Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin artırar. Allah Əhatəedəndir, Biləndir.

Bu, Allah Təalanın Allah yolunda və Onun rizası üçün mal xərcləyanlərin savabını artırması ilə bağlı çəkdiyi bir misaldır. Belə ki, yaxşılıq on mislindən yeddi yüz mislə qədər artırılır. Allah buyurur: “Mallarını Allah yolunda xərcləyanlərin məsəli…” Səid İbn Cubeyr: “Allaha itaətdə xərcləyanlərin halı” demişdir. Məkhul da: “Bundakı məqsəd cihadda atı istifadə etmək, silah və sairə şeyləri hazırlamaq kimi xərclərdir” — demişdir. Şəbib İbn Bəşir,  o da İkrimədən nəql etmişdir ki, İbn Abbas demişdir: “Cihad və həcc bir dirhəmi yeddi yüzə qədər artırar. Buna görə də buyurur: “…yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır…”

Bu misal ruh üçün yeddi yüz sayını deməkdən daha təsir edicidir. Çünki bunda Allah Təalanın yaxşı əməlin sahibi üçün bərəkətli torpağa atılan toxumu böyütdüyü kimi onu da çoxaltmasına işarə vardır. Sünnədə də: “Bir yaxşılıq yeddi yüz qat artırılır” — deya rəvayətlər varid olmuşdur.

İmam Əhməd demişdir: “Bizə Ziyad İbn ər-Rəbi Əbu Xidaş danışdı, bizə İbn Uyaynənin azad etdiyi köləsi Vasil danışdı, o da Bəşşar İbn əbu Seyf əl-Curmidən, o da İyad İbn Ğatifdən nəql etdi ki, o demişdir: “Xəstəliyi olan Əbu Ubeydəni (İbn əl-Cərrahı) ziyarət etməyə getdik. Xanımı Tuhəyfə də onun baş tərəfində oturmuşdu. Biz dedik: “Əbu Ubeydə bu gecə necə idi?” O da: “Allaha and olsun ki, savabla keçirdi” — dedi. Əbu Ubeydə də: “Mən savabla keçirmədim” — dedi. Üzü divara yönəlmiş halda idi. Ziyarətçilərə tərəf çevrildi və dedi: “Dediyim barədə mənə sualınız yoxdur?” Onlar da: “Dediyinə görə heç məəttəl qalmadıq ki, hələ bir sual da verək?” — dedilər. O da: “Rəsulullahdan (salləllahu aleyhi və səlləm) belə eşitdim: “Bir kimsə malının artığını Allah yolunda xərcləyarsə ona yeddi yüz misli verilər. Kim özünə və ya ailəsinə xərcləyarsə yaxud bir xəstə ziyarət edərsə və ya əziyyat verən bir şeyi yoldan götürərsə, bu yaxşılıqlar on misli qədər sayılar. Oruc deşilmədikcə bir qalxandır. Əziz və cəlil olan Allah kimə bədənində bir dərd verərsə, o həmin şəxsin günahına kəffarə sayılar.” Nəsəi də Oruc bəhsində bir hissəsini Vasıldən rəvayət etmişdir. Başqa bir yolla isə, məvquf olaraq rəvayət etmişdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: “Bizə Muhəmməd İbn Cəfər danışdı, bizə Şöbə danışdı, o da Süleymandan, Əbu Amr əş-Şeybanidən eşitdim ki, o dedi: “İbn Məsud deyirdi: “Bir adam Allah yolunda yüyəni ilə birlikdə bir dişi dəvəni sədəqə etdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) də: “Qiyamət günündə yeddi yüz yüyanli dişi dəvə ilə gələcəkdir” — buyurdu.” Bunu Muslim və Nəsəi də Süleyman İbn Mihrandan, o da Aməşdən bu cür rəvayət etmişdir. Muslimin mətni belədir: “Bir adam yüyanli bir dişi dəvə ilə gəldi və dedi: “Ey Rəsulullah. Bu, Allah yolunda sədəqədir.” O buyurdu: “Qiyamət günündə bunun əvəzi olaraq yeddi yüz dişi dəvən olacaq”.

Başqa bir hədis: Əhməd demişdir: “Bizə Amr İbn Məcmə Əbu-Munzir əl-Kindi danışdı, bizə İbrahim əl-Hicri xəbər verdi, o da Əbu Əhvasdan, o da Abdullah İbn Məsuddan onun belə dediyini rəvayət etdi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Əziz və cəlil olan Allah, Adəm oğlunun yaxşılığını on mislindən yeddi yüzə qədər artırar. yalnız oruc müstəsnadır. Oruc Mənə aiddir. Onun mükafatını da Mən verərəm. Oruclunun iki sevinci vardır: Biri iftar edərkən, ikincisi isə qiyamət günündə olan sevincidir. Allaha and olsun ki, oruclunun ağız iyi, Allah qatında müşk iyindən daha xoşdur.”

