O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq.

“O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq” Mənası Sizi firon xanədanından xilas etdikdən və Musa əleyhissalam ilə çıxdıqdan sonra demekdir. Firon sizi təqib etməyə cıxdı., bizdə dənizi sizin üçün yardıq. Necə ki, bu müəyyan yerlərdə geniş izah edilmişdir. Ən uzunlarından biri də Şüara surəsində gələcəkdir, InşəAllah. “sizi xilas etdik” yəni canınızı qutardıq, sizinlə onların arasına əngəl qoyduq və gözıərinizin önündə onları suya qərq etdik ki, ürəyiniz daha çox soyusun və düşməniniz daha da xar olsun. Abdurrazzak belə demişdir: Bizə Mamər oda Əbu ishaq əl Həmadanidən  rəvayət etdi ki,  Amr ibn Meymun əl Evdi bu ayə haqqında belə demişdir. Musa İsrail oğulları ilə çıxdığı zaman Firon bunu eşitdi. Xoruzlar banlayəna kimi arxalarınca düşməyin. Allaha and olsuin ki, O gecə xoruzlar banlamadı. Firon bir qoyun kəsdi, ciyarini yeməmiş 600 min qipti toplaşacaq dedi. Doğurdan da ciyarini yemədən 600 min qibti toplaşdı, sonra hərəkət etdi. Musa dənizə çatdığı zaman dostlarından yuşa ibn Nun adlı biri: Rəbbin hara getməyi əmr etdi? dedi, O da dənizi göstərərək, Önünə ! dedi. yuşa atını dənizə sürdü, su  boğaza qədər çatdı, az qala boğulacaqdı. Sonra o qayıdıb bir daha : Ey Musa Rəbbin haranı əmr etdi? Allaha and içirəm ki, nə sən yalan danışmısan nə də yalançı hesab edilmisən. Bunu üç dəfə təkrarladı. Sonra Allah, Musayə: Əsanı dənizə vur, deya vəhy etdi. O da vurdu, “Dəniz yarıldı hər kütlə böyük dağ kimi oldu” (Şüəra, 63). Sonra Musa və onunla gələnlər yollarına davam etdilər. Firon da onları eyni yoldan təqib etdi. Təmamilə dənizin içinə daxil olduqları zaman Allah suyu üstlərinə buraxdı. Məhz “Fironun tərəfdarlarını gözünüzün qabağında batırdıq” dediyi budur. Bir çox keçmiş alimlər də belə demişdir. İzahı yerində gələcəkdir.

Bu günün aşura günü olduğu deyilmişdir. Necə ki, Əhməd ibn Hənbəl belə demişdir
(2639) Bizə Affan, o da Abdulvarisdən, o da Eyyubdan, o da Abdullah ibn Səid ibn Cubeyrdən, o da atasından rəvayət edir ki, ibn Abbas belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm), Mədinəyə gəldi, yəhudilərin aşura günü oruc tutduqlarını gördü. Bu oruc tutduğunuz gün nədir? dedi, Onlar da, bu yaxşı bir gündür. Bu Əziz və Cəlil olan Allahın İsrailoğullarını düşmənlərindən xilas etdiyi gündür. O gündə Musa əleyhissalam oruc tutdu deyirlər. Rəsulullah (salləllahu aleyhi və səlləm), “Mən Musayə sizdən yaxin olmağa daha çox haqqım çatır, dedi. O gündə oruc tutdu və oruc tutulmasını əmretdi. Bu hədisi Buxari, Müslim, İbn Macə də, müxtəlif yollarla Əyyub Sixtiyənidən yuxarıda keçən eyni sənədlə rəvayət etmişdirlər.

Əbu yala əl Mosuli dedi ki, Bizə Əburrəbi, o da Salam ibn Süleymdən, o da Zeyd ibn əl Ammidən, o da yəzid ibn Rakkaşıdən, o da Ənəsdən rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir. Allah dənizi İsrailoğullarına Aşura günü yardı, Bu hədis bu isnadla zəifdir. Çünki Zeyd ibn Ammidə zəiflik var. Onun şeyxi yəzid ər Rəqqaşi isə daha zəifdir.