Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.

Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimədən yaxud Səid İbn Cubeyrdən nəql etdi ki, İbn Abbas: “Qəlbləriniz qapalıdır” sözündə: Örtük içindədir, demişsir. Əli İbn Əbi Talhadan rəvayət edilir ki, İbn Abbas “qəlbləriniz qapalıdır” sözündə: yəni anlayə bilməz, demişdir. Əvfidən rəvayət edilir ki, İbn Abbas: “Qəlbləriniz qapalıdır” sözündə: Üzərinə damğa vurulmuşdur, demişdir. Mucahid də: Üzərində pərdə vardır, demişdir. İkrimə də: Möhürlüdür, demişdir. Əbu Aliyə də: Bir şey anlamaz demişdir. Suddi də: Üzərində qılıf yəni qapaq vardır, demişdir. Abdurrəzzak Mamərdən o da Qatadədən anlayə bilməz və başa düşməz demişdir.  Mucahid və Qatadədən rəvayət edilir ki: İbn Abbas lamı dammə ilə ğuluf oxumuşdur. O da ğılafın cəmidir. yəni qəlblərimiz bütün elmlərin qabıdır, sənin elminə möhtac deyilik, deməkdir. Bunu İbn Abbas ilə Atademişdilər. “Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir” yəni Allah onları qovmuş, bütün xeyirlərdən uzaqlaşdırmışdır. “Odur ki, onlar olduqca az inanırlar” Qatadə: Onlardan ancaq az bir hissəsi iman edərlər, demişdir. “Qəlbləriniz qapalıdır” sözü, “qəlblərimiz bizi dəvət etdiyin şeydən qapalıdır” (Fussilət, 5) sözü kimidir. Abdurrahmən İbn Zeyd İbn Əsləm qapalıdır sözündə: Qəlblərimiz qılıf içindədir, dediyin şey ona girməz, demiş və “qəlblərimiz bizi dəvət etdiyin şeydən qapalıdır” (Fussilət, 5) ayəsini oxumuşdur. İbn Cərir də bunu üstün rəy hesab etmiş və bu hədisi sübut gətirmişdir: Amr İbn Mürrə Əl-Cəməlidən o da Əbu Hatim Əl Bəxtəridən nəql edir ki, Huzeyfə belə demişdir: Qəlblər dörddür. Biri də qılıflı olan və qəzəbə düçar olandır. O da kafirin qəlbidir. İbn Əbi Hatim belə demişdir: Bizə Muhəmməd İbn Abdurrahmən Əl-Ərzəmi o da atasından o da babasından o da Qatadədən nəql etdi ki, Həsən Bəsri belə demişdir: “qəlblərimiz qılıflıdır” sözündə: Qabıqlıdır, sünnət edilməmişdir, demişdir. Bu da yuxarıda izah edildiyi kimi təmiz olmayıb xeyirdən uzaq olması mənasındadır.

Başqa bir rəy də: Dəhhaqdan rəvayət olunur ki, İbn Abbas: “Qəlblərimiz qapalıdır” sözündə: Qəlblərimiz doludur, nə Muhəmmədin nə də başqasının elminə möhtac deyildir, demişdir. Atiyyə əl Əvfidən nəql olunur ki, İbn Abbas: “Qəlblərimiz qapalıdır” sözündə: Elmin qablarıdır, demişdir. Bu mənayə görə ənsardan bəziləri belə oxumuşdurlar. Bunu da İbn Cərir nəql etmişdir. Onlar lamın dammə ilə ğuluf oxumuşdurlar. Bunu da Zəmaxşəri nəql etmiş: O da ğılafın cəmidir, demişdir ki: qab mənasındadır. yəni onlar qəlblərinin elmlə dolu olduğunu iddia etdilər, onunla yanaşı başqa bir elmə möhtac deyilik dedilər. Necə ki, onlar Tövratı bildikləri üçün insanlara minnət edərdilər. Bunun üçündür ki, : “Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar” demişdir. yəni vəziyyət onların iddia etdikləri kimi deyildir, bilavasitə qəlbləri lənət edilmişdir, möhürlənmişdir. Necə ki, İbn Abbas Nisə sürəsinin: “Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: ‘Qəlblərimiz qapalıdır!’– demələrinə görə. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar. (Nisə, 155)” ayəsində belə demişdir. “Necə də az iman edirlər” və “olduqca az inanırlar” sözünün mənasında ixtilaf etmişdirlər: Bəziləri Onlardan olduqca azları iman edərlərdemişdilər. Bəziləri də: İmanları azdır, yəni onlar Musanın axirət, savab və əzab haqqında bildirdiyi şeylərə iman edərlər, ancaq onlara fayda verməz. Çünki Muhəmmədin (salləllahu aleyhi və səlləm) bildirdiyi şeylərin inkarına batmışdırlar. Bəziləri də: Heç bir şeya iman etməzlər, demişdir. “Necə də az iman edərlər” deməsi, hamısını inkar edərlər deməkdir. Necə ki Ərəblər: Bunun kimisini az gördüm, deyarlər ki: Bunun kimisini heç görmədim, demək istəyirlər. Kisai də belə demişdir: Bir yerə çatdıq, az ot bitər, yəni heç ot bitməz deməkdir. Bunu da İbn Cərir (rahmətullahi aleyh) demişdir. Allah ən doğrusunu biləndir.