Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah Əhatəedəndir, Biləndir.

Bu da, Allah yaxşı bilir, Rasullullah (salləllahu aleyhi və səlləm) ilə əshabı üçün təsəllidir. Onlar Məkkədən çıxarıldılar, Məscidi Haramdan və namazgahlarından ayrıldılar. Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkədə Beytulmüqəddəsə dönərək ibadət edərdi. Kəbə də önündə olardu.Mədinəyə gələndən sonra on altı və ya on yeddi ay Beytulmüqəddəsə dönərək namaz qıldı. Sonra da Allah qibləni Kəbəya tərəf çevirdi. Bunun üçündür ki, Allahu təala “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Əbu Ubeyd Qasim İbn Səllam “əl-Nəsih və əl-Mənsuh” kitabında demişdir; bizə Həccac İbn Muhəmməd İbn Cureyc və  Osman İbn Ata, o da Atadan , o da İbn Abbasdan rəvayət etdi ki, o belə demişdir: Bizə izah edildiyinə görə, Allah ən yaxşısını bilir, Quranda ilk nəsxedilən qiblənin vəziyyətidir. Allahu Təala: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bunun qarşılığında Rəsulullah (salləllahu aleyhi və səlləm) Beytulmüqəddəsə dönərək ibadət etdi, Kəbəni tərk etdi. Sonra da qibləni  yenidən köhnə evə (Beytul Ətiq) çevirib onu nəsx etdi: “Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin…” (Bəqərə, 150).

Əli İbn Əbu Talha, İbn Abbasdan rəvayət edir ki: Quranda ilk nəshxedilən ayə, qiblə ayəsidir. Belə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə hicrət edəndə orada yaşayən yəhudilər ilə qarşılaşdıqda Allah Təala ona Beytulmüqəddəsə üz tutmasını əmr etdi. yəhudilər də buna çox sevindilər. Rəsulullah (salləllahu aleyhi və səlləm)  on və daha artıq ay Qüdsə doğru döndü. Rəsulullah (salləllahu aleyhi və səlləm) isəİbrahimin qibləsini sevərdi.Dua edər, göyə baxardı.  Bunun üzərinə Allah Təala: “Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləya tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir!” (Bəqərə, 144) ayəsini endirdi. Bundan yəhudilər narahat oldular və: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” (Bəqərə, 142) Bunun qarşılığında Allah Təala: “De: Məşriq də, məğrib də Allahındır.” (Bəqərə, 142) ayəsini nazil etdi və: “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” dedi.

İkrimə İbn Abbasdan “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” ayəsi haqqında belə demişdir: Şərqədən və Qərbdən Haraya dönsən Allahın qibləsi oradır. Mucahid də: “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” ayəsindəharada olursunuz olun, sizin yönələcəyiniz bir qiblə vardır, o da Kəbədir, demişdir. İbn Əbu Hatim də İbn Abbasın Atadan gələn rəvayətindən sonra, Əbu-Aliyə, Həsən, Ata əl-Xorasani, İkrimə, Qatədə, Suddi və Zeyd İbn Əsləmdən də buna bənzər bir rəvayət nəql edilmişdir, demişdir. İbn Cərir və digərləri belə demişlər: Xeyir, Allah-Təala bu ayəni, Kəbəya dönmə fərz edilmədən əvvəl nazil etmişdir və bu ayə ilə Nəbisinə və səhabələrinə ibadət edərkən şərq və qərbdən istədikləri tərəfə yönələbiləcəklərini bildirmək üçün nazil olmuşdur. Çünki onlar üzlərini hansı tərəfə çevirirlərsə çevirsinlər, Tərifi Uca Olan  o istiqamətdə və o tərəfdədir. Bu o deməkdir ki, qərblər də, şərqlər də Allahu Təalanındır. Heç bir məkan ondan ayrı deyildir. Necə ki, Allah-Təala: “İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, onların yanındadır”. (Mücadilə, 7) demişdir. Onlar dedilər; sonra bu ayə, qibləni Məscidul-Harama çevirməsi farz edildikdən sonra nəsx edildi.

Heçbir məkan ondan ayrı deyildir” cümləsində əgər Allah-Təalanın elmi qəsd edilirsə doğrudur. Çünki Allah-Təalanın elmi bütün bilinən hər şeyi əhatə edir. Amma Allah-Təalanın zatı qəsd edilirsə onun məxluqatının heç birisi onu əhatə etməz. Uca Allah bundan müqəddəs və münəzzəhdir.

