Namazları və orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun.

Allah Təala namazları onların öz vaxtlarında qorumağı və hüdudlarını hifz etməyi və zamanında qılmağı əmr edir. Necə ki, İki Səhihdə İbn Məsuddan öz təsdiqini tapmış hədisdə belə buyurulmuşdu: “Rəsulullaha (salləllahu aleyhi və səlləm) ən fəzilətli əməlin hansı olduğu sualını verdim. O da: “Vaxtında qılınan namazdır” – buyurdu. Mən dedim: “Bəs sonra hansıdır?” O: “Allah yolunda cihaddır” – buyurdu. Mən dedim: “Bəs sonra hansıdır?” O buyurdu: “Valideynlərə yaxşılıq etmək.” Bunları mənə Rəsulullah (salləllahu aleyhi və səlləm) danışdı. Əgər daha çox istəsəydim mənim üçün artırardı.”

İmam Əhməd demişdir: “Bizə yunus danışdı, bizə Leys danışdı, o da Abdullah İbn Ömər İbn Həfs İbn Asimdən, o da Qasım İbn Ğannəmdən, o da ata nənəsi Dünyadan, o da nənəsi Ümmu Fərvədən, hansı ki, Rəsulullaha (salləllahu aleyhi və səlləm) beyat edənlərin arasında idi, nəql etdi ki, o, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) əməlləri xatırlatdığını eşitdi. Belə buyurdu: “Allahın ən sevdiyi əməl namaza tələsərək onu ilk vaxtında qılmaqdır.” Bunu Əbu Davud ilə Tirmizi bu cür rəvayət etmişdir. Tirmizi: “Bunu ancaq əl-Ömərinin yolundan bilirik ki, o da hədisçilərə görə qüvvətli birisi deyildir.”

Allah Təala namazların arasından orta namazı xüsusi vurğulayəraq ayrıca zikr etdi. Sələf və xələf onun hansı namaz olmasında ixtilaf etmişdir. Fəcr namazıdır deyanlər vardır. Bunu Malik “Muvatta”da, Əli və İbn Abbasa çatan yol ilə nəql etmişdir. Məlik demişdir: “Bu mənim rəyimdir.” Huşeym, İbn Uləyya, Ğundər, İbn əbi  Adiy, Abdulvahhab, Şərik və digərləri Əvf əl-Ərəbidən, o da Əbu Rəca əl-Utaridiydən belə nəql etdi: “Fəcr namazını İbn Abbasın arxasında qıldım. Onda qunut duası oxudu və əllərini qaldırdı. Sonra məhz bu, bizə qunutla qılmamızı əmr etdiyi orta namazdır dedi.” Bunu İbn Cərir rəvayət etmişdir. yenə bunu Əvfdən, o da Xilas İbn Amrdan, o da İbn Abbasdan eyni şəkildə rəvayət etmişdir. İbn Cərir belə demişdir (2/565): “Bizə İbn Bəşşar, bizə Abdulvahhab, bizə Əvf, o da Əbu Mihəldən, o da Əbu Aliyədən nəql etdi ki, İbn Abbas fəcr namazını Bəsrə məscidində qıldı, rükudan öncə qunut oxudu və dedi: “Bu, Alah Təalanın kitabında “Namazları və orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun” deya əmr etdiyi orta namazdır.” yenə belə demişdir: “Bizə Muhəmməd İbn İsa Dəmiğani, bizə İbn Mubarək, bizə Rəbi İbn Ənəs, o da Əbu Aliyədən nəql etdi ki, o demişdir: “Bəsrədə Abdullah İbn Qeysin arxasında fəcr namazını qıldım. yanımda duran Rəsullulahın (salləllahu aleyhi və səlləm) əshabından birinə: “Orta namaz nədir?” — dedim. O da: “Bu namazdır” — dedi.” Başqa bir sənədlə Rəbidən belə rəvayət edilmişdi: “Əbu Aliyə fəcr namazını Rəsullulahın (salləllahu aleyhi və səlləm) əshabı ilə bərabər qıldı. Namazı bitirincə dedi: Onlara dedim: “Orta namaz hansıdır?” Onlar da: “Bir az əvvəl qıldığın namazdır” — dedilər.”

İbn Cərir yenə belə demişdir: “Bizə İbn Bəşşar, bizə İbn Ətəmə, o da Səid İbn Bəşirdən o da Qatadədən nəql etdi ki, Cabir İbn Abdullah demişdir: “Orta namaz fəcr namazıdır.”

İbn əbi Hatim bunu İbn Ömər, Əbu Umamə, Ənəs, Əbu Aliyə, Ubeyd İbn Umeyr, Əta, Mucahid, Cabir İbn Zeyd, İkrimə və Rəbi İbn Ənəsdən rəvayət etmişdir. Bunu İbn Cərir də, Abdullah İbn Şəddad İbn əl-Həddan rəvayət etmişdir. İmam Şafi buna əsaslanmış və “Allah qarşısında mütiliklə durun” ayəsini dəlil gətirmişdir. Qunut, onun rəyinə görə fəcr namazında oxunulur. Əd-Dimyati də bunu Ömər, Muaz, İbn Abbas, İbn Ömər, Aişə, bura qədər sadalananlar ixtilaf etmişlər, Əbu Musa, Cabir, Ənəs, Əbuşşasa, Tavus, Əta, İkrimə və Mucahiddən nəql etmişdir.

Bəziləri də: “O, qısa qılınmır deya ortadır. O, dörd rükətli iki namazın ortasında yerləşir.” – demişlər. Lakin məğrib namazı bunu rədd edir. Digərləri isə: “Fəcr namazı gecə vaxtı gizli halda oxunan iki namazla, gündüz vaxtı açıq şəkildə oxunan iki namazın arasında yerləşir.” – demişlər.

Orta namazın zöhr olduğu da deyilmişdir. Əbu Davud Təyalisi öz Müsnədində demişdir: “Bizə İbn əbi Zib, o da əz-Zibriqandan yəni, İbn Amrdan, o da Zuhradan yəni, İbn Mabəddən belə nəql etdi: “Biz Zeyd İbn Sabitin yanında oturmuşduq. Usaməya xəbər göndərərək ona orta namaz haqqında sual verdilər. O da: “Zöhr namazıdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) onu günorta istisində qılardı” — dedi.”

İmam Əhməd demişdi: “Bizə Muhəmməd İbn Cəfər danışdı, bizə Şöbə danışdı, mənə Amr İbn əbu Həkim danışdı: əz-Zubriqandan eşitdim ki, Urvə İbn Zubeyrdən, o da Zeyd İbn Sabitdən onun belə dediyini söylədi: “Rəsulullah (salləllahu aleyhi və səlləm) zöhrü istidə qılardı. Əshabına ən ağır gələn namaz idi. Buna görə “Namazları və orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun” ayəsi nazil oldu. O dedi: “Ondan əvvəl iki, sonra da iki namaz var.” Bunu Əbu Davud da “Sünən”ində Şöbədən bu cür rəvayət etmişdir. yenə Əhməd demişdir: “Bizə yəzid, bizə İbn əbi Zib, o da əz-Zibriqandan nəql etdi ki, Zeyd İbn Sabit, bir dəstə qureyşlinin yanından keçirdi. Ona orta namaz haqqında sual vermək üçün iki gənci onun yanına göndərdilər. O da: “Əsr namazıdır” — dedi. Aralarından iki nəfər qalxdı və ondan bunu soruşdular. O da: “Zöhr namazıdır” — dedi. Sonra o iki nəfər Usamə İbn Zeydin yanına getdilər və ondan soruşdular. O da: “Zöhr namazıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) zöhrü çox istidə qılardı, arxasında ancaq bir və ya iki səf olurdu. İnsanlar zöhr vaxtı ya yatır ya da ticarətlərinə başları qarışardı.” – dedi. Buna görə də Allah Təala “Namazları və orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun” ayəsini nazil etdi. Deyir ki, buna görə Rəsulullah (salləllahu aleyhi və səlləm): “ya bəzi adamlar camaat namazına gəlməməya son verərlər ya da evlərinə od vuraram” — buyurdu.”

Əz-Zubriqan, İbn Amr İbn Uməyya əd-Damriydir. Səhabədən heç kimə yetişə bilməyibdi. Səhih olan, yuxarıda qeyd edildiyi kimi onun Zuhrə İbn Mabəd ilə Urvə İbn Zubeyrdən etdiyi rəvayətidir. Şöbə ilə Huməm demişlər: “Bizə Qatadə, o da Səid İbn Museyyibdən, o da İbn Ömərdən nəql etdi ki, Zeyd İbn Sabit demişdir: “Orta namaz zöhr namazıdır.” Əbu Davud ət-Təyalisi və başqası da Şöbədən rəvayət etmişdir ki, ona Ömər İbn Xəttab övladlarından Ömər İbn Suleyman xəbər verdi ki, Abdurrahmən İbn Əban İbn Osmandan eşitdim, o da atasından nəql etdi ki, Zeyd İbn Sabit demişdir: “Orta namaz zöhr namazıdır.” Bunu İbn Cərir, Zəkəriya İbn yəhya İbn əbi Zəidədən, o da Abdussaməddən, o da Şöbədən, o da Ömər İbn Suleymandan, o da Zeyd İbn Sabitdən “orta namaz zöhr namazıdır” şəklində mərfu hədis olaraq rəvayət etmişdir.

Onun zöhr namazı olduğunu rəvayət edənlərdən bəziləri bunlardır: İbn Ömər, Əbu Səid, Aişə, bunlardan ixtilaflı şəkildə varid olmuşdur. Urvə İbn Zubeyr ilə Abdullah İbn Şəddad İbn əl-Həd də eyni rəydədir. Bir rəvayətdə Əbu Hənifə də bu cür demişdir. Allah onların hamısına rəhmət etsin.

Onun əsr namazı olduğu da deyilmişdir. Tirmizi ilə Bəğavi, Allah hər ikisinə rəhmət etsin: “Əksər alim səhabələrin və digərlərinin rəyi belədir” — demişlər. Qazi Əl-Mavərdi: “Bu, cumhur tabeinin rəyidir” — demişdir. Hafiz Əbu Ömər İbn Abdulbər də: “Əhli əsərin çoxunun rəyi də belədir” — demişdir. Əbu Muhəmməd İbn Atiyyə təfsirində: “İnsanların əksəriyyati bu fikirdədir” — demişdir. Hafiz Əbu Muhəmməd Abdul-Mumin İbn Xələf əd-Dimyati “Kəşful Muğatta fi təbyinis salətil vusta” adlı kitabında onun əsr namazı olduğunu açıq şəkildə ifadə etmiş və bunu Ömər, Əli, İbn Məsud, Əbu Əyyub, Abdullah İbn Amr, Səmurə İbn Cundəb, Əbu Hureyrə, Əbu Səid, Həfsa, Ummu Həbibə, Ummu Sələmə, İbn Ömər, İbn Abbas və Aişədən səhih olaraq nəql etmişdir. Ubeydə, İbrahim ən-Nəxai, Zir İbn Hubeyş, Səid İbn Cubeyr, İbn Sirin, Həsən, Qatadə, Dəhhak, əl-Kəlbi, Muqatil, Ubeyd İbn əbu Məryam və digərləri də belə demişdir. Əhməd İbn Hənbəlin məzhəbi də belədir. Qazi əl-Mavərdi demişdir: “Şəfii də.” İbn Munzir demişdir: Əbu Hənifə, Əbu yusif və Muhəmməddən də səhih rəvayətdə belə nəql olunmuşdur. İbn Həbib əl-Maliki də bunu üstün rəy kimi seçmişdirlər. Allah onlara rəhmət eləsin.

Bunun dəlili belədir: İmam Əhməd demişdir: “Bizə Əbu Muaviya danışdı, bizə Aməş danışdı, o da Muslimdən, o da Şuteyr İbn Şəkəldən, o da Əlidən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) Əhzab savaşı günü dedi: “Bizi orta namazdan, əsr namazından yayındırdılar. Allah da onların qəlblərini və evlərini atəşlə doldursun.” Sonra da onu məğriblə işa namazının arasında qıldı. Bunu Muslim Əbu Muaviya Muhəmməd İbn Həzim əd-Daririn hədisindən bu cür rəvayət etmişdir. Ən-Nəsəi də, İsa İbn yunus yolu ilə, ikisi də Aməşdən, o da Muslim İbn Subeyhdən, o da Əbud-Duhadan, o da Şuteyr İbn Şəkəl İbn Humeyddən, o da Əli İbn Əbu Talibdən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu şəkildə rəvayət etmişdir. Bunu yenə Muslim (627), Şöbə yolu ilə, o da Həkəm İbn Uteybədən, o da yəhya İbn əl-Cəzzardan, o da Əlidən rəvayət etmişdir. Bunu iki şeyx, Əbu Davud, Tirmizi, Nəsai və bir çox Müsnəd, Sünən və Səhih sahibləri zikr edilməsi uzun çəkəcək yollarla Ubeydə əs-Səlmanidən, o da Əlidən belə rəvayət etmişlər. Tirmizi ilə Nəsai də, əl-Həsən əl-Bəsri, o da Əli yolu ilə rəvayət etmişdir. Tirmizi demişdir: “Onun Əlidən eşitməsi bəlli deyil.”

İbn əbi Hatim demişdir: “Bizə Əhməd İbn Sinan danışdı, bizə Abdurrahmən İbn Mehdi danışdı, o da Sufyandan, o da Asimdən, o da Zirdən nəql etdi ki, Ubeydəya dedim: “Əlidən orta namazı soruş.” O da soruşdu və belə cavab aldı: “Biz onu fəcr — və ya sübh — namazı bilirdik və bu, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) Əhzab savaşı günü: “Bizi orta namazdan, əsr namazından yayındırdılar. Allah da onların qəbirlərini və içlərini — yaxud evlərini — atəşlə doldursun.” sözlərini eşidənə qədər davam etmişdi.” Bunu İbn Cərir də, Bündardan, o da İbn Mehdidən rəvayət etmişdir. Əhzab günü hədisi və müşriklərin həmin gün Rəsulullah (salləllahu aleyhi və səlləm) ilə əshabını əsr namazını əda etməkdən yayındırması zikr olunması uzun sürəcək bir səhabə siyahısı ilə rəvayət edilmişdi. Əsl məqsəd onlardan bunun əsr namazı olduğunu vurğulayənların qeyd olunmasıdır. Bunu yenə Muslim, İbn Məsud və Bəra İbn Azib (radıyAllahu anhuma) hədisindən də rəvayət etmişdir.

Başqa bir hədis: İmam Əhməd demişdir: “Bizə Əffan danışdı, bizə Huməm danışdı, da Qatadədən, o da Həsəndən, o da Səmurədən nəql etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Orta namaz, əsr namazıdır.” Bizə Bəhz ilə Əffan danışdı, bizə Əban danışdı, bizə Qatadə danışdı, o da Həsəndən, o da Səmurədən nəql etdi ki, Rəsullullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun.” O, bu namazın, əsr namazı olduğunu bizə söylədi. Bizə Muhəmməd İbn Cəfər ilə Rəvh danışdı, ikisi də dedi: Bizə Səid danışdı, o da Qatadədən, o da Həsəndən, o da Səmurə İbn Cundəbdən nəql etdi ki, Rəsullullah (salləllahu aleyhi və səlləm) buyurdu: “O, əsrdir.” İbn Cəfər dedi: “Əsr namazı barədə sual verildikdə belə cavab vermişdi.” Bunu Tirmizi də Səid İbn əbi Arubədən, o da Qatadədən, o da Həsəndən, o da Səmurədən nəql etmiş və demişdi: “Həsən səhihdir, ondan eşidilmişdi.”

Başqa bir hədis: İbn Cərir demişdir: “Bizə Əhməd İbn Məniu danışdı, bizə Abdulvahhab İbn Əta danışdı, o da Təymidən, o da Əbu Salihdən, o da Əbu Hureyrədən nəql etdi ki, Rəsullullah (salləllahu aleyhi və səlləm): “Orta namaz, əsr namazıdır.” — demişdir.

Başqa bir yol, hətta başqa bir hədis: İbn Cərir demişdir: “Mənə əl-Müsənnə danışdı, bizə Suleyman İbn Əhməd əl-Curaşi əl-Vasiti danışdı, bizə Valid İbn Muslim danışdı, mənə Sədəqə İbn Xalid xəbər verdi, mənə Xalid İbn Dihqan danışdı, o da Xalid İbn Səbəlandan, o da Kuheyl İbn Harmələdən nəql etdi ki, Əbu Hureyrəya orta namaz haqqında sual verildi o da dedi: “Biz də onda sizin kimi ixtilaf etdik. Rəsullullahın (salləllahu aleyhi və səlləm) evinin həndəvərində idik. Aramızda saleh bir kişi, Əbu Haşim İbn Utbə İbn Rəbia İbn Abdişşəms də var idi. O dedi: “Bunu sizin üçün öyrənərəm.” O, qalxdı və Rəsullullahın (salləllahu aleyhi və səlləm) yanına girmək üçün izn istədi. İçəri girdi, sonra bizə yanımıza qayıtdı. Rəvayətçi dedi: “Bizə onun əsr namazı olduğunu xəbər verdi.” Bu hədis, bu yolla çox qəribdir.

Başqa bir hədis: İbn Cərir dedi: “Bizə Əhməd İbn İshaq danışdı, bizə Əbu Əhməd danışdı, bizə Abdussalam danışdı, o da Əbu Basirin azad etdiyi köləsi Səlimdən, mənə İbrahim İbn yəzid əd-Diməşqi danıb dedi: “Mən, Ömər İbn Abduləziz İbn Mərvanın yanında oturmuşdum. Birinə: “Ey filankəs. Filankəsin yanına get və ona Rəsullullahdan (salləllahu aleyhi və səlləm) orta namaz haqqında nə eşitdiyini soruş” — dedi. Oturan bir adam dedi: “Əbu Bəkr ilə Ömər məni əsr namazını soruşmaq üçün onun yanına göndərdilər. Mən balaca oğlan idim. Balaca barmağımdan tutaraq: “Bu fəcr namazıdır.” — dedi. yanındakı barmağı tutaraq: “Bu da zöhrdür” — dedi. Sonra baş barmağımı tutub: “Bu da məğribdir” — dedi. Sonra yanındakını tutdu və: “Bu da işadır.” – dedi. Sonra buyurdu: “Hansı barmağın qaldı?” Mən də: “Orta” — dedim. O da: “Hansı namaz qaldı?” soruşdu. Mən də: “Əsr” — dedim. O da: “O, məhz əsr namazıdır.” — buyurdu.” Bu hədis də qəribdir.

Başqa bir hədis: İbn Cərir demişdir: “Bizə Muhəmməd İbn Əvf ət-Tai danışdı, bizə Muhəmməd İbn İsmayıl İbn Ayyaş danışdı, mənə atam danışdı, mənə Damdam İbn Zurah danışdı, o da Şureyh İbn Ubeyddən, o da Əbu Malik əl-Əşaridən nəql etdi ki, Rəsullullah (salləllahu aleyhi və səlləm): “Orta namaz, əsr namazıdır” — buyurdu. Sənədi keçərlidir.

