilə getməkdən çəkindirir və onlara daxildə və xaricdə bəslədikləri düşmənçilikləri öyrədir. Möminlərə qarşı olan həsədlərini də bildirir. Bunu edərkən onların üstünlüklərini və rəsullarının da üstünlüklərini bildiklərini xəbər verir. Allahın əmri gəlincəya qədər onun mömin qullarına əhv edici davranmalarını və onlara səbr etmələrini də əmr edir. Bununla yanaşı namazı qılmalarını, zəkat vermələrini də buyurur. Onları buna təşviq edib diqqətlərini cəlb edir. Necə ki, Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbu Muhəmməd Səid İbn Cubeyrdən və ya İkrimədən rəvayət etdi ki, İbn Abbas belə demişdir: Huyey İbn Ahtab ilə Əbu yasir İbn Ahtab, yəhudilərdən ərəblərə ən çox həsəd aparan kəslər idilər. Çünki Allah onları rasuluna bildirmişdir. Bunlar insanları İslamdan döndərmək üçün əllərindən gələni edirdilər. Bunun qarşılığında Allah Təala o ikisi haqqında “kitab əhlindən bir çoxu sizi qaytarmaq istəyirlər … bağışlayın, onlara baş qoşmayın” ayəsini endirdi.
Abdur Rəzzak Muammərdən o da Zuhridən, Allah Təalanı bu ayəsi barədə nəql etmişdir ki, bu ayədə qəsd edilən əhli kitabdan məqsəd Kab İbn Aşrəfdir. İbn Əbi Hətim demişdir ki, bizə atam, o da Əbu yaməndən, o da Şüaybdən, o da Zuhridən, o da Əbdurrəhman İbn abdullah İbn kab İbn Məlik, o da atasından rəvayət edir ki, yəhudi Kəb İbn Əşrəf şair idi, o peyğəmbərəsalləllahualeyhi və səlləm, həcv (şeir formasında atmacalar) etmişdi. Onun barəsində bu ayə nazil oldu. “Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, nəfislərində olanhəsədləri üzündən sizi, siz iman gətirdikdən sonra kafirliya qaytarmaq istəyarlər.”
Dəhhaq İbn Abbasdan nəql etmişdir ki, oxuyub yazma bilməyən bir rasul onlara əllərindəki kitablardan, rəsullardan və ayələrdən bəhs edir. Sonra onlar kimi hamısını təsdiq edirdi. Lakin onlar küfür, həsəd və zülm səbəbiya bunu inkar etdilər. Allahu Təala da buna görə: “həqiqəti bildikdən sonra həsəddən inkar etdilər” demişdir. yəni haqq onlar için aydınlandıqdan sonra, hər şeyi bildikdən sonra bunu etdilər və heç bir şeydən xəbərsiz qalmadılar. Onları bu inkara həsədləri sürüklədi. Bu səbəblə Allah onları şiddətlə qınadı və xəbərdarlıq etdi. Allah təala Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) və möminlərə,onlara nazil olanları və olarddan öncə nazil olaları, təsdiq, iman və iqrarı etmələrini bildirdi. Buna qarşılıq büyük mükafat ve bol savab verəcəyini və kömək edəcəyini vəd etdi. Rəbi İbn Ənəs də “ində ənfusihim” sözündə, bu “qibəl ənfusihim” deməkdir demişdir. Əbu Aliyə də “həqiqəti bildikdən sonra” sözündə, Muhamməd səlləllahu aleyhi və səlləmin Rasul olduğunu bildikdən sonra demişdir. Çünkü onu yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görürdülər. Onların qövmündən olmadığı üçün onu həsəd və həddi aşdıqlarına görə inkar etdilər. Qatadə ilə Rəbi İbn Ənəs və Suddi də belə demişdilər.
