Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, ona qocalıq üz verdiyi zaman, özünün də  möhtac olan uşaqları olduğu bir halda odlu bir qasırğa düşüb yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz.

Buxari bu ayənin təfsirində demişdir: Bizə İbrahim İbn Musa danışdı, bizə Hişam – o İbn yusufdur – danışdı, o da İbn Cureycdən, Abdullah İbn əbu Muleykədən eşitdim, İbn Abbasdan danışırdı və qardaşı Əbubəkr İbn əbu Muleykədən eşitdim, Ubeyd İbn Umeyrdən danışırdı. O dedi: Ömər (radiyAllahu ənh) bir gün Rəsulullahın (salləllahu aleyhi və səlləm) səhabələrinə dedi: Bu ayənin “Məgər sizlərdən biri istəyarmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, altından çaylar axan və içində də onun üçün hər cür meyvələri olan bağçası olsun” kimlər haqqında nazil olduğu barədə nə düşünürsüz? Onlar dedilər: Allah ən doğrusunu biləndir. Ömər qəzəbləndi və dedi: “Deyin bilirik ya da bilmirik.” İbn Abbas dedi: “Ey möminlərin əmiri, bu barədə bir düşüncəm var.” Ömər dedi: “Ey qardaşımın oğlu, özünü çox alçaltma, danış.” İbn Abbas dedi: “Bu əməl üçün gətirilmiş misaldır.” Ömər dedi: “Hansı əməl?” İbn Abbas cavab verdi: “Əməl üçün.” Ömər dedi: “Allaha itaət edən varlı insan üçündür. Sonra Allah ona şeytanı göndərdi, o da günahlar etdi və axırda da Allah əməllərini yandırdı.”

Sonra Buxari dedi: Həsən İbn Muhəmməd əz-Zəfəranidən, o da Həccac İbn Muhəmməd əl-Avərdən, o da İbn Cureycdən rəvayət etdi. Bu Buxarinin (rahiməhullah) tək başına rəvayət etdiyi nadir hədislərdən biridir. Hədisdə bu ayənin təfsiri ilə əlaqəli kifayət qədər izahlar var. Burada ilk növbədə ən gözəl şəkildə əməl edən, sonra da dönüb yaxşılıqları pisliklərə çevirən kişinin əməlləri açıqlanır. Allah bizi bundan qorusun. O kimsə ikinci əməli ilə öncə etmiş olduğu yaxşı əməlini ləğv edir. Ən çətin halında ilk əməlinə ehtiyacı olur, amma heç bir əməlini tapa bilmir. Daxilindəki halı ona xəyanət edir. Buna görə Allah Təala buyurur: “o qocaldıqda və uşaqları zəif  olduğu halda, qasırğa gəlib”. Ayədə keçən “ihsar” şiddətli külək, fırtına deməkdir. “İçindəki od onu yandırsın” yəni, meyvələrini məhv etdi və ağacları qırdı. Artıq onun halı necə olar?

İbn Əbu Hatim, əl-Avfi yolundan belə rəvayət etmişdir: İbn Abbas demişdir: Allah gözəl bir misal gətirdi, onun bütün misalları gözəldir və buyurdu: “Məgər sizlərdən biri istəyarmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, altından çaylar axan və içində də onun üçün hər cür meyvələri olanərələri olan bağçası olsun” yəni, qocalığında onu zay etsin. “o qocaldıqda” yəni ömrünün sonunda, uşaqları və nəsli  zəif  olduğu halda ona odlu bir qasırğa gəlib onun bağını  yandırsın. Eynisini əkəcək taqəti yoxdur. yardım edəcək güclü övladları da yoxdur. Kafir də Qiyamət günü Allahın hüzuruna qaytarıldıqda bu halda olur: Bağçası yenilənəcək gücü olmadığı kimi, heç bir xeyri də yoxdur ki, razı edilsin. Övladı ona kömək edə bilmədiyi kimi, əvvəlcədən göndərdiyi və xeyrini görəcəyi əməli də yoxdur. Necə ki, beləsinə ən möhtac olduğu halda Allahın cənnəti haram olur, eləcə də qocalan və uşaqları zəif olan bir nəfər də məhrumiyyat içərisində qalır.

Hakim də Mustədrək əsərində demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) duasında deyərdi: “Allahım ruzimin ən genişini qocaldığım və ömrüm azaldığı zaman ver.” Buna görə Allah Təala buyurur: “Allah ayələri sizə belə bəyan edir ki, bəlkə düşünəsiniz” yəni, ibrət götürər, məsəl və mənasını anlayər, ondan murad ediləni götürərsiniz. Necə ki, Allah təalə buyurur: “Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə yalnız bilənlər anlayər” (Ənkəbut, 43).