Başqa bir hədis: Əbu Hatim İbn Hibban öz “Səhih” əsərində demişdi: “Bizə Əhməd İbn yəhya İbn Zuheyr danışdı, bizə əl-Cərrah İbn Məxləd danışdı, bizə Amr İbn Asim danışdı, Həmməm danışdı, o da Qatadədən, o da Müvərriq əl-İclidən, o da Əbu Əhvasdan, o da Abdullahdan nəql etdi ki, Rəsullullah (salləllahu aleyhi və səlləm): “Orta namaz, əsr namazıdır” – buyurdu.

Tirmizi də Muhəmməd İbn Talha İbn Musarrifdən rəvayət etmişdir, o da Zubeyd əl-yamidən, o da Murrah əl-Həmədanidən, o da İbn Məsuddan belə nəql etdi: “Rəsullullah (salləllahu aleyhi və səlləm): “Orta namaz, əsr namazıdır” — buyurmuşdu.” Sonra da: “Həsən səhihdir” — dedi. Bunu Muslim öz “Səhih” əsərində Muhəmməd İbn Talhadan bu cür rəvayət etmişdir. Sözləri belədir: “Bizi orta namazdan, əsr namazından yubatdılar…” Bu məsələdəki dəlillər heç bir ehtimala yer buraxmır. Bunu, “onu qoruyun” əmri və həmçinin Rəsullullahın (salləllahu aleyhi və səlləm) kəlamı da təkid edir. Zuhridən, o da Səlimdən, o da atasından gələn səhih rəvayətdə deyilir: “Rəsullullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim əsr namazını buraxsa, elə bil ailəsini və malını itirmişdir.” yenə “Səhih”də əl-Əvzaidən, o da yəhya İbn Əbi Kəsirdən, o da Əbu Qilabədən, o da Əbu Muhacirdən, o da Bureydə İbn əl-Huseybdən nəql edir ki, Rəsullullah (salləllahu aleyhi və səlləm) demişdir: “Buludlu gündə namazı erkən qılın, çünki kim əsri tərk edərsə, əməli puça çıxar.” İmam Əhməd demişdir: “Bizə yəhya İbn İshaq danışdı, bizə İbn Ləhiyah xəbər verdi, o da Abdullah İbn Hubeyrədən, o da Əbu Təmimdən, o da Əbu Nadra əl-Ğifaridən demişdir: “Rəsullullah (salləllahu aleyhi və səlləm) onların dərələrindən birində bizə əsr namazını qıldırdı. Həmin yerə əl-Muxəmməs deyilirdi. O buyurdu: “Bu əsr namazı sizdən əvvəlkilərə təklif edildi, onlar da onu zay etdilər. Bilin ki, kim onu qılarsa, ona iki qat savab verilər. Bilin ki, ondan sonra şahidi (ulduzu) görüncəya qədər namaz yoxdur.”

Sonra dedi: Onu yəhya İbn İshaqdan, o da Leysdən, o da Xeyr İbn Nuaymdan, o da Abdullah İbn Hubeyrədən bu cür rəvayət etmişdir. Bunu Muslim ilə Nəsai də Qutebədən, o da Leysdən rəvayət etmişdir. Bunu yenə Muslim, Muhəmməd İbn İshaqın rəvayəti ilə nəql etmiş və demişdir: Mənə yəzid İbn əbi Həbib danışdı, ikisi də  Xeyr İbn Nuam əl-Hadramidən, o da Abdullah İbn Hubeyrə əs-Səbbaidən belə rəvayət etmişdir.

Yenə İmam Əhmədin rəvayət etdiyi hədis belədir: Bizə İshaq danışdı, mənə Malik xəbər verdi, o da Zeyd İbn Əsləmdən, o da əl-Qaqa İbn Həkimdən, o da Aişənin azad etdiyi mövlası Əbu yunusdan onun belə dediyini nəql etdi: “Aişə mənə onun üçün bir mushaf yazmasını əmr etdi və dedi: “Namazları, orta namazı qoruyun” ayəsinə gəldiyin zaman mənə xəbər ver.” Mən də ora gələndə ona xəbər verdim. O mənə “həfizu aləs sələvati vəs sələtil vusta və sələtil asri və qumu lilləhi qanitin” şəklində yazdırdı. “Mən bunu Rəsullullahdan (salləllahu aleyhi və səlləm) eşitdim” — dedi.” Muslim (629) bunu yəhya İbn yəhyadan, o da Malikdən belə rəvayət etmişdir.

İbn Cərir demişdir: “Mənə əl-Musənnə danışdı, bizə əl-Həccac danışdı, bizə Həmmad danışdı, o da Hişam İbn Urvədən, o da atasından onun belə dediyini bildirdi: “Aişənin Mushafında “hafizu aləs səlavati vəssəlatil vusta və hiya salatul asr” şəklində yazılı idi. Bunu əl-Həsən əl-Bəsri yolundan rəvayət etmiş və: “Rəsullullah (salləllahu aleyhi və səlləm) belə oxudu” — demişdir.” İmam Malik də Zeyd İbn Əsləmdən, o da Amr İbn Rafidən onun belə dediyini rəvayət etmişdir: “Mən Rəsullullahın (salləllahu aleyhi və səlləm) zövcəsi Həfsə üçün Mushaf yazırdım. O: “Bu ayəyə çatdığın zaman mənə xəbər ver” — dedi. Mən də ora çatanda ona xəbər verdim. O da mənə: “həfizu aləs sələvati vəs sələtil vusta və sələtil asri və qumu lilləhi qanitin” şəklində diqtə etdirdi.” Muhəmməd İbn İshaq İbn yasar da belə rəvayət etmiş və: “Mənə Əbu Cəfər Muhəmməd İbn Əli ilə İbn Ömərin azad etdiyi köləsi Nəfi danışdı… sonra oxşarını nəql etdi. Əlavə olaraq: “Necə ki, bunu Rəsulullahdan (salləllahu aleyhi və səlləm) əzbərlədim.”

Həfsədən gələn başqa bir rəvayət: İbn Cərir demişdir: “Bizə Muhəmməd İbn Bəşşar danışdı, bizə Muhəmməd İbn Cəfər danışdı, bizə Şöbə danışdı, o da Əbu Bişrdən, o da Abdullah İbn yəzid əl-Əzdidən, o da Səlim İbn Abdullahdan nəql etdi ki, Həfsa bir adama özü üçün Mushaf yazmasını əmr etdi. Ona: “Hafizu aləs salavati vəs sələtil vusta” ayəsinə gəldikdə mənə xəbər ver” — dedi. Orayə gədikdə ona xəbər verdi və o da: “Hafizu aləs sələvati vas salətil vusta və salətil asri” yaz” — dedi.”

Başqa bir yol: İbn Cərir demişdir: Bizə İbn əl-Musənnə Abdulvahab danışdı, bizə Ubeydullah danışdı, o da Nəfidən nəql etdi ki, Həfsa azad etdiyi bir köləsinə onun üçün Mushaf yazmasını əmr etdi və dedi: “Hafizu aləs sələvati vas salətil vusta” ayəsinə çatdıqda yazma, sənə Rəsullullahın (salləllahu aleyhi və səlləm) oxuduğunu eşitdiyim kimi yazdıracam.” Ora gəldikdə ona: “Hafizu aləs saləvati vəs sələtil vusta va salətil asri və qumu lilləhi qanitin” şəklində yazmasını əmr etdi. Nafi dedi: “Mən o Mushafı oxudum və “əl-vav” ilə yazıldığını gördüm.” İbn Cərir, İbn Abbas və Ubeyd İbn Umeyrdən, hər ikisinin də belə oxuduqlarını rəvayət etmişdir.

İbn Cərir demişdir: “Bizə Əbu Kureyb danışdı, bizə Abdəh , bizə Muhəmməd İbn Amr danışdı, mənə Əbu Sələmə danışdı, o da Ömərin azad etdiyi köləsi Amr İbn Rafidən belə nəql etdi: “Həfsənin Mushafında “hafizu aləs sələvati vəs sələtil vusta və sələtil asri və qumi lilləhi qanitin” şəklində yazılı idi.” Burada etiraz yeri “sələtil asr” kəlməsinin “sələti vusta” sözünə dəyişikliyi ifadə edən “vavul-atf” (bağlayıcı və) ilə bağlanması olmuşdur. Bu da onun başqa namaz olduğunu göstərir.

Buna bir çox yöndən cavab verilmişdi. Birincisi, əgər bu xəbər olaraq rəvayət edilirsə, Əlinin hədisi ondan daha səhih və daha açıqdır. Bu isə “vav”ın “və kəzəlikə nufəssilul ayəti və litəsəbinə səbilul mucrimin” (Əl-Ənam, 55) və “və kəzəlikə nuri İbrahimə mələkutəs səmavəti vəl ardı və liyakunə minəl muqinin” (Əl-Ənam, 75) ayələrində olduğu kimi əlavə olma ehtimalını doğurur. Zatları deyil, sifətləri bağlama ehtimalı da vardır. Misal üçün “vəlakin rəsulullahi və xatəmən nəbiyyin” (Əl-Əhzab, 40) və “səbbihismə rabbikəl alə əlləzi xələqa fə səvva vəlləzi qaddərə fəhədə vəlləzi axrəcəl məra” (əl-Əla, 1-4) ayələrində belədir. Bunun oxşarları çoxdur. Şair demişdir:

Qövmün başçısına və İbn Huməmə

Savaş qızışdığı zaman ordunun aslanına

Əbu Davud əl-İyadi demişdi:

Musallat etdi onlara ölüm və əcəli

Oldu qəbirləri bayquşlar eli

Burada qeyd edilən “məvt” elə “mənun” deməkdir. Şair Adiy İbn Zeyd əl-Abbadiy demişdir:

Dərini Rahişihə təqdim etdim

Sözünün yalan və uydurma olduğunu gördü

Kəzb elə məyndir. Qrammatika alimlərinin şeyxi olan Sibaveyh demişdir: “Mərərtu biəxikə və sahibikə (qardaşınla və dostunun yanından keçdim)” şəklində bir cümlə qurmaq icazəlidir. Çünki sahib elə qardaşın özüdür.” Allah ən doğrusunu biləndir.

Əgər o oxunuş Quran olaraq rəvayət edilirsə, mutavatir olmadığı üçün onun kimi vahid xəbərlə Quran sabit olmaz. Buna görə də möminlərin əmiri Osman İbn Əffan (radıyAllahu anh) onu “İmam Mushaf”da təsdiqləməmişdi. Nə oxunuşları dəlil olacaq bir qaridən, nə yeddi qaridən, nə də başqalarından heç biri belə oxumayıbdı. Sonra bu oxunuşun nəsx edildiyinə dair belə bir hədis rəvayət edilmişdi.

Muslim demişdir: “Bizə İshaq İbn Rahaveyh danışdı, bizə yəhya İbn Adəm xəbər verdi, o da Fudeyl İbn Mərzuqdan, o da Şəqiq İbn Uqbədən nəql etdi ki, Bəra İbn Azib demişdi: “Həfizu aləs sələvati vəs sələtil vusta və sələtil asri” ayəsi endi. Biz onu Rəsullullaha (salləllahu aleyhi və səlləm) Allahın istədiyi qədər elə oxuduq. Sonra əziz və cəlil olan Allah onu nəsx etdi və “həfizu aləs sələvati vas salətil vusta”nı nazil etdi.” Şəqiqin yanındakı Zəhir adlı bir adam: “O, əsr namazıdır?” — dedi. O da: “Mən sənə necə nazil olduğunu və əziz və cəlil olan Allahın onu necə nəsx etdiyini danışdım” — dedi.

Muslim demişdir: “Onu əl-Əşcai, o da Sevridən, o da Əsvəddən, o da Şəqiqdən  rəvayət etmişdir.

Mən də deyirəm ki, Muslim, Şəqiqdən bundan başqa bir şey rəvayət etməmişdi. Allah ən doğrusunu biləndir. Buna görə bu açıq tilavət, əgər “vav” başqalıq mənasını bildirirsə, Aişə və Həfsənin rəvayətlərinin həm ləfzini həm də mənasını, elə olmazsa yalnız ləfzini nəsx etmiş olur. Allah ən doğrusunu biləndir.

Belə də deyilmişdir: “Orta namaz məğrib namazıdır.” Bunu İbn əbi Hatim, İbn Abbasdan rəvayət etmişdir. Sənədində etiraz yeri vardır. Çünki onu atasından, o da Əbu Cəmahirdən, o da Səid İbn Bəşirdən, o da Qatadədən, o da Əbu Xəlildən, o da əmisindən, o da  İbn Abbasdan rəvayət etmişdir ki, o: “Orta namaz məğrib namazıdır” — demişdir. Bu rəyi İbn Cərir də Qabisa İbn Zuəybdən nəql etmişdir. Həmçinin onu Qatadədən ziddiyyatli şəkildə rəvayət etmişdir. Bəziləri bu rəy haqqında belə fikir irəli sürmüşdür: “Çünki məğrib namazı dörd rükətlilərlə iki rükətlilər arasında orta bir namazdır. Bir də o, fərzlərin tək olan iki rükətlisidir. Ayrıca fəziləti haqqında da rəvayətlər gəlmişdir.” Allah ən doğrusunu biləndir.

Belə də deyilmişdir: “O, sonuncu namaz olan işadır.” Əli İbn Əhməd əl-Vahidi məşhur təfsirində bunu üstün rəy hesab etmişdir. Onun beş namazdan hər hansı birinin ola bilməsi rəyi də rəvayət edilmişdi. Qədr gecəsinin il, ay və ya son on gün içində gizli qaldığı kimi, o da naməlum qalmışdır. Bu rəy Səid İbn Museyyib, qazi Şureyh, İbn Ömərin azad etdiyi köləsi Nəfi və Rəbi İbn Xeysəmdən rəvayət edilmişdi. Həmçinin Zeyd İbn Sabitdən də rəvayət edilmişdi. İki haramın imamı əl-Cuveyni də “Nihəya” kitabında onu üstün hesab etmişdir.

Belə də deyilmişdir: “Xeyr. Orta namaz, beş vaxt namazın cəmidir.” Bunu İbn əbi Hatim, İbn Ömərdən rəvayət etmişdir. Bunun da səhihliyində etiraz vardır. Qəribədir ki, dənizin o tayının imamı olan şeyx Əbu Ömər İbn Abdilbər ən-Nəmri bunu üstün hesab etmişdir. Bu, çox qeri-adidir. Belə ki, o qədər biliyinə, əzbərinə baxmayəraq haqqında nə kitab, nə sünnət, nə də əsərdən bir dəlil sabit olmayan bir şeyi üstün hesab etmişdir. Onun işa və fəcr namazları olduğunu deyanlər də vardır. Başqa rəylərdə: “Xeyr. O, camaat namazıdır.”, “Cümə namazıdır”, “Qorxu namazıdır”, “Ramazan bayramının namazıdır”, “Qurban bayramının namazıdır”, “Vitrdir” və “Duhadır” — deyanlər də olmuşdur.

Digərləri bu xüsusda dayənmışlar. Dəlillər onlara ziddiyyatli gəlmişdir və üstün rəy onlara bəlli olmamışdır. Bu barədə yekdil rəy olmamışdır. Əksinə səhabə zamanından bu ana qədər çəkişmə dayənmamışdır.

İbn Cərir demişdir: “Mənə Muhəmməd İbn Bəşşar ilə İbn Müsənnə  danışdı, bizə Muhəmməd İbn Cəfər danışdı, bizə Şöbə danışdı ki, Qatadədən eşitdim ki, İbn Museyyib belə demişdir: “Rəsullullahın (salləllahu aleyhi və səlləm) əshabı orta namazda belə ixtilaf etdilər.” O, barmaqlarını bir-birinə keçirdi.

Fəxrəddin Ər-Razi təfsirində aralarında Zeyd İbn Sabit və Rəbi İbn Heysəm olmaqla bir alim toplumundan, onun bəyanının varid olmadığı və naməlum saxlanılması istənilməsi rəyini rəvayət etmişdir. Necə ki, Ramazan ayında Qədr gecəsi, Cümə günündə duanın qəbul olunma saatı, Allah Təalanın isimləri arasında əzəmətli ismi və mükəlləf insanın hər an hazır olması üçün ölümün vaxtı bilinməz saxlanmışdı. Vəbanın nazil olunduğu gecə də gizli qalmışdır ki, insanlar ondan çəkinsinlər və ona qarşı hazırlıqlı olsunlar. Allah Təalanın yalnız özünə bəlli olan qiyamətin qopma saatı da belədir. O da qəfil gələcəkdir.

Bütün bu rəylər özündən əvvəlkilərə nisbətdə zəifdir. Mübahisənin əsas hissəsi fəcr və əsr namazları ətrafındadır. Onun əsr olduğuna dair sünnədə sübut vardır. Deməli, elə ona doğru getmək lazımdır.

İmam Əbu Muhəmməd Abdurrahmən İbn əbi Hatim ər-Razi “Fadailu əş-Şafii” (rahiməhullah) kitabında demişdir: “Bizə atam danışdı, Hərmələ İbn yəhya ət-Tucibidən eşitdim ki, o deyir: Şafi: “Mənim hər hansı bir sözüm, Rəsulullahdan (salləllahu aleyhi və səlləm) öz təsdiqini tapmış hədisə zidd olarsa, Rəsulullahın (salləllahu aleyhi və səlləm) hədisi önə çəkilər. Məni təqlid etməyin.” — demişdir. Rəbi, Zəfərani və Əhməd İbn Hənbəl də Şəfidən belə rəvayət etmişlər. Musa Əbu Vəlid İbn Əbil Carud da Şafinin: “Hədis səhih olarsa və mən də bir söz demişəmsə, onda mən öz sözümdən geri çəkilərək həmin hədisi söyləyirəm.” Bu da onun alicənablığı və etibarlığını göstərir. Onun bütün imam qardaşları da eyni düşüncədədir. Allah hamısına rəhmət etsin və onlardan razı olsun. Amin. Bu səbəbdən də qazi Mərvərdi, Şafi məzhəbində orta namazın əsr namazı olduğuna qəti qərar vermişdir. Hər nə qədər yeni rəyində və digərlərində onun fəcr namazı olduğunu vurğulasa belə, səhih hədislərdə onun əsr namazı olması bildirilmişdi. Məzhəbin bir sıra hədisçiləri də onun bu yolunu dəstəkləmişdi. Həmd və minnət Allaha məxsusdur. Şafi məzhəbində onun əsr namazı olduğunu qəbul etməyən fəqihlər də vardır. Onlar birmənalı olaraq onun fəcr olduğuna qərar vermişlər. Mavərdi demişdir: “Bəziləri də bu məsələdə iki rəy nəql etmişdi. Etirazlar və cavabların təqdimi üçün başqa yerlərə baxmaq lazımdır. Biz də bu xüsusda ayrı bir kitab hazırlamışıq. Həmd və minnət Allaha məxsusdur.

