O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. On iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”

Allah Təala deyir ki, Peyğmbəriniz Musa sizin üçün məndən su istədiyi zaman onun duasını qəbul (icabət) etməklə nemətimi yadınıza salın, suyu sizə asandlaşdırmamı, sizə yanınızdakı  daşdan su çıxartmağımı, ondan sizə — on iki qəbiləya on iki bulaq axıtmamı xatırlayın. Mənnadan və səlavadan yeyin,  siz heç bir güc sərf etmədən sizin üçün çıxardığım bu sudan için. Bunu sizə ram edənə ibadət edin, “ yer üzündə fəsad törətməyin” deyir. Nemətlərə asiliklə qarşılıq verərək, nankorluq verməyin, əks halda əlinizdən alınar, deyir. Təfsirçilər bunu geniş olaraq izah etmişdilər. Necə ki, ibn Abbas belə demişdir: Aralarına dörd künclü bir daş qoyuldu. Musa əleyhissalama ona vurması əmr edildi. Əsası ilə vurdu; hər küncdən üç olmaqla on iki çeşmə fışqırdı. Hər qəbiləyə su içdikləri yerlər göstərildi. Haraya getsələr də ilk ünvandan gələn  öz çaylarını görürdülər. Bu, Nəsəi, İbn Cərir və İbn Hatimin rəvayət etdikləri uzun bir hədisin parçasıdır. O da uzun fitnələr hədisidir.

Atiyyə Əl-Əvfi belə demişdir: Onlara öküz başı kimi bir daş verildi. Bir öküzün üzərində daşınırdı. Bir yerdə qonaqladıqları zaman onu endirirdilər. Musa əleyhissalam ona əsası ilə vururdu, ondan on iki çeşmə fışqırırdı. Hərəkət etdikləri zaman da onu bir öküzün üzərinə yükləyarlərdi, su da kəsilirdi. Osman İbn Ata Əl Xorasani atasından rəvayət etmişdir: İsrail oğullarının bir daşı vardı, Harun onu qoyardı, Musa da ona əsa ilə vurardı. Qatadə də belə demişdir: O Turdan gələn bir daş idi. Onu yanlarında daşıyardılar. Bir yerə çatdıqları zaman Musa onu əsası ilə vurardı. Zəmaxşəri belə demişdir: O mərmər idi. Eni boyu bir arşın idi. İnsan başı qədər olduğu da deyilmişdir. Cənnətdən gəldiyi, Musanın boyunun on misli qədər olduğu da deyilmişdir. Onun iki qolu vardı, qaranlıqda yanardı. Bir uzunqulağın üzərində daşınırdı. Belə də deyilmişdir: Onu Adəm cənnətdən endirdi, ondan zürriyyatinə miras qaldı. Sonunda Şuayba düşdü. O da onu əsa ilə bərabər Musaya verdi. Belə də deyilmişdir: O, Musa yuyunduğu zaman paltarını qaçıran daş idi. Cəbrayıl ona: Bu daşı qaldır, onda güc və sənin üçün də möcüzə vardır, dedi. O da onu heybəsində daşıdı.

Zəməxşari belə deyilmişdir: ləmin əhd üçün deyil cins üçün olma ehtimalı da vardır. O zaman hər hansı bir daş başa düşülür. Həsəndən belə rəvayət edilmişdir: Ona bəlli bir daşa vurması əmr edilmədi. Zəmaxşəri deyir ki, möcüzə üçün belə olması daha açıq və güc baxımından daha gözə gəlimlidir. O əsası ilə daşa vururdu, ondan da su fışqıqrırdı. Sonra yenə vurardı, su kəsilərdi. Sonra da: Əgər Musa bu daşı itirərsə susuz qalarıq  dedilər. Allah da ona daş ilə danışmasını, ondan su fışqıracağını, bəlkə təsdiqləyarlər deya ona əsa ilə toxunmasını vəhy etdi. Allah ən doğrusunu biləndir. yəhya İbn Nadr belə demişdir: Cuveybirə: “Hərkəs su içəcəyi yeri necə bildi?” dedim. O da belə dedi: Musa daşı qoyardı, hər qəbilədən bir adam qalxardı. Musa da daşa vurardı. Ondan on iki çeşmə fışqırardı. Hər gözdən bir adamın üzərinə su sıçrayərdı. O adam da qəbiləsini o çeşməya çağırırdı. Dəhhaqdan, İbn Abbas belə demişdir: İsrail oğulları Tih çölünə düşdükdə onlara daşdan çaylar axıdıldı. Sufyan Sevridən, o da Əbi Səiddən, o da İkrimədən rəvayət edir ki, İbn Abbas belə demişdir: O, Tih səhrasında idi. Musa daşa vurar ondan on iki çeşmə axardı.Hər qəbilənin bir çeşməsi olar, ondan içərdilər. Mucahid də İbn Abbas kimi demişdir. Bu qissə Əraf surəsindəki qissəya bənzəyir. Ancaq o Məkkədə nazil olmuşdur. Buna görə də xəbər məchul halda verilmişdir. Çünki Allah Təala onlara etdiyini Rəsuluna xəbər verirdi. Amma Mədinə enmiş Bəqərə surəsində isə yəhudilərə bir başa xitab edilmişdir. Orada “Fənbəcəsət minhusnətə aşrətə ayna” (Əraf, 160) deyilmişdir. “İnbicas” fışqırmanın başlanğıcına deyilir. Burada isə sonu etibarı ilə xəbər verilmişdir ki, oda fışqırmaqdır. İki varid olma forması arasında on istiqamətdə, ləfzi və məna olaraq fərq vardır. Zəmaxşəri təfsirində bunu sual kimi qoymuş və onlara öz bildiyi qədər cavab vermişdir. Fikirləri yaxındır. Allah ən doğrusunu biləndir.