Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!

Bu ayə Peyğəmbərlərin gətirdikləri dəlilləri gizlədənlər üçün ağır bir təhdiddir. Həmin açıq-aydın dəlillər qəlblər üçün faydalı olan hidayətin və düzgün məqsədlərin dəlilləridir. Çünki Allah bunları Peyğəmbərlərinə endirdiyi kitablarda qullarına bəyan etmişdir.

Əbu Aliyə: — “Bu, Muhammədin (salləllahu aleyhi və səlləm) vəsflərini gizlədən əhli kitab haqqında enmişdir.”  demişdir. Sonra da Allah Təala bu əməlllərinə görə hər şeyin onlara lənət edəcəyini xəbər vermişdir. Necə ki, alim üçün hər şey, hətta sudakı balıqlar və göydəki quşlar da istiğfar edər. Bunlar isə alimlərin tam əksidirlər. Onlara Allah da lənət edər, lənət edənlər də lənət edər. Müsnəd bir hədisdə bir birini dəstəkləyan isnadlarla Əbu Hüreyrə və digərlərindən Rəsulullahın (salləllahu aleyhi və səlləm)belə dediyi rəvayət edilmişdir:- “Kimə bir elm barəsində sual verilərsə və o da onu gizlədərsə, qiyamət günü ağzına alovdan bir yüyan vurular”. Səhihdə Əbu Hureyrədən onun belə dediyi rəvayət edilmişdir: “Əgər Allahın kitabında “bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayənlar” ayəsi olmasaydı, sizə heç bir şey söyləməzdim”.

İbn Əbi Hatim demişdir: Bizə Həsən İbn Arəfə, o da Əmmar İbn Muhamməddən, o da Leys İbn Əbu Suleymdən, o da Minhəl İbn Amrdan, o da Zəzən əbu Amrdan  rəvayət etdi ki, Bəra İbn Azib dedi: -“Biz bir dəfndə Peyğəmbər (salləllahu aleyhi və səlləm)ilə birlikdə idik. O dedi:- ”Kafirin iki gözünün arasına bir zərbə vurular ki, onu insanlar və cinlər xaricində hər kəs eşidər. Onu, səsini eşidən hər canlı lənətləyar. Məhz Allah Təalanın ” həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar” dediyi budur ki, bu da yer üzündəki canlılar deməkdir”. Bunu İbn Macə də Muhamməd İbn Sabbahdan o da Ammar İbn Muhamməddən eyni ilə rəvayət etmişdir.

Ata İbn Əbu Rəbah demişdir: Bütün canlılar, cinlər və insanlar lənət edər. Mucahid isə demişdir: Qıtlıq olduğu zaman heyvanlar: “Bu, Adəm oğlunun asiliklərinə görədir. Allah Adəm oğullarından asi olanlara lənət etsin” deyarlər.

Əbu Aliyə, Rəbi İbn Ənəs və Qatadə “lənət edə bilənlər lənət oxuyurlar” kəlamı haqqında “onlara mələklər və möminlər lənət edərlər”demişdilər.

Hədisdə belə gəlmişdir: “Alim üçün hər şey, dənizdəki balıq belə istiğfar edər”. Bu ayədə də: Elmi gizlədənlərə Allah, mələklər, bütün insanlar və lənət edənlər də lənət edər deyilmişdir. Lənət edənlər həmçinin, bütün fəsahət sahibləri və əcəmilərdir. Bu da söz dili ilə və yaxud hal dili ilə olar. yaxud da əgər ağlı olsaydı və ya qiyamət günündə ona lənət edərdi, deməkdir. Allah ən doğrusunu biləndir.

Sonra Allah Təala bunlar arasından tövbə edənləri istisna edərək: “yalnız tövbə edənlər (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər” xaricdir dedi. yəni, içərisində olduqları vəziyyətdən geri dönərək, əməllərini və (əvvəlki) hallarını düzəldənlər və gizlədikləri şeyləri insanlara bəyan edənlər deməkdir.

Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyam! Burada küfrə və bidətə dəvət edən kəsin Allaha tövbə etdiyi təqdirdə tövbəsinin qəbul olunacağına dəlil vardır.

Nəql edildiyinə görə keçmiş ümmətlərdə bu kimi insanların tövbəsi qəbul edilməzdi, lakin tövbə Peyğəmbərinin və rəhmət nəbisinin şəriətində bu vardır. Allahın salavatı və salamı onun üzərinə olsun.

Sonra Allah Təala kafir olanlardan və ölənədək bu halda davam edənlərdən xəbər verərək dedi:” Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” yəni, lənət onların yaxasını qiyamət gününə qədər buraxmayəcaq, sonra isə cəhənnəm atəşində onlara yoldaşlıq edəcək.

Əzabı yüngülləşdirilməyacək” yəni, içərisində olduqları əzabları azaldılmayəcaq.

“Və üzlərinə də baxılmaz” yəni, əzabları bir saat belə dəyişməyacək və zəifləməyacək. Əksinə sabit olaraq eyni şəkildə daimi davam edəcəkdir. Bundan Allaha sığınırıq.

Əbu Aliyə ilə Qatadədemişdilər: “Kafir qiyamət günündə dayəndırılar, Allah ona lənət edər, sonra mələklər lənət edər, sonra da bütün insanlar lənət edər”.

Məsələ: Kafirlərə lənət etməyin icazəli olmasında ixtilaf yoxdur. Ömər İbn Xəttab radiyAllahu anh və ondan sonrakı xəlifələr qunutda və digər məqamlarda kafirlərə lənət edərdilər. Amma müəyyən olan bir kafirə gəldikdə bir qisim alimlər ona lənət edilməyacəyi qənaətində olmuşdurlar. Çünki, son nəfəsini Allaha necə verəcəyini bilmirik. Bəziləri də bu ayəni dəlil gətirmişdirlər: “Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!” Digər qrup isə belə demişdir: “Xeyr, müəyyən kafirlərə lənət etmək icazəlidir”. Fəqih Əbu Bəkir İbn əl-Arabi əl Maliki də bunu üstün rəy hesab etmiş, lakin zəif bir hədisi dəlil gətirmişdir. Başqa biri isə Səhih Buxaridə varid olan hekayəni dəlil gətirmişdir. Belə ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm)yanına bir sərxoş gətirilmiş, o da ona cəza tətbiq etmişdi. Bir adam: “Allah ona lənət etsin, bu işi nə çox edir” demişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm)da buyurmuşdur: “Ona lənət etmə, çünki o, Allahı və Rəsulunu sevir”. Bu da Allah və Rəsulunu sevməyanlərə lənət ediləcəyini göstərir. Çünki qadağayə səbəb, onun Allah və Rəsulunu sevməsi olmuşdur. Allah ən doğrusunu biləndir.