Onların hamısını toplayacağı gün: “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. Deyəcək: “Sizin qalacağınız yer Oddur. Orada əbədi qalacaqsınız. Allahın istədikləri isə istisnadır”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir.