Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.

Əbu Abdurrəhman Nəsai demişdir: Bizə Muhəmməd İbn Abdussələm İbn Abdurrahim danışdı, bizə əl-Firyabi danışdı, bizə Sufyan danışdı, o da Aməşdən, o da Cəfər İbn İyasdan, o da Səid İbn Cubeyrdən, İbn Abbasın belə dediyini rəvayət etmişdir: “Onlar müşriklərdən olan qohum-əqrəbalarına pay ayırmağı xoşlamazdılar. Bu barədə soruşdular. Onlara icazə verildi və bu ayə nazil oldu: “Onların hidayəti sənə aid deyildir. yalnız Allah istədiyi şəxsi hidayətə yönəldir. Xeyirdən xərclədiyiniz özünüzədir. Siz onu ancaq Allahın Üzünü istəyarək sərf edirsiniz. Xeyirdən nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.

Bunu Əbu Huzeyfə, İbn Mubarak, Əbu Əhməd əs-Zubeyri və Əbu Davud əl-Həfəri də, Sufyandan – o, əs-Səvridir – rəvayət etmişlər.

İbn Əbu Hatim demişdir: Bizə Əhməd İbn Qasim İbn Atiya danışdı, bizə Əhməd İbn Abdurrəhman ət-Dəştəki danışdı, mənə atam danışdı, o da öz atasından, bizə Əşas İbn İshaq danışdı, o da Cəfər İbn əbu Muğiradan, o da Səid İbn Cubeyrdən, o da İbn Abbasdan, o da Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) onun yalnız müsəlmanlara sədəqə verməyi əmr etməsini rəvayət etmişdi. Nəhayət “Onların hidayəti sənə aid deyildir” ayəsi sonuna kimi nazil oldu. Bundan sonra o, dinindən asılı olmayəraq səndən sədəqə istəyan hər bir kəsə sədəqə verməyi əmr etdi. İrəlidə Allah Təalanın “Allah din uğrunda sizinlə vuruşmayən və sizi öz diyarınızdan qovub çıxartmayən kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir” (Mumtəhinə, 8) ayəsinin təfsirində Əsma bint Siddiqin bu mövzu ilə əlaqəli hədisi gələcək.

Xeyirdən xərclədiyiniz özünüzədir” ayəsi “kim bir yaxşılıq etsə, özü üçündür” ayəsi kimidir. (Fussilət, 46; Casiya, 15). Quranda belə ayələr çoxdur.

Siz onu ancaq Allahın Üzünü istəyarək sərf edirsiniz” Həsən Bəsri demişdir: Möminin xərcləməsi özünə görədir, o xərclədiyi zaman yalnız Allahın Üzünü istəyarək xərcləyar.

Əta əl-Xorasani demişdir: “yəni, Allahın Üzü üçün verdinsə, qarşı tərəfin nə edəcəyi sənin üzərində deyil.” Bu, gözəl mənadır. Onun nəticəsi belədir: Allahın Üzünü istəyarək sədəqə verən şəxsin əcrini Allah verər. Verilən sədəqənin yaxşı yaxud pis, haqqı çatan yaxud çatmayən birinin əlinə keçməsi, onun öhdəçiliyi deyil. O, niyyatinə görə savab qazanır. Bunun istinadı ayənin qalan hissəsidir: “Xeyirdən nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”. İki “Səhih” əsərdə təxric edilən hədis belədir: Əbuz-zinəd yolu ilə əl-Əracdan, o da Əbu Hureyrədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: “Bir adam dedi: “Bu gecə bir sədəqə verəcəm.” Sonra sədəqəsi ilə çıxıb onu zina edən bir qadının ovcuna qoydu. Səhər insanlar dedilər: “Zina edən bir qadına sədəqə verdi!” Adam dedi: “Allahım sənə həmd olsun, zina edən qadına sədəqə verdim. Bu gecə mütləq bir daha sədəqə verəcəm.” Sonra sədəqəsi ilə çıxıb onu varlı bir adamın ovcuna qoydu. Səhər insanlar dedilər: “Gecə varlı adama sədəqə verdi!” O da dedi: “Allahım sənə həmd olsun, varlı adama sədəqə verdim. Bu gecə mütləq bir daha sədəqə verəcəm.” Sonra sədəqəsi ilə çıxıb onu oğru bir adamın ovcuna qoydu. Səhər insanlar dedilər: “Gecə oğru adama sədəqə verdi!” O da dedi: “Allahım sənə həmd olsun, zina edən qadına, varlı adama və oğurluq edənə sədəqə verdim.” O gətirildi və ona deyildi: “Sənin sədəqənə gəlincə o, qəbul oldu. Zina edən qadına gəlincə, ola bilsin ki, o bununla zinayə son qoyar. Varlı da bəlkə ibrət alar və Allahın ona verdiyindən xərcləyar. Ola bilsin oğru da bununla oğurluq etməsinə son qoyar.”

