Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.

Suddi bunun təfsirində belə demişdir: Bizə Əbu Malik oda Əbu Salehdən, oda İbni Abbasda həmçinin Mürrə Tayyib əl Həmədani, o da İbni Məsuddan rəvayət etdi ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bir qrup əshabı: Biz ancaq islahçılarıq deyənlər münafiqlərdir, demişdirlər. Yer üzündə fəsad törətmək də küfrdür, və asilikdir. Əbu Cəfər belə demişdir: Rəbi ibn Ənəsdən, Əbul Aliyə: “Onlara yer üzündə fəsad törətməyin deyildiyi zaman” ayəsində yəni yer üzündə asilik etməyin, demişdir. Onların fəsadı Allah asilik etmək şəklində idi. Çünki Yer üzündə Allaha asilik edən və ya ona asiliyə təşviq edən , yer üzündə fəsad törətmiş olur. Çünki yerin və göyün düzəlməsi Allaha itaət ilədir. Rəbi ibn Ənəs, Qatadə və ibn Cüreyc də belə demişdirlər. Mucahid də bu ayə haqqında belə demişdir: Allaha üsyan edənlərə belə etməyin deyildiyi zaman, biz ancaq doğru yoldayıq və islah edənlərik deyərlər. Vəki, İsa ibn Yunis və Əssam ibn Əli o da  Aməşdən, o da Minhəldan, o da Abbad ibn Abdullah əl Əsadidən rəvayət edir ki, Salman Farisi bu ayə haqqında belə demişdir: Bu ayənin xitab etdiyi insanlar hələ gəlməyib. İbn Cərir belə demişdir: Mənə Osman ibn Hakim, o da Abdurrəhman ibn Şərikdən, mənə atam, o da Aməşdən, o da Zeyd ibn Vəhb və digərlərindən, Salman Farisi bu ayə haqqında onlar hələ gəlməyiblər, demişdir. İbn Cərir belə demişdir, Bəlkə də Salman Farisi bu sifəti daşıyanlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vaxtında olanlardan daha fitnə fəsadçı ola bilər, demək istəmişdir. Yoxsa bu sifətdəkilərdən heç kim burada bəhs edilməyib, demək deyildir.

İbni Cərir belə demişdir: “Münafiqlərin yer üzündə fəsad çıxartmaları; Rəbblərinə asilik etmək və orada onlara qadağan olunanları etmək, fərzləri zay etmək, kimsənin onu təsdiq etmədən və Allahın dinində şübhə etmək, o dində ki ona doğru şəkildə iman etmədən əməl qəbul edilməyəcək, möminləri özlərinə oxşamadıqları üçün iddialarında səmimiyyətsizliklə ittiham etmək, fürsət tapanda Allahı, kitablarını və Peyğəmbərlərini yalanlayanları Allahın dostlarına üstün tutmaqdır. Bu da münafiqlərin yer üzündəki fəsadlarıdır. Onlar bu əməlləri ilə birgə ozlərinin islah edənlə olduqlarını zənn edirlər. Bu gözəl bir sözdür. Çünki yer üzündə fəsadlardan biri də möminlərin kafirləri dost tutmalarıdır. Necə ki Allah Təala belə demişdir: “Kafirlər bir birilərinin dostlarıdır. Əgər bunu etməzsəniz yerüzündə fitnə və böyük fəsad olar” (Ənfal 73). Allah təala beləcə möminlərlə kafirlər arasında dostluğu kəsmişdir. Necəki, belə demişdir: “Ey iman edənlər möminləri qoyub kafirləri özünüzə dost tutmayın. O zaman Allaha qarşı deyəcəyiniz heç bir şey qalmaz” (Nisə, 144).  Sonra da belə demişdir: “Şübhəsiz ki, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Onlar üçün bir kömək edən tapa bilməzsən” (Nisə, 145). Münafiqin vəziyyəti möminlər üçün qarışıq olduğu üçün fəsad çıxartmaq münafiqin ayrılmaz sifətidir. Çünki o mömini doğru olmayan sözləri ilə aldatmış və möminlərə qarşı kafirlərlə dostluq qurmuşdur. Əgər ilk halı üzrə davam etsəydi, şəri daha xəfif olardı. Əgər əməlini ixlasla etsə və sözü əməlinə uyğun gəlsə idi, xilas olacaqdı. Buna görə də Allah Təala yer üzündə fəsad çıxartmayın dediyi zaman biz ancaq islah edənlərik, demişdirlər. Yəni biz möminlərlə kafirləri idarə edirik və onları bir biri ilə barışdırmaq istəyirik, demişdirlər. Bunlar tam Muhammed ibn İshaqın dediyi kimidirlər. Mənə Muhəmməd ibn Əbu Muhamməd o da İkrimə və ya Said ibn Cübeyrdən rəvayət edir ki, İbni Abbas : “Biz islah edənlərik” deyənlər, möminlərlə əhli kitabı barışdırmaq istəyənlərik, deyənlərdir demişdir. Allah Təala isə : “bilin ki, həqiqətən də onlar fəsad çıxardanlardır, fəqət bilməzlər” demişdir. Demək istəyir ki, Bu dünyadakılar və islah edicilik deyə iddia etdikləri şey, fəsadı çıxartmanın özüdür. Ancaq cahilliklərindən bunun fəsad olduğunu bilməzlər.