Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?

Allah Təala müşriklərdən olan kafirlərə xitab edərək buyurur: Allahın Peyğəmbərinə nazil olana tabe olun, azğınlığı və cahilliyi tərk edin, deyildikdə buna cavab olaraq: «Xeyr. Biz ata-babalarımızın yoluna tabe olaraq bütlərə sitayiş etməyə davam edəcəyik.» – dedilər. Allah Təala da onları rədd edərək: “Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” yəni, tabe olduqları və izlədikləri şəxslər ataları olsa da belə, «bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?» yəni, onların fəhm və hidayətləri yoxdur!!

İbn İshaq, Muhəmməd İbn Əbu Muhəmməddən o da İkrimədən və ya Səid İbn Cubeyrdən nəql edir ki, İbn Abbas demişdir: Bu ayə bir qrup yəhudi haqqında idi. Rəsulullah (salləllahu aleyhi və səlləm) onları İslama dəvət etdi. Onlar da: Xeyr, biz ata-babalarımızın üzərində olduğu şeya tabe oluruq. Buna görə də Allah Təala bu ayəni nazil etdi.

Sonra onlara bir misal çəkdi.“axirətə inanmayənlar üçün pis bir misal vardır” (Nəhl 60).

«Kafirlərin məsəli” yəni, içində olduqları azğınlıq, sapıqlıq və cahilliyin misalı otlayən və özlərinə deyilən şeyi anlamayən mal-qara kimidir. Hətta onları çobanları çağırdığı yəni, onları doğru yola dəvət etdiyi zaman nə dediyini anlamaz, sadəcə səsini eşidərlər. İbn Abbas, Əbu Aliyə, Mucahid, İkrimə, Həsən, Qatadə, Əta Əl-Xorasani və Rəbi İbn Ənəsdən də belə rəvayət edilmişdir.

Belə də deyilmişdir: Bu onların eşitməyan, görməyan və heç bir şey düşünməyan bütlərə yalvarmalarına misaldır. Bunu İbn Cərir seçmişdir. Birincisi daha yaxındır. Çünki bütlər heç bir şey eşitməz, ağıl işlətməz və görməzlər. Onların  nə qüvvələri, nə də həyatları yoxdur.

“Onlar kar, lal və kordurlar” yəni, haqqı eşitmədiklərinə görə kar, onu ifadə edə bilmədiklərinə görə lal, onun yolunu görmədikləri üçün kordurlar. “Anlamazlar” yəni, heç bir şey düşünməz və anlamazlar deməkdir. Necə ki, Allah Təala buyurur: “Ayələrimizi yalan sayənlar lal və dilsizdirlər. “Allah kimi istəsə azdırır kimi də istəsədoğru yola yönəldir” (Ənam 39).