O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə artırarıq.

Allah Təala  onları cihaddan və müqəddəs torpağa getməkdən boyun qaçırdıqda qınayəraq belə dedi. Onlar Misir torpağından Musa ilə birlikdə gəldiyi zaman Müqəddəs torpağa girmələri əmr edildi. Ora Ataları İsraildən miras qalmışdı.Oranın kafir xalqı Əməliqlərlə döyüşmələri əmredildi. Onlar döyüşməkdən üz çevirdilər, zəyiflik göstərdilər, geri çəkildilər. Allah da əzab olaraq onları Tih səhrasına endirdi. Necə ki Maidə surəsində gələcək.

İki fikirdən ən sağlamına görə o bölgə beytul müqaəddəsdir. Necə ki, Suddi, Rəbi ibn Ənəs, Qatadə, Əbu Müslim İsfəhani və bir çox digərləri bunu açıq aydın ifadə etmişdirlər. Allah Təala Musanın dili ilə “Ey qövmüm! Allahın sizin üçün əzəldən müəyyan etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin” demişdir. (Maidə, 21). Digərləri isə buranın Əriha olduğunudemişdilər. Ibn Abbas ilə Əbdurrəhman ibn Zeyddən də belə rəvayət edilmişdir ki: Ərihadır Bu uzaq bir ehtimaldır.”

Çünki o bölgə onların yolların üstündə deyil, Onlar Ərihayə deyil Beytul müqəddəsəistiqamətlənmişlər. Bundan daha dazəif  fikir buranın Misir olduğudur. Bunu da Razi təfsirində rəvayət etmişdir. Doğru olan birinci fikir – buranın Beytul Müqəddəs olmasıdır. Bu da belə olmuşdur: Onlar qırx il köçəri vəziyyətdə yaşadıqdan sonra Tih səhrasındançıxdılar. yanlarında da yuşa ibn Nun əleyhissalam var idi. Allah onlar üçün cümə axşamı oranı fəth etdi. Günəşi qısa bir müddət dayəndırdı. Beləcə fəth mümkün oldu. Əriha kəndi isə İsrail oğullarının hədəfində yox idi. Oranı fəth etdikdə şəhərin qapısından səcdə edərək girmələri əmr edildi.  yəni Allahın nəsib etdiyi fəthə, ölkələrini geri qaytarmalarına və onları Tih səhra və azğınlıqdan xilas etməsinə şükür etmələri üçün səcdə etmələri əmr edildi.

Ibn Cərir belə demişdir: Bizə Muhamməd ibn Bəşşar, o da Əbu Əhməd əz-Zübeyrdən, o da Sufyandan, o da Aməşdən, o da Minhal ibn Amrdan, o da Səid ibn Cubeyrdən rəvayət edir ki, Ibn Abbas “qapıdan səcdə edərək girin” sözündə kiçik qapıdan əyilərək demişdir. Bunu Hakim də Sufyan hədisi olaraq rəvayət etmişdir. Bunu Ibn Əbi Hatim də Sufyan Sevridən rəvayət etmiş,  o da arxaları (yanları) üstündə girdilər sözünü əlavə etmişdir. Həsən Bəsri də:” girərkən üzləri üstündə səcdə edərərk, demişdir ki” , Razi bunu çox zəif hesab etmişdir. Bəzilərindən də səcdədən təvazö qəsdedildiyi rəvayət ediımişdir. Çünki bunu olduğu kimi qəbul etmək mümkün deyil. İkrimədən, Ibn Ababsın: Qapı qiblə tərəfdə idi, dediyi rəvayət edilmişdir.

İbn Abbas, Mucahid, Suddi, Qatadə və Dəhhaq belə demişlər: Bu, Beytül müqəddəs İlyanın hitta qapısıdır. Razi də bəzilərindən belə rəvayət etmişdir ki, qapı sözü ilə qiblə istiqaməti qəsd edilmişdir. Həsifdən rəvayət edilir ki, İkrimə belə demişdir: İbn Abbas yanları üstə girdilər, demişdir. Suddi belə demişdir: Əbu Səid Əl-Əzdidən o da ƏbuKunuddan nəql edir ki, Abdullah İbn Məsud belə demişdir: Onlara qapıdan səcdə edərək girin deyildi. Onlar isə əmrin tərsinə olaraq başlarını qaldıraraq girdilər.

