Allah Təala onların xətalarını, doğru sözə qarşı çıxdıqlarını, həddi aşıb ondan üz çevirmələrini sayır. Sonda Turu başlarının üstünə qaldırdı, onlar da qəbul etdilər. Sonra yenə qarşı çıxdılar. Bunun üçün belə dedilər: “Eşitdik və üsyan etdik”. Bunun təfsiri də yuxarıda qeyd edilmişdir.Küfrlərinə görə buzova onların qəlblərinə yeridildi. Abdurrəzzaq Qatadədən nəql edir ki: Onlarin qəlbinə buzovun məhəbbəti yeridi. Əbu Aliyə ilə Rəbi İbn Ənəs də belədemişdilər. İmam Əhməd də belə demişdir (21186): Bizə İsam İbn Xalid o da Əbu Bəkr İbn Abdullah İbn Əbi Məryam Əl-Ğassanidən o da Xalid İbn Muhəmməd Əs-Saqafidən o da Bilal İbn Əbudərdadan o da Əbudərdadan nəql edir ki, Peyğəmbər salləllahu aleyhi vəssallam belə demişdir: Bir şeyi sevmək səni kor və kar edər. Bunu Əbu Davud (5130) Hayvə İbn Şureyhdən o da Əbu Bəkr İbn Abdullah İbn Əbi Məryamdən belə rəvayət etmişdir. Suddi də belə demişdir: Musa əleyhissalam buzovu götürüb yiya ilə onu toz halina saldi. Sonra da onu dənizə sovurdu. Nə qədər axar su varsa ona külü düşdü. Sonra da onlara: Ondan için, dedi. İçdilər: onu sevənlərin üzləri qızıl kimi sapsarı oldu. Məhz Allah Təalanın: “Küfrlərinə görə buzova (olan məhəbbət) onların qəlblərinə yeridildi” dediyi budur.
İbn Əbi Hatim belə demişdir: Bizə Abdullah İbn Rəca o da İsraildən o da Əbu İshaqdan o da Umarə İbn Umeyr ilə Əbu Abdurrahmən Əs-Sulemidən rəvayət edir ki, Əli radıyAllahu anhudeyir ki: Musa buzova tərəf getdi, onun üzərinə yiyalər qoydu, onlarla onu yiyalədi. Çayqırağında idi. O sudan inəyə ibadət edənlərdən kim içdi isə üzü qızıl kimi sapsarı oldu. Səid İbn Cubeyr belə demişdir: “Küfrlərinə görə buzova (olan məhəbbət) onların qəlblərinə yeridildi.” Buzov yandırılarkən ovxalandı, sonra dənizə sovruldu. Suyu içdilər, baxdılar ki, üzləri zəfəran kimi olmuşdur. Qurtubi, Quşeyrinin kitabından belə nəql etmişdir: Buzova ibadət edənlərdən kim içdisə dəli oldu. Bunlar, mövzunun bu yeri üçün əlavə məlumatlardır. Çünki bunu izah etməkdə məqsəd içənlərin dodaqlarının və üzlərinin saralmasıdır. Burada izah edilən, onların qəlblərinə buzova olan məhəbbətin sızdırılmasıdır. yəni ona ibadət edərkən deməkdir. Sonra da Nabiğanın zövcəsi Əsma üçün dediyi bu beytləri gətirmişdir:
Əsmanın sevgisi könlümə yer etdi
Onun görünəni ilə görünməyəni birdi
Elə dərinə daldı ki nə şərab, nə kədər, nə sevincə baxar.
Onunla keçən günlərimi xatırladığım zaman,
Əgər bir insan quş olsa idi, harada olsa idi quş kimi uçardım.
De: ‘Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!’ yəni keçmişdə vəya indi olsun Allahın ayələrini inkar etməyiniz, peyğəmbərlərinə qarşı çıxmağınız, sonra da Muhəmməd (salləllahu aleyhi və səlləm)i israrla inkar etməniz necə də pis şeydir. Bu da günahlarınızın ən böyüyü, işlərinizin ən çətinidir. Çünki son peyğəmbəri, peyğəmbərlərin və mürsəllərin ağasısını inkar etdikdən sonra artıq mömin olduğunuzu necə iddia edə bilərsiniz? Verilən vədləri pozmaq, Allahın ayələrini inkar etmək və Allahı tərk edib buzova ibadət etmək kimi çirkin əməllər edirsiniz.