Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara və ancaq zənnə uyarlar.

Allah Təala deyir ki, “Onlardan bəziyazıb oxumağı bilməyənlər” yəni əhli-kitabdan bəziləri deməkdir. Bunu Mucahid demişdir. Ummiyun, ummi (yazıb oxumağı) kəliməsinin cəmidir. O da yaxşı yazmağı bilməyən deməkdir. Əbu Aliyə, Rəbi, Qatadə, İbrahim Naxai və digərləri “kitabı bilməzlər” sözündə belə demişlər ki, bu da açıq aydındır. yəni kitabın içindəkini bilməzlər deməkdir. Buna görə də, Rəsullullah salləllahu aleyhi vəsəlləmin sifətində: ummi, deyilmişdir. Çünki o yaxşı yazmağı bilmirdi. Necə ki, Allah Təala belə demişdir: “Sən bundan əvvəl nə bir Kitab oxuya bilirdin, nədə onu əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəya düşərdilər” (Ənkəbut, 48). Rəsullullah (salləllahu aleyhi və səlləm) də belə demişdir: Bİz ummi bir ümmətik; yazmağı və hesablamağı bilmirik, (ilin) ay belə belə olur. yəni ibadətlərimizdə və onların vaxtlarında kitaba və hesaba ehtiyacımız olmaz, deməkdir. Allah Təala da: “Ummilərə özlərindən elçi göndərən Odur” (Cumuə, 2) demişdir. İbn Cərir də belə demişdir: Ərəblər yazı yaza bilməyən kişini atasına deyil anasına nisbətləndirirdilər, ummi  deyardilər. Deyir ki: İbn Abbasdan buna müxalif bir rəy də rəvayət edilmişdir: belə ki: Bizə Əbu Kureyb oda Osman İbn Səiddən o da Bişr İbn Umarədən o da Əbu Ravkdən o da Dahhaqdan nəql edir ki, İbn Abbas: ”Onlardan bəziləri ummilərdir” sözündə belə demişdir: Ummilər Allahın göndərdiyi nə bir elçini nə də endirdiyi bir kitabı təsdiq etməyən bir qövmdür. Öz əlləri ilə bir kitab yazdılar, sonra da cahil, ağılsız bir topluma: Bu, Allah qatındandır, dedilər. Deyir ki: Onların əlləri ilə bir kitab yazdıqlarını, sonra da Allahın kitablarını və peyğəmbərlərini inkar etdikləri üçün onlara ummi deyildiyi xəbər vermişdir. Sonra İbn Cərir belə demişdir: Bu yozum, Ərəb dilində geniş yayılmış olaraq bilinən tərifə ziddir. Məhz ərəblərə görə ummi, yazı yaza bilməyəndir. Mən də deyirəm ki: Bu rəyin İbn Abbasa nisbətlənməsində şübhə vardır. Allah ən doğrusunu biləndir.

Bəzi xülyalardan başqa” İbn Əbi Talhadan İbn Abbas: Bəzi xülyalar yəni bəzi sözlər demişdir. Dəhhaq da İbn Abbasdan “bəzi xülyalar” üçün ancaq ağızları ilə dedikləri yalan bir söz, demişdir. Mucahid də: Ancaq yalan, demişdir. Süneyddən o da Həccacdan o da İbn Cureycdən nəql edir ki, Mucahid bu ayə haqqında belə demişdir: Onlar bəzi yəhudilərdir, kitabdan heç bir şey bilməzdilər. Allahın kitabında olanın əksinə olaraq ancaq zənn ilə danışırdılar. O, kitabdandır deyarək boş xülyalar danışardılar. Həsən Basridən də eynisi rəvayət edilmişdir. Əbu Aliyə ilə Rəbi və Qatadə də: ancaq Allaha qarşı haqqları olmayanı təmənna (məqsəd) edirdilər,demişdilər.

Əbdurrəhman İbn Zeyd İbn Əsləm də belə demişdir: Bəzi xüyalara dalırdılar”: Olmadıqları halda: Biz əhli-kitabıq, dedilər. İbini Cərir demişdir həqiqətə ən yaxın olanı, Dəhhaqın İbn Abbasdan rəvayətidir.