Başqa bir hədis: (İmam) Əhməd demişdir: “Bizə Vəki danışdı, bizə Aməş danışdı, o da Əbu Salihdən, o da Əbu Hureyrədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Adəm oğlunun bütün əməlləri artırılır. Bir savab on mislindən yeddi yüzə və Allahın istədiyi sayə qədər artırılır. Allah Təala buyurur: “yalnız oruc müstəsnadır. O, Mənə aiddir. Onun mükafatını mən verərəm. yemək-içməyini və şəhvətini Mənə görə tərk edər. Oruclunun iki sevinci vardır: Biri iftar anındakı sevinci digəri isə Rəbbinə qovuşduğu andakı sevincidir. And içirəm ki, oruclunun ağız iyi, Allahın dərgahında müşk iyindən daha xoşdur. Oruc qalxandır, oruc qalxandır.” Bunu Müslim də Əbu Bəkr İbn əbi Şeybə ilə Əbu Səid əl-Əşəcdən, hər ikisi də Vəkidən bu cür rəvayət etmişdir.

Başqa bir hədis: Əhməd demişdir: “Bizə Hüseyn İbn Əli danışdı, o da Zəidədən, o da Rəkindən, o da Bişr İbn Əmilədən, o da Xarim İbn Fatikdən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim Allah yolunda bir şey xərcləyarsə, yeddi yüz misli qədər artırılar.”

Başqa bir hədis: Əbu Davud demişdir: “Bizə Əhməd İbn Amr İbn Sərh danışdı, bizə İbn Vəhb danışdı, o da yəhya İbn Əyyub ilə Səid İbn əbu Əyyubdan, o da Zəbbən İbn Fəiddən, o da Səhl İbn Muazdan, o da atasından nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Namaz, oruc və zikr Allah yolunda xərclənən maldan yeddi yüz misli qədər çoxdur”.

Başqa bir hədis: İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Harun İbn Abdullah İbn Mərvan danışdı, bizə İbn əbi Fudeyk danışdı, o da Xəlil İbn Abdullahdan, o da Həsəndən, o da İmran İbn Huseyndən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim Allah yolunda bir sədəqə göndərər, özü isə evində oturarsa, hər dirhəmi qiyamət günü yeddi yüz dirhəm mislində olar. Kim də Allah yolunda savaşar və o yol üçün xərcləyarsə, hər dirhəmi yeddi yüz min dirhəm mislində olar.” Sonra davam edərək: “Allah dilədiyi kimsə üçün daha da artırar” ayəsini oxudu.” Bu hədis qəribdir.

“Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? (Bəqərə, 245) ayəsində Əbu Osman ən-Nəhdinin, Əbu Hureyrədən rəvayət etdiyi “yaxşılığın iki milyon dəfə artacağı” hədisi  qeyd edilmişdi.

Başqa bir hədis: İbn Mərdəveyh demişdir: “Bizə Abdullah İbn Ubeydullah İbn əl-Əskəri əl-Bəzzaz danışdı, bizə Həsən İbn Əli İbn Şəbib xəbər verdi, bizə Mahmud İbn Xalid əd-Diməşqi xəbər verdi, bizə atam xəbər verdi, o da İsa İbn Museyyibdən, o da Nafidən, o da İbn Ömərdən nəql etdi ki, o dedi: “Mallarını Allah yolunda xərcləyanlərin məsəli” ayəsi nazil olanda Rəsulullah (salləllahu aleyhi və səlləm) : “ya Rəbbim, ümmətimə artır” — dedi. Buna görə Allah Təala da: “Kim Allaha gözəl bir borc versə…” (Bəqərə, 245) ayəsini nazil etdi. O da: “ya Rəbbim, ümmətimə artır” — dedi. Buna görə də Allah Təala “səbr edənlərə mükafatları hesabsız verilir” (əz-Zumər, 10) ayəsini nazil etdi.

Bunu Əbu Hatim İbn Hibban da “Səhih” əsərində Həcib İbn Ərkindən, o da Əbu Ömər Həfs İbn Ömər İbn Abduləziz əl-Muqridən, o da Əbu İsmayıl əl-Müəddibdən, o da İsa İbn Müseyyibdən, o da Nafidən, o da İbn Ömərdən belə rəvayət etmişdir. Buradakı “Allah dilədiyi kimsəya artırar” kəlamı “əməlindəki ixlasına görə” mənasını daşıyır. “Allah Əhatə edəndir, Biləndir” yəni, lütfü genişdir, yaratdıqlarından daha çoxdur deməkdir. Hər şeyi biləndir, layiq olanı və ya olmayanı bilir.