Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

Allah Təala Onun yolunda xərcləyib, xeyir və sədəqələri verib ardından minnət qoymayən, onunla əziyyat verməyan və nə söz nə də ki, davranışla başa qaxınc etməyən kimsələri tərifləyir.

“Və əziyyat verməyanlərin” yəni, yaxşılıq etdikləri kimsəya pislik edib yaxşılığı boşa çıxarmazlar, deməkdir. Sonra Allah Təala buna görə onlara bol savab vəd edib buyurur: “Rəbbi yanında mükafatları vardır” yəni, savabları Allahdadır, Ondan başqa heç kimdə deyil. “Onlara heç bir qorxu yoxdur” yəni, irəlidəki Qiyamət gününün şiddətlərində onlara qorxu yoxdur, deməkdir. “Və onlar kədərlənməyacəklər” yəni, övladlarını və dünyanın zinət və bər-bəzəyini  qoyub getdiklərinə görə üzülməzlər. Çünki onlardan daha yaxşısına qovuşmuşlar.

“yaxşı danışıq” yəni, xoş bir söz və müsəlmana edilən bir dua və “bağışlama” yəni, söz və əməl ilə edilən zülmü bağışlamaq “ardından əziyyat gələn sədəqədən daha yaxşıdır”.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə İbn Nufeyl danışdı və dedi: Maqil İbn Ubeydullaha oxudum, o da Amr İbn Dinardan dedi: Bizə çatdığına görə Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Allahın gözəl bir sözdən daha çox sevdiyi bir sədəqə yoxdur. Allahın “yaxşı danışıq və bağışlama, ardından əziyyat gələn sədəqədən daha yaxşıdır” ayəsini eşitmədinmi?”

Allah Zəngindir” yəni, məxluqatından. “Həlimdir” yəni onlarla yumşaq davranar, bağışlayər, örtər və vaz keçər.

Minnətlə verilən sədəqə haqqında hədislər varid olmuşdur. Səhih Muslimdə deyilmişdir: Bizə Şubə danışdı, o da Aməşdən, o da Süleyman İbn Muhsirdən, o da Xərəsəh İbn Hurdan, o da Əbu Zərdən onun belə dediyini rəvayət etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Üç qisim insan vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, üzlərinə baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün acılı bir əzab vardır. Verdiyinə minnət edən, izarını sürüyan və malını yalan andla satan.”

İbn Mərdəveyh demişdir: Bizə Əhməd İbn Osman İbn yəhya danışdı, bizə Osman İbn Muhəmməd əd-Duriy xəbər verdi, bizə Huşeym İbn Xaricə xəbər verdi, bizə Süleyman İbn Uqbəh xəbər verdi, o da yunus İbn Meysərədən, o da Əbu İdrisdən, o da Əbu Dərdadan, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu demişdi: “Asi olan, minnət edən, içki düşkünü və qədəri yalan sayən Cənnətə girməz.” Əhməd ilə İbn Macə, yunus İbn Meysərədən də bənzər şəkildə rəvayət etmişdir.

Sonra İbn Mərdəveyh, İbn Hibban, Hakim “Mustədrək” əsərində və Nəsai, Abdullah İbn yasər əl-Əracdan, o da Səlim İbn Abdullah İbn Ömərdən, o da atasından rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Allah Qiyamət günü bu üç nəfərin üzünə baxmaz: Valideynlərinə asi olana, içki düşkününə və verdiyinə minnət edənə.” Nəsai də Məlik İbn Saddən, o da əmisi Ravh İbn Ubadədən, o da Attab İbn Bəşirdən, o da Xuseyf əl-Cəzəridən, o da Mucahiddən, o da İbn Abbasdan, o da Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: “İçki düşkünü, valideynə asi olan və verdiyinə minnət qoyan Cənnətə girməz.”

Bunu İbn Əbu Hatim də Həsən İbn Minhaldan, o da Muhəmməd İbn Abdullah İbn Ammar əl-Məvsilidən, o da Attabdan, o da Xuseyfdən, o da Mucahiddən, o da İbn Abbasdan rəvayət etmişdir.

Bunu Nəsai də Abdulkərim İbn Məlik əl-Cəzaridən, o da Mucahiddən onun sözü olaraq rəvayət etmişdir. Mucahiddən, o da Əbu Səiddən, həmçinin Mucahiddən, o da Əbu Hureyrədən də bənzər şəkildə rəvayət edilmişdi. Buna görə Allah Təala buyurur:  “Ey iman gətirənlər! Sədəqələrinizi, minnət qoymaqla və əziyyat verməklə puç etməyin.” Xəbər verir ki, minnətlə və əziyyat verməklə edilən sədəqə puç olar. Minnətli və əziyyatli sədəqənin savabı qalmaz.

Sonra buyurur: “malını insanlara göstərmək məqsədilə xərcləyan” yəni, minnət edərək və əziyyat verərək sədəqələrinizi puç etməyin, necə ki, insanlara göstərmək üçün edənlər belə edirlər. O, Allahın rizasını qazandığını göstərir, əsil məqsədi isə insanlar tərəfdən təriflənməsi yaxud yaxşı sifətlə məşhurlaşmasıdır. Bununla da insanlar arasında ona təşəkkür edilsin və ya “O səxavətlidir” deyilsin və sairə bu kimi dünyavi məqsədləri həyata keçsin. Bunu edərkən Allahın rizasını və Onun bol savabını nəzərə almaz. Buna görə Allah Təala buyurur: “Allaha və Axirət gününə inanmayən”.

Sonra Allah Təala malını riya ilə xərcləyənin misalını gətirdi. Dəhhak da: “Minnət edərək və əziyyat verərək xərcləyənin misalı “Beləsinin misalı qayənın misalına bənzəyir” — demişdir. Bəziləri burada keçən “safvan” kəlməsinin tək şəkildə istifadə olmasını demişlər, “safa” yəni, düz qayə kütləsi deməkdir.

Üzərində torpaq olan, leysan”, “vabil” şiddətli yağmur deməkdir, “onu çılpaq hala salmış” yəni, o şiddətli yağmur həmin qayə parçasını sürüşkən və quru bir daş halına saldı. yəni, üzərində torpaq qalmadı. Torpaq yox oldu. yəni, o riya ilə xərcləyənin əməlləri də yox olar və Allah qatında əriyar. İnsanlar həmin əməllərə şahid olsa da, o yox olan torpaq kimidir. Buna görə də buyurur: “Onlar qazandıqlarından heç bir şey əldə etməzlər. Allah kafir qövmü doğru yola yönəltməz”.