Allah yolunda çətinliya düşən yoxsullar üçündür” yəni, özlərini Allah və Rəsuluna həsr edərək Mədinədə oturan mühacirlər üçündür. Onların özlərini təmin edəcək səbəbləri də yox idi. “Hansıların ki yer üzündə hərəkətə gücü çatmır” yəni, dolanışıq əldə etmək səbəbi ilə səfərə çıxmazlar. “Vəd-darbu fil ardi” – səfərdir. Allah Təala buyurur: “yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz” (Nisə, 4). Allah təalə buyurur: “O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır” (Muzəmmil, 20).

Bilməyənlər onları həyalarına görə varlı hesab etmişlər” yəni, vəziyyətlərini və durumlarını bilməyən onları geyimlərinə, hallarına və danışıqlarına görə varlı sayər. Bu mənada səhihliyində ittifaq edilən hədis vardır. Əbu Hureyrədən rəvayət edilir ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: “Miskin qapı-qapı dolaşıb bir-iki xurma yaxud bir-iki loğma yaxud bir-iki yemək ilə qaytarılan deyil. Miskin dolanmağa bir şeyi olmayan, başa düşülmədiyindən sədəqə verilməyan və insanlardan bir şey istəməyan adamdır.” Əhməd bunu İbn Məsuddan da rəvayət etmişdir.

Sən onları üzlərindən tanıyırsan” yəni, ağıl sahibləri üçün görünən vəsflərinə görə tanınırlar. Necə ki, Allah təala buyurur: “Əlamətləri isə üzlərindədir.” (Fəth, 29) “sən onsuz da onların danışıq tərzlərindən mütləq taniyəcaqsan.” (Muhəmməd, 30). Sünənlərdə də belə bir hədis vardır: “Möminin dərhal anlama bacarığından qorxun, həqiqətən də o, Allahın nuru ilə baxır.” Sonra bu ayəni oxudu: “Şübhəsiz ki, bunda, işarələri oxuyanlar üçün dəlillər vardır.” (Hicr, 75).

Onlar insanlardan israrla istəməzlər” yəni, təkidlə istəməzlər, ehtiyac duymadıqları şeylərlə insanları mükəlləf etməzlər. Şübhəsiz ki, ehtiyacı olmadığı halda istəyan kəs istəyində israr etmiş sayılır. Buxari demişdir: Bizə İbn əbu Məryam danışdı, bizə Muhəmməd İbn Cəfər danışdı, bizə Şərik İbn əbu Nəmr danışdı ki, Əta İbn yasər ilə Abdurrəhman İbn əbu Əmrah əl-Ənsari demişlər: Əbu Hureyrədən eşitdik ki, o deyir: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdu: “Miskin bir-iki xurma, bir-iki loğma ilə qaytarılan deyil, əsil miskin həyasını qoruyandır. İstəsəniz bu ayəni oxuya bilərsiz: “Onlar insanlardan israrla istəməzlər”. Bunu Muslim də, İsmayıl İbn Cəfər əl-Mədənidən, o da Şərik İbn Abdullah İbn əbu Nəmirdən, o da yalnız Əta İbn yasərdən, o da Əbu Hureyrədən bu cür rəvayət etmişdir.