İbn Cərir və digərləri belə demişlər: Xeyir, bu aEy Allahın Rəsulua (salləllahu aleyhi və səlləm) səfərdə , düşmənlə döyüşərkən və qorxu halında istədiyi tərəfə dönərək nafilə ibadəti yerinə yetirə bilmək üçün endirilmişdir. Bizə əbu Kureyb, İbn İdrisdən, o da Abdulmalik İbn Əbu Suleymandan, o da Səid İbn Cubeyrdən rəvayət edir ki, Abdullah İbn Ömər miniyin üstündə getdiyi tərəfə doğru ibadət edər və Rəsulullahın (salləllahu aleyhi və səlləm) da belə etdiyini  demişdir. “Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.” ayəsini də belə izah edərdi. Bunu Muslim, Tirmizi, Nəsai, İbn Əbu Hatim və İbn Mərduveyh müxtəlif yollarla Abdulməlik İbn Əbu Süleymandan, Səid İbn Cubeyrdən və Abdullah İbn Ömərdən nəql edərlər. Əsli “iki səhih”-dədir, Abdullah İbn Ömər və Əmir İbn Rəbia hədisindəndir. Onda ayə zikredilməmişdir.

Səhih Buxaridə, Nafi, Abdullah İbn Ömərdən rəvayət etmişdir: ona qorxu namazı soruşulduğu zaman onu izah etdi, sonra da belə dedi: əgər qorxu bundan daha çox şiddətli olarsa  ayəqlarının üzərində və ya miniyin üzərində ibadət edərlər. Bunda qibləya dönməklə dönməmək birdir. Nafi də belə demişdir: Zənn edirəm Abdullah İbn Ömər bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) nəql etmişdir.

Məsələ: Şafi məşhur rəvayətdə uzun və qısa səfərdə əminamanlıq və ya təhlükə zamanı olan səfər arasında fərq görməmişdir. Ona görə hamısında miniyin üzərində nafilə ibadət icazəlidir. Əbu Hənifənin rəyi də belədir. Malik və dostları buna müxaliflik edirlər. Əbu yusuf və Əbu Səid İstahri şəhərdə heyvanın üzərində nafiləni qəbul etmişdilər. Bunu Əbu yusuf da Malikdən rəvayət etmişdir.Bunu Əbu Cəfər Təbəri də seçmişdir, hətda piyada üçün olsa belə.

İbn Cərir ilə digərləri də belədemişdilər: Əksinə bu ayə qiblənin istiqamətini anlayə bilməyən bir cəmiyyat haqqında endi, onlar qiblənin hansı istiqamətdə olduğunu dəqiqləşdirə bilmədikdə müxtəlif istiqamətlərə dönərək ibadət etdilər. Allah-Təala da: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bununla sizə namazlarınızın qüvvədə olduğunu öyrədir.

Muhəmməd İbn İshaq əl-Əhvazi Əbu Əhməd əz-Zubeyridən, o da Rəbi Səmmandan, o da Asim İbn Ubeydullahdan, o da Abdullah İbn Amir İbn Rəbiadan rəvayət etdi ki: Biz Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə birlikdə idik. Çox qaranlıq bir gecəydi. Bir yerdə dayəndıq. Bir nəfər bir neçə daş götürüb içində ibadət edəcəyi bir məscid düzəltdi. Səhər açılınca qibləni düzgün təyin etmədiyimizi fərq etdik. Ey Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) ,qibləni düzgün təyin etməmişik dedik. Bunun qarşılığında Allah-Təala “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsini endirdi. Sonra onu Sufyan İbn Vakidən, o da atasından, o da Əbu Rəbi əs Səmmandan bənzər şəkildə rəvayət etdi. Bunu Tirmizi də Mahmud İbn Ğayləndan, o da Vakidən; İbn Macə də yəhya İbn Hakimdən, o da Əbu Davuddan, o da Əbu Rəbi əs Sammandan rəvayət etmişdir. Bunu İbn Əbu Xatim də Həsən İbn Muhəmməd İbnSabahdan, o da Səid İbn Süleymandan, o da Əbu Rəbi əs Səmmandan rəvayət etmişdir. Adı da Əşas İbn Səid əl-Basridir. Hədis zəifdir. Tirmizi belə demişdir: bu həsən hədisdir, isnadı belə deyildir, onu ancaq Əşas İbn Səmman hədisi kimi bilirik. Əşas hədisdə zəif sayılır. Mən də deyirəm ki, şeyxi Asim də zəifdir. Buxari də,bu ravi hədis elmində inkar ediləndir (münkərdir) demişdir. İbn Main də ravi zəifdir, onunla sübut gətirilməz, demişdir. İbn Hibban da: Onun hədisi tərk edilər demişdir. Allah yaxşı bilir.