“Allah qarşısında mütiliklə durun” yəni, itaətkarcasına, zəlilanə və tabeçiliklə Onun hüzurunda durun deməkdir. Bu əmr, namazda danışmağın tərkini də özündə ehtiva edir. Çünki o buna qarşıdır. Buna görə də, Rəsulullah (salləllahu aleyhi və səlləm) namazda ikən İbn Məsudun salamını almamış və ondan üzr diləyarək: “Həqiqətən də, namazda məşğulluq var.” — demişdir. Səhih Muslimdə də Rəsulullah (salləllahu aleyhi və səlləm) namazda danışan Muaviya İbn Hakəmə demişdir: “Şübhəsiz ki, bu namazda insanların kəlamından nə isə danışmaq doğru deyildir. O, yalnız təsbih, təkbir və Allahı zikr etməkdən ibarətdir.” İmam Əhməd demişdir: “Bizə yəhya İbn Səid danışdı, o da İsmayıldan, mənə Həris İbn Şubeyl danışdı, o da Əbu Amr əş-Şeybanidən, o da Zeyd İbn Ərqamdan nəql etdi ki, o belə demişdi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) zamanında adam namaz qılarkən bir ehtiyacı olduğunda yanındakı ilə daNisərdı. Sonda bu, “Allah qarşısında mütiliklə durum” ayəsi nazil oldu. Bizə susmağımız əmr edildi.” Bunu İbn Macə xaric, bir qrup alim müxtəlif yollardan, o da İsmayıldan belə rəvayət etmişdir.

Bir sıra alimlər bu hədisi problemli hesab etmişlər. Çünki onlara görə namazda danışma qadağası Mədinəyə hicrətdən əvvəl və Həbəş torpağına hicrətdən sonra Məkkədə nazil edilmişdi. Necə ki, İbn Məsudun “Səhih”dəki hədisi buna işarə edir: “Biz Həbəşistana hicrət etməzdən əvvəl namazda olan Rəsulullaha (salləllahu aleyhi və səlləm) salam verərdik və o da salamımızı alardı. Geri döndüyümüz zaman ona salam verdim, o da salamımı almadı. Mən də çox sıxıldım. Salam verdikdən sonra buyurdu: “Salamını almadım çünki mən namazda idim. Allah dilədiyi şeyi peyda edər. Onun peyda etdiyi şeylərdən biri də namazda danışmamağınızdı.”

İbn Məsud isə ən əvvəlki müsəlmanlardan və Həbəşistana hicrət edənlərdən idi. Sonra oradan bəzi dostları ilə birlikdə Məkkəya gəlib oradan da Mədinəyə hicrət etdilər. “Allah qarşısında mütiliklə durun” ayənin Mədinədə nazil olmasında isə, ixtilaf yoxdur. Buna belə deyanlər də olmuşdur: Zeyd İbn Ərqam “insanın namazda olmasına baxmayəraq ehtiyacı zamanı yanındakı ilə danışırdı” deməklə ümumiyyatlə insanları nəzərdə tutmuşdu. O, məsələnin haramlığına bu ayəni dəlil gətirmişdir. Allah ən doğrusunu biləndir.

Başqaları demişlər: Zeyd İbn Ərqam bundan belə bir nəticəni qəsd etmişdir: “Bu hadisə hicrətdən sonra Mədinədə baş vermişdir. Bu da iki dəfə icazəli və iki dəfə haram edildiyini göstərir. Necə ki, məzhəb tərəfdarlarımızdan və digərlərindən bir dəstə bunu üstün hesab etmişdir. Birincisi daha açıqdır. Allah ən doğrusunu biləndir.

Hafiz Əbu yala demişdir: “Bizə Bişr İbn Vəlid danışdı, bizə İshaq İbn yəhya danışdı, o da Museyyibdən nəql etdi ki, İbn Məsud demişdir: “Biz namazda ikən bir-birimizə salam verirdik. Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanından keçirdim və ona salam verdim. Salamımı almadı. Haqqımda bir şey nazil olduğunu zənn etdim. Rəsulullah (salləllahu aleyhi və səlləm) namazını bitirincə: “va aleykəs salam və rahmətullah. Ey salam verən! Əziz və cəlil olan Allah dilədiyi şeyi peyda edər. Namazda ikən mütiliklə davranın və danışmayın” — dedi.

“Əgər qorxsanız, ayəq üstə və ya minik üzərində. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin” Allah Təala qullarına namazı muhafizə etmələrini, onu tam olaraq yerinə yetirmələrini əmr edərək bunda israr edincə, insanı savaş və hərb kimi onu ən mükəmməl şəkildə əda etməkdən çəkindirən halı zikr edib “Əgər qorxsanız, ayəq üstə və ya minik üzərində” buyurdu. yəni, namazı ayəq üstə və ya minik üzərində; yəni, qiblə istiqamətinə yönəlmiş və yönəlməmiş olmaqla hansı halda olsanız da qılın. Necə ki, Malikdən rəvayətə görə Nafi demişdir: “İbn Ömərə qorxu namazı haqqında sual verildiyi zaman onu izah edər sonra da “əgər qorxu şiddətli olarsa ayəq üstə və ya minik üzərində qiblə istiqamətinə yönəlmiş və ya yönəlməmiş qılarlar” deyərdi.” Nafi deyir: “Qənaətimə görə İbn Ömər bunu məhz Rəsulullahdan (salləllahu aleyhi və səlləm) nəql edərək söyləyirdi.” Bunu Buxari — bu onun ləfzidir – və Muslim rəvayət etmişdir. Buxari bunu başqa bir yolla İbn Cureycdən, o da Musa İbn Uqbədən, o da Nafidən, o da İbn Ömərdən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu şəkildə və ya buna yaxın mənada rəvayət etmişdir.

yenə Muslimin rəvayətində İbn Ömər demişdir: “Əgər qorxu daha şiddətli olarsa, onu minik üzərində və ya ayəq üstə yaxşı bir şəkildə ima edərsən.” Abdullah İbn Uneys əl-Cuhəninin hədisi də belədir: “Rəsulullah (salləllahu aleyhi və səlləm) onu Xalid İbn Sufyan əl-Huzəlini öldürmək üçün göndərdiyi zaman, o Ərafa tərəflərdə idi. Onunla qarşılaşınca əsrin vaxtı girdi. Deyir ki, namazı qaçırmaqdan qorxduğuma görə onu ima ilə qılmağa başladım.” Hədisi uzun olaraq izah etmişdir. Bunu İmam Əhməd və Əbu Davud yaxşı bir sənədlə rəvayət etmişlər. Bu da Allah Təalanın rüsxətlərdəndi və O, bu rüsxətlə qullarlından məşəqqəti və sıxıntını qaldırmışdır.

