O zaman Biz Musaya qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz.

Allah Təala deyir ki, sizi əhv etməklə sizə olan nemətimi xatırlayın, çünki Musa Rəbbi ilə vədələşdikdən sonra, o Rəbbinin hüzuruna gedən kimi, buzova sitayiş etdiniz. Bu da Araf surəsində zikr edilən bu qırx gündür: “Biz Musayə otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik” (Əraf, 142).  Bunun tam olaraq zilqadə ayı ilə ondan sonra on günün zilhiccədən olduğu rəvayət edilmişdir. Bu da Firondan qurtulandan və dənizdən xilas olandan sonra baş vermişdi. O zaman Biz Musayə Kitabı  verdik, yəni Tövratı, Furqanı yəni yaxşı ilə pisi, haqq ilə batili və hidayətlə zəlaləti ayıranı vermişdik, deməkdir. Bəlkə doğru yolla gedəsiniz. yenə bu da dənizdən çıxdıqdan sonra olmuşdur. Necə ki, Əraf surəsindəki siyakdan başa düşülməkdədir. Bir də Allah Təala buyurur: “Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musayə insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar.”(Qasas, 43). Burada vavın zait olduğu deyilmişdir. Kitabla Furqan ayırmaq.Mənası : Musayə haqq ilə batili ayıran kitabı verdik, ola bilər ki bu qəribdir. Belə də deyilmişdir: Məna bir olmaqla bərabər ona qoşulmuşdur, şairin  bu beytində olduğu kimi:

Raqişiya dərini verdiyim zaman

Baxdı ki, sözləri firildaq,yalan.

Başqası da belə demişdir:

Ah Hind nə yaxşıdır,Nə xoş bir insan,

Xoşdur yaşadığı qaldığı məkan,

Getmiş buralardan uzaq yerlərə

Əl çatmamaz, ün yetməz iraq ellərə

yuxarıda keçdiyi kimi kizb ilə meyn eynidir, ikisi də yalandır. Ney ilə bud da eynidir, ikisi də uzaq deməkdir.

Antərə də belə demişdir:

Xeyli zamandır ki,  gözləyan izlər,

Nə olar qalsanız orada sizlər

Heysəmin anası tərk etdi sizi

Nə olar pozmayın siz qəddinizi

Ayrılıq məkanı olsun yeriniz

O sizi burada qoyub getsə də,

Heç olmamış kimi gözdən itsə də