Başqa bir yoldan Cabirdən (radiyallahu ənh) rəvayət edilmişdir ki, Hafiz Əbu Bəkr İbn Mərduveyh bu ayənin təfsirində belə demişdir: Bizə İsmail İbn Əli İbn İsmail o da  Həsən İbn Əli İbn Şəbibdən, o da Əhməd İbn Abdullah İbn Həsəndən rəvayət etdi ki, o atasının kitabında bu cür yazıldığını görüb: Bizə Abdulmalik əl-Arzami Atadan rəvayət etdi ki, Cabir dedi:  Rəsulullah (salləllahu aleyhi və səlləm) bir gecə bir dəstə ordu göndərdi. Qaranlıq düşdü. Qibləni təyin edə bilmədik. Dəstədən bir hissə: biz qibləni təyin etdik, bu tərəfdir, sol tərəfdədir, dedilər. O tərəfə dönüb namaz qıldılar. Xəttlər çəkdilər. Səhər açılıb günəş çıxdıqda xəttin qibləni göstərmədiyini başa düşdük. Səfərdən qayıtdıqdan sonra Rəsulullahdan (salləllahu aleyhi və səlləm) soruşduq. Susdu, Allah Təala da: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsini endirdi. Sonra bunu Muhamməd İbn Ubeydullah əl-Arzəmidən, o da Atadan, o da Cabirdən bu şəkildə rəvayət etdi. Darakutni belə dedi: Bu hədis Abdullah İbn Abduləzizə oxundu, mən də eşidirdim, bizə Davud İbn Ömər belə dedi: bizə Muhəmməd İbn yəzid əl-Vasiti Muhəmməd İbn Səlimdən, o da Atadan, o da Cabirdən rəvayət etdi ki: Bir yürüşdə Rəsulullahla (salləllahu aleyhi və səlləm) bir yerdə idik. Üzərimizə bulud çökdü, çaşıb qaldıq, qibləni təyin etmə məsələsində mübahisə etdik. Hərə bir tərəfə namaz qıldııq və qarşımıza xətt çəkmişdik. yerimizi bilmək istəyirdik. Bunu  Rəsulullaha (salləllahu aleyhi və səlləm) xəbər verdik. O, bizə namazı yenidən qılmamızı əmr etmədi: namazınız uyğundur dedi. Sonra Darakutni də Muhəmməd İbn Səlimdən o da Ətaadanbelə rəvayət etdi, dedi. Eyni hədisi  : Muhəmməd İbn Ubeydullah əl-Arzəmidən, o da Ətadan rəvayət etmişdir, Hər ikisi  zəifdir. Bunu həmçinin İbn Mərduveyh də Kəlbidən, o da  Əbu Salehdən,  o da İbn Abbasdan rəvayət etmişdir. Rəsulullah (salləllahu aleyhi və səlləm) bir dəstə ordu göndərdi. Bir duman çökdü,  qibləni təyin edə bilmədilər. Başqa tərəfə qıldılar. Sonra günəş çıxdıqdan sonra  qiblə xaricinə qıldıqları məlum oldu. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına  gəldikdə bunu ona xəbər verdilər. Allah Təala da bu ayəni endirdi: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar”. Bu sənədlərdə zəiflik vardır. Bəlkə də bir-birini qüvvətləndirir. Səhvən qibləya tərəf qılınmayən namazı geri qaytarma məsələsində alimlərin iki görüşü vardır: Bunlar dəlildir ki, namaz qəza edilmir. Allah ən doğrusunu biləndir.

İbn Cərir belə demişdir. xeyr bu ayə Nəcaşidən ötrü endi, Necə ki bizə Muhəmməd İbn Bəşşar o da Muaz İbn Hişamdan, o da atasından, o da Qatadədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Bir qardaşınız vəfat etdi, namazını qılın. “Müsəlman olmayan birinin namazınımı qılaq?” dedilər. Çox keçmədiki bu haqda Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də öz-lərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. (Ali İmran, 199) ayəsi endi.