Mucahidin demişdir: Ummilər Allahın onları vəsf etdiyi kimi  Musaya endirilən kitabdan heç bir şey anlamayən kimsələrdir. Ancaq onlar yalan uydurur, batil əsilsiz sözlər deyardilər. Bu yerdəki təmanna, yalan uydurmaq və zəif zənndə olmaqdır. Osman radıyallahu anh da bir rəvayətdə: Mə təğannəytu və la təmənnəytu demişdir ki: Nə batil qondarma, nə də yalan uydurdum, deməkdir.

Belə deyilmişdir: Şəddəli əmaniyy və şəddəsiz əmaniy sözləri ikisi də“oxumaq” mənasındadır. Buna görə bu kəlam istisna edilmiş hissədir. Bu ayəni dəlil gətirmişdilər: “İlla izə təmənə əlkaş şeytanu fi umniyyatih” (Həcc, 52). O ayələri(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verər. Şair Kəb İbn Malik də belə demişdir:

Gecənin əvvəli Kitəbullahı,

Oxudu, ürəyi boşaldı doldu

Gecənin sonunda ölüm qədəhi,

Bir içim su kimi qisməti oldu

Bir başqası da belə demişdir:

Gecənin əvvəli Kitəbullahı,

Oxudu, boşaldı doldu

Sanki oxuyurdu Davud Zəburu

Aramla —  bu onun qoyduğu yoldu

Muhəmməd İbn İshaq belə demişdir: Mənə Muhəmməd İbn Əbi Muhəmməd o da İkrimə vəya Səid İbn Cubeyrdən rəvayət edir ki, İbn Abbas “Kitabı bilməzlər, ancaq xülyalar uydururlar və ancaq zənn edərlər” sözündə: Kitabın içindəkini bilməzlər. Sənin peyğəmbərliyinə şübhə ilə yanaşarlar, demişdir. Mucahid demişdir: “Onlar ancaq zənn edərlər” yalan deyarlər, demişdir. Qatadə,ə  Əbu Aliyə və Rəbi də Allaha qarşı haqsız zənndə olarlar demişdir.

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: ‘Bu, Allah tərəfindəndir!’– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər”: bunlar yəhudilərdən bir sinifdir.  Onlar da Allaha qarşı yalanlarla azğınlığa dəvət edən və xalqın mallarını haqqsız yerə yeyanlərdir. Ayədə qeyd edilən veyl: Həlak və məhvdir. Bu dilçilikdə məşhur bir kəlimədir. Sufyan Sevridən rəvayət olunur ki, Ziyad İbn Fəyyaz belə demişdir: Əbu Fəyyazdan belə dediyini eşitdim: Veyl cəhənnəmin dibindəki irindir. Ata İbn yasar da belə demişdir: Veyl cəhənnəmdə bir vadidir, əgər ora dağlar yeridilsə əriyardilər. İbn Əbi Hatim də belə demişdir: Bizə yunus İbn Abdul Ala o da İbn Vəhbdən o da Amr İbn Harisdən o da Dərracdan o da Əbu Heysəmdən o da Əbu Səid Əl-Xudridən rəvayət edir ki, Rəsulullah salləllahu aleyhi vəsəlləm belə demişdir: Veyl cəhənnəmdə bir dərədir. Kafir onu içərisinə yuvarlanarsa qırx ilə onun dibinə çatmaz. Bunu Tirmizi Əbdurrəhman İbn Hümeyddən, o da Həsən İbn Musadan, o da İbn Lehiadan, o da Dərracdan bu şəkildə rəvayət etmişdir. Bu hədis qəribdir. Onu ancaq İbn Ləhia hədisi olaraq bilirik.

Mən də deyirəm ki, gördüyünüz kimi, bunu təkcə İbn Lehia rəvayət etməmişdir.
Əsil təhlükə ondan sonrakındadır. Bu hədis bu sənədlə mərfu və münkərdir. Allah ən doğrusunu biləndir.

İbn Cərir belə demişdir: Bizə Müsənna, o da İbrahim İbn Abdussələm İbn Saleh ət Tüstəridən, o da Əli İbn  Cərirdən, o da Həmmad İbn Sələmədən, o da Abdulhamid İbn Cəfərdən, o da Kinanə əl Ədəvidən, o da Osman İbn Affandan rəvayət edir ki, Rəsulullahsalləllahualeyhi və səllləm bu ayə haqqında belə demişdir: Veyl Cəhənnəmdə bir dağdır, ora yəhudilər endiriləcəklər. Çünki onlar Tövratı təhrif etdilər, ona əlavələr etdilər, ondan istəmədiklərini çıxartdılar. Muhammədsalləllahualeyhi və səlləmin adını Tövratdan sildilər. Bunun üçündür ki, Allah onlara qəzəb etdi. Tövratın bir hissəsini əllərindən aldı. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeya görə vay onların halına! dedi. Bu hədis də çox qəribdir. Veyl çətin və məşəqqətli əzabdır. Xalid İbn Əhməd belə demişdir. Veyl pis bir şərdir. Sibaveyh də: Veyl təhlükəya düşən üçün deyilir. Veyh də təhlükəya yaxınlaşan üçün deyilir. Asmai dı belə demişdir: Veyl faciədir, veyh də mərhəmətdir. Başqa biri də belə demişdir: Veyl kədərlənməkdir. Xəlil də belə demişdir: Veyh (boğaz “hə”si), veyş, veyh veyk və veyb hamısı veyl mənasındadırlar. Bunların arasında fərq görənlər də vardır. Bəzi qrammatika alimləri də belədemişdilər: Mübtədanın qeyri-müəyyanlikdə olması dua mənasında olduğu üçün icazəli hesab edilmişdir. Bəziləri də : Əlzimhum veylən təqdir edərək onu təsirlik halda fəthəli oxumuşdurlar. Mən də deyirəm ki, heç kim belə oxumamışdır. İkrimədən o da İbn Abbas  — Allah ikisindən də razı olsun — əlləri ilə kitab yazanlar yəhudi alimləridir, dediyi rəvayət edilmişdir. Səid də Qatadədən Onlar yəhudilərdir, dediyini rəvayət etmişdir. Sufyan Sevridən o da Əbdurrəhman İbn Əlqamədən, İbn Abbas radiyallahu anhumayə,   Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır,kəlamı haqqında soruşdum. O, müşriklərlə əhli kitab haqqında endi, dedi. Suddi də belə demişdir: yəhudilərdən öz başına kitab yazaraq bunu Ərəblərə satanlar və onun Allah tərəfindən olduğunu deyanlər və bunun müqabilində az miqdarda pul alanlar var idi, dedi. Zuhri də belə demişdir: Mənə Ubeydullah İbn Abdullah İbn Abbas rəvayət edərək belə dedi: Ey müsəlmanlar, Allahın nəbisinə endirdiyi kitab ən yeni Allah xəbərləri olduğu halda necə olur ki, əhli kitabdan bir şey soruşasınız? Onu təzə olaraq oxuyursunuzsa, içərisinə heç nə qarışmamışdır. Allah Təala sizə Əhli kitabın Allahın kitabını və başqasını dəyişdirib pozduqlarını xəbər vermişdir. Əlləri ilə kitab yazıb, Bu Allah qatındandır dedilər. Onu az qiymətə satmaq istədilər. Sizə gələn elm sizi onlara sual soruşmaqdan çəkindirmirmi? Allaha and içirəm ki, onların sizə enən bir ayə haqqnda kimədənsə nəsə soruşduqlarını görməmişik. Bunu Buxari (2685) Zuhri yoluyla rəvayət etmişdir. Həsən İbn əbil Həsən əl Bəsri belə demişdir. Az qiymət   dünya və onun içində olan bərbəzəkləri deməkdir.

 Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeya görə vay onların halına!yəni vay olsun onlaraəlləri ilə yazdıqları yalan, böhtan və iftirayə görə. Vay olsun onlara yedikləri harama görə.  Necə  ki, Dəhhaq  İbn Abbas radiyyahu anhın belə dediyini rəvayət etmişdir: Feveylu lehum- onlar üçün əllləri ilə yazdıqları kitaba görə əzab vardır. Onlar üçün aşağı təbəqənin mallarını yediklərinə görə əzab vardır.