İbn Abbasın rəvayətinə görə onlar dörd min idilər. Ondan, səkkiz min olduqları da rəvayət edilmişdir. Əbu Salih demişdir: Doqquz min nəfər idilər. İbn Abbasdan qırx min olduqları da rəvayət edilmişdir. Vəhb İbn Münəbbih ilə Əbu Malik otuz mindən artıq olduqlarını demişlər. İbn Əbu Hatim, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Onlar, Davardan adlanan bir əyalətdən idilər.” Suddi ilə Əbu Salih də belə demişlər. Sonuncu onların Vasit tərəfdən olduğunu əlavə etmişdir. Səid İbn Əbdüləziz: “Əzəriat tayfasından idilər.” — demişdir. İbn Cureyc də Ətadan: “Bu bir məsəldir” — dediyini nəql etmişdir. Əli İbn Asim də demişdir: “Vasitdən bir fərsəx məsafədə olan Davardan tayfasından idilər.”
Vəki İbn Cərrah təfsirində demişdir: Bizə Sufyan xəbər verdi, o da Meysərə İbn Həbib ən-Nəhdidən, o da Minhal İbn Amr əl-Əsədidən, o da Səid İbn Cubeyrdən, İbn Abbasın “yurdlarından didərgin düşən minlərlə ölümdən qorunanları görmədinmi?” ayəsi barəsində belə dediyini rəvayət etmişdir: “Onlar dörd min nəfər idilər. Taundan qaçmaq üçün çıxdılar və “Ölüm olmayan yerə gedək” — dedilər. Filan yerə çatdıqda, Allah onlara: “Ölün” — dedi, onlar da öldülər. yanlarından Peyğəmbərlərdən biri keçirdi və Allaha onları diriltməsi üçün dua etdi. Allah da onları diriltdi. Əziz və Cəlil olan Allahın “yurdlarından didərgin düşən minlərlə ölümdən qorunanları görmədinmi?” dediyi budur.
Sələfdən əksəriyyati demişlər: “Bu tayfa, İsrail oğulları vaxtında bir şəhərin sakinləri idi. Şəhərin havası onlara uyğun olmadı, şiddətli vəbayə tutuldular. Ölümdən qorxaraq oradan çıxdılar. Səhrayə qaçdılar. Geniş bir dərəya düşdülər. Dərənin iki başını da doldurdular. Allah onlara iki mələk göndərdi. Biri dərənin aşağısında, biri də yuxarısında durdu. Onlara bir dəfə çığırdılar, onların hamısı bir kişinin öldüyü kimi həlak oldular. Çuxurlara atıldılar və üzərilərinə divarlar və qəbirlər salındı. Çürüyüb dağılıb parça-parça oldular. Uzun müddətdən sonra İsrail oğullarından olan Hizqil Peyğəmbər onların yanından keçəndə Allahdan onun əli ilə onları diriltməsini istədi. Allah da bunu qəbul etdi və ona: “Ey çürümüş sümüklər, Allah sizə toplanmağı əmr edir.” – deməsini əmr etdi. Hər cəsədin sümükləri bir-birinə toplaşdı. Sonra onlara yenə əmr etdi və o belə harayladı: “Ey sümüklər! Allah sizə ət, əzələ və dəri geyinməyinizi əmr edir.” Bu da baş verdi. O bunu öz gözləri ilə görürdü. Sonra: “Ey ruhlar, Allah sizə hərənizin öz cəsədinə geri dönüb onu canlandırmasını əmr edir” — haraylamasını əmr etdi. Onlar da dirildilər. Allah onları uzun yuxudan oyandırdı. Onlar “Subhanəkə, Allahummə Rabbanə va bihəmdikə, Lə iləhə illə əntə” deyarək qalxdılar.