“Hitta deyin” Sevri Aməşdən o da Minhaldan o da Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas: “Hitta deyin”: bağışlamaq diləyin demişdir. Ata, Həsən, Qatadə və Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir.

Dəhhaqdən İbn Abbas: “Hitta deyin”: Sizə deyildiyi kimi: Bu əmir haqqdır deyin demişdir. İkrimə də: Lə iləhə illəllah deyin demişdir. Əvzai deyir ki: İbn Abbas bir adama məktub yazdı, adını da demişdi o adamın. Ona “hitta deyin” ayəsi haqqında soruşdu məktubda. O da: günahlarınızı iqrar edin deya yazdı. Həsən ilə Qatadədən: günahlarımızı üzərimizdən at, deməkdir,demişdilər.

“Sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə artırarıq” Bu, əmrin cavabıdır, demişdir. yəni sizə əmr etdiyimizi edərsinizsə xətalarınızı bağışlayərıq, yaxşılıqlarınızı qat-qat artırarıq. Xülasə onlara fəth anında söz və davranış olaraq itaət göstərmələri, günahlarını etiraf etmələri, bağışlanmalarını diləmələri əmr edildi. Nemətə şükr etmələri, Allahın sevdiyi işlərə tələsmək istənildi. Necə ki, belə deyilmişdir: “Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələriqəbul edəndir!” (Nəsr, 1-3).

Bəzi səhabələr bunu fəth v zəfər anında çox zikir və bağışlanma istəməklə təfsir etmişdilər. İbn Abbas da bunu peyğəmbərimizin (salləllahu aleyhi və səlləm)in əcəlinin yaxınlaşması ilə təfsir etmiş, Ömər radıyallahu anh da onu təsdiqləmişdir. Bunun üçündür ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) qələbə anında çox mütəvazi davranırdı. Necə ki, Məkkənin fəthində də orayə yuxarı səniyya təpəsindən başını əyarək girmiş, hətta saqqqalı miniyinin üzərində dizlərinə dəyacək kimi olmuşdur. Bunu da Allaha şükür üçün etmişdir. Sonra şəhərə girəndə qüsul etdi, səkkiz rəkat namaz qıldı. Bu duha namazı idi. Bəziləri bunun duha namazı olduğunu demişdilər. Başqaları da: Xeyir, bu fətih namazı idi. İmam və başçı bir məmləkəti fəth etdikləri zaman səkkiz rəkat namaz qılması müstəhəbdir, demişdilər. Necə ki, Sad İbn Əbi Vəqqas radıyallahu anh da Kisranın sarayına girdiyi zaman səkkiz rəkat namaz qıldı.

Doğrusu isə bunları bölərək iki rəkatdan bir salam verməkdir. Hamısını bir salamla qılar, deyanlər də olmuşdur. Allah ən doğrusunu biləndir.

Zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər, Buxari belə demişdir: Mənə Muhamməd, o da Əbdurrəhman ibn Mehdidən, o da Ibn Mubarakdən, o da Mamərdən, o da Humam ibn Munəbbihdən, o da Əbu Hureyrədən (radiyallahu anh) rəvayət etdi ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: İsrail oğullarına qapıdan səcdə edərək girin və “Hitta” deyin deyildi. Onlar da arxaları üstündə sürünərək girdilər və “Bir qılcığı üstündə toxum” dedilər. Bunu Nəsai də Muhamməd ibn İsmayıl ibn İbrahimdən, o da Əbdurrəhman ibn Mehdidən, məvkuf (səhabə sözü) olaraq Muhamməd ibn Ubeyd ibn Muhamməddən, o da bir hissəsi müsnəd olaraq “hitta” sözü haqqında belə demişdir. Bunu dəyişdirib Həbbə dedilər. Abdurrazzak belə demişdir: Bizə Mamər xəbər verdi, o da Hümam ibn Münəbbihdəno da Əbu Hureyrədən eşitmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişidir: Allah İsrailoğullarına “Qapıdan səcdə edərək daxil olun və: (“Bizi bağışla!”)hitta– deyin ki, sizin günahlarınızı bağışlayəq ”dedi. Onlar isə bunu dəyişdirdilər. Qapıdan arxaları üstə sürünərək girdilər və “qılın içində bir habbə” dedilər. Bu səhih bir hədisdir. Onu Buxari, İshaq ibn Nasrdan, Müslim də Muhamməd ibn Rafidən, rəvayət etmişdir. Tirmizi də Abd ibn Humeyddən, hamısı da Abdurrazzakdan rəvayət etmişdirlər. Tirmizi həsən səhihdir demişdir. Muhamməd ibn İshaq belə demişdir: Onların dəyişdirmələri mənə Saleh ibn Keysanın rəvayət etdiyi kimi olmuşdur. O da Tuvamədən, o da Əbu Hureyrədən başqa bir isnadda isə etibar etdiyim bir insandan, o da ibn Abbasdan rəvayət etmişdir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Səcdə edərək girmələri əmr edilən  bir qapıdan arxaları(yanları) üstündə sürünərək və (Hintə fi şəirə) (qılın içində buğda) deyarək girdilər. Əbu Davud belə demişdir: Bizə Əhməd ibn Saleh, o da Süleyman ibn  Davuddan, o da Abdullah ibn Vehbdən, o da Hişam ibn Saddan, o da Zeyd ibn Əsləmdən, o da Ata ibn yesardan, o da Əbu Səid əl Xudri radiyallahu anhdan  rəvayət edir ki, Rəsulullah salllahu aleyhi və səlləm belə demişdir: Allah İsrail oğullarına Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayəq, dedi. Sonra Əbu Davud belə dedi: Bizə Cəfər ibn Musafir, o da ibn əbu Fudeyikdən, o da Hişam ibn Saddan eynisini rəvayət etdi. Bunu Huruf kitabında qısaca ancaq özü rəvayət ermişdir. Ibn Mərdəveyh belə demişdir: Bizə Abdullah ibn Cəfər, o da İbrahim ibn Mehdidən, o da Əhməd ibn Muhamməddən ibn Münzir əl Qazazdan, o da Muhamməd ibn İsmayıl ibn Əbi Fudeykdən o da Hişam ibn Saddan, o da Zeyd ibn Əsləmdən, o da Ata ibn yasardan rəvayət edir ki, Əbu Səid əl Xudri deyir ki, Rəsulullahla (salləllahu aleyhi və səlləm) gecə piyada gedirdik, səhərə yaxın Zatulhanzal deyilən səniyə təpəsini keçdik. Rəsulullah (salləllahu aleyhi və səlləm) Bu təpə İsrail oğullarına səcdə edərək girin və hitta deyin ki, günahlarınızı bağışlayəq deyilən qapı kimidir, dedi.

