Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar iki mələyə nazil olmayan sehri insanlara və Babildə Harut və Maruta öyrədərək kafir oldular. Onlar: «Biz ancaq bir sınağıq, sən gəl kafir olma!»– deməmiş onu heç kəsə öyrətmirdilər. Onlar ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər!
99-cu ayənin təfsirinə bax.