Onların dirilməsində həm ibrət və həm də qiyamət günü cismani dirilmə olmasına qəti dəlil vardır. Buna görə də Allah buyurur: “Allah insanlara qarşı lütfkardır”. yəni, onlara göstərdiyi bu açıq ayələrdə, danılmaz sübutlarda və qəti dəlillərdə, deməkdir. “Lakin insanların əksəriyyati şükür etmir” yəni, Allahın onlara din və dünyalarında verdiyi nemətlərə şükür etməzlər.
Bu qissədə qədərdən qaçmağın faydasız olduğuna dəlil vardır. Allahdan, Onun Özünə qaçmaqdan başqa yer yoxdur. Çünki onlar daha çox yaşamaq arzusu ilə vəbadan qaçaraq yurdlarını tərk etdilər. Aqibətləri isə, qəsdlərinin tam tərsi oldu. Ölüm onları bir anın içində haqladı.
İmam Əhmədin rəvayət etdiyi hədis də, elə bu qəbildəndir: Bizə İshaq İbn İsa xəbər verdi, bizə Malik ilə Abdurrəzzaq xəbər verdilər, bizə Mamər xəbər verdi, ikisi də Zuhridən, o da Əbdülhəmid İbn Abdurrəhman İbn Zeyd İbn Əsləm İbn Xəttabdan, o da Abdullah İbn Haris İbn Nofəldən, o da Abdullah İbn Abbasdan nəql etdi ki, Ömər İbn Xəttab, Şama tərəf səfərə çıxdı. Sərğ mövqeyinə çatanda ordu başçıları olan Abdullah İbn Cərrah və dostları onu qarşıladılar və Şamda vəbanın yayılmasını xəbər verdilər. Sonra hədisi danışdı. Abdullah İbn Auf gəldi. Bəzi işlərinə görə orada yox idi. O dedi: Məndə bu barədə bir bilgi var. Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Əgər bir yerdə vəba yayılsa və siz də orada olsanız, ondan qaçaraq oradan çıxmayın və əgər bir yerdə vəba olduğunu bilsəniz orayə getməyin.” Ömər Allaha həmd etdi və geri döndü.”
Buxari və Muslim bunu İki Səhihdə Zuhrinin hədisindən təxric etmişlər.
Bir hissəsini nəql edən başqa bir yol:
Əhməd demişdir: Bizə Həccac ilə yəzid əl-Ammi danışdı, ikisi də bizə İbn əbi Zib xəbər verdi dedilər, o da Zuhridən, o da Səlimdən, o da Abdullah İbn Amir İbn Rabiadan nəql etdi ki, Abdurrəhman İbn Auf, Ömər Şamda olarkən ona Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu xəbəri çatdırdı: “Bu xəstəlik sizdən əvvəlki ümmətlərin əzab edildiyi bir xəstəlikdir. Bir yerdə olduğunu eşitsəniz ora getməyin, sizin olduğunuz yerdə çıxsa qaçaraq oradan çıxmayın.” Dedi: “Ömər bunu eşidib Şamdan geri qayıtdı.”
Bunu iki Səhihdə Malikdən, o da Zuhridən bu şəkildə təxric etmişlər.
“Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!” yəni, necə ki, qədərdən qaçmağın faydası yoxdur, cihaddan da qaçmağın və uzaq dayənmağın heç bir faydası yoxdur. O, əcəli nə yaxınlaşdıra bilər, nə də uzaqlaşdıra bilməz. Əksinə əcəl qaçılmazdır. Ruzi isə bölünmüşdür. Bu, qədər qanunudur. Ona nə əlavə edilər, nə də əskildər. Necə ki, Allah təalə buyurur: “Oturub öz qardaşları barəsində: “Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər”– söyləyanlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!” (Ali İmran, 168), “Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki tel qədər belə haqsızlıq edilməz”. Harada olursunuzsa olun, ölüm sizi haqlayəcaq”. (Nisə, 77-78)
Bizə rəvayət edildi ki, orduların başçısı, əsgərlərin öndəri, İslam yurdunun hamisi, Allahın düşmənlərinə çəkilən qılıncı Əbu Suleyman Xalid İbn Valid (radiyAllahu ənh) ölüm halında demişdir: “Filan filan döyüşlərdə iştirak etdim. Bədənimdə ox və ya qılınc yarası olmayan yer yoxdur, mən isə dəvə kimi yatağımda ölürəm. Qorxaqların gözünə yuxu getməsin.” yəni, o döyüşdə ölmədiyi üçün heyfsilənir. yataqda öldüyündən kədərlənir.
