Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə bildirsin!” Dedi: “buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, yerinə yetirin!”

Allah Təala Israiloğullarının dikbaşlılığını və peyğəmbərlərinə çox sual vermələrini xəbər verir. Bunun üçündür ki, onlar özlərini çətinliya saldıqca Allah da çətinləşdirdi. Əgər onlar adi bir inək kəssə idilər, məsələ bitərdi. Necə ki, İbn Abbas, Ubeydə və digərləri belədemişdilər. Ancaq onlar çətinləşdirdikcə Allah da onlara çətinləşdirdi. Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür olduğunu bizə bildirsin!” yəni bu inək necə bir inəkdir, xüsusiyyati nədir? İbn Cərir belə demişdir: Bizə Əssam İbn Əli o da Aməşdən, o da Minhal İbn Amrdan, o da Səid İbn Cubeyrdən rəvayət edir ki,  İbn Abbas belə demişdir: Əgər ən adi bir inək alsalar, onlara kifayət edəcəkdi. Ancaq onlar çətinləşdirdikləri üçün də Allah da  onlara da çətinləşdirildi. Sənədi səhihdir. Bunu İbn Abbasdan bir çoxları rəvayət etmişdirlər: Ubeydə, Suddi, Mucahid, İkrimə, Əbu Aliyə və sairləri. İbn Cureyc belə demişdir: Mənə Ata belə dedi: Əgər ən bəsit bir inək alsalardı, bəs edərdi. İbn Cureycdə belə demişdir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə dedi: Onlardan adi bir inək istəndi. Ancaq onlar işi çətinləşdirdikcə Allah da onlara çətinləşdirdi. And olsunki, onlar inşəAllah taparıq deməsəydilər, sonsuza qədər tapa bilməyacəkdilər.

O, nə çox qoca, nə də çox cavandır. yəni nə yaşlı bir qocadır, nə də erkək dəyməmiş bir körpədir. Necə ki, Əbu Aliyə, Suddi, Mucahid, İkrimə, Atiyyə əl Avfi, Ata əl Xorasani, Vəhb İbn Münəbbih, Dəhhaq, Həsən və Qatadə də belə demişdilər. yenə İbn Abbas da belə demişdir. Dəhhaq rəvayət edir ki, İbn Abbas: bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir ayəsi haqqında: yaşlı ilə cavan arasındadır, demişdir. Heyvanların ən güclü və ən gözəl olduqları bu vaxdır. İkrimə Mucahid, Əbu Aliyə, Rəbi İbn Ənəs,  Ata əl Xorasani, Dəhhaq və digərlərindən də belə rəvayət edilmişdir. Suddi rəvayət edir ki, “əl-Avanu”belə deməkdir: Özü ilə balasının balasının doğduğu arasında bir şeydir. Hüşeym belə demişdir: o da Cüveybirdən, o da Kəsir İbn Ziyaddan rəəvayət edir ki, Həsən inək haqqında əhilləşməmişdir, demişdir. İbn Cureyc, Atadan rəvayət edir ki, İbn Abbas belə demişdir. Kim sarı ayəqqabı geyinərsə geyindiyi müddətdə şad xürrəm olur. Məhz Allah Təalanın “Baxanları sevindirir”. dediyi budur. Eyni şəkildə Mucahid ilə İbn Vəhb də : O sarı ididemişdilər. İbin Ömər də Onun qaşqası sarı idi demişdir. Səid İbn Cubeyr də, Buynuzu ilə qaşqası sarı idi demişdir. İbn  Əbi Hatim belə demişdir: Mənə atam, Nəsr İbn Əli, bizə Nuh binQeys,Əbu Rəca rəvayət etdi ki, Həsən: O “o, sarı rəngli parlaq bir inəkdir” ayəsi haqqında: Qara, qapqara demişdir. Bu qəribdir, doğru olan birincidir. Buna görədir ki, sapsarı deya təkid edilmişdir. Atiyyə əl Avfi də Sarılığından qarayə çalırdı, demişdir. Səid İbn Cubeyrdə “Faqiun Lovnuhə”ayəsi haqqında Rəngi sadədir demişdir. Əbu  Aliyə, Rəbi İbn Ənəs, Suddi, Həsən və Qatadədən də, belə rəvayət edilmişdir. Şərik, Mamərdən rəvayət edir ki, İbn Ömər “Faqiun Lovnuhə” : Rəngi safdır demişdir. Avfi təfsirində İbn Abbasdan nəqlən: Çox sarı olduğu üçün hardasa ağ kimi görünürdü demişdir. Suddi də baxanları sevindirir ayəsində: Baxanların xoşuna gələr demişdir. Əbu Aliyə, Qatadə və Rəbi İbn Ənəs də belədemişdilər.Vəhb İbn Münəbbih də: Dərisinə baxdıqda sanki günəşin işıqları dərisindən çıxdığını sanırdın, demişidir. Tövratda da qırmızı idi deyilmişdir. Bəlkə də bu yazı xətası idi və yaxud, birincinin dediyi kimi, qırmızıya və sarıya çalan sarı idi, Allah ən doğrusunu biləndir.

