Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan.

Allah təala yəhudilərin küfrlərini, inadlarını, Rəsulullah (salləllahu aleyhi və səlləm) haqqında bildiklərinə xilaf çıxmalarını və gətirdiklərinin doğruluğunu təsdiqləyacək bütün dəlilləri gətirsə belə, yenə tabe olmayəcaqlarını və nəfslərinə uyğun hərəkətlərindən  əl çəkməyacəklərini xəbər verir. Necə ki, uca Allah buyurur: “Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər. Onlara ayələrin hamısı gəlsə belə, üzücü əzabı görməyincə (iman gətirməzlər)” (Yunus, 96-97) Bu səbəbdən də burada: “Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar” demişdir.

“Sən də onların qibləsinə üz tutan deyilsən.” kəlamı isə xəbər verir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Allahın ona verdiyi əmrə qəti şəkildə tabe olacaq və onlar öz rəy və istəklərinə sarıldıqları kimi, o da eyni zamanda Allahın əmrinə və itaətinə sarılacaq və Onun rızasının arxasınca gedəcək. O heç bir halında onların istəklərinə tabe olmayəcaq. Beytul-müqəddəsə tərəf üz tutmaması oranın yəhudilərin qibləsi olduğuna görə deyil, yalnız uca Allahın əmri olmasına görədir.   Sonra Allah təala, bilən bir kəsin haqqa xilaf çıxması haqqında xəbərdarlıq edir. Çünki bilən, başqasından daha çox məsuliyyat daşıyır. Buna görə də Rəsuluna xtab edərək: “Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan.” — demişdir ki, burada qəsd olunan onun ümmətidir.