Abdurrazzaq, Mamərdən nəql etdi ki, Qatadə demişdir: “Bu Peyğəmbər yuşa İbn Nundur.” İbn Cərir demişdir: “İbn Əfrasim İbn yusuf İbn yaqubdur.” Bu rəy doğruluqdan uzaqdır. Çünki bu, Musadan xeyli zaman sonra olmuşdur. Davud (əleyhissalam) zamanında həyata keçmişdir. Necə ki, bu qissədə izah edilmişdir. Davud ilə Musa arasında isə min ilə yaxın zaman vardır. Allah ən doğrusunu biləndir.
Suddi də: “O, Şəmundur” — demişdir. Mucahid də: “O, Şəmvildir (əleyhissalam)” — demişdir. Muhəmməd İbn İshaq da, Vəhb İbn Munəbbihdən nəql edərək belə demişdir: “O, Şəmvil İbn Bali İbn Alqamə İbn Turham İbn İlihu İbn Təhva İbn Suf İbn Əlqamə İbn Mahəs İbn Amrsa İbn İzriya İbn Sufneynh İbn Əlqamə İbn əbi yais İbn Qarun İbn yashər İbn Qahəs İbn Lavi İbn yaqub İbn İshaq İbn İbrahim Xəlildir.”
Vəhb İbn Münəbbih və digərləri də belə demişlər: “İsrail oğulları Musadan (aleyhissalam) sonra bir zaman doğru yolda idilər. Sonra bəzi hadisələr baş verdi ki, ondan sonra bəziləri bütlərə sitayiş etdilər. Öz aralarından mütəmadi Peyğəmbərlər çıxıb onlara yaxşılığı əmr edib pisliklərdən çəkindirirdilər. Onları Tövratın yoluna yönəldirdilər. Sonunda etdiklərini etdilər. Allah da onlara düşmənlərini düçar etdi. Onlardan çox adamı öldürdü və bir neçəsini əsir etdilər. Onlardan bir çox ölkələri aldılar. Onlarla kim döyüşərsə məğlub olardu. Çünki yanlarında Tövrat ilə qədim zamandan qalma sandıq var idi. Bu da köhnə atalarından Musaya (əleyhissalam) miras qalmışdı. Fəqət onlar uzun müddətli azqınlığa düşdükdə bir döyüşdə düşmənlər bunu onlardan aldılar. Tövratı ələ keçirdilər. Onu əzbərləyan az adam qaldı. Qəbilələrdə Peyğəmbərlik kəsildi. Peyğəmbər nəslindən olan Levilərdə ancaq hamilə bir qadın var idi. Əri öldürülmüşdü. Onu götürüb bir evdə həbs etdilər. Bəlkə Allah bir oğlan uşağı verər ki, bu da Peyğəmbər olar deya onu öz himayələri altına aldılar. Qadın da özünə bir oğlan uşağı verilməsi üçün Allaha dayənmadan yalvardı. Allah da onun yalvarışını eşitdi və ona bir oğlan uşağı bəxş etdi. Qadın da ona Şəmvil yəni, Allah eşitdi adını verdi.”
Bəziləri də: “Ona Şəmun adını verdi ki, bunun da mənası eynidir. O uşaq aralarında böyüyüb boya başa çatdı. Allah onu gözəl bir bitki kimi böyütdü. Uşaq Peyğəmbərlik yaşına çatanda Allah ona vəhy etdi. Allaha və onun təkliyinə dəvət etməsini əmr etdi. O, da İsrail oğullarını dəvət etdi. Onlar da ondan özü ilə birlikdə savaşacaq bir hökmdar təyin etməsini istədilər. Çünki aralarından hökmdar da çıxmırdı.
Peyğəmbərləri onlara: “Allah sizə bir hökmdar verərsə savaşdan qaçmayın və onu məsuliyyatini yerinə yetirin” — dedi. Onlar da: “Allah yolunda niyə döyüşməyak ki? yurdlarımızdan çıxarılmış və oğullarımızdan uzaqlaşdırılmış vəziyyətdəyik. yəni, ölkəmiz əlimizdən alınmış, övladlarımız əsir edilmişdir” dedilər. Allah Təala da “Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdilər. Allah zalımları tanıyır” buyurdu. yəni, verdikləri sözü yerinə yetirməyarək cihaddan üz çevirdilər. Allah da onları tanıyır.