Kitab verdiyimiz şəxslər onu  öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.

Allah təala xəbər verir ki, Kitab əhlinin alimləri, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi şeylərin doğruluğunu bilirlər.

Öz oğullarını tanıdıqları kimi tanıyırlar.” Onlardan biri öz övladını tanıdığı kimi tanıyırlar. Ərəblər bir şeyin doğruluğunu bu məsəli çəkərək izah edərdilər. Necə ki, hədisdə belə gəlmişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm), yanındakı kiçik uşağı olan bir nəfərə: “Sənin oğlundur?” — dedi. Kişi : “Bəli, ey Allahın Rəsulu, buna şahidlik edirəm” — dedi. O da: “O sənin cinayətindən, sən də onun cinayətindən məsuliyyat daşımırsan” — buyurdu.

Qurtubi demişdir: Rəvayətə görə Ömər, Abdullah İbn Səlama: “Sən Muhammədi (salləllahu aleyhi və səlləm) öz uşağını tanıdığın kimi tanıyırsan?” — dedi. O da: “Bəli, həm də çox yaxşı. Göydən bir Əmin, yerdəki bir Əminə vəsfinə müvafiq nazil oldu və mən də onu tanıdım. Amma anasının nə etdiyini bilmirəm” — dedi.” Mən də deyirəm ki, ola bilər “onu öz oğullarını tanıdıqları kimi tanıyırlar” kəlamında məqsəd, bütün insanların oğulları arasından deməkdir. Bir insan öz oğlunu bütün insanların oğulları arasında gördüyü zaman onu tanıdığından şübhə etməz.

Sonra Allah təala xəbər verir ki, bu gerçəkliya və bu qədər dəqiq məlumata baxmayəraq “Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.” yəni, onlar “bilə-bilə” öz kitablarında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəsfinə dair gördüklərini insanlardan gizlədərlər. Sonra Allah təala Peyğəmbəri və möminləri təsbit edərək Rəsulullahın (salləllahu aleyhi və səlləm) gətirdiklərinin şəkk və şübhə doğurmayən bir haqq olduğunu xəbər verdi. O buyurdu: “Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!”