“Kim Allaha gözəl bir borc versə, O da onun üçün daha çox artırar. Allah azaldar, artırar” Allah Təala qullarını Allah yolunda xərcləməya təşviq edir. Allah Təala bu ayəni dəyarli Kitabının bir çox yerlərində təkrar etmişdir. Nazil olma ilə bağlı hədisdə Allah Təala buyurur: “yoxsul və haqsız olmayana kim borc verəcək?”
İbn Əbu Hatim demişdir: Bizə Həsən İbn Ərafa danışdı, bizə Xələf İbn Xalifə danışdı, o da Humeyd əl-Əracdan, o da Abdullah İbn əl-Harisdən nəql etdi ki, Abdullah İbn Məsud demişdir: “Kim Allaha gözəl bir borc versə, O da onun üçün daha çox artırar. Allah azaldar, artırar” ayəsi nazil olanda Əbudəhdah əl-Ənsari soruşdu: “Ey Rəsulullah, Allah bizdən borc istəyir?” O dedi: “Bəli, ey Əbudəhdah.” O dedi: “Ey Rəsulullah, əlini mənə uzat.” O da uzatdı. O dedi: “Mən, Əziz və Cəlil olan Allaha xurma bağçamı borc verdim.” İbn Məsud deyir ki, onun bağçasında altı yüz xurma ağacı vardır. Zövcəsi Ummudəhdəh və ailəsi içində idi. Əbudəhdah gəldi və zövcəsinə dedi: “Ey Dəhdəhin anası.” O da dedi: “Buyur.” O da cavab verdi: “Çıxın, mən onu Əziz və Cəlil olan Rəbbimə borc verdim.”
Bunu İbn Mərdəveyh, Əbdurrəhman İbn Zeyd İbn Əsləmdən, o da atasından, o da Ömərdən mərfu olaraq oxşar şəkildə rəvayət etmişdir.
“Gözəl bir borc” Ömərdən və digər sələflərdən, Allah yolunda xərcləmək olduğu rəvayət edilmişdi. Ailə üçün xərclənən olması da deyilmişdir. Buna təsbih və təqdis deyanlər də vardır.
“O da onun üçün daha çox artırar” necə ki, bu ayədə deyilir: “Mallarını Allah yolunda xərcləyanlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyinə artırar. Allah Əhatə edəndir, Biləndir.” (əl-Bəqərə, 261). İzahı irəlidə gələcək.
İmam Əhməd demişdir: Bizə yəzid danışdı, bizə Mubarak İbn Fədalə xəbər verdi, o da Əli İbn Zeyddən, o da Əbu Osman ən-Nəhdidən nəql etdi ki, o belə deyir: Əbu Hureyrənin yanına gəldim və ona dedim: “Mənə çatdığına görə bir yaxşılıq bir milyona bərabərdir” — demisən. O dedi: “Səni bunda təəccübləndirən nədir? Mən, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) eşitdim ki, o buyurur: “Allah Təala bir yaxşılığı iki milyon dəfə artırar.” Bu qərib hədisdir. Əli İbn Zeyd İbn Cədan munkər hədis ravisidir.