İbn əbu Hatim isə, Şəbib İbn Bəşirdən, o da İkrimədən rəvayət etmişdir ki, İbn Abbas bu ayə haqqında demişdir: “Minik heyvanı olan namazı onun üzərində, olmayan isə ayəq üstə qılır.” Həsən, Mucahid, Məkhul, Suddi, Hakəm, Malik, Əvzai, Səvri, Həsən İbn Salihdən də bənzər şəkildə rəvayət edilmişdi. Əlavə olaraq “Haraya dönərsə, başı ilə ima edər” demişlər. Sonra İbn əbi Hatim demişdir: “Bizə atam danışdı, bizə Əbu Qassan danışdı, bizə Davud yəni, İbn Uleyya danışdı, o da Mutarrifdən, o da Atiyyədən, o da Cabir İbn Abdullahdan nəql etmişdir ki, o demişdir: “Qılıncla vuruşma olduğu zaman üzün Haraya dönərsə dönsün başınla ima edərsən. Məhz Allah Təalanın “ayəq üstə və ya minik üzərində” buyurduğu budur.”

Həsən, Mucahid, Səid İbn Cubeyr, Əta, Atiyyə, Hakəm, Həmmad və Qatadədən də bənzər şəkildə rəvayət edilmişdi.

İmam Əhməd bir izahında iki ordunun bir-biri ilə vuruş halında olarkən qorxu namazını tək rükət olaraq qılmasını söyləmişdir. Muslim, Əbu Davud, Nəsəi, İbn Macə və İbn Cəririn, Əbu Avanə əl-Vəddah İbn Abdullah əl-yaşkuridən rəvayət etdiyi hədis də bu mənadadır. Muslim ilə Nəsəidə bu əlavə vardır: və Eyyub İbn Aiz, ikisi də Bukeyr İbn əl-Axnəs əl-Kufidən, o da Mucahiddən, o da İbn Abbasdan belə rəvayət etmişdir: “Allah, namazı Rəsulullahın (salləllahu aleyhi və səlləm) dili ilə qeyri-səfər zamanı dörd, səfərdə isə, iki və qorxuda bir rükət olaraq fərz qılmışdır. Həsən Bəsri, Qatadə, Dəhhaq və digərləri də bu cür demişlər.

İbn Cərir demişdir: “Bizə İbn Bəşşar danışdı, bizə İbn Mehdi danışdı, o da Şöbədən dedi: “Hakəm, Həmmad və Qatadədən qılıncların bir-birinə girdiyi zaman qılınan qorxu namazı haqqında soruşdum. Onlar da: “Tək rükətdir” — dedilər.” Səvri də onlardan eyni şəkildə rəvayət etmişdir. yenə İbn Cərir demişdir: “Mənə Səid İbn Amr əs-Sukuni danışdı, bizə Baqiyya İbn Vəlid danışdı, bizə əl-Məsudi danışdı, bizə yəzid əl-Fəqir danışdı, o da Cabir İbn Abdullahdan nəql etdi ki, o belə demişdir: “Qorxu namazı tək rükətdir.” İbn Cərir də bu rəyi üstün hesab etmişdir.

Buxari demişdir: “Bölüm: “Qalaların mühasirə edildiyi və düşmənlə üz-üzə gəlindiyi zaman qılınan namaz.” Əvzai demişdir: “Əgər fəthə hazırlıq olarsa və namaz qılmaq mümkün olmazsa, onda hər kəs özü üçün ima ilə qılar. Əgər ima da edə bilməzlərsə, savaş sakitləşincəya qədər namazı yubadarlar. Arxayınlığa çıxdıqda, iki rükət qılarlar. Əgər bunu da edə bilməzlərsə, bir rükət və iki səcdə qılarlar. Əgər bunu da edə bilməzlərsə, təkbir gətirməkləri kifayət etməz və namazı arxayınlığa çıxıncayə qədər təxirə salarlar.” Məkhul da belə demişdir. Ənəs İbn Malik demişdir: “Mən, Tüstər qalasındakı savaşda hava açılan zaman iştirak edirdim. Ortalıq qarışmışdı. Düşmənlə savaş qızışdı. Namaz qıla bilmədilər. Biz də ancaq günəş qalxandan sonra qıldıq. Biz də o namazı qıldıq. Əbu Musa da bizimlə bərabər qıldı. Qalanı da fəth etdik.” Ənəs deyir: “O namaza görə dünya və içindəkiləri versələr də razı olmazdım.” Bu, Buxarinin ləfzidir. Sonra da bunu Rəsulullahın (salləllahu aleyhi və səlləm) Xəndək savaşında əsri günəş batana qədər təxirə salması ilə və ondan sonra Qurayza oğulları ilə savaşa hazırladığı əshabına: “Heç kim əsri Qurayza oğullarının torpağı xaricində qılmasın” hədisi ilə sübuta yetirmək istəmişdir. Onlardan bəziləri namaz vaxtı yolda olduqlarına görə, elə yolda da onu qıldılar və: “Rəsulullah (salləllahu aleyhi və səlləm) ancaq tez yeriməyinizi qəsd etdi” — dedilər. Bəziləri də namaz vaxtı girməsinə baxmayəraq günəş Qurayza torpağında batıncayə qədər qılmadılar. Hər iki tərəf də bir-birlərini buna görə qınamadılar. Bu da Buxarinin bu rəyi üstün hesab etməsini göstərir. Cumhur isə buna müxalifdir. Onlar qorxu namazını Nisə surəsində izah edildiyi və hədislərdə göstərildiyi kimi qılarlar. Çünki qorxu namazı Xəndək savaşına qədər icazəli olmamışdı və yalnız bundan sonra ona icazə verilmişdi. Bu da Əbu Səidin və digərlərinin hədisində açıq şəkildə göstərilmişdi. Məkhul, Əvzai və Buxari isə, buna belə cavab vermişlər: “Qorxu namazının bundan sonra şəriətdən edilməsi bunun icazəsinə maneə deyildir. Çünki bu az rast gəlinən bir vəziyyətdir. Onda bizim dediyimiz kimi qılmaq da icazəlidir. Çünki Ömərin zamanında Tüstərin fəthində elə edilmiş və buna da heç bir etiraz edilməmişdi.” Allah ən doğrusunu biləndir.

Təhlükə sovuşduqda isə Allahı…. yad edin” yəni, namazınızı sizə əmr edildiyi kimi qılın: rükusunu, səcdəsini, qiyamını, oturuşunu, mütiliyini və sərhədlərini tam yerinə yetirin deməkdir. “Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin” yəni, sizə nemət verib sizi imana hidayət etdiyi və sizə dünya və axirətdə fayda verəcək şeyləri öyrətdiyi kimi. Ona şükür və zikrlə əvəzini verin deməkdir. Necə ki, qorxu namazından sonra belə deyilmişdir: “Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (ən-Nisə, 103) Qorxu namazı və onun forması ilə əlaqədar hədislər Nisə surəsindəki “sən aralarında olduğun və onlara namaz qıldırdığın zaman…” ayəsində qeyd olunacaq.