“Allah Öz əmri ilə gəlincəya qədər (onları) bağışlayın və (onlara) baş qoşmayın.”: Bu, Allah Təalanın: “Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyatverici sözlər eşidəcəksiniz.” (AIi İmran, 186) ayəsi kimidir. Əli İbn Əbu Talha da İbn Abbasdan “bağışlayın, onlara baş qoşmayın, Allah öz əmri gəlincəya qədər” sözü haqqında: Bunu “…müşriklərə harada rast gəlsəniz, öldürün,…” (Tövbə, 5) ilə “nə Allaha nə də axirət gününə iman etməyənləri öldürün” ayələrinin nəsx etdiyini bildirmişdir. Bu ayə muşrikləri bağışlamağı nəsx etmişdir. Əbu-Aliyə, Rəbi İbn Ənəs və Suddi də: Bunun qılınc ayəsiylə nəsx edildiyini söyləmişdilər. “Allahı öz əmri gəlincəya qədər” sözü də bunu dəstəkləməktədir.
İbn Əbu Hatim belə demişdir: “Bizə atam, o da Əbu yamandan o da Şueybdan, o da Zuhridən, o da Urvə İbn Zubeyrdən rəvayət etdi ki, ona da Usamə İbn Zeyd xəbər vermiş və belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə əshabəsi muşrikləri və əhli kitabı əhv edərdilər. Necə ki, Allah Təala əziyyatlərinə səbr etmələrini əmr etmişdir. Allah Təala belə dedi: Allah Öz əmri ilə gəlincəya qədər bağışlayın və baş qoşmayın. Həqiqətən, Allah hər şeya qadirdir. Rəsulullah (səlləllahu aleyhi və səlləm) Allahın bağışlanma əmrini təvil edərdi. Sonra onlarla döyüşmə icazəsi verildi. Allah bu döyüşlərlə Qureyşin başçılarını öldürdü. Bu səhih bir sənəddir. Bunu “Kutubi-Sittə”-də görmədim. Ancaq iki səhihdə əsli Üsamə İbn Zeyddən nəql edilmişdir.
“Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun Allahın yanında tapacaqsanız.” Allah Təala bu ayədə onları namaz qılma və zəkat vermə kimi faydalı və axirətdə yaxşı aqibət vəd edən əməllərə sövq edir. Əgər belə etsələr Allah onlara həm dünya həyatında, həm də şahidlərin dayəndığı qiyamət günündə kömək edəcəyini vəd edir. “O gün zalımlara üzr diləmələri heç bir fayda verməyacəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir” (Ğafir, 52) buyurur. Allah Təala deyir: “Şübhəsiz ki, Allah nə etdiklərinizi görür” yəni, Allah heç bir əməl edənin əməllərindən qafil deyildir. Xeyir olsa da, şər olsa da, onları öz qatında əvəzsiz qoymayəcaqdır. Çünki hər əməl sahibini əməlinə müqabil qarşılığı veriləcəkdir.
İbn Cərir “Şübhəsiz ki, Allah nə etdiklərinizi görür.” sözündə belə demişdir: Burada Allah Təala mömin qullarına bu ayələrlə xitab etmişdir ki, onlar nə zaman gizli və açıq olaraq bir xeyir və yaxud bir şər əməl etsələr, Allah onu görür və Ona heç bir şey gizli qalmaz. Onları xeyir əməldə bol mükafatla və şər əməldə isə misli ilə qarşılığı veriləcək. Bu kəlam hər nə qədər xəbər tərzində varid olmuşsa da, şübhəsiz ki, onun içində vəd, xəbərdarlıq, əmr və danlama vardır. Çünki onlara bütün əməllərini gördüyünü bildirmişdir. Bu onun üçündür ki, ona itaətdə ciddi davransınlar. Çünki gətirdikləri əməlləri ilə onları mükafatlandıracaq. Necə ki, belə demişdir: “Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onu Allahın yanında tapacaqsanız.” Eyni zamanda bu ayə ilə Ona qarşı günahl işləməkdən də çəkinsinlər.
“Basirun” kəliməsinə gəlincə o Mubsir formasındadır. Necə ki, Mubdi Bədii formasına çevrilir. Mulim Əlim formasındadır. Allah ən doğrusunu biləndir.
İbn Əbi Hatim belə demişdir: Bizə Əbu Zura İbn Bukeyrdən, o da İbn Ləhiadan, o da yəzid İbn Əbi Həbibdən, o da ƏbuXayrdan, o da Ukbə İbn Amrdan rəvayət etdi ki: Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu ayəni oxuyarkən: O eşidəndir, görəndir, hər şeyi görür dediyini eşitdim.