Qatadə dedi ki, O qibləya dönərək namaz qılmazdı, dedilər. Çox keçmədiki bu haqda Allah “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar.ayəsini endirdi. Bu qərib hədisdir. Allah ən doğrusunu biləndir. Onun qiblə Kəbəya çevrilmədən əvvəl Beytul Müqəddəsə tərərf namaz qıldığı rəvayət olunmuşdur. Necə ki bunu Qurtubi Qatadədən nəql etmişdir. Qurtubi bunu da zikr etmişdir: Nəcaşi vəfat etdikdə Rəsulullah (salləllahu aleyhi və səlləm) namazını qıldı. Qiyabən namazı icazəli sayənlan buna əsaslanırlar. O da belə demişdir: Bu da bizim dostlarımız üçün 3 baxımdan xüsusi bir vəziyyətdir. Birincisi, Rəsulullah (salləllahu aleyhi və səlləm) onu gözləri ilə gördü, çünki yer büküldü cənazə gözünün önünə gəldi. İkincisi, yanında namaz qılan biri olmadığı üçün onun namazını qıldı. Bunu da İbnul Arabi üstün rəy hesab etmişdir. Qurtubi də belə demişdir. Müslüman bir kralın yanında onun dinindən bir nəfərin olmaması çox qəribədir. İbnul Arabi də belə cavab vermişdir: Onlara görə ölü namazı şəri namaz deyildi. Bu cavab da gözəldir. Üçüncüsü də Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun namazını qıldırdı  ki, digər kralların da könlünü qazansın. Allah daha yaxşı bilr.

Hafiz Əbu Bəkir İbn Mərduveyh bu ayənin təfsirində belə demidşir: Bizə Əbu Maşər, o da Muhamməd İbn Amr İbn Əlqamədən, o da Əbu Sələmədən, o da Əbu Hureyrədən rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Şərq ilə qərb arası Mədinə xalqı üçün, Şam xalqı üçün və İraq xalqı üçün qiblədir. Bunun bu mövzu ilə bir əlaqəsi vardır ki, bunu da Tirmizi ilə İbn Macə Əbu Maşər hədisində rəvayət etmişdir. Adı Nəcih İbn Əbdurrəhman əl Suddi əl Mədənidir. Tirmizi belə demişdir: Başqa yolla Əbu Hureyrədən də rəvayət edilmişdir. Bəzi elm adamları Əbu Maşər haqqında hafizəsi baxımından nəsədemişdilər. Sonra da belə dedi: Mənə Həsən İbn Bekir əl Mərvəzi rəvayət etdi, o da Mualla İbn Mansurdan, o da Abdullah İbn Cəfər əl Məhrəmidən xəbər verdi, o da Osman İbn Muhamməd İbn Əxnəsdən, o da Abu Səid əl Məqbəridən, o da Əbu Hureyrə radiyAllahu anhdan rəvayət edir ki. Rəsulullah salləllahu aleyhi vəsəlləm belə demişdir: Şərq ilə Qərbin arası qiblədir. Sonra Tirmizi: bu səhihdir demişdir. Buxaridən də onun haqqında Bu Əbu mahşər hədisindən daha qüvvətli və daha səhihdir, dediyi nəql edilmişdir. Tirmizi belə demişdir: Bir çox səhabədən: Şərq ilə qərb arası qiblədir hədisi rəvayət edilmişdir. Ömər İbn Xəttab, Əli və İbn Abbas onlardandır. Allah hamısından razı olsun.

İbn Ömər belə demişdir: Qərb sağ tərəfinə, Şərq isə sol tərəfinə tuş gələcək şəkildə dayənsan ikisinin arası qiblədir. Sonra da İbn marduveyh belə demişdir. Bizə Əli İbn Əhməd İbn Əbdurrahman, o da Haşım oğullarının azad edilmiş qulu yaqub İbn yusif , o da Şueyb İbn Əyyubdan, o da İbn Numeyrdən o da Abdullah İbn Amrdan, o da Nafidən O da , İbn Ömərdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi ki, Şərq ilə qərbin arası qiblədir. Bunu Darukutni ilə Beyhaki də rəvayət etdilər. Və belə demişdir:Bu rəvayət İbn Ömər və o da Ömər vasitəsi ilə məşhurdur. Allah ikisindən də razı olsun. İbn Cərir belə demişdir: Belə olması da ehtamal olunur: Mənə dua etməniz üçün hara üz tutursunuz tutun, mənim üzüm oradadır və mən də dualarıızı qəbul edərərm. Nəcə ki bizə Qasım, o da Həsəndən o da Həccacdan, o da İbn Cureycdən rəvayət edir ki, Mucahid demişdir:  ‘Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!  (Gafir, 60) ayəsi nazil olduqda, hara üz tutaq dedilər. Bu haqda “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar” ayəsi endi. İbn Cərir belə demişdir: “Allah genişdir, biləndir!”” sözünün mənası belədir. Comərtliyi lütfü və ehsanı bütün yaratdıqlarına kifayət edər. “Biləndir” yəni onların əməllərini bilir onlardan heçbir şey ona gizli qalmaz, onun elmi xaricində qalmaz. O hər şeyi bilir.