Amma İbn Əbu Hatim bunu başqa yolla rəvayət edib demişdir: Bizə Əbu Xallad Suleyman İbn Xallad əl-Muəddib danışdı, bizə yunus İbn Muhəmməd əl-Muəddib danışdı, bizə Muhəmməd İbn Uqbə ər-Rifai danışdı, o da Ziyad əl-Cəssasdan, o da Əbu Osman ən-Nəhdidən onun belə dediyini rəvayət etmişdir: Əbu Hureyrənin yanında məndən çox oturan yox idi. Bir gün Həccə gəldi. Mən də ondan sonra gəldim. Gördüm ki, Bəsrəlilər ondan belə bir hədis rəvayət edirlər: Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah bir yaxşılığı bir milyon dəfə artırar.” Mən də dedim, ayıb olsun sizə, Allaha and olsun ki, məndən çox Əbu Hureyrə ilə oturan yoxdur, heç mən bu hədisi eşitməmişəm. Deyir ki, onun həccə getdiyini eşitdim və ona çatmaq üçün miniyimə mindim. Hədisi soruşmaq üçün məndə həccə getdim. Ona çatıb soruşdum: “Ey Əbu Hureyrə, Bəsrəlilərin səndən danışdıqları hədis nədir?” O dedi: “O nədir?” Mən dedim: “Onlar iddia edilər ki, sən: “Allahın bir yaxşılığı bir milyon dəfə artırar” – deyirsən. O da dedi: “Ey Osmanın atası, səni bunda təəccübləndirən nədir? Allah buyurur: “Kim Allaha gözəl bir borc versə, O da onun üçün daha çox artırar. Allah azaldar, artırar” və buyurur: “Dünya malı axirətlə nisbətdə olduqca azdır” (ət-Tövbə, 38). Nəfsim əlində olana and olsun ki, Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: “Allah bir yaxşılığı iki milyon dəfə artırar.”
Tirmizi və digərlərinin Amr İbn Dinardan, o da Səlimdən, o da Abdullah İbn Ömər İbn Xəttabdan rəvayət etdiyi bu hədis də eyni mənadadır: Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Kim bir bazara girərkən “Lə iləhə illəllahu vahdəhu lə şərikələh, ləhul mülkü və ləhul həmdu və huvə alə kulli şeyin qadir” desə, Allah ona bir milyon savab yazar və bir milyon günahını silər.”
İbn Əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə İsmayıl İbn İbrahim İbn Bəssam danışdı, bizə Əbu İsmayıl əl-Muəddib danışdı, o da İsa İbn əl-Musəyyabdən, o da Nəfidən, o da İbn Ömərdən onun belə dediyini rəvayət etmişdir: “Mallarını Allah yolunda xərcləyanlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyinə artırar. Allah Əhatə edəndir, Biləndir” (əl-Bəqərə, 261) ayəsi nazil olanda Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Ey Rəbbim, ümmətimi artır.” Bundan sonra “Kim Allaha gözəl bir borc versə, O da onun üçün daha çox artırar. Allah azaldar, artırar” ayəsi nazil oldu. O da dedi: “Ey Rəbbim, ümmətimi artır.” Sonra da “Səbr edənlərin mükafatları hesabsız verilir” (Zumər, 10) ayəsi endi.
yenə İbn Əbu Hatim rəvayət etmişdir ki, Kab əl-Əhbərin yanına bir nəfər gəldi və dedi: Mən bir kişidən eşitdim ki, o dedi: “Kim əl-İxlas surəsini bir dəfə oxusa, Allah onun üçün cənnətdə mirvari və yaqutdan 10 milyon otaq salar.” Buna inanaqmı? O da dedi: “Bəli, buna təəccübləndin?” O dedi: “Bəli, iyirmi milyon, otuz milyon və sayını yalnız Allah biləcəyi qədər edər. Və bu ayəni oxudu “Kim Allaha gözəl bir borc versə, O da onun üçün daha çox artırar. Allah azaldar, artırar” və dedi: “Allahın çox dediyi sayılmaz.”
“Allah azaldar, artırar” yəni, Allah yolunda xərcləyin, narahat olmayın, Allah ruzi verəndir. İstədiyinin ruzisini azaldar, istədiyinin ruzisini artırar. Bu işdə üstün Hikmət Onundur. “Siz Ona qaytarılacaqsınız” yəni qiyamət günündə, deməkdir.