Sufyan Sevri belə demişdir: Bizə Əbu İshaq rəvayət edir ki, Bəra: “İnsanlardan səfeh olanlar deyacəklər ki,” (Bəqəra, 142) ayəsi haqqında belə dedi: yəhudilərə: Qapıdan əyilərək girmələri və hitta yəni bizi bağışla demələri istəndi. Onlar isə yanları üstə girdilər və qırmızı buğdanın içində bir qılçıq vardır, dedilər. Məhz Allah Təalanın  “Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər”dediyi budur. Bizə Sevri o da Suddidən, o da Əbu Sad əl Əzdidən, oda Əbu Kunuddan, rəvayət edir ki,  İbn Məsud belə demişdir: Onlar hinta, Habbətun hamrə fihə şairə, dedilər. Buna görə Allah “zalimlər özlərinə deyilən sözü başqasıyla dəyişdirdilər” ayəsini endirdi. Bizə Əsbat, o da Suddidən, oda Mürrədən rəvayət etdi ki, Ibn Məsud belə demişdir: Onlar “Hutti sematan ezbeten məzba, dedilər” Bu Ərəbcə Habbətu hıntatin hamrau məsgubə fihə şaratun sevdau (yarıq bir buğda dənəsinin içində qara  bir qılçıq vardır). Məhz Allah Təalanın “zalimlər özlərinə endirilən sözü başqasıyla dəyişdirdilər” dediyi budur. Bizə Sevri, o da Aməsdən, o da Minhaldan, o da Səiddən rəvayət edir ki, Ibn Abbas belə demişdir: qapıdan əyilərək girin ayəsində kiçik qapıdan əyilərək girin, deyildi. Onlarsa yanları çevirib girdilər və Hınta dedilər. Məhz Allahın “ Zalimlər özlərinə gələn sözü dəyişdirdilər dediyi” budur. Ata, Mucahid, İkrimə, Dəhhaq, Həsən, Qatadə, Rəbi ibn Ənəs və yəhya ibn Rafidən də belə rəvayət edilmişdir. Təfsirçilər  xülasə olaraq belə qeyd etmiş və ayənin düzülüş forması da onu bildirir ki, Onlar Allahın əmrini dəyişmişdirlər.Allah onlara sözdə və əməldəmüti olmağı əmr etdi. Başlarını əyarək girmələrini buyurdu. Onlar isə arxaları üzərində sürünərək və başlarını dik tutaraq girdilər. Onlara hitta yəni günahlarımı və xətalarımızıı tök demələrini əmr etdi. Onlarsa istehza edib Hıntatun fi şaira, dedilər. Bu da tam mənası ilə müxaliflik  və inadkarlıq idi. Buna görə də Allah onların üstünə şiddətini və əzabını endirdi. Bu da fasiqlikləri yəni itaətdən çıxdıqları üçün idi. Buna görə də: “Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik”dedi.

Dahhaq, Ibn Abbasdan nəql edərək belə demişidir: Quranda nə qədər rics kəlməsi keçirsə hamısı əzab deməkdir. Mücahit, Əbu Malik, Suddi, Hasən və Qatadədən də bunun əzab olduğu rəvayət edilmişdir. Əbu Aliyə də rics: qəzəbdir demişdir. Şabi də rics yoluxucu xəstəlik və yaxud soyuqdur, demişdir. Səid ibn Cubeyr isə Taun xəstəliyidir, demişdir. Ibn əbu Hatim belə demişdir: Bizə Əbu Səid əl Əşəc, o da Vəkidən, oda Sufyandan, o da Habib ibn Əbi Sabitdən, o da İbrahim ibn Saddan,yəni ibn Əbu Vaqqasdan, o da Sad ibn Malik, Üsamə ibn Zeyd və Hüzeymə ibn Sabitdın rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Taun sizdən əvvəlkilərin başına gələn pis bir əzabdır. Nəsai də bunu Sufyan Sevri hədisi olaraq rəvayət etmişdir. Hədisin əsli Səhiheyndə Həbib ibn Əbi Sabit hədisi olaraq rəvayət edilir edilir: Bir yerdə Taun eşitdinizsə ora girməyin. Ibn Cərir belə demişdir: Mənə yunis ibn Ədbulala xəbər verdi, o da İbn Vəhbdən, o da yunusdan, o da Zuhridən, o da Amir Səid ibn Əbi Vaqqasdan, o da Üsamə ibn Zeyddən rəvayət edir ki, Rəsulullah salllallahu aleyhi və səlləm  belə demişdir: Bu ağrı və sızıltılar sizdən öncəki bəzi ümmətlərin əzablarıdır. Bu hədisin əsli Səhiheyndə (İki səhihdə)Zuhri hədisi olaraq keçməkdədir. Malik, Muhamməd ibn Münkədir, Salim ibn ƏbinNadr, Amr ibn Saddan da eynisi rəvayət edilmişdir.