“Çünki inək bizə bənzər görünür” yəni çox olduqları üçün onu bizə ayırd et  vəsfləndir,deməkdir İnşəAllah, biz düz yolda olarıq.  İbn Əbi Hatim belə demişdir: Bizə Əhməd İbn Yəhya əl Əvdi əs Sufi, o da Əbu Səid Əhməd İbn Davud əl Haddaddan, oda Mansur İbn Zazanın qardaşoğlu Surur İbn Əl Muğirə əl Vasitidən, o da Abbad İbn Mansurdan, o da Hasenden, o da Əbu Rafidən, o da Əbu Hureyreden   rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səlləm belə demişdir: Əgər İsrailoğulları İnşəllah düz yolu taparıq deməsəydilər, əsla tapa bilməyacəkdilər. Bunu Hafiz
Əbu Bəkr İbn Mərdəveyh təfsirində, başqa bir yolla; Surur Muğirə  o da  ,  İbn Zazandan, o da Abbad İbn Mansurdan o da Həsəndən o da Əbu Rafidən, o da əbu Hureyrədən  rəvayət edir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: Əgər İsrailoğulları İnşallah doğru yolu taparıq deməsəydilər əsla tapa bilməyacəklərdilər.Əgər onlar adi bir inək kəssə idilər bu kifayət edərdi. Fəqət onlar çətinləşdirdikcə Allah da onlara çətinləşdirdi. Bu baxımdan qərib bir hədisdir.  Onun ən yaxşı halı daha əvvəl Suddidən qeyd edildiyi kimi Əbu Hüreyrənin sözü olmasıdır. Allah ən doğrusunu biləndir.

Dedi: “buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir” yəni o torpağı şumlamaq üçün əhilləşdirilmiş bir inək deyildir. Dəyirman döndərmək üçün də öyrədilməmişdir. Əksinə sərbəstdir, yaxşıdır, sağlamdır, qüsursuzdur. “Onda ləkə-qüsur yoxdur”yəni onda əsas rəngindən başqa rəng yoxdur. Abdurrəzzak Mamərdən rəvayət edir ki, Qatadə : Müsəlləmətun kəlamı haqqında  onda eyib yoxdur, qusursuzdur deməkdir, demişdir. Əbu Aliyə ilə Rəbi də belə demişdirdirlər. Mucahid də heçbir ləkəsi yoxdur demişdir. Ata Əl Xorasani də ayəqları və yaradılışı qüsursuzdur demişdir. Mucahid : “Lə şiyatə fihə” ağ da deyildir, qara da deyildir deməkdir, demişdir. Əbu Aliyə Rəbi Həsən və Qatadəd də: Onda ağ rəng yoxdurdemişdilər.Ata əl Xorasani də: Birrənglidir, demişdir. Atiyyə əl Avfi, Vəhb İbn Munəbbih, İsmayıl İbn Əbi Xaliddən də belə rəvayət edilmişdir. Suddi də     “Lə şiyatə fihə”ayəsi haqqında ağ qara və qırmızıdan əsər əlamət yoxdur, demişdir. Bütün bu görüşlərin mənaları yaxındır. Bəziləri o “ram edilməmiş bir inəkdir” ayəsində dayənmış, zəlil deyildir,demişdilər. Sonra da sözə başlayıb, Torpağı şumlayər, yəni kotan çəkər, lakin dəyirman fırlantmamış,demişdilər. Bu zəyifdir. Çünki o zelul kəliməsini, işlə əzilməmiş, torpağı şumlamaz, əkini suvarmaz şəklində təfsir etmişdir. Qurtubi və digərləri də belə təfsir etmişdirlər.

Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilərQatadə bu kəlam haqqında: Bizə izah etdin, demişdir. Abduarrahman İbn Zeyd İbn Əsləm də, bundan əvvəldə onlara haqq (həqiqət) gəlmişdir demişdir. Onu kəsdilər. Halbuki az qala yerinə yetirməyacəkdilər. Dəhhaq rəvayət edir ki, İbn Abbas belə demişdir: Az qala yerinə yetirməyacəkdilər, yəni yerinə yetirmək istəmirdilər. Çünki onlar onu kəsməmək istəmişdilər. yəni onlar bu qədər izahat, bu qədər sorğu sual dan sonra yenə də güclə kəsmişdilər. Bunda onları qınama var idi. Çünki onların məqsədi həmişə inad olmuşdu. Buna görə də az qala kəsməyacəkdilər.

Muhamməd İbn Kab ilə Muhamməd İbn Qeys də:  onu kəsdilər. Halbuki az qala yerinə yetirməyacəkdilər, kəlamında: çox bahalı olduğu üçündemişdilər ki, bunda etiraz etmək üçün səbəb vardır.Çünki bahalı olması yalnız İsrailoğullarndan nəql edilmişdir, Necə ki, Əbu Aliyə ilə Suddidən nəql olunmuşdur. Bunu Əl Avfi də İbn Abbasdan rəvayət etdmişdir.

Ubeydə, Mucahid, Vəhb İbn Münəbbih, Əbu Aliyə, Əbdurrəhman İbn Zeyd İbn Əsləm də onu çox mal qarşılığında aldılar,demişdilər. Bunda isə ixtilaf vardır. Sonra qiyməti haqqında başqa fikirlərdə vardır. Abdurrazzak belə demişdir: Mənə İbn Uyeynə, o da Muhamməd İbn Sevaka rəvayət etdi ki, İkrimə belə demişdir: Onun qiyməti ancaq üç dinar idi. Bu İkriməya çatan yaxşı bir sənəddir. Görünür bunu da ehli-kitab qeydlərindən nəql etmişdir.

İbn Cərir belə demişdir: Başqaları belədemişdilər: Allah,barəsində mübahisə etdikləri qatili ortayə çıxardar və onlar biabır olarlar qorxusu ilə az qala etməyəcəkdilər. Bununla heç kimə isnad etməmişdir. Sonra da burada ən doğru olaraq bahalıq və biabrçılıq qorxusunu əsas götürmüşdür. Bunda da etiraz etmə səbəbi vardır. Ən doğrusu, Allah ən doğrusunu biləndir, Dəhhaqın İbn Abbas rəvayətidir, o da inad etmələridir. Müvəffəq olmaq  Allahdandır.

Məsələ: Bu ayədə bir inəyin xüsusiyyatləri yaxşıca bəlli olduqdan, və yaxud ümumiləşdikdən sonra təqyid edildiyindən heyvanda da sələmin icazəli olduğuna bu ayəti dəlil gətirmişdirlər. Necə ki, Malik, Əvzai, Şafii, Əhməd və Uləmanın sələf və xələf olaraq cumhuru bu fikidədilər. Dəlili də bu hədisdir: Bir qadın başqa bir qadını ərinə təsvir etməsin, əri onu görmüş kimi olar. Necə ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) xəta edərək öldürmədə və qəsdən öldürməya bənzəmədə qanbahası dəvəsini hədisdə keçən sifətlərlə təsvir etmişdir. Əbu Hanifə, Səvri və Kufə uləması isə, heyvan vəsfləri qaydalar çərçivsinə sala bilməyacəklərinə görə sələmi doğru hesab etməmişdirlər. Eynisi İbn Məsud, Hüzəyfə İbn yaman, Əbdurrəhman İbn Samurə və digərlərindən də nəql edilmişdir.