Onlara bir ayə gəldikdə: “Allahın elçilərinə verilənin bənzəri bizə də verilməyincə iman gətirməyəcəyik”– dedilər. Allah peyğəmbərliyini kimə verəcəyini daha yaxşı bilir. Günahkarlar, qurduqları hiylələrə görə Allah dərgahında rəzil olacaq və şiddətli əzab çəkəcəklər.