Əbu Əbdurrəhman ən-Nəsai demişdir: Bizə Əli İbn Hucr xəbər verdi, bizə İsmayıl danışdı, bizə Şərik – o, İbn əbu Nəmidir – xəbər verdi, o da Əta İbn yasərdən, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə dediyini rəvayət etmişdir: “Miskin bir-iki xurmanın yaxud bir-iki loğmanın qaytardığı kimsə deyil. Əsil miskin həyasını qoruyandır. İstəsəniz bu ayəni oxuyun: “Onlar insanlardan israrla istəməzlər”.

Buxari bunu Şubədən, o da Muhəmməd İbn Ziyaddan, o da Əbu Hureyrədən, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) bu şəkildə rəvayət etmişdir.

İbn Əbu Hatim demişdir: Bizə yunus İbn Abdulalə xəbər verdi, bizə İbn Vəhb xəbər verdi, mənə İbn əbu Zib xəbər verdi, o da Əbu Vəliddən, o da Əbu Hureyrədən Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür dediyini rəvayət etmişdir: “Miskin ətrafınızda gəzib dolaşan və sizin də onu loğma-loğma yedizdirdiyiniz kimsə deyil. Miskin yalnız həya edəndir. Hansı ki, insanlardan israrla istəmir.”

İbn Cərir demişdir: Mənə Mutəmir danışdı, o da Həsən İbn Mətikdən, o da Salih İbn Suveyddən, o da Əbu Hureyrədən rəvayət etdi ki, o demişdir: “Miskin qapı-qapı dolaşıb bir-iki yeməklə geri dönən deyil. Lakin miskin iffəti ilə evində oturub möhtac olduğu halda heç kimdən bir şey istəməyandir. İstəsəniz bu ayəni oxuyun: “Onlar insanlardan israrla istəməzlər”.

Həmçinin imam Əhməd demişdir: Bizə Əbubəkr əl-Hənəfi danışdı, bizə Əbdülhəmid İbn Cəfər danışdı, o da atasından, o da Muzeynə qəbiləsindən olan bir nəfərdən, onun belə dediyini nəql etdi: Anam mənə dedi: “Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına gedib hər kəs kimi sən də ondan istəya bilməzsən?” Mən də ondan istəməya getdim. Onu ayəq üstə xütbə verərkən gördüm. O deyirdi: “Kim iffət istəsə Allah iffətli edər, kim zənginlik istəsə Allah ona zəngin edər. Kim beş uqiyyayə bərabər bir şeyi olduğu halda insanlardan istəyarsə, artıq insanlardan israrla istəmiş olur.” Mən də öz-özümə dedim: “Mənim dişi dəvəm beş uqiyyadən artıqdır. Köləmizin də dəyari beş uqiyyadən artıq olan dəvəsi var.” Heç nə istəməyib qayıtdım.”

İmam Əhməd demişdir: Bizə Quteybə danışdı, bizə Abdurrəhman İbn Əbirrical danışdı, o da Umarə İbn Ğaziyyadən, o da Abdurrəhman İbn əbu Səiddən, o da atasından dedi: “Anam məni Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanına bir şey istəməya göndərdi. Mən də getdim oturdum. O məni qarşıladı və dedi: “Zənginlik istəyəni Allah zəngin edər, iffət istəyəni Allah iffətli edər, olduğu ilə kifayətlənənə Allah kifayət qədər verər. Kimin bir uqiyya mislində nəyisə olduğu halda istəyarsə, o, israr edər.” Mən dedim: “Dişi dəvəm yaqut, uqiyyadən xeyirlidir.” Ondan heç nə istəməyib geri döndüm.

Bunu Əbu Davud ilə Nəsai, Quteybədən rəvayət etmişdir. Əbu Davud bunu əlavə etmişdir: Hişam İbn Ammar, hər ikisi Abdurrəhman İbn Əbirricaldan sənədlə oxşar şəkildə rəvayət etmişlər.

İbn əbu Hatim demişdir: Bizə atam danışdı, bizə Əbu-Cəmahir danışdı, bizə Abdurrəhman İbn Əbirrical danışdı, o da Umarə İbn Ğaziyyadən, o da Abdurrəhman İbn əbu Səiddən nəql edərək demişdir: Əbu Səid əl-Xudri dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Kimin bir uqiyya dəyarində nəyisə olub bir şey istəyarsə, o israr etmişdir.” Bir uqiyya qırx dirhəmdir.

Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Zeyd İbn Əsləmdən, o da Əta İbn yasərdən, Əsəd qəbiləsindən olan bir kişidən nəql etdi ki, o dedi: Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: “Kimin bir uqiyya yaxud onun mislində bir şeyi olduğu halda istəyarsə, artıq o, israrla istəmişdir.”

yenə İmam Əhməd demişdir: Bizə Vəki danışdı, bizə Sufyan danışdı, o da Hakim İbn Cubeyrdən, o da Muhəmməd İbn Abdurrəhman İbn yəziddən, o da atasından, o da Abdullah İbn Məsuddan, Rəsulullahın (salləllahu aleyhi və səlləm) bu cür buyurduğunu rəvayət etdi: “Kim ehtiyacı olmadığı halda bir şey istəsə, qiyamət günü həmin istədikləri onun üzündə dırnaq izi olaraq gələcək.” Dedilər: “Ey Allahın Rəsulu, ehtiyacı olmamaq nədir?” O dedi: “Əlli dirhəm və ya onun mislində qızıl.”

Bunu dörd Sünən sahibləri də Hakim İbn Cubeyr əl-Əsədi əl-Kufidən rəvayət etmişlər. Şubə İbn Həccac onu tərk etmiş və bir çox imamlar da onu bu hədisə görə zəif hesab etmişlər.

Hafiz Əbu Qasım əl-Təbərani demişdir: Bizə Muhəmməd İbn Abdullah əl-Hadrami danışdı, bizə Əbu Hüseyn Abdullah İbn Əhməd İbn yunus danışdı, mənə atam danışdı, bizə Əbubəkr İbn Əyyaş danışdı, o da Hişam İbn Həssəndən, o da Muhəmməd İbn Sirindən onun belə dediyini rəvayət etmişdir: “Şamda yaşayən Qureyşli Harisə adlı bir kişiya Əbu Zərin möhtac olduğu xəbəri çatdı. O, ona üç yüz dinar göndərdi. Abuzər dedi: O, Allahın qulu məndən daha aşağı dolanışığı olan birini tapa bilmədi? Rəsulullahın (salləllahu aleyhi və səlləm) : “Kim qırx miqdarında nəyisə ola-ola istəyarsə, israr etmiş olur.” – buyurduğunu eşitdim. Abuzərin ailəsinin isə qırx dirhəmi, qırx qoyunu və iki işçisi var.” Əbubəkr İbn Əyyaş demişdir: yəni, iki xidmətçisi.

İbn Mərdəveyh demişdir: Bizə Muhəmməd İbn Əhməd İbn İbrahim danışdı, bizə İbrahim İbn Muhəmməd danışdı, bizə Abdulcəbbar xəbər verdi, bizə Sufyan xəbər verdi, o da Davud İbn Saburdan, o da Amr İbn Şueybdən, o da atasından, o da babasından nəql etdi ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kimin qırx dirhəmi olduğu halda istəyarsə, o israr etmiş olur. Bu, isti kömür udmaq kimidir.” Bunu Nəsai də Əhməd İbn Süleymandan, o da yəhya İbn Adəmdən, o da Sufyandan – o, İbn Ueynədir — sənədlə oxşar şəkildə rəvayət etmişdir.

Şübhəsiz ki, Allah xeyirdən nə sərf etdiyinizi bilir” yəni, Ona heç nə gizli qalmaz. Qiyamət günü ona ən çox ehtiyac olduğu zaman onun mükafatını ən bol və ən tam şəkildə verər.

Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyanlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyacəklər.” Bu, Allah Təalanın yolunda və onu razılığını qazanmaq üçün istənilən vaxt gecə gündüz, bütün hallarda aşkar və gizlidə, bütün vəziyyətlərdə xərcləyanlər üçün tərifdir. Hətta ailə üçün xərclənən də bura aiddir. Necə ki, iki Səhihdə Rəsulullah (salləllahu aleyhi və səlləm) Məkkənin fəthində, bir rəvayətdə vida həccində, xəstə olan Sad İbn əbi Vaqqasa baş çəkərkən buyurdu: “Allahın Üzünü istəyarək ailənə etdiyin hər bir məsrəflə, hətta zövcənin ağzına qoyduğun hər bir loğma ilə, bir dərəcə və bir yüksəliş artırdın.”

İmam Əhməd demişdir: Bizə Muhəmməd İbn Cəfər ilə Bəhz danışdı, onlar dedilər: bizə Şubə danışdı, o da Adiy İbn Sabitdən dedi ki, Abdullah İbn yəzid əl-Ənsaridən eşitdim ki, İbn Məsuddan (radiyAllahu anhu), o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) rəvayət edir ki, O buyurmuşdur: “Bir müsəlman, savabını Allahdan umaraq ailəsinə bir şey xərcləyarsə, bu onun üçün sədəqə olar.” Bunu iki Səhihdə Şubədən bu cür təxric etmişlər.

İbn əbu Hatim demişdir: Bizə Əbu Zura danışdı, bizə Suleyman İbn Abdurrəhman danışdı, bizə Muhəmməd İbn Şuəyb danışıb dedi: Səid İbn yasərdən eşitdim, o da yəzid İbn Abdullah İbn Ureyb əl-Məlikiydən, o da atasından, o da babasından, o da Rəsulullahdan (salləllahu aleyhi və səlləm) onun belə buyurduğunu nəql etmişdir: “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyanlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyacəklər” ayəsi at sahibləri barəsində nazil olmuşdur.

Həbəş əs-Sənani demişdi: İbn Abbasın bu ayə barəsində belə dediyini rəvayət edilmişdi: “Onlar Allah yolunda atlarına yem verənlərdir.” Bunu İbn əbu Hatim rəvayət etmiş və sonra demişdir: Əbu Umamə, Səid İbn Musəyyab və Məkhuldan da belə rəvayət edilmişdir.

İbn əbu Hatim demişdir: Bizə Əbu Səid əl-Əşəc danışdı, bizə yəhya İbn yamən xəbər verdi, o da Abdulvahhab İbn Mucahid İbn Cəbrdən, o da atasından deyir: “Əlinin dörd dirhəmi vardı. Birini gecə, birini gündüz, birini gizli və birini aşkar şəkildə Allah yolunda xərclədi. Buna görə də “Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyanlərin” ayəsi nazil oldu.

Bunu İbn Cərir də, Abdulvahhab İbn Mucahid yolu ilə rəvayət etmişdir. O zəif rəvayətçidir. Amma İbn Mərdəveyh onu başqa bir yolla rəvayət etmişdir. İbn Abbasdan olan həmin rəvayətdə bu ayənin Əli İbn əbu Talib haqqında nazil olduğu deyilir.

Rəbbi yanında mükafatları vardır” yəni, qiyamət günü itaətlərdə xərclədiklərinin mükafatını görəcəklər. “Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyacəklər” bunun təfsiri yuxarıda